Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 12.40. Bağda Əsli ilə xəbərləşmə: etnokosmik identifikasiya



Yüklə 2,29 Mb.
səhifə125/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   121   122   123   124   125   126   127   128   ...   269
§ 12.40. Bağda Əsli ilə xəbərləşmə: etnokosmik identifikasiya
Keşiş Əslini Gəncədən oğurlayıb qaçırandan sonra Kə­rəm Əslini ilk dəfə Tiflisdə tapır. Lakin Keşiş onu aldadaraq, Əs­lini Kərəmə verəcəyini söyləyir və Əslini yenidən qaçırır.

Kərəm Əslini ikinci dəfə Qeysəridə tapır. Bu görüş et­no­kos­mik identifikasiya və çevrilmə formulları ilə çox zən­gin­dir. Şaman/Qəhrəmanın Xaosda axtardığı İtiyi tapmaq, onun­la identifikasiya kodları ilə əlaqəyə girmək, onu əldə etmək ba­xımından bu motiv çox dəyərli material verir. Həmin mo­ti­vi onun sintaqmatik strukturu, mənayaradıcı vahidləri, struk­tur işarələri baxımından “oxumağa” çalışaq.

Keşiş Qeysəridə Süleyman paşanı özünün Kərəm tə­rə­fin­dən haqsızlığa məruz qaldığına inandırmış, paşa onunla dost­laşmış və Keşişi öz himayəsi altına almışdır.

Yaz fəsli idi. Bir dəstə Qeysərili qız gəzməyə çıxır və bu­rada qərib olan Əslini də özləri ilə gəzməyə aparmaq is­tə­yir­lər. Lakin Keşiş evdən çıxmağı Əsliyə qadağan etdiyi üçün o, qızlara təklif edir ki, elə bizim bağçada gəzək. Beləliklə, Kə­rəm və Əslinin görüşü bağçada olur.

Burada iki cəhət diqqəti cəlb edir:

Birincisi, bağça keçid məkanıdır: o, mediasiya me­xa­niz­mi kimi özündə müxtəlif dünyaları qovuşdurur. Bu, fiziki mə­na­da təmas/diffuz zonasıdır. Bu halda Kərəmlə Əslinin bağ­ça­da görüşmələri kosmoloji xronotop baxımından onların hə­min zaman üçün ayrı-ayrı dünyalarda, müxtəlif kosmoloji öl­çü və rejimlərdə olduqlarını və yalnız keçid/mediasiya mə­kanında görüşə bildiklərini göstərir. (Bu fikrimizin doğ­ru olub-olmadığını hələlik qəti deyə bilmirik: sonrakı mü­şa­hi­də-təhlillər buna aydınlıq gətirəcək).

İkincisi, Kərəm qəriblik/xaos məkanı boyunca hərəkəti za­manı müxtəlif keçid məkanlarında (bulaq başı, çay qırağı və s.) içərisində Əsliyə oxşayan qız olan, yaxud hamısı Əsliyə bən­zəyən qız dəstəsi ilə qarşılaşır. O, etnokosmik identifi­ka­siya məqsədli dialoq-xəbərləşmə ritualı keçirərək Əsliyə ox­şar qızın Əsli olub-olmadığını, yaxud hamısı Əsliyə oxşar qız­lar içərisində Əslinin olub-olmadığını müəyyənləşdirir. Baş­qa sözlə, kosmoloji dekorasiya “Həqiqi Kərəm – Yalançı Əs­li” struktur sxemi üzrə təşkil olunur.

Burada da kosmoloji dekorasiya əvvəlkilərlə eynidir. Kə­rəm yenə də keçid məkanında bir dəstə qıza rast gələcək. On­ların içərisində yenə də Əsliyə oxşar qız olacaq. Lakin bu dəfə həmin qız Keşiş tərəfindən tilsimlənərək Əsliyə oxşadıl­mış qız yox, Əslinin özü olacaq. Demək, eyni kosmoloji de­ko­rasiyada mediativ nöqtədə qarşılaş(dırıl)an elementlər həqi­qi­dir: başqa sözlə, kosmoloji dekorasiya “Həqiqi Kərəm – Hə­qiqi Əsli” struktur sxemi üzrə təşkil olunur.



Həqiqi Kərəm – Yalançı Əsli” kosmoloji dekorasi­ya­sın­da elementlər arasındakı münasibətlərin forması – xə­bər­ləş­mə, məzmunu – identifikasiyadır. Etnokosmik kimli­yin mü­əyyən­ləşdirilməsi ilə kosmoloji dekorasiyanın saxtalığı (ya­lan­çılığı, həqiqi olmaması) üzə çıxır və dekorasiya aradan qal­­xır. Lakin bu dəfə kosmoloji dekorasiyada “qarşılaş­dırı­lan elementlərin” hər ikisi həqiqidir. Demək, məntiqə görə, deko­ra­siya aradan qalxmayacaq.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin