Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


Altı qatla Oğuz vardı, alımadı. Ol qələyi altı baş ərlə



Yüklə 2,29 Mb.
səhifə151/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   147   148   149   150   151   152   153   154   ...   269
Altı qatla Oğuz vardı, alımadı.

Ol qələyi altı baş ərlə mən Qazan vardım238.


Əvvəlki tədqiqatımızda göstərdiyimiz kimi, burada «6-lıq»­lar bütün hallarda ritualla bağlıdır:

6 soylama – əsirlikdə olan Qazanın kafirlərlə sözlə dö­yü­şünün (onlara magik sözlə ritual hücumunun) ritmik struk­tur vahidi;

6 qat//dəfə – Oğuzun (Oğuz xan//Oğuz eli) qalaya hü­cum ritminin hərbi struktur vahidi;

6 baş ər – Qazanın hücum edən dəstəsinin daxili struk­tu­runun ölçü-tamlıq vahidi239.

İndi Kərəm/Qazan paralelindəki uyğunluqlara diqqət edək:

a) Qazan əsirlikdə 6 soylama/nəğmə söylədiyi kimi, Kə­rəm də 6 qızın hər birinin adına bir bənd nəğmə deyir.

b) Qazanın əsirliyi kosmoloji kodla onun Xaosda olması demək olduğu kimi, Kərəm də eyni kod üzrə Xaosdadır.

c) Qazan obrazının invariantı olan Oğuz almaq istədiyi qa­laya 6 dəfə hücum edir. Bu, 6 ritmli/pilləli hərəkətdir. Kə­rəm də fəth etmək istədiyi Qız (Əsli) qalasına 6 ritmli/pilləli magik söz hücumu edir. Göründüyü kimi, qızların sayının 6 olması arxaik ritual işarəsidir.

– Kərəmin qızların adlarını tapması Şaman/Qəhrəmanın bi­liyinin nominativ səviyyədə imtahanıdır: o, bu imtahanla xaos materiyasını struktur elementləri səviyyəsində tanıdığını sü­but edir.

– Paltar/Donun adlama/keçid mexanizmi olduğunu yada sal­dıqda 6 qızın eyni paltarda olması Kərəmin bu sınağının 6 ritmli (6 pilləli) keçid mexanizmi olduğunu göstərir.

– Qızların üzünün örtülü, eyni zamanda Kərəmin göz­lə­ri­nin bağlı olması yenə də keçid mexanizmindən soraq verir. Üzün örtülməsi ölüb-dirilmə ilə statusdəyişmə, gözlərin bağ­lan­ması yenə də ölüb-dirilmə ilə statusdəyişmədir.

Beləliklə, Hüsniyyə xanımın keçirdiyi ikinci sı­naq/iden­tifi­kasiya da Kərəmin Əslini tapması ilə başa çatır. Kə­rəm bu­nunla üçüncü pilləyə qədəm qoyur. “3” ritm vahididir. “Atalar üç­dən deyib”: Hüsniyə xanım da Kərəmi üçüncü dəfə sınağa çəkir.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin