Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə67/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   63   64   65   66   67   68   69   70   ...   92
UŞAQ OYUNLARI
ƏNZƏLİ OYUNU

(Pişdək keçdi)
İki dəstə cavan uşaqlar bir yerə yıqışıb bu oyunu belə başlayırlar:

Bölünəndən sonra bir ədəd pulu göyə atıb “orel ya reş­ka” (şersən xətt) edib hər kəs ki düz desə, o birisi tərəf əyilib onlar onların üstündən atılırlar. Bəzi yerlərdə oyunu başla­maqdan ötrü bir corabın içində üzük qoyurlar. Hər kəs tapsa o birisi dəstənin üstündən atılırlar. O biri tərəfindən adamları da əllərini dizinə qoyub, başlarını gizlədirlər. Oyunun mollası oyunu başlayır. Və o deyən sözləri də onun dəstəsində olan adamlar da təkrar edir:

Bu bir oyundur, xan dəyməz,

İkidə heç dəyməz.

Üçdə bir yan vuranlar,

Dörddə bambızın əzərlər,

Beşdə aya baxarlar,

Altıda qıçı vurarlar.

Ovhələ ay, ovhələ,

Keçi girdi bostana,

Vurdular qıçı sındı

Apardılar həkimə.

Atılan elə atılmalıdır ki, əlindən savay heç bir yeri o pişdək duran adamın bədəninə dəyməyə. Məgər o dəfələr ki, oyunun özündə bu dəyməyə icazə verilə. Məsələn, üçüncü və dördüncü qismətə baxmaqla görürük ki, burada hər kəs yanı ilə pişdəkeşi vurmasa və ya onun bambızın əzməsə o dəstə uduzur. Və sonra o birisi dəstə oyunu başlayır.

QƏLƏNDƏR OYUNU
Azərbaycanda uşaq oyunlarından biri də qələndər oyunudur. Bu oyun belə başlanır:

Bir iddə uşaq oyuna hazırlaşır. Öz aralarında bir başçı seçirlər. Sonra bu başçı uşaqları bir sıraya düzür. Sıranın başında duran uşağın əlinə bir fitədən, ya ayrı bir paradan tırna eşirlər. Bu başçı özü bir səkidə, ya bir uca yerdə ki hamı uşaqları görməyə qadir ola dayanır. Və özü istədiyi bir quşun, ya bir heyvanın hərəkətlərini nümayiş edir. Qurtarandan sonra belə deyir: başı mənim, ayaqı tapanın. Tırna əlində olanlar cavab verirlər. Əgər tapa bilməsə tırnanı öz yanındakına verir. Hər kəs ki düzgün cavab tapdı, başlayır uşaqları qovlamağa. Və orda belə oxumaqa başlayırlar:

Bir quşum var bu xərtənə,

Qələndər, ay qələndər.

Dimdiyi var bu xartana,

Qələndər, ay qələndər.

Su içər bu xartana,

Qələndər, ay qələndər.

Gözləri var bu xartana

Qələndər, ay qələndər.

Qanadları bu xartana

Qələndər, ay qələndər.

Oyunun başçısı düzgün cavab tapılan zaman deyir: “pa­lan”. Palan sözünü eşidən uşaq uşaqları qovlamağa başlayır. Molla bir azdan sonra uşaqların qovlamağına son qoymaqdan ötrü deyir: “yalan”. Bu zaman uşaqlar çalışırlar ki, düzgün ca­vab verən uşağın əlindən tırnanı alıb və onu tutsunlar. O da ça­lı­şır ki, ələ düşmədən əvvəl özünü oyun başçısının yanına ye­tirsin. Hərgah o, mollanın yanına yetişsə tazadan oyun başlanır.

Bu dəfə oyun başçısı bir ayrı quşun və ya ayrı bir hey­va­nın hərəkətlərini nümayiş etdirir. Demək olar ki, bizim dü­şüncəli atalarımız belə-belə oyunları yaratmaqla bir tərəfdən çalışıblar ki, uşaqlar zirək, comərd olsunlar, bir tərəfdən uşaq­lar cəmi oyunlarda iştirak etməklə bir yaşamağa adət eləsin­lər. Və bir tərəfdən də öz ölkələrində olan quşların və ya baş­qa-başqa heyvanların bütün hərəkətlərini, ənənələrini başa düşsünlər.



QUŞ UÇDU
Ziyalı ata-analarımız körpə uşaqlarının əllərini, ovucla­rını hərəkətə gətirmək üçün və onların əllərindəki qan damar­larını hərəkətə gətirməkdən ötrü bu uşaq oyunundan istifadə edirmişlər. Hal-hazırdakı tibb də bu üsulu davam etdirir. Uşa­ğın ovcunun arasında bir dairə çəkirlər. Sonra burdan bir quş uçdu deyə barmaqlarını ─ kiçik barmaqdan başlamış ta böyük barmağa qədər hərəkət edirlər və bu sözləri oxuyurlar:

Burdan-bura darı xərməni

Burdan bir quş uçdu uçdu,

Bu vurdu, bu tutdu,

Bu bişirdi, bu yedi

Bu dedi ki, hanı mənim payım?


Buna belə cavab verirlər:

─ Dıqılı pişik apardı

Tumanı düşük apardı.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin