Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə122/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   118   119   120   121   122   123   124   125   ...   269
Sofi dözə bilməyib yerə yıxılır. Kərəmlə əldən düşmüş So­fi balaca bir qayanın altına sığınırlar. Birdən qayanın üs­tün­dəki qar yığını uçub, Kərəmin başına tökülür. Kərəm Da­ğa qarğış edir:
“Ərzrumun alşaq-uca dağları,

Yaşılbaş sonalar uçsun gölündən.

Ağzım açıb sənə qarğış eylərəm,

Qəbul olsun hər nə çıxar dilimdən.


Duman, çiskin heç başacan getməsin,

Ağır ellər ətəyini tutmasın!

Yaz olanda gül-çiçəyin bitməsin,

Heç gözəllər iyləməsin gülündən.


Düşmən oldun, düşmənliyin bildirdin,

Bais olub sən Sofini öldürdün,

Kərəm deyər, göz yaşımı sildirdin,

Aşdı Qara Keşiş qarlı belindən.
Söz qurtaran kimi, Sofi ayağa qalxdı, dizlərinə taqət gəl­di. Kərəmgil day heç bilmədilər ki, qardı, borandı, ya nədi. Heç bilmədilər, haraya gedirlər. Elə üzlərini bir tərəfə tutub get­məyə başladılar. Ta ki gedib-gedib, Ərzruma çatdılar”205.

Kərəmgilin Ərzrumun gədiyini (aşırımını) keçmələrini kos­moloji təhlil müstəvisinə gətirdikdə aşağıdakılar aydın olur:

Kərəm Xaosun dərinliklərinə nüfuz etdikcə kos­mo­­loji ritm sürətlənir, faza/mərhələlər məkan baxımından qı­­­salır və onları təşkil edən elementlər həm azalır, həm də tez-tez təkrar olunur. Kərəm Alvız dağını keçəndən sonra bu­­­laq başına gəlir. Bulaqdan sonra yenə dağ – Ərzrum dağ­­­ları gəlir: Dağ-Bulaq-Dağ. Bu, Kərəmin Xaosun mər­kə­­­zinə yaxınlaşdığını göstərir. Mərkəzə yaxınlaşdıqca ke­çid­­­lər, müdafiə elementləri və identifikasiya formulları da­­­ha çox təkrarlanır. Belə tez-tez təkrarlanan elementlərdən bi­­ri Xaosun müdafiə elementlərindən biri olan dağdır.

– Kərəmin Dağı görən kimi ondan yol almaq üçün xə­bər­­­ləşmək istəməsi iki cəhəti ortaya qoyur:

Birincisi, Dağ Xaosun müdafiə mexanizmlərindən bi­ri­dir. Kərəm bir Şaman-Qəhrəman kimi bunu bilir və qamlama ayi­­ni keşirmək istəyir;

İkincisi, Kərəmin Dağı görən kimi dialoq-xəbərləşmə ayi­­ninə hazırlaşması Dağdan adlamanın xüsusi qaydasının – Dağ­­la davranışın xüsusi formulunun olduğunu göstərir.

– Hər bir yerin sahibi/əyəsi olduğu kimi, Dağın da əyəsi var. Bu əyə Dağın ruhudur. Əyə/ruhla davranışın qaydası var. O pozularsa, əyə/ruh cəza verir. A.Babəkin yazdığı kimi, “əyə­­­­lərin insana münasibəti daha çox insanın ona necə müna­si­­bət bəsləməsindən asılıdır. Onlarla münasibətin xüsusi üsulu var­­dır. İnsan hara gedirsə, bilməlidir ki, o yerin sahibi//əyəsi var­­dır. Həmin obyektin sahibi olan əyəyə hökmən salam ver­mə­li, qaydalarda nəzərdə tutulan şəkildə ehtiramını ifadə et­mə­lidir. Bu halda əyələrin insandan xoşu gəlir və ona xe­yir­xah­lıq etməyə başlayırlar. Əyələr insana uğur gətirə, bolluq-bə­rəkət verə bilirlər”206. Sofi Kərəmə Dağla xəbərləşməyə, baş­qa sözlə, Dağ əyəsi ilə hörmətlə rəftar etməyə imkan ver­mə­diyi üçün əyə/ruh onlara qəzəblənir və yol vermir.

– Kərəmin Dağa üç dəfə sazla-sözlə (şeirlə) müraciəti hər bir halda onun sevgi halını ifadə etsə də, bu müraciətlərdə Da­ğa xoş münasibət (müsbət informasiya) var. Bu da öz növ­bə­­sində həmin müraciətləri xəbərləşmə-alqış kimi qəbul et­məyə imkan verir.

– Sofinin sazı alaraq Dağa müraciət etməsi onun dağla mistik-magik münasibətə girməsi deməkdir.

– Kərəmlə Sofinin bütün qamlamaları, əslində, Dağla on­­­­ların arasında döyüş getdiyini göstərir. Dağ bütün xaotik qüv­və­­ləri (Qaranlıq Hava, Gecə, Boran, Qar, Çovğun, Du­man, Külək – Bad) onların üstünə yollayır.

– Süjetin nəsr hissəsində Sofinin yerə yıxılması, şeir hissə­sində Kərəmin Dağa xitabən “Bais olub sən Sofini öl­dür­dün” deməsi Sofinin süjetaltı planda bu mübarizənin qur­ba­nı olduğunu (ritual ölüm keçirdiyini) göstərir.

– Kərəmin Dağa qarğış etməsi onun Dağa alqış etmək­dən əl çəkib, onunla magik söz döyüşünə çıxdığını göstərir;

– Kərəmin Dağa qarğış edərkən “Ağzım açıb sənə qarğış ey­lərəm, // Qəbul olsun hər nə çıxar dilimdən” deməsinin se­man­­­tik yükü “Dədə Qorqud” dastanında “O zamanlar bəylə­rin alqışı –alqış, qarğışı – qarğış idi. Duaları yerini tuturdu” ifa­­dəsinin207 semantik yükü ilə eynidir. Bu cəhətdən Kərəmin Da­ğa qarğışı “Dədə Qorqud” dastanında Uruzun Ağaca, Burla xa­tunun da Dağa qarğışı ilə eyni semantik cərgədə duraraq, al­qış və qarğışın Azərbaycan-Oğuz etnokosmik düşüncəsində ma­gik davranış formulu olduğunu göstərir.

– Kərəmin Dağa qarğış etməsi onu qorxudaraq yol/keçid al­maq məqsədini güdür. Təbiət ünsürlərinin magik sözlə qor­xu­dulması Azərbaycan ritual davranışının günümüzə qədər ya­­şayan formullarındandır. Prof. B.Abdulla yazır ki, Günəşin qar­şısını kəsən dumanı qorxuzmaq üçün icra olunan ayin də xü­susi nəğmə ilə müşayiət olunmuşdur. Adətə görə, Günəş əla­məti olan od-ocaq yandırılır. Əl-ələ tutub onun dövrəsinə do­lanan adamlar:
Duman, qaç, qaç, qaç!

Pərdəni aç, aç, aç!

Səni qayadan asarlar,

Buduna damğa basarlar,

– kimi nəğmələr oxuyurlar208.

– Xaosa, o cümlədən onun bir məkanından o birinə ke­çid ölüb-dirilmə rutualı ilə həyata keçir. Mətnin süjetüstü pla­nın­da Sofinin “ölməsi” (nəsr hissəsində: “Sofi elə zor-güc sö­zü qurtarıb yıxıldı”; şeir hissəsində: “Bais olub sən Sofini öl­dür­­dün”) və “dirilməsi” (“Sofi ayağa qalxdı, dizlərinə taqət gəl­­di”) süjetaltı plandakı ritual ölüb-dirilmənin (bəlkə də: qur­ban­­vermənin) süjetüstündəki izləridir.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin