Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə69/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   65   66   67   68   69   70   71   72   ...   92
OD DÜYÜNDƏ

Qaşqay elinin bütün tayfalarında və qollarında belə bir ənənə var ki, yeni həyat quran cavan oğlan-qız toy gecə­sindən əvvəl kürəkən özünə bir taza ocaq qazmalıdır. Gəlin o gün ki istəyir oğlan evinə və ya çadrına köçsün, lazımdır ki, öz evlərində olan təndirin dövrəsində dolansın. Gəlin təndiri dolanandan sonra təndirin üstünə bir keçə salınır. Gəlin o keçəni öpməklə özünün ürək etiramını oda və ocaqa bildirir. Gəlin yeni evə o vaxt köçür ki, taza ocaq kürəkən əli ilə qazılmış olsun. Kürəkən ocağı qazıyandan sonra orda olan meh­tərlərin (aşıqlar) əli ilə toy-düyün başlanır. Bu toyda işti­rak edən adamlar saz və naqara səsi göylərə ucalan zaman şadlıq etməyə məşqul olurlar.

Qaşqay elində olan bir inama görə kürəkən ocaq qazı­madan qabaq gərdək otağına qızla birlikdə qədəm qoya bil­məz. Deməli, bu vaxt od yeni ailə qurmasında bir başlanğıc sayılır. Qaşqay eli də bütün türkdilli xalqlarda olduğu kimi törəməni, artımı və ailənin birliyini ocaqla əlaqədar sayır. Misal üçün “Uşağı olmayan adamın ocağı kordur” deyirlər. Və ya bir adamın ki bir neçə ildən sonra uşağı dünyaya gəlir, onun haqqında belə deyirlər: “Kor ocağından bir uşaq çıxdı”. Belə aydın olur ki, bu xalqın inamına görə uşağın dünyaya gəlməsinə odun və ocaqın böyük nəqşi olmüş və ya bir sözlə od körpəni ataya-anaya verir. Burda ocaq həyatla, törəmə ilə bir mənada nəzərdə tutulur.

Qaşqaylar toy mərasimində at qaçırdırlar. Və ata böyük ehtiram bəsləyirlər. Toylarda da atla müsabiqə etmək böyük bir mərasimdir.

Toy mərasimində at qovmadan qabaq mehtərlər atların qulaqına kerana ilə (musiqi aləti) döyüş havalarını çalırlar. Ta atlar bu döyüş havasının təsiri ilə həyəcana gəlib öz sahib­lərini böyük müvəffəqiyyətə nail etsinlər.

Toylarda ən məşhur olan oyunlardan biri də dəsmal oyu­nudur. O, Bəxtiyarı adlanır.

Qaşqay şairlərinin ən məşhuru və sevimlisi Məhzun ad­lanır. Demək olar ki, onun el-obaya, dağa-təbiətə və igidliyə həsr olunmuş şeirləri xalq arasında sinəbəsinə gəzir və dolanır:

Heç cür ixtiyarla ayrılmaz öz gülüzarından,

Mən gedirəm, ahu-zarilə qal dövranım, qal.
Məhzun fikri-xəyal eylər,

Can söz üçün neylər.

Yarla içdiyim meylər,

Keçirdiyim dövranlar,

Qal dövranım, qal.

Qaşqay elinin musiqi alətlərinin ən məşhuru kerana, ya nağaradır (iki təbildən ibarət olan bir musiqi alətidir). Və ke­ranadan əlavə skripka və setar da onların musiqi alətlərin­dən sayılır.

Maraqlıdır ki, görkəmli aşıqlar “Koroğlu” dastanını skrip­­­ka ilə çalırlar. Qaşqay aşıqlarının ən ehtiramlısı aşıq İs­mayıldır. Onun oxumaları, qoşmaları, mahnıları xalq arasında ağızdan-ağıza gəzir. Və hər yerdə tərənnüm olunur.

Getdim gördüm su doldurur,

Su yerinə gül doldurur,

Yari mehribanım gəl ey, gəl

Bir şirin zəbanım, gəl ey, gəl.
Getdim gördüm bulaqdadır,

Əl-üzünü yumaqdadır,

Yari mehribanım gəl ey, gəl,

Bir şirin zəbanım gəl ey, gəl.


Getdim gördüm yağış çölə

Əl doladım incə belə.

Yari mehribanım, gəl ey, gəl,

Bir şirin zəbanım gəl ey, gəl.


Kəsmə, nar ağacıyam,

Şirin bar ağacıyam.

Kəsmə, narım tökülər.

Şirin barım tökülər.

“Əsli və Kərəm” dastanı da Qaşqay elində çox məşhur­dur. “Əsli və Kərəm” dastanı bu elin içində məhəbbət, vəfa və yar yolunda başdan-candan keçənin simvoludur. Demək olar ki, xalq aşıqları Əsli və Kərəmdən oxuyanda elin içində cavan oğlan və qızlara həyatın eniş-yoxuşunda birlik arzu edib və beləliklə də istəyirlər ki, onlar da “Əsli və Kə­rəm” kimi pak eşqin nümunələri olsunlar.
Kərəm deyir:

Başı para-para

Boz dumanlı qarlı dağlar,

Damanıya (ətəyinə) qonnan ellər necə oldu?

Əslim köç eylədi

Mən də dalınca,

Əslim gedən uzaq yollar necə oldu?
Əsli deyir:

Açaram yol üstündə başımı,

Saçımı, xərmən-xərmən eylərəm.

Kərəm gəlir yaralı,

Özüm ollam təbib, dərman eylərəm.
Qaradağ, bir yol ver çıxım başiyən,

Mən qurbanam sənin torbağına, daşiyə.

Laçın olam uçam, qonam döşüvə

Baxım görəm yar elləri hardadır?



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin