Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə154/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   150   151   152   153   154   155   156   157   ...   269
§ 12.49. Son identifikasiya:

Yer Ananın yanında ölüb-dirilmə
Kərəm Hüsniyə xanımın qız modeli əsasında təşkil et­di­yi üç sınaq/identifikasiyanın hər birində Əslini tanıyır. Hüs­ni­yə xanım onun Haqq aşığı olduğuna inanır. Bunu bütün cə­miy­yətin qəbul etməsi üçün o, Kərəmi qəbristanda sonuncu sı­nağa çəkir. Kərəmə deyir ki, “bu gün səhər burada bir qərib ölüb. Yuyublar, kəfənləyiblər, qalıb basdırmağı. Gedək ona bir namaz qıl, torpağa tapşıraq, sonra sənin toyunu eləyək.

Kərəm dedi:

– Baş üstə.

Hüsniyə xanım fərraşlara əmr elədi ki, Kərəmi qəb­ris­ta­na aparsınlar. Elə ki Kərəmi apardılar, Hüsniyə xanın paşaya dedi:

– Ölüb eləyən yoxdu. Bu mənim axırıncı sınağımdı. Bir di­ri adamı kəfənə tutdurub, tabuta qoydurmuşam. Durun, siz də gedək. Əgər bu bilsə ki, kəfəndəki ölü deyil, tay haqq aşığı ol­mağına heç kəsin sözü ola bilməz.

Hamı Hüsniyə xanımın bu tədbirinə afərin deyib ayağa qalxdılar, qəbristana tərəf yola düşdülər. Elə ki gəlib çatdılar, Kərəm cənazəyə baxıb soruşdu:

– Deyirsiz ki, mən namaz qılmalıyam. Ancaq bilmirəm, ölü namazı qılım, ya diri namazı.

Paşa qəsdən özünü qəzəbli göstərib dedi:

– Bu nə sözdü?

Kərəm dedi:

– Bu o deyən sözdü ki, kəfəndəki hələ ölməyib, diridi.

Hüsniyə xanım yerindən dik qalxıb dedi:

– Afərin sənə, aşıq! Daha mənim sənə sözüm yoxdu. Sən, doğrudan da, haqq aşığı imişsən. Qoy hamı bilsin ki, kə­fən­dəki, doğrudan da, ölü deyil, diridi”243.

İndi isə şərti olaraq “Qəbristanda son identifikasiya” ad­landıra biləcəyimiz bu motivi kosmoloji sxem/süjet ba­xı­mın­dan “oxuyaq”. Beləliklə:

– Qəbristanda sınaq Kərəmin Xaosda məruz qaldığı son iden­tifikasiyadır.

– İdentifikasiyanın obyektinə görə süjetüstü və süjetaltı plan­lar fərqlənir: süjetüstünə görə – Kərəm tanımalı, süjet­al­tı­na görə – özü tanınmalıdır.

Süjetüstündə Kərəm tabutdakı adamın ölü, yaxud diri ol­duğunu tanımalı/bilməlidir. Bununla Kərəmin Haqq aşığı sta­tusu qəbul olunacaqdır.



Süjetaltında Qəhrəman heç bir sı­naq/identifikasiyadan keçmir. Bu, Yer Ananın yanında öz köh­nə statusunda ölərək, yeni statusda dirilmə ritualıdır.

– Süjetüstündə Qəhrəmanın köhnə bədənində ölüb, yeni bə­dəndə dirilməsinin sxematik izləri açıq-aşkar şəkildə qalıb. Hüs­niyə xanımın Kərəmə dediyi “Bu gün səhər burada bir qə­rib ölüb. Yuyublar, kəfənləyiblər, qalıb basdırmağı. Gedək ona bir namaz qıl, torpağa tapşıraq, sonra sənin toyunu elə­yək” cümləsi kosmoloji planda qəbristanda icra olunan ri­tu­alın funksional sxem/strukturunu ortaya qoyur:




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin