Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə127/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   123   124   125   126   127   128   129   130   ...   269
Kosmoloji sxemin bərpası:

– Kərəm hər dəfə olduğu kimi, bu dəfə də içərisində Əs­liyə oxşar qız olan qızlar dəstəsinə rast gəlir. O, hər dəfə ol­duğu kimi, bu dəfə də etnokosmik identifikasiya məqsədli dialoq-xəbərləşmə ritualı keçirir və qızın həqiqi Əsli oldu­ğu­nu müəyyənləşdirir: “Ay həzərat, gedən ceyran mənimdi”.

– Əsli Kərəmi tanımır. Bu, süjetüstündə səfər boyunca acı­nacaqlı həyat yaşayan Kərəmin pis günə qalaraq tanınmaz ha­la düşməsi ilə izah olunur. Lakin unutmaq olmaz ki, ta­nı­ma/tanınma/tanıtmaq bütün hallarda etnokosmik kimlik pro­­seduruna aid struktur formuludur. Bu cəhətdən, Əslinin Kə­rəmi tanımaması Kərəm ona tanış gəlsə də, Əslinin onun etno­kosmik kimliyini müəyyənləşdirə bilməməsi deməkdir.

Kərəmin Əsliyə tanış gəlməsi Əslinin Kərəmin sub­yek­tində müəyyən etnokosmik kimlik işarələrini, onlara mə­lum olan identifikativ əlamətləri müşahidə etməsi, lakin fər­qi­nə vara bilməməsi, bu işarələri oxuya bilməməsi deməkdir. Bu, bir tərəfdən Kərəm və Əslinin statusal fərqlərini ortaya qoy­maqla yanaşı, eyni zamanda Kərəmin şaman/qəhrəman funk­siyasını da nəzərdə tutur.



Statuslarına görə, Kərəm – axtaran, Əsli – itik/ax­tarılandır. Keşiş Əslini tilsimləyərək, ölüm yuxusuna ver­­miş və ruhunu Xaosa aparmışdır. Keşişin Əslini til­sim­lə­mə­­si onu xaotik şifrələrlə ölü statusuna kodlaşdırması de­mək­dir. Hər bir cəmiyyətdə xaotik kodların xüsusi “oxuyucuları”– bi­­li­ci­ləri var. Bu bilicilər qam/şamanlardır. Kərəm kosmoloji sta­tu­su­na görə şaman, Əsli isə oğurlanmış ruhdur. Bu cə­hət­­dən Əs­linin şaman statusu olmadığına, başqa sözlə, o, adi (pro­fan) fərd olaraq kosmoloji kodlar, xaotik işarələr haqqın­da heç bir biliyə malik olmadığı üçün cildini (görkəmini), sta­tu­sunu (diri ölü) dəyişərək Xaosa daxil olmuş Kərəmi tanıya bil­mir.

– Kərəmin “cır-cındır içində olması” zahiri görkəmi bil­­­­dirən formuldur. Belə ki, canlı insan (şaman/qəhrəman) Xa­­o­sa adlayarkən hökmən kosmoloji statusunu dəyişməli, baş­­­qa sözlə, həqiqi canlı statusundan yalançı ölü statusuna keç­­­­­­məlidir. Bunun vasitələrindən biri çevrilmə/cilddəyiş­mə­dir. Demək, Kərəm cildini dəyişdiyi üçün Əsli onu tanıya bil­mir. Lakin məsələnin buna paralel başqa bir səviyyəsi də var.



– “Əsli-Kərəm” dastanı iki paralel səviyyənin, iki dü­şün­cə kodunun semiotik sistemi kimi təşkil olunur. Süjetüstü – bi­rinci, ən üzdə olan, son transformativ səviyyəni təşkil edir. Bu – təsəvvüfi işarələr səviyyəsidir. Burada element­lə­rin bütün hərəkəti təsəvvüfi davranış koduna əsasla­nır. Süjet­altı – ikinci, altda olan, son transformativ səviyyə­dən əvvəlki (bütün) səviyyələri təşkil edir. Bu – kosmoloji (ritual-mi­fo­lo­ji) işarələr səviyyəsidir. Burada elementlərin bütün hə­rə­kə­ti kosmoloji davranış koduna əsaslanır. Bu cəhətdən kos­mo­lo­­­ji sxem-süjetdə nə varsa, təsəvvüfi səviyyədə bütün hal­lar­­­da onun paralel işarəsi (mateforası) var. Yaxud tə­səvvü­fi süjet-səviyyədə nə varsa, kosmoloji sxemdə onun ar­­xetipi var. Bu halda Kərəmin cır-cındır geyimi kosmoloji sxemdə cilddəyişmə/cevrilmə arxetipidir və həmin kosmoloji arxetipin təsəvvüfi süjet-səviyyədəki paralel işarəsi “divanə” metaforasıdır.

Divanəlik orta əsr Şərq (o cümlədən dünya) simvolik dav­­ranış sistemində etnokosmik statusdur. O, kosmoloji mən­şəyi etibarilə – trikster, psixik tipinə görə – liminal (aralıq) var­lıq, sosial statusuna – dəli/divanə/məcnundur. Bu statu­sun öz vizual tanınma işarələri var. Kərəm həmin işarələrin da­­şıyı­cı­­sıdır: üz-gözü tüklü, saçları çiyninə tökülmüş, bir dəri-bir sü­mük qədər arıq, üst-başı cır-cındır. Bu, eynilə Fü­zu­­li Məc­nu­nu­nun səhradakı görkəmidir. Demək, Kərəmlə Əs­linin bu gö­rü­şün­­də onlar istər kosmoloji sxem-süjet, istərsə də təsəvvüfi sxem-süjet səviyyəsində fərqli statuslardadır:


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin