Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Gilanar çöpü və ya saplağı



Yüklə 2,22 Mb.
səhifə64/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   60   61   62   63   64   65   66   67   ...   92
Gilanar çöpü və ya saplağı

Cənubi Azərbaycanın əttarları gilanarın saplağını quru­dub və maqazalarda bir dərman kimi satırlar. Bu saplağı dəm­ləyəndən sonra iştəhası küsən adamlara verirlər.


Əvəlik toxumu

Əvəlik toxumundan bir cür aş bişirilir. Və onun toxumundan dəmləyəndən sonra qarın ağrısında və ya ürək bulanmasında istifadə olunur.


UŞAQ FOLKLORU
SİCİLLƏMƏ
Ayaza, ayaza Nərgizə

Cehizin gətir, gəl bizə.

Bizdən gedək Təbrizə,

Təbriz xarab olub gəl,

Dəmir daraq olub gəl.

Dəmirçinin qızları

Yolda qaldı gözləri.

Günəş gözün açanda,

Sübh şəfəqin saçanda,

İgidlər yel altında,

Sevdanın qanadında,

Dəmirçinin bağında,

Qızların otağında,

Ayaza, ayaza Nərgizə

Apardılar Təbrizə.
* * *

O vəlli, vəlli, vəlli,

Naxır gəlir dörd əlli,

Nənəm sağar gətirər,

Pişik başın batırar.

Pişik kimi pişiyi

Xan evinin pişiyi,

Xan evinin nəyi var,

Çala-çuxur çayı var.

Dağa çıxan atı var,

Göy muncuqlu iti var,

Qoyunlarda südü var.

Altı batman əti var.

Xan qızı kilim toxur,

İçində bülbül oxur.

Ondan böyük qardaşı,

Allah kəlamın oxur.

Axund məni oxutdu,

Qara saçımı toxutdu,

Qara saçımın şivəsi

Qızıldandır düyməsi.

Qızılları itirdim,

Var-yoxumu itirdim.

Gecələr sübhə kimi ağlamışam,

Atımı arpa verin kişnəməsin.

Qatıra yonca gərək əsnəməsin.

İtimə sümük gərək dişləməsin.

Altına keçə gərək gün düşməsin.

Dövrəsinə çəpər gərək yel dəyməsin,

Çul oldu palan örtdü,

Döşəməmiz burda bitdi.

DÜZGÜLƏR
Ha deşdi, deşdi, deşdi,

Vurdum Gilanı keçdi.

İki xoruz əlləşdi,

Biri qana bulaşdı,

Qan getdi çaya düşdü,

Çaydan göyərçin uçdu,

Göyərçinin fil-fili,

Gəl oxu bizim dili.

Bizim dil Urmu dili,

Urmudan gələn atlar

Heyvan axcayın çatlar,

Heyvanı götürənlər,

Şahıma yetirənlər,

Şahım şahlar içində,

Qılıncı qan içində.
* * *

Tappır, tuppur atlı gəlir,

Həzrə yolundan

Yazılmamış kağız gəlir.

Qardaş dilincə

Qardaş mənə nə göndərdi,

On qızıl alma.

Mən qardaşa nə göndərdim?

Çərkəzi çalma,

Ucları burma,

İçində xurma.

Qız bağa girmə,

Düymən üzərlər,

Çarxa düzərlər.

Çarxın bəndi

Sinəmə dəydi.

Haqverdi kəndi

Bəylər bəyəndi.



LAYLALAR


Balam gəlir yatmağa,

Böyüyüb boy atmağa.

Sabah yuxusu şirin,

Qıymaram oyatmağa.


Laylay, beşiyim, laylay,

Evim, eşiyim, laylay.

Sən get şirin yuxuya,

Çəkim keşiyin, laylay.


A laylay, quzum, laylay,

Ayım, ulduzum, laylay.

Sən hasilə çatınca,

Hər dərdə dözüm, laylay.


Laylay dedim boyunca,

Baş yasdığa qoyunca.

Bardaxlan, qızılgülüm,

Bir iləyim doyunca.


A laylay, yenə laylay

San deyim sənə laylay

Sənə gələn dərd, bəla,

Qoy gəlsin mənə, laylay.


Oxşasın dilim səni,

Böyütsün elim səni.

Meydanda at oynadan,

Bir igid bilim səni.


Qızılgül bacın olsun,

Bağlar oylağın olsun.

Tanrıdan azum budur,

At minən çağın olsun.


Əziziyəm, gül əşrəf,

Bülbül əşrəf, gül əşrəf.

Mən burdan laylay çalım,

Sən yüyrükdə gül əşrəf.




YANILTMACLAR
Getdim gördüm bir bərbər bir bərbəri bərbər bəirdədir. Dedim “a bərbər, bu bərbəri niyə bərbər bəirdirsən? Dedi: “bu bərbərin dədəsi mən bərbərin dədəsini bər-bər bəirtdiyi üçün mən də bu bərbəri bər-bər bəirdirəm.
Göy yonca, gömgöy yonca, gömgöy yonca.
Küp qulpu, xub küp qulpu.
Dəyirmana girdi köpək, dəyirmançı vurdu kötək. Bilməyirəm kötək yedi, köpdü köpək.
Ay dəyirmilənməyə nə qalıb?
Yorğan yoğrul yorğun.

UŞAQ NAĞILLARI
Toplan
Bir xoruzla it dostluq edirdi. Bir gün xoruz dünyanı gör­mək üçün hündür bir yerə çıxdı. Boynunu uzatdı, amma qabağındakı dağ ona imkan vermədi ki, o, ətrafa baxıb bir şey görsün. O, yuxarıdan itə baxıb dedi:

– Toplan qardaş, bəlkə sən biləsən, o dağın dalında nə var?

Toplan dedi:

– Mən də bilmirəm.

Xoruz dedi:

– Bəs nə vaxta kimi dağın o tərəfindən xəbərsiz qala­ca­ğıq. Bilirsən nə var, gəl birlikdə ora gedək. Görək orada nə var?

Onlar sözü bir yerə qoyub evdən qaçdılar. Xeyli yol getdikdən sonra axşamçağı bir meşəyə çatdılar. Toplan bir kolun altında uzandı, xoruz isə yaxınlıqdakı ağaclardan biri­nin başına çıxıb yatdı.

Sübh olan kimi xoruz banladı. Yaxınlıqdan keçən tülkü onun səsini eşitdi.

– Pah, bu haradan gəlib, yaxşıca qəlyanaltı olar mənə.

Tülkü bunu deyib ağaca yaxınlaşdı, dedi:

– Sabahın xeyir, xoruz qardaş. Bu tərəflərə xoş gəl­misən. Buralarda nə edirsən?

Xoruz dedi:

– Dünyanı gəzirik.

Tülkü dedi:

– Ay nə yaxşı oldu, mən də dünyanı gəzmək üçün çox­dandı ki, yol yoldaşı axtarırdım. Çox yaxşı oldu sizə rast gəldim. Düş aşağı gedək, yoxsa gecikərik.

Xoruz tülkünün cavabında dedi:

– Mən razıyam. Get yoldaşıma da de. Hərgah razıdırsa düşüm gedək.

Tülkü xəbər aldı:

– Yoldaşın hardadır?

Xoruz dedi:

– Bax, o kolun altındadır.

Tülkü öz-özünə dedi: “Görünür, bunun yoldaşı da xo­ruzdur, o da mənim günorta yeməyim olar. Tülkü bunu deyib yavaş-yavaş kola tərəf gəldi. Toplan kolun altından çıxıb tülkünün üstünə gəldi. Tülkü qaçmağa üz tutdu. Xoruz işi belə görüb ağacın başından tülküyə dedi:

– Hara belə, tülkü qardaş, qaçma, hara qaçırsan, gözdə biz də gəlirik. Axı belə də yoldaşlıq olar!


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin