Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


Süjeti izləyək. I sınaq-identifikasiya



Yüklə 2,29 Mb.
səhifə129/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   125   126   127   128   129   130   131   132   ...   269
Süjeti izləyək. I sınaq-identifikasiya:

“Kərəm başa düşmüşdü ki, Əsli onu tanıya bilmir. Odu ki, onu bir də sınamaq üçün aldı, görək (3 bəndlik şeirlə – S.R.) nə dedi:
Yenə gördüm nazlı yarın üzünü,

Köhnə dərdin təzələndi yarası.

Nələr çəkdim sevdiyimin əlindən,

Bilməm nədi möhnətimin çarası?...”212

Bu şeir dialoq-xəbərləşmənin tərkibinə aid tanınma for­mu­ludur. Kərəm süjetüstündə özünü Əsliyə tanıtmaq/xa­tır­lat­maq istəyir. Onların hər ikisi buta aşiqləridir. Bu cəhətdən, şeir­də Kərəmin təsəvvüfi identifikasiya əlamətləri – buta aşiqi kim­liyi təsvir olunub. Şeirdəki “Nazlı yarın üzünün yenidən gö­­rülməsi” – butavermə presedentinin (pa­radiqmatik) təkrarı, “Köh­­nə dərdin yarasının təzələnməsi” – əbədi buta eşqi, “Sev­­gilinin əlindən daim əzab çəkilməsi” – buta eşqinin əbə­­di əzab olması, “Möhnətin çarəsinin tapılmaması” – bu­ta aşiqinin bu dünyada dərdinə çarə tapılmaması, bu sevgidə vü­­sala yalnız cisimdən, maddi dünyadan imtina etməklə ilahi qat­­da qovuşmağın mümkün olması deməkdir. Bütün bunlar Kə­­rəmin bir buta aşiqi kimi identifikativ şifrə/işarələridir. La­kin Əsli bu işarələri anlamır.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin