Ədəbiyyat:
-
Рустамова-Тогиди C. Шемаха. Март- Июль 1918 г. Азербайджанские погромы в документах. Т. 2. Селение Шемахинского уезда. – Баку, 2013. - 872 c.
-
Arzumanlı V., Baxşəliyeva X. Türk dünyası” və “Böyük Ermənistan “ xülyası.- Bakı, 2008.
-
Hacıyev İ. Ermənilərin Azərbaycana qarşı ərazı iddiaları və qanlı cinayətləri. - Naxçivan, 2012.
Aypara Abbasova
TOLERANCE TRADİTİONS OF DURİNG THE PERİOD OF ADR
Summary
İn Democratic Republic of Azerbaijan times, the tolerance traditions of national was developed Accepting the act of about independence in 1918 28th May ADR gave equality to all people living there/
GÜLBƏNİZ ABBASOVA
Bakı şəhəri, E.Əliyev adına 162 saylı orta məktəb, müəllim
gulcahan777@mail.ru
AZƏRBAYCAN CUMBURİYYƏTİNİN QONŞU DÖVLƏTLƏRLƏ
DİPLOMATİK MÜNASİBƏTLƏRİNİN ƏSASLARI
Bütün dünya xalqları kimi, Azərbaycan xalqı üçün də müstəqillik əldə etməkdən böyük tarixi nailiyyət ola bilməz. Rusiyada 1917-ci ildə baş verən inqilab Azərbaycanın müstəqil dövlət kimi haqqa qovuşmasına açar oldu. Millətlər öz müqəddaratını həll etmək hüququ əldə etdilər. Millətlər öz kəndi müqəddaratlatını müstəqil dövlətlər yaratmaqla göstərdilər.
Bu, Rusiyada baş verən inqilabdan sonra köhnə cəmiyyət qalıqları ilə yeniləri arasında, düşmən elan edilmiş siniflərlə - proletariat və kəndlilərdən çıxmış bolşeviklərlə mübarizənin kəskinləşdiyi dövr idi. Bununla yanaşı tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etdi. 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan müstəqil dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu. Müstəqilliyini elan etmiş Azərbaycanın qonşu dövlətlərlə münasibətləri çox zəruri idi. Azərbaycan Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparır, bütün imkanlardan istifadə edir, taleyüklü məsələlərin həllinə çalışırdı. Azərbaycanın tarixi torpaqlarını ələ keçirmək üçün erməni - daşnak hökuməti tərəfindən irəli sürülmüş əsassız ərazi iddiaları Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasının qərarı ilə İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə güzəşt edilməsi ilə nəticələndi. Ermənilər Göycə bölgəsinə, Naxçıvan bölgəsinə, Qazax qəzasının dağlıq hissəsinə,Qarabağa və Zəngəzura qarşı ərazi iddiaları qaldırırdılar. Azərbaycan Xalq Cümhuriyyəti olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə Ermənistanın ərazi iddialarını rədd edir, Cümhuriyyətin ərazi bütövlüyünü təmin etmək üçün hərtərəfli iş aparır, mümkün olan bütün tədbirləti görürdü.
Qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq üçün Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan arasında iqtisadi, maliyyə, nəqliyyat və rabitə sahələrində əməkdaşlığı tənzimləmək üçün böyük işlər görmüşdür.
1918-ci il Gürcüstan hökumətinin sədri N. Ramşvili keçmiş Zaqafqaziya hökumətinin əmlakının Azərbaycan və Gürcüstan arasında bölüşdürülməsini Azərbaycanın bu ölkədəki nümayəndəsi Məmməd Yusif Cəfərovla həll etmişdilər. Arbitraj yolu ilə Qafqaz cəbhəsinin ləğvi nəticəsində daşınar əmlakı bölüşdürdülər.
1918-ci ilin sentyabrın 6-da Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri maliyyə və pul-kredit əməliyyatları üçün birlikdə 280 milyon rubl məbləğində Zaqafqaziya bonu buraxılması haqqında saziş imzaladılar.1918-ci il dekabrın 26- da Azərbaycanla Gürcüstan arasında mal mübadiləsi haqqında müqavilə bağlandı. Azərbaycan tərəfindən Behbud xan Cavanşirin, Gürcüstan tərəfindən həmin ölkənin Azərbaycan Hökuməti yanındakı diplomatik nümayəndəsi Nikolay Kartsivadzenin imzaladıqları bu sənədə görə, tərəflər dəmir yolu daşınan yüklər üçün 1 il müddətində azad tranzitə, yəni gömrük rüsumu alınmasına razılıq verdilər. Azərbaycan tərəfi Gürcüstan əhalisinin və dəmir yollarının ehtiyaclarını ödəmək üçün il ərzində 1 milyon pud ağ neft, mazut və sürtkü yağı göndərməyi, Gürcüstan tərəfi isə Azərbaycan dəmir yollarının ehtiyacını ödəmək üçün zəruri materiallar və daş kömür göndərməyi öhdəsinə götürmüşdü.
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdən Dağlılar Respublikası ilə əlaqələri möhkəmləndirməyə başladı.Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yardımı ilə Dərbənd və Dağıstanın xeyli hissəsi azad edildi. Dağlılar hökumətinin maliyyə naziri Vassan Gəray Cabagiyev Bakıya gələrək 500 min rubl həcmində vəsait aldı. Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ilin əvvəlində Şimali Qafqazın Denikin tərəfindən işğalına qarşı Dağlılar hökumətinə həm də diplomatik və hərbi yardım göstərdi.Əbdürrəhim bəy Haqverdiyev səlahiyyətli elçi kimi Temirxan-Şuraya göndərildi.1919-cu il mart ayının 6- da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski müttəfiq qoşunlarının komandanı general U.Tomsona nota təqdim etmişdi. Notada Antanta dövlətlərindən « qan tökülməsinin və bütün Qafqazı bürüyə biləcək böyük yanğının qarşısını almaq məqsədilə general Denikinin Könüllü ordusunun Şimali Qafqaz Dağlılar Xalqları İttifaqı Respublikasına qarşı təcavüzkar hərəkətlərinə dərhal son qoyması üçün ən qəti tədbirlər görülməsi istənilirdi » [4, s 40] .
Erməni Milli Şurasının üzvləri Qarabağdan çıxarıldıqdan sonra Qarabağ ermənilərinin VII -ci qurultayı (1919, avqust) Azərbaycan hökumətinin hakimiyyətini tanımaq haqqında qərar qəbul etdi [ 3, s 72].
1919-cu il oktyabrın 29-da Azərbaycan Xalq Cumhuriyyəti Xarici İşlər Nazirliyi konfransın keçirilməsi ilə bağlı Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi 1919- cu il 7 oktyabr tarixli teleqramına cavab olaraq bildirmişdir ki., Cumhuriyyət Hökuməti öz qonşuları ilə mehriban münasıbətlər qurmağa, bütün mübahisələri razılıq əsasında həll etməyə səy göstərir.
1919-cu il noyabrın 23-də Tiflisdə Azərbaycan Ermənistan sazişi imzalanmışdır. Cənubi Qafqazda müstəqil respublikalar yarandıqdan sonra qarşıda ərazi iddialarını təcavüzkarlıq və etnik təmizləmə siyasəti ilə həyata keçirməyə başladı.1919- cu ilin payızında Ermənistanın Aərbaycana qarşı ərazi iddiaları daha kəskin şəkil aldı. Azərbaycan Hökumətinin dövlətin ərazi bütövlüyünü qorumaq üçün həyata keçirdiyi tədbirlər ermənilərin hərbi-diplomatik fəaliyyətini puça çıxardı. ABŞ-ın və İngiltərənin Qafqazdakı nümayəndələri bölgədə hərbi vəziyyətin kəskinləşməsinin Paris sülh konfransının işinə maneçilik göstərəcəyi barədə narahatlıqlarını Azrbaycan və Ermənistan hökumət başçılarına bildirdilər. 1919-cu il sentyabrın 1-də Haskelin Paris sülh kоnfransı adından Azərbaycan və Ermənistan hökumətlərinə göndərdiyi «Naxçıvan və ŞərurDərələyəz qəzaları haqqında əsasnamə»də həmin fikirlər bir daha nəzərə çatdırılırdı [2, v 135]. Əsasnaməyə görə, Naxçıvan və Şərur-Dərələyəz qəzalarını əhatə edən rayоnlar bitərəf zоna elan edilir və burada bütün idarəçilik işləri Amerika general-qubernatоrluğuna tapşırılırdı [7, s. 300-301]. Bütün hərbi qüvvələr, pоçt, teleqraf оnun tabeliyinə verilir, yerli vəzifəli şəxsləri generalqubernatоr təyin edirdi. ABŞ nümayəndəsi C. Rey tərəflər arasındakı mübahisəli məsələləri dinc yolla həll etmək üçün Tiflisdə konfrans keçrilməsini təklif edir.Noyabrın 20-22 də Tiflisdə Azərbaycan və Ermənistan hökumət başçıları Nəsib bəy Yusifbəyli və A. Xatisyannın başçılığı ilə nümayəndə heyətlərinin görüşləri keçirildi. Noyabrın 23-də isə vasitəçi-təminatçılar olan müttəfiqlərin Qafqazdakı Ali komissarının müavini C. Rey və Gürcüstanın xarici işlər naziri Y.Gegeçkorinin iştirakı ilə tərəflər arasında saziş imzalandı.
İmzalanmış saziş beş əsas maddədən ibarər idi.: 1-ci maddərə görə, Ermənistan və Azərbaycan hökumətləri baş verən toqquşmaları dayandırmağa və yenidən silah gücünə əl atmamağı öhdələrinə götürdülər; 2-ci maddəyə görə tərəflər Zəngəzura gələn yolların düzəldilməsi və açılması, bu yollarda hərəkətin təhlükəsizliyi üçün təsirli tədbirlər görülməsinə razılaşırdılar; 3-cü maddədə tərəflər, sərhədlər haqqında məsələlər də daxil olmaqla, bütün mübahısələri dinc yolla həll etməyi öhdələrinə götürdülər. Sülh yolla razılığa gəlmək mümkün olmadıqda, hər iki tərəf Amerika polkovniki Reyi münsiflər məhkəməsi sifəti ilə bitərəf şəxs kimi qəbul edir və onun qərarlarını məcburi yerinə yetirməyə razılaşdılar; 4-cü maddədə noyabrın 26-da Bakıda Azərbaycan- Ermənistan konfransının keçirilməsi qərara alındı.; 5-ci maddə sazişi imzaladığı gündən qüvvədə sayır və parlamentlərin təsdiqindən sonra hüquqi qüvvəyə mindiyini təsbit edirdi [5, s 119]. 1919-cu ildə Denikinin qoşunlarının təcavüzü zamanı Azərbaycan qonşu Ermənistan dövləti ilə sənəd imzaladı. Saziş Gürcüstanda xarici işlər naziri vəzifəsində olan Məmməd Yusif Cəfərov, hərbi nazir Səməd bəy Mehmandarov, baş qərargah rəisi general-leytenant Məmməd bəy Sulkeviç, Gürcüstan tərəfdən xarici işlər naziri Y.P.Gegeçkori,hərbi nazir N.Ramşvili, hərbi nazirin müavini general-mayor Gedevanov və general Odişelidze tərəfindən 3il müddətinə imzalanır. Ermənistana da bu sazişə qoşulmaq hüququna malik olması və 2 həftə ərzində buna öz münasibətini açıqlaması barədə razılıq verilir. Ancaq Ermənistan sazişə qoşulmadı. Azərbaycan-Ermənistan münasibətləri gərgin olaraq qalırdı. Denikinə kömək etməyə yalnız Ermənistan razılıq vermişdi.
Ermənistan Respublikası ərazisində keçmiş İrəvan quberniyasının türk-müsəlman əhalisinin mənafelərinin müdafiə olunmasında, onların vəziyyətinin öyrənilməsində,erməni millətçilərinin bölgədəki etnik təmizləmə-soyqırım siyasətinin qismən də olsa, qarşısının alınmasında Məhəmməd xan Təkinski böyük rol oynamışdı. O, İrəvana gələrək, səlahiyyətlərin icrasına başlamış və bu vəzifədə səmərəli fəaliyyət göstərmişdir. Məhəmməd xan Təkinskinin Azərbaycan Hökumətinə ünvanladığı məlumatlarında Ermənistan daşnak hökumətinin yiyələndiyi Qərbi Azərbaycanda həmçinin ələ keçirməyə can atdığı Naxçıvan mahalında yerli Azərbaycan əhalisinə qarşı törətdiyi qanlı cinayətlərdən ətraflı danışılır və bunların qarşısını, qismən də olsa almaq üçün zəruri tədbirlərin görülməsi vacib sayırdı. Belə ki, Daşnaklar ingilis zabitlərinin bilavasitə köməyi və iştirakı ilə 1919-cu ilin iyununda Naxçıvanın bir hissəsini tutsalar da, Naxçıvan Milli Kоmitəsinin hərbi hissələri daşnakların nizami qоşununu əzərək Naxçıvan ərazisindən kənara atdı [2, v.3-4]. Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi Naxçıvanla bağlı hərbi səciyyəli müəyyən işləri görə bilməsə də bəzi diplоmatik-siyasi yоllardan istifadə edirdi. Bu sahədə Azərbaycan hökumətinin İrəvan və Tiflisdəki diplоmatik nümayəndələri səmərəli və işgüzar fəaliyyət göstərir, Azərbaycan rəhbərliyini və Xarici İşlər Nazirliyini оbyektiv məlumatlarla təmin edir, bir sıra hallarda təkliflərini də çatdırırdılar..
AXC –nin Gürgüstanda təsis edilən elçisi Məmməd Yusif Cəfərov idi. 1918-ci il avqustun 15-də M.Y. Cəfərov Azərbaycan hökumətinin adından Ermənistan respublikasının Gürcüstandakı xarici işlər üzrə vəkili A.Camalyana nota verərək, Andronikin başçılığı ilə erməni hissələrinin Zəngəzur və Şuşa bölgələrinə soxulmasını Azərbaycan Respublikasına qarşı düşmənçilik aktı kimi dəyərləndirmiş və bu hərbi birləşmələrin dərhal geri çağrılmasını tələb etmişdi.
1919-cu ilin yazında Denikinə qarşı əməkdaşlıq etmək üçün diplomatic nümayəndəlik yanında hərbi attaşe vəzifəsi təsis edildi. Azərbaycan hərbi nazirinin təqdimatı ilə podpolkovnik Məmməd bəy Əliyev 1919-cu il aprel 8-də bu vəzifəyə təyin edilmiş, Borçalı qəzasının azərbaycanlı əhalisinin hüquqlarının qorunması, onların erməni və gürgü silahlı dəstələrinin basqınlarından müdafiəsi üçün fəal iş aparırdı.1919-cu il avqustun sonlarında M.Y.Cəfərov Almaniya hökumətinin Qafqazdakı nümayəndəsi Fon Kressə 3 dəfə müraciət etmiş, Borçalı qəzasında anarxiyaya və azərbaycanlı əhalisinə qarşı özbaşnalığa son qoyulması üçün beynəlxalq komissiya yaradılmasını təklif etmişdi.1918-ci ilin dekabrında M.Y. Cəfərov Bakıda parlamentin üzvü olduğundan, onun müavini Faris bəy Vəkilov rəhbərlik etmişdir.1919-cu il yanvarın19-da Azərbaycan hökumət başçısı Fətəli xan Xoyskiyə göndərdiyi teleqramda türk qoşununun Qars vilayətindən geri çəkilməsindən sonar həmin ərazinin Gürcüstan və Ermənistan tərəfindən işğal olunmaq təhlükəsi haqqında məlumat vermis, təcili tədbirlər görülməsinin zəruriliyini qeyd etmişdi [1, s 87].
1919-cu il iyulun 12-də Fətəli xan Xoyski Cənubu Qafqazdakı Britaniya qüvvələri komandanı general Q.N.Koriyə nota verərək İrəvan quberniyasında yaşayan azərbaycanlıların Ermənistan nizami ordusu tərəfindən qətl və qarətlərə məruz qalmasına qəti etiraz bildirmiş, dinc əhaliyə qarşı kütləvi zorakalığa son qoyulması üçün Ermənistan hökumətinə təsir göstərməyi tələb etmişdi. Ümumiyyətlə, Böyük Britaniya kоmandanlığının İrəvana münasibətdə ikiüzlü, riyakar siyasəti həmişə müşahidə оlunmuşdur. Onun bu tələbi iki dövlət arasında normal münasibətlərin qurulması və inkişaf etdirilməsi sahəsində mühüm rol oynamışdır.
İki yoldaş, iki qonşu bir vətəndə həmdiyar
Əsrlərlə ömr edib, sülh içrə bulmuşkən qərar
Fitneyi- iblisi məlun oldu nagah aşikar
Ey süxəndanan, bu günlər bir hidayət vaxtıdır
Ülfəti ünsiyyətə dair xitabət vaxtıdır.
Müstəqilliyi, azadlığı, demokratiyası,müharibəsi, qaçqını, köçkünü bir-birinə qarışmış Azərbaycan vətandaşlarına çox vacib olan məsələ qonşu dövlətlərlə münasibətləri nizamlamaq olmuşdur. Qafqazın başbilənləri, xeyir əməl sahibləri vilayətlərdə vəziyyəti, qafqaz əhlinin xəstə halını yoluna salmağa yollar axtarmalı idilər. Millətin qeyrətini çəkənlər hər şeyə rəğmən diplomatiyanın fəaliyyətini gücləndirməyə borclu idilər.
Avam insanların, dilənçi kökünə düşmüş qafqazlıların münasibətlərini yaratmaq vacib idi. ADP –nin qonşu ölkələrdə diplomatic nümayəndəliyi haqqında verdiyi qərarların düzgün olması sonralar öz təsdiqini tapdı.
Qonşu ölkələrdə diplomatic nümayəndəliklərin yaranması, yəni erməni, gürcü, dağlılarla müqavilələrin bağlanması ADP-nin çox düzgün dövlət siyasəti idi. Azərbaycanlıları sıxışdıranlar “erməni millətçilərinin” mövqelərinin Ermənistan Hökumətinin mövqeyi ilə üst-üstə düşmədiyini görürdülər. Ancaq bəzən hökumətə daşnaq təzyiqlər də problemlər yaradırdı.
Ermənilərin 1905/1918-ci illərdə törətdikləri milli qırğınlar araşdırılsa da günahkarlar cəzalandırılmamışdır. Azərbaycan nümayəndələri dəfələrlə erməni hökumətindən vəziyyətə diqqət yönəltməyi, asayişi bərpa etməyə iş görmüşdür. Bütün bunlar gələcəkdə belə qırğınlar olmasın deyə qabaqlayıcı tədbirlər idi.
Azərbaycan kəndlisi talaşa yandırdığı bir zamanda, Tiflisə neftin Gəncədəkindən ucuz ixracı birdaha ADP-nin qonşularla siyasətində nə güzəştlərə getməsinin bir daha sübutu idi.
Kim kimi? Müttəfiq, ya düşmən? təzadları yaranırdı.Buna görə əməkdaşlığa daha çox ehtiyac duyulurdu.
Beləliklə, 28 may 1918-ci ildə müstəqilliyini elan etmiş gənc Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasət məsələlərinə xüsusi diqqət yetirirdi.Çünki I Dünya müharibəsinin getdiyi mürəkkəb beynəlxalq şəraitdə - iştirakçı ölkələrin Qafqaz və onun zəngin guşələrindən olan Azərbaycan uğrunda hərbi əməliyyatların genişləndiyi dövrdə Azərbaycanın dövlət müstəqilliyinin qorunması daxildən daha çox, xarici amillərlə də bağlı idi. Milli mənlik duyğusunun güclənməsi ilə başlanan dirçəliş, ümummilli vicdanı oyatmaya bilməzdi. Göründüyü kimi, ADR-in Milli Şurası, sonra isə Parlamenti və Hökuməti mövcud olduğu qısa müddət ərzində iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid çoxlu taleyüklü islahatlar həyata keçirmiş, müstəqil Azərbaycan dövlətinin formalaşıb möhkəmlənməsi üçün misilsiz işlər görmüşdür. İqtisadi, siyasi-ictimai və sosial, xarici münasibətlər sahələrində vətəndaşların hüquqlarının təmin edilməsinə yönəldilmiş qərar və tədbirlərin tərkibində əhalinin vicdan azadlığı məsələləri xüsusi yer tuturdu. Azərbaycan Demokratik Respublikasının uğurları və faciələri, tarixi dərsləri, dini etiqad və vicdan azadlığı sahəsində təcrübəsi - bu günümüz üçün çox əhəmiyyətlidir.
Ədəbiyyat:
-
Azərbaycan Respublikası Dövlət Arxivi. - F. 894, siy. 10, iş 70, v. 5.
-
Həsənli C. Azərbaycan tarixi: Türkiyə yardımından Rusiya işğalına qədər. – S. 72.
-
Paşayev A. Məhəmməd xan Təkinski kimdir? // Xalq qəzeti. – 2010. - 18 iyul.
-
Токаржевский Е . А. Из истории иностранной интервенции и гражданской войны. - Баку,1957. - C.11.
-
Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. - Ankara, 1991. - S.40. - (Türk dilində).
-
Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər). – Бакж,1993. – S.119.
Gulbeniz Abbasova
BASİC DİRECTİONS OF FOREİGN POLİCY OF АDR WİTH OTHER STATES
Summary
The key events of the foreign policy of the Azerbaijan Democratic Republic (1918-1920), the first secular state in the East, and the USA as one of the powers determining the world order after the First World War at the Paris Peace Conference are presented. In this article, in the context of the celebr ation of the centennial anniversary of the Azerbaijan Democratic Republic of 1918, it considered its specificity, the impact on Azerbaijan and all over the world as a whole. An example of the Azerbaijan Democratic Republic showed the possibility of a fundamental transformation of the lives of people, proved the reality and pointed the way to build a new type of state.
ÜLVİ MİKAYİLOV
Bakı Dövlət Universiteti, doktorant
ulviaydin.m@gmail.com
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ POEZİYADA
MİLLİ RUH VƏ MİLLİ İDEOLOGİYA
XX yüzilliyin əvvəlləri Azərbaycan tarixi üçün gərgin və mürəkkəb bir dövr kimi yaddaşlarda qalmışdı. Uzun illərdən bəri itirilmiş tarixi dövlətçilik ənənələrimiz 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması nəticəsində bərpa edildi. AXC-nin yaranması ilə milli şüur, milli təfəkkür, milli özünüdərk və milli ideologiya formalaşaraq inkişaf etməyə başladı. Bu inkişaf təhsil, səhiyyə və iqtisadiyyatımızda özünü göstərdiyi kimi ədəbiyyatımızda da açıq aydın hiss olunmaqda idi. Bu dövrdə ədəbiyyat və mətbuat maarifləndirici, təbliğedici rol oynayırdı. Maarifləndirmə sahəsində publisistika nə qədər əhəmiyyət kəsb edirdisə, poeziya bir o qədər, bəzən ondan da çox vacib və əhəmiyyətli idi. Poeziyanın özünəməxsusluğu onda idi ki, baş verən hadisələrə və gedən proseslərə dinamik, operativ fikir bildirməyə imkan verirdi. Bu baxımdan da Azərbaycan Xalq Cümhuriyyəti dövründə poeziyamız milli ruhun və milli ideologiyanın inkişafında mühüm rol oynamışdı. AXC dövründə Azərbaycan poeziyasının əsas nümayəndələri Məhəmməd Hadi, Əhməd Cavad, Abdulla Şaiq, Cəfər Cabbarlı, Hüseyn Cavid, Umgülsüm Sadıqzadə və başqaları olmuşdur.
Şeiriyyatın əsas mövzuları vətən, millət, bayraq, torpaq və istiqlal idi. Məhəmməd Hadi yaradıcılığının əsas motivlərini vətənpərvərlik mövzusu təşkil edirdi. Şair “Əsgərlərimizə, Könüllülərimizə” adlı şeirində yazırdı:
Bil ki, vətənin sevgili bir madəri-candır,
Vermə bunu düşmən əlinə, rəhm et, amandır,
Hürriyyətimiz hürri-füsunsari-cahandır,
Bax bir, nə gözəldir, necə candır, nə cavandır,
Biz verməriz əldən bunu, düşmənlərə qandır! (1, 11)
Hadi bu misralarında azadlıq və istiqlaliyyət uğrunda mücadilə və mübarizəni daha da önə çəkir və vətənin onun üçün nə qədər əziz, doğma olduğunu şeirdə oxucu ilə açıq şəkildə bölüşür, onun ruhuna da siraət etməyə səy göstərirdi.
Qəlbində, şeirlərində daima istiqlal və azadlıq sevgisi olan şairlərimizdən biri də Abdulla Şaiqdir. Onun “Marş”, “Neçin böylə gecikdin?”, “Arazdan-Turana”, “Vətənin yanıq səsi” və sair poeziya nümunələri Azərbaycan şeirinin dəyərli və yadda qalan örnəklərindəndir.
Haydı, yola çıxalım haqsızlığı yıxalım
Turanda gün doğunca zülmətlə çarpışalım!
Arş irəli, irəlidə cənnət kimi cahan var.
Günəş orda həp doğar, səadət orda parlar!
Türk firqəsi “Müsavat”.
Açalım quş tək qanad.
Sarılıb hürriyyətə,
Bulalım şanlı həyat. (3, 52)
Gələcəyin işıqlı olacağına ümid edən Abdulla Şaiq bu şeir vasitəsi ilə türkçülük, turançılıq ideyalarını təbliğ edir, xalqı milli birliyə və bütövlüyə səsləyir.
Cəfər Cabbarlı əsasən nəsr və dramaturgiya sahəsində qələmini sınasa da ədibin satirik və vətənlə bağlı şeirləri də vardır. Xüsəsən Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cabbarlı poeziyası daha da canlandı. “Sevdiyim”, “Azərbaycan bayrağına”, “Al bayrağ”, “Salam”, “Ölkəm” və sair şeirlər müəllifin vətənpərvər ruhda yazdığı gözəl və sənətkarlıq baxımından yüksək lirik parçalardır. Cəfər Cabbarlının Azərbaycan bayrağına ithaf etdiyi “Sevdiyim” şeiri yüksək sənətkarlıq baxımından nümunə olacaq lirik parçalardan biridir.
Altun köksün hilal-yıldız, işıqları öpüncə
Zirvəsindən Şah dağının gün doğuşu dinülür
Rəhm Allahi gözəlliklər Tanrısı tək-pək incə,
Bir siyaqla könüllərə hey salamlar söylüyür.
O yerlərdə qardaşları, dostları var, pək sevir,
Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim. (2, 62)
Ədib üç rəngli bayrağımızın rənglərini yaşıl don, mavi göz və al yanaq deyə ifadə etməklə, bayrağın insan üçün sevdiyi qədər əziz olduğunu göstərmişdir.
Bu dövr poeziyamızın parlaq simalarından biri də Əhməd Cavad idi. Əhməd Cavadın AXC-nin yaranmasından öncə də yazmış olduğu vətənpərvərlik mövzusunda şeirləri vardır. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Əhməd Cavad poeziyasına sanki yeni bir nəfəs gəldi. Müəllifin “Dalğa” adlı kitabında AXC dövründə baş verən əksər ictimai siyasi hadisələr şeiriyyat vasitəsi ilə əks olunmuşdur.
1919-cu ilin 10 aprelində parlament binası üzərində dalğalanan milli bayrağımıza xitabən “Kölgən dövlət quşu qondu başıma” söyləyən vətənpərvər şair onun kölgəsinin düşdüyü Vətən torpağını müqəddəs tutiya kimi gözlərinə sürtür:
Köksümdə tufanlar gəldim irəli
Öpdüm kölgən düşən mübarək yeri.
Allahın ulduzu o gözəl pəri
Sığınmış qoynunda ayə, bayrağım! (4, 81)
Şair vətənə, bayrağa olan sevgisini poeziya nümunələrinə çevirməklə xalqın, millətin ruhuna da istiqlal və azadlıq ruhunu sirayət etdirirdi. Qəlbi daima vətən sevgisi ilə döyünən şairin vətənimizə, bayrağımıza olan sevgisi bununla məhdudlaşmır. Əhməd Cavad Azərbaycan dilinin də saflaşıb, zənginləşməsini istəyirdi. O, ərəb, fars kəlmələrindən mümkün qədər istifadə etmir, hətta Anadolu türkcəsindən sözlərin gəlməsinin əleyhinə çıxırdı. Ə.Cavadın “Bismillah” şeiri Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazılmış poeziyanın ən gözəl örnəklərindən hesab olunur. Şeirdə ideya estetik ruhla yanaşı misralara hopmuş əzm, qətiyyət, ovqat yüksəkliyi və üsyankarlıq birbaş oxucunun ruhuna yol tapırdı. Şair yazırdı:
Ey hərbin taleyi, bizə yol ver, yol!
Sən ey gözəl dəniz, gəl türkə ram ol!
Sən ey sağa, sola qılınc vuran qol,
Qollarına qüvvət gələr, bismillah! (1, 13)
Azərbaycanın istiqlalı mövzusu Əhməd Cavad şeirinin əsas leytmotivlərindən idi. Əhməd Cavadın istiqlal sevgisi Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra da davam edirdi. Çeynənən bir ölkənin haqq bağıran səsi olduğunu hakim zümrələrə də şair bəyan etməkdən çəkinmirdi.(4, 83) Əhməd Cavad sonrakı illərdə yazdığı “At bu çadranı”, “Ana” və başqa şeirlərində yenə də öz ideologiyasını irəli sürürdü.
AXC dövrü poeziyasında xüsusi yeri olan qələm sahiblərindən biridə Umgülsüm Sadıqzadə idi. Gənc olmasına baxmayaraq Sadıqzadənin vətənpərvər ruhda yazdığı şeirlər mövzu baxımından diqqətçəkən idi. Umgülsüm övladını əsgərliyə yola salan anaların hisslərini öz lirik parçalarında canlandırırdı və onun azərbaycançılıq ideologiyası poeziyamızda mühüm yer tuturdu. Bu gənc xanım öz iradə və qətiyyətindən dönməyərək arzularını şeirləri vasitəsi ilə sərgiləyirdi. “Əsgər anasına”, “Türk ordusuna”, “Ey Türk oğlu”, “Yurdumuzun qəhrəmanlığına”, “Yollarını bəklədim”, “Çəkil, dəf ol”, “Bir mayıs günündə” və başqa şeirlərində yenicə istiqlalına qovuşmuş vətənin taleyi diqqət mərkəzinə çəkilirdi.
Annəciyim, mənim bu yaşıl dağlar,
Mənsiz nəşə bulmaz çiçəkli bağlar.
Mənsiz bülbül ötməz, çiçəklər ağlar,
Yurduma buraxmam alçaq düşməni...
Ey buzlu şimaldan qopan ruzigar,
Toxunma qəlbimə atəşi parlar. (1, 15)
Canı qədər sevdiyi vətənini şeirlərində tərənnüm edən Umgülsüm uca bir hayqırtı ilə düşməni bir daha vətəninə buraxmayacağını bəyan edirdi. Gənc xanımın bu misraları bu qədər ehtiraslı və hərarətli yazmasına səbəb keçirdiyi uşaqlıq illərinin çətinliklərlə dolu olması, həyatı dərk etdiyi gündən vətəninin müstəqil olması arzusu idi.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra poeziyamızın əsas mövzularının vətən, torpaq, bayraq, istiqlal, ümumən Azərbaycanla bağlı olması təsadüfü deyildi. Xalqımız yüz ildən çox bir müddətdə sərbəst yaşamasını və dövlətçilik ənənələrini itirmişdir. 1813-cü ildən bəri milli özünüdərk və milli şüurumuz dövrün tələbləri üzündən inkişaf etməmişdir. Bu günlərdə yüz illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə ruhumuza sirayət edən milliləşmə ədəbiyyatımızda, xüsusən də poeziyamızda açıq-aydın çalarları ilə duyulmaqdadır. AXC dövrü poeziyamız adını qeyd etdiyimiz və əsərlərindən nümunələr gətirdiyimiz şairlərin yaradıcılığıyla məhdudlaşmır. Bu dövrdə Məmməd Səid Ordubadi, Feyzulla Sacid, Davud Ağamirzadə, Əli Şövqi, Əliqulu Qəmküsar, Əli Yusif və başqa sənətkarların yaradıcılıq nümunələridə AXC dövrü poeziyamızın mənzərəsinə daxildir. Azərbaycanın Xalq Cümhuriyyətinin iki illik hakimiyyəti dövründə çap olunmuş şeir kitabları arasında Əhməd Cavadın “Dalğa”, Hacı Kərim Sanılının “Yeni şərqilər”, Feyzulla Sacidin “Fəryad” əsərləri və bununla yanaşı milli şərqilər toplusu işıq üzü görmüşdür. Azərbaycan 1991-ci il oktyabrın 18-də yenidən müstəqilliyini əldə etdikdən sonra da adını çəkdiyimiz şair və yazıçılarımızın yəni Hüseyn Cavid, Cəfər Cabbarlı, Əhməd Cavad, Məhəmməd Hadi, Abdulla Şaiq və Umgülsüm Sadıqzadənin həyat və yaradıcılığları tədqiqata cəlb olunmuş, ümumən Azərbaycan Xalq Cümhuriyyəti dövrü ədəbiyyatı ilə bağlı elmi əsərlər məqalə və tezislər yazılmış və yazılmaqdadır. Adını qeyd etdiyimiz ədiblərimizin yaradıcılığları dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Onların əsərləri yenidən latın qrafikası ilə çap edilmiş və dövlət başçısı cənab İlham Əliyevin sərəncamları əsasında yubileyləri qeyd edilmişdir. Ümumən Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyəti dövrü müstəqil Azərbaycan Respublikası və onun dövlət başçısı tərəfindən daima yüksək qiymətləndirilmişdir. Prezident İham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə 2018-ci ilin Azərbaycanda, Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunması buna nümunədir. Bu sərəncamların işığında qarşımızda duran məsələ AXC dövrünün tədqiqata cəlb edilməmiş tərəflərini elmi tədqiqata cəlb etmək, sistemləşdirmək, mövcud olan bəzi boşluqları doldurmaqdır.
Dostları ilə paylaş: |