Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,22 Mb.
səhifə60/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   56   57   58   59   60   61   62   63   ...   92
XALQ TƏBABƏTİ
Dərman bitkiləri
Cənubi Azərbaycanda keçən əsrlərdən bəri dərman bit­ki­ləri və gül-çiçəkdən düzəldilən araq bir xalq ənənəsi kimi müqəddəs sayılır. Hər ev bu bitkilərin yetişən fəsillərində gül­lərdən və bitkilərdən müxtəlif araq çəkirdi. Bu araqların məş­huru çar araq (şahispərən, badir şəbi, boymadərən və kərövüz­dən düzəldilən arağın adı idi). Bunlardan əlavə kəhlikotu, bidmeşk arağı da məşhurdur. Bidmeşkə Azərbaycanda xalq ara­sında piş-pişə də deyirlər. Bidmeşk söyüd ağacının tirəsin­dən­dir. Bundan da düzəldilən bidmeşk noğulu da İranda və habelə qonşu ölkələrdə çox məşhur noğullardandır. Təbrizdə şahispərən arağına ətir arağı da deyirlər. Bu otun bir metrdən artıq ucalığı və uzun enli yarpaqları olur. Bəzən çayı ətirli etməkdən ötrü bunun bir yarpağını çaya töküb dəmləyirlər.

Bundan əlavə çayı dadlı etmək üçün ətirşahıdan da istifadə edirlər. Bu otu Cənubi və Şimali Azərbaycanın müx­təlif yerlərində əkirlər. Və ilin bir fəslində də balaca-balaca güllər verir. Bundan əlavə müxtəlif dərman bitkiləri arasında türkəsayaq dərman adı ilə adlanır.


Reyhan toxumu

Reyhan toxumu balaca qara bir toxumdur ki, ondan şərbətin xoştəmliyində istifadə olunur. Əlavə olaraq boğaz xəstəliyində də ondan istifadə edirlər. Bu toxumu bir az suda isladandan sonra xəstəyə verirlər.


Acı badam

Həkim və başqa dərman tapılmadıqda acı badamı dö­yən­dən sonra mədə ağrısında və ürək sancılarında işlədirlər. Çox acı olduğuna görə ona bir qədər şərbət qatılır. Sonra isə xəstəyə verilir. Acı badamdan bağırsaq qurdunun ölməsinə də işlədilir.


Torba bülbülü

Torba bülbülü adında xırda bülbüllər vardır ki, məmulən (təcili) onların yuvası uca ağaclarında, məxsusən qələmə ağacının yuxarı budaqlarında olur. Bu yuvanın torba şəklində olmasına görə ona torba bülbülü deyilir. Bu bülbül bu yuvanı düzəltmək üçün müxtəlif güllərin və ağacların tiftiyindən düzəldir. Bu torbanın bir şəkli balaca boranı şəklində olur. Bu yuvanı Cənubi Azərbaycanda ağacdan qırıb onu od üstündə yandırırlar. Və inanırlar ki, onun od tüstüsü güclü başağrıları zamanı işlədilir. Bundan əlavə bu yuvadan qalan külü köhnə yaraların üstünə səpir və bir neçə günlüyünə bağlayırlar. Beləliklə, köhnə yara sağalır.



Xəlifə otu

Xəlifə otu Təbrizdə və Azərbaycanın müxtəlif yerlə­rində təkcə və ya başqa göyərtilərlə (kəvər, reyhan) qarışıqlı yeyilir. Bu bitkinin xalq inamına görə bülbül quşunun dil açmasında və yaxşı-yaxşı oxumasında böyük rolu vardır.

Türkəsaya dərmanlarına inanan adamların nəzərinə görə bir dənə xəlifə otu qarnı boşaltmaqdan ötrü istifadə olunur. Bundan əlavə xəlifə otunun suyu qarnın qurdlarını öldürmək­də də istifadə olunur.
Sürmə

Cənubi Azərbaycanın Tikantəpə şəhərində yaşayan xalqın inamına görə gözün itdirsəyini müalicə etməkdən ötrü ağramayan gözə sürməni çəkirlər ki, ağrayan itdirsəkli gözün bağrı çatlasın. O zaman o ağrıyan göz sağalır.



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin