Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə90/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   86   87   88   89   90   91   92   93   ...   269
§ 12.10. Xarabalıqla xəbərləşmə
Kərəm Xaosun daha dərin qatlarına endikcə xaotik sim­vo­lika buna uyğun olaraq daha da güclənir. O, Mehdən sonra xarabalıq/xaraba şəhərlə xəbərləşir: “Az getdilər, çox getdilər, bir şəhər xarabalığına çıxdılar. Kərəm dayanıb dedi:

– Sofi lələ, bir zaman varmış ki, bu şəhərdə adamlar döv­ran sürürmüş. Dayan, soruşum, görüm bu şəhər niyə xa­ra­ba qalıb. Adamları necə olub?

Aldı Kərəm görək xaraba şəhərə nə dedi:

Səyyah olub bu aləmi gəzərkən

Rast gəlmişəm bu viranın daşına.

Söylə, viran, nə zamannan bərisən?

Nə gəlmişdi, nə gələcək başına?
Kərəmin sözlərindən viran dilə gəlib dedi:
Həzrət Nuhun zamanınnan bəriyəm,

Əmr-haqla nələr gəldi başıma...

Başıma gələni söyləyim sənə,

Gör nə zəhər qatılıbdı aşıma”161.


Beləcə Kərəmlə xaraba şəhər 6 bəndlik şeirlə xəbər­lə­şir­lər. Bu dialoq süjetüstü formasına görə aktiv (ikitərəfli) xə­bər­ləşmədir: Kərəm soruşur, Xaraba şəhər cavab verir. Şeirin məz­­munu dünyanın mənası haqqında fəlsəfi düşüncələri əhatə edir.

Dialoqun kosmoloji sxem və strukturuna gəlincə, epik-mi­foloji düşüncədə Xaraba şəhər/Xarabalıq/Viranə semantem ki­mi birbaşa xaosu rəmzləndirir. Kosmoloji süjetə görə, şəhər Ke­şiş tərəfindən tilsimlənmişdir. Belə ki, Azərbaycan nağılla­rın­da Keşişlə həmfunksiya olan dərvişlər xaos yaradıcıları ki­mi bütöv şəhərləri, qəsəbələri daşa döndərirlər. Qəhrəman gə­lir, tilsimi sındırır, insanları əvvəlki halına salaraq kosmosu bər­pa edir. Süjetüstü Kərəmin bu kosmosyaradıcı missiya­sı­nın izlərini qorumasa da, onun şaman-qəhrəman statusu Kə­rə­min də süjetaltında belə bir kosmosyaradıcı akt həyata ke­çir­di­yini ehtimal etməyə əsas verir.




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin