Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 12.12. Toyda xəbərləşmə: etnokosmik



Yüklə 2,29 Mb.
səhifə92/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   88   89   90   91   92   93   94   95   ...   269
§ 12.12. Toyda xəbərləşmə: etnokosmik

identifikasiya
Keşişin tilsimləri Kərəmin yolu boyunca davam edir. O, yol üstündəki bir kənddə toya rast gəlir. Elə bilir ki, Əslinin to­­yudur: “Gördü, bir gəlin oturub taxt üstdə, qızlar da ona zinət verir, yəqin elədi ki, bu Əslidir. Dedi (6 bəndlik şeir – S.R.):
Çıxar taxta, divan eylər,

Əsli, qaşların, gözlərin.

Gözümdən qan rəvan eylər,

Əsli, qaşların, gözlərin”163.


Qızların arasından öz sevgilisinin olub-olmadığını tap­maq istər Azərbaycan eposu, istrəsə də dünya eposu üçün sə­ciyyəvi motivdir. Bu cəhətdən Kərəmin toyda Əsliyə oxşar qı­za şeir deməsi süjetaltı müstəvidə etnokosmik identifikasiya xa­rakterli dialoq-xəbərləşmədir. Kərəmin toy məclisində ikin­ci dəfə oxuduğu beş bəndlik şeirin 3-cü və 5-ci bəndlərində et­nokosmik identifikasiya əlamətləri və uyğun ritualın me­di­ativ funksiyası ilə bağlı açıq işarələr qalmışdır:
Kərəm deyər, mənim yarım incədi,

Dodaqları yarı açmış qonçadı,

Sünbül teli topuğundan ucadı,

Bir telin vermərəm dünya malına164.


Burada Əslinin identifikasiya əlamətləri sadalanır: Kə­rəm etnokosmik eyniləşdirmə proseduru apararaq, Əslinin ta­nın­ma işarələri ilə gəlinin tanınma işarələrini tutuşdurur. Ri­tu­alın mediativ xarakterini, birbaşa mediativ (qaib/sakral) infor­ma­siyalarla bağlı olmasını, o cümlədən şaman qamlamasının struk­turunu inikas etməsini şeirin axırıncı bəndi açıq işa­rə­lər­lə təqdim edir:
Mən Kərəməm, necə qıllam zarımı,

Haqq canım almasın, çəkim çörini,




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin