Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 12.31. Ovçularla xəbərləşmə: identifikasiya və



Yüklə 2,29 Mb.
səhifə112/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   108   109   110   111   112   113   114   115   ...   269
§ 12.31. Ovçularla xəbərləşmə: identifikasiya və

yalan formulu
Kərəmin olduğu bu səfalı məkan keçidsonrası hüduddur. Kə­­rəm bu məkana dağdan keçdikdən sonra möcüzəli şəkildə gəlir. Bu halda ovçuların süjetaltında Xaosun keçid mə­kan­la­rı­nın qoruyucuları kimi ceyranı ovlayaraq dayandırmaları, o cüm­­lədən Kərəmin də yolunun məhz buradan keşməsi bu mə­ka­­­nı keçid prosesi ilə bağlı, daha doğrusu, ke­çid­ət­ra­fı/keçid­son­­rası məkanlardan biri hesab etməyə imkan verir. Bü­tün ke­çid məkanları üçün xarakterik olan magik akt və for­mulların bu­rada da təkrarlanması dediklərimizi təsdiq edir. Belə ki, bu­rada identifikasiya ritualı və yalan formulunun iz­lə­rini gö­rü­rük.

Kərəmin ceyrana başı qarışarkən ovçular dağdan enib gə­lirlər: “Kərəm bunları görən kimi sazı götürüb, görək ov­çu­ların gəlməyini ceyrana (6 bəndlik şeirlə – S.R.) nə cür xəbər verdi:


Sürə-sürə ovçu dağdan endirən,

Qaç quzulu ceyran, yad ovçu gəldi!

Oxu ilə vurub torpağa sərən,

Qaç, quzulu ceyran, yad ovçu gəldi!...”190


Şeirdə diqqəti ilk növbədə “yad ovçu” adı cəlb edir. Bu ifa­­də “doğma ovçu-yad ovçu” oppozitiv blokunun tərkib his­sə­­­sidir. Mifik dünya modelində “doğma ovçu” – ov/heyvan ha­­mi­si, başqa sözlə, dost, “yad ovçu” – heyvanları ov ha­mi­sin­­dən icazəsiz ovlayan varlıq, başqa sözlə, düşməndir. De­mək, bu­rada eyni zamanda dost-düşmən, doğma-yad mü­na­si­bətləri var. Bu halda Kərəmin ovçuları “yad” hesab etməsi on­ların Kə­rəm­gilin mənsub olduğu kosmos dünyasına yad olan xaos dün­ya­sının sakinləri olduğunu təsdiq edir.

Yaralı ceyran qaça bilmir. Kərəm onu qorumaq üçün ov­çuların qabağına gedir, onları aldadaraq, ceyranın qaçıb də­rəyə getməsi haqqında yalan deyir.

Kərəmin yalan danışması süjetaltında şaman-qəhrə­ma­nın özünü və köməkçisi ceyranı xaos qüvvələrindən qorumaq üçün işlətdiyi fənddir. Xaosun Kosmosa əks (tərsinə) dünya ol­­duğunu, yalançılığın (əksinə, tərsinə danışmağın) Xaosda dav­­ranışın əsas prinsipi olduğunu nəzərə alsaq, Kərəmin da­nış­dığı yalan şaman-triksterə məxsus davranış üsuludur.

Beləliklə, Kərəmin ceyranla və ovçularla dialoqu süje­t­altında hər iki halda etnokosmik identifikasiya ritualının tər­kib hissəsidir. Əvvəlcə ovçu-keşikçilər Ceyranı identifikasiya pro­sedurundan keçirərək, onun kosmosyaradıcı varlıq (kos­mos­lu) olduğunu bilir və öldürmək istəyirlər. Daha sonra Şa­man/Qəhrəman/Trikster (Kərəm) gəlir və xaoslu keşikçiləri al­dadaraq ceyranı və özünü xilas edir. Bu, eyni zamanda yo­lun növbəti mərhələsinə adlamaq/keçmək deməkdir.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin