Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 4,57 Mb.
səhifə10/16
tarix24.05.2018
ölçüsü4,57 Mb.
#51319
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
BİR PYES
Əli Kərimin «Ürək güzgüsü» adlı bir pyesi var. Hər dəfə hə­min pyeslə bağlı söhbət düşəndə Boquslavski ilə söhbətim ya­dıma düşür. O, deyirdi ki, Əlini başqa canr­lar­da yazmağa qoy­maq olmaz, onun injə, zərif şeirlər toxuyan hədsiz zərif hüjey­rələri korlana bilər. Əgər bu doğrudursa, əgər Əlinin zərif hü­jeyrələri zərrə qədər də olsa zərər çəkibsə, onun günahkarı mən olmalıyam. Çünki Əlini uzun illər səhnə əsəri yazmağa mən təhrik etmişəm. Hətta 60-jı illərin əvvəllərində «Üçünjü atlı» poeması haqqında yazdığım məqalədə Əlinin dramatik təfəkkürə malik olmasını xüsusi qeyd etmişdim. Və gün­lərin bi­rində Əli pyes yazdığını söyləmişdi. Fikirləşdim bəlkə Əli ona sərf etdiyi enercinin hesabına bir-iki xres­to­matik şeir yaza bilərdi və Rəsul Rzanın Nazim Hikmətin dilindən dediyi sözlər yadıma düşür: «Bir şeir yazmaq bir pyes yazmaqdan zor». 1961-ji ildə «Üçünjü atlı» poe­ma­sı haqqında yazdığım məqalədə Əlinin dra­matik dia­loq qurmaq bajarığını xüsusi vurğulamışdım. Söh­bətləri­mizdə də onu təkidlə dram əsəri yazmağa təşviq edir, hə­vəsləndirirdim, o isə qulaq asır və gülümsəyirdi…

İndi aradan 30-35 il keçəndən sonra Əlini pyes yaz­mağa həvəsləndirməyimin səbəblərini dürüst aydınlaşdır­maq mənim üçün çox çətindir. Yəqin ki səhnəmizin çox ehtiyaj duyduğu olduqja təravətli lirik pyeslər yazaja­ğına etiqad edirdim: müa­sir gənjlər, müasir hisslər, müa­sir tutumlu dialoqlar – deyək, «İlk simfoniya»da olduğu kimi.

Digər tərəfdən, Əlini mən güzəranını yaxşılaşdırmaq üçün səh­nə əsəri yazmağa ruhlandırırdım. Başqa ədəbi növlərə nis­bətən dövlət dram əsərlərinə daha yüksək əmək haqqı verirdi.

Əli təpədən dırnağa xalis ədəbiyyatçı idi, onun çörəyi yalnız ədəbiyyatdan çıxırdı. Uzun illərin arxasından Əliyə pyes yazdır­maq üçün təşviqat aparmağımın səbəbini bunda görürəm.

Və günlərin birində Əli balaja Azəri də götürüb gəldi bizə.

Artıq teatrın direktoru ilə baş recissor Yusif Bağırovla danı­şıq­lar aparmışdım. Bədii şura üzvlərinin bəziləri ilə də görüş­müş­düm. Pyes haqqında konkret təsəvvürüm ol­madığından ən çox Əli Kərim haqqında söhbət etmiş­dim. Mən həmişə teatr kol­lektivinə belə bir fikir təlqin et­məyə çalışırdım ki, bədii ya­ra­dıjılığın bir sahəsində müvəffəqiyyət qazanmış (nəsr ya poezi­ya sahəsində), yazıçı adını daşımağa layiq görülmüş şəxslərə teatrın qapılarını açıq saxlasınlar. Həyatda möjüzə olmur, olsa da yüz ildə bir! Yəni, ədəbi növlərin heç birində kiçik bir yazısı olmayan ya avtoinspektor, ya da aptekçi teatra hazır pyes təq­dim etsə, ona ehtiyatla yanaşsınlar.

Yusif Bağırov Əlini şəxsən tanıyırdı, bir dövrdə teatr ins­ti­tu­tunda oxumuşdular (Əli jəmi bir il təhsil almışdı ora­da, sonra Moskvaya getmişdi). Şura üzvü olan ak­tyor­­­ların bəziləri ilə Əlini Bakıda tanış etmişdim. Mən Əliyə telefonla demişdim və razı­laş­mışdıq ki, pyesin oxu­nu­şunda iştirak etməyim. Əli bunun sə­bəblərini yaxşı bi­lir­di və burada mətləbə aydınlıq gətirmək üçün bir haşiyə çıxmağa ehtiyaj vardır. Həmin dövrdə teatrın dörd aktyo­ru (ən seçmə sənətkarlar) şəhər partiya komitəsinin teatra qeyri-profesional bir şəxsi zorla direktor tə­yin etməsinə etiraz əlaməti olaraq işə çıxmamış, bir növ tətil aksiyası keçir­mişdilər. Həmin aktyorlar işdən xarij edilmişdilər və onla­rın ye­nidən işə qayıtmasına güjlü mü­qavimət göstərilirdi. Məni ən çox qəzəbləndirən teatrın bir sıra aktyorlarının da öz sənət yol­daşlarının işə qayıt­malarına jiddi müqavimət göstərmələri idi. Onlar dərk edə bilmirdilər ki, həmin hadisə onların öz başla­rına da gələ bilər. Buna görə də mən öz doğma evim zənn etdi­yim teatrdan üz çevirmişdim. Teatr rəhbərliyi çox istəyirdi ki, mən yenidən teatra qayıdım, mənimlə bağlı işləri çox idi. Elə mən özüm də teatra qayıtmağı çox istəyirdim, orada görüləsi işlər də vardı. Lakin dörd aktyora olan insafsız münasibət yolu­mu kəsirdi. Səhər yeməyindən sonra Əlini teatra ötürdüm. Bir saat­dan sonra çox yaxşı ovqatla qayıtdı, «axşam saat 6-da oxu ola­jaq»-dedi. «Çox yaxşı qarşıladılar məni, sağ ol».

- Mən niyə sağ olum, səni tanıyırlar, özü də çox istə­yirlər, elə oxu da uğurla keçəjək – dedim.

- Sən də mənimlə getməsən baş tutmaya da bilər.

- Nə üçün?

- Dedilər ki, hökmən səninlə gedim bədii şuraya.

- Axı niyə?

- Dedilər ki, sən iştirak etməsən, birdən kvorum ol­maz, ijlas da baş tutmaz.

Məni teatra aparmağın yolunu tapmışdılar. Əliyə görə get­məyə bilməzdim.

- Yaxşı – dedim, - Əli, vaxta hələ xeyli var, xəlvətə çə­kil, pyesi asta səslə, amma intonasiya ilə bir də oxu, elə et ki, orda hər şey rəvan getsin, aktyorlar üçün ilk oxu­nun böyük əhə­miy­yəti var, bəzən dinləmə prosesində özlərinə rol da seçirlər.

- Yaxşı, dedi Əli. Amma bu «yaxşı»dan ağlım bir şey kəs­mədi.

Axşam saat 6-da teatrda idik. İstər-istəməz küsü sax­la­dığım aktyorlarla da salamlaşıb görüşməli oldum.

Direktor ijlası açdı, Əlini təqdim etdi, pyesi oxumaq üçün sözü ona verdi. Fəqət Əli heç yerindən qımıldan­ma­dı, yazıq-ya­zıq üzümə baxdı.

- Oxusana – dedim.

- Sən oxu, - dedi. Pyesi masanın üzəri ilə qabağıma itələdi.

Heç bir söz deyə bilməzdim bu aktyorların yanında. Axı Əli­ni burada məndən yaxşı tanıyan yox idi. Yadıma «Azərnəşr»də «Qızıl qanad» kitabı üçün müqavilə bağla­ması düşdü, misrası bir manat otuz qəpikdən. «İlahi bu utanjaqlıqla, bu yüksək, həddindən ziyadə abır-həya ilə bizim Əlimiz bizim bu jəmiy­yətdə nejə baş çıxarajaq, axırı nejə olajaq bizim Əlinin?!»

Əvvəljə gərək əsərin adını elan edəydim. Jildin üz qabı­ğın­da əsərin adı yoxdu, açdım içəridə də yoxdu. Yavaşja xəbər aldım:

- Pyesin adı nədir, Əli?

- Adını hələ tam dəqiqləşdirməmişəm.

- İndi protokol bağlanajaq, hökmən olmalıdır.

- Şərti «Ürək güzgüsü».

- Pyesi itələdim qabağına - Yaz – dedim öz dəsti xət­tin­lə.

- Sən Allah, özün yaz – dedi.

Özüm yazası oldum. Ən çətini tanış olmadığım əsəri bədii şurada oxumaq idi. Vaxtilə korrektor işləməyim karıma gəldi. Hərf­­ləri, sözləri gözüm tez alırdı. Yarıya qə­dər bir nəfəsə oxu­dum, tam səssizlik idi, yalançı öskürək səsləri eşitmədim. Pyes zənnimjə tutmuşdu, Əsərin möv­zusu da, məzmunu da aktyor­lar üçün təzə idi, əlbət­tə, bu da şərtdəndi. Bir səhnə əsə­ri kimi isə «Ürək güz­güsü»nü həzm etmək çətin olardı. Müza­kirələrdə ilk da­nışan yenə mən oldum, əsərin hər jəhətdən dra­matur­gi­ya­mızda yenilik olduğunu xüsusi vurğuladım. Demək olar ki, şura üzvlərinin hamısı çıxışlarında əsəri təriflədi. «Ürək güz­güsü» yekdilliklə bəyənildi. Evə qayıdandan sonra gejə yarı Əli yatan­dan sonra əsəri bir də oxudum, çox maraqlı idi mənim üçün. Amma bir nigarançılıq da baş qaldırdı içimdə. Bizim teatr­da bu əsərin səhnə həllini tapa biləjəklərmi? Bizim recissorlar ənənə­çi idilər, Əlinin əsəri isə tam təzə münasibət tələb edirdi. Mənim gü­ma­nı­ma görə bu əsəri olsa-olsa yalnız Tofiq Kazımov ləya­qət­lə tamaşaya qoya bilərdi; ona isə əlimiz çatmazdı. La­kin məni rahat edən o oldu ki, əsəri Mədəniyyət Nazirliyi­nin və sen­­zuranın bürokratiyasından xilas etmişdik. Yəni Əli bundan sonra əsərini istədiyi başqa bir teatrda da təq­dim edə bilərdi. Artıq «Ürək güzgüsü»nün «pasportu» vardı. Ertəsi gün bədii şu­ranın protokolunu hazırlamaqla məşğul oldum, yazı-pozu iş­lərində aktyorlara bel bağla­maq olmazdı, yazıya o qədər də hə­vəsli deyildilər.

Aktyorlar keçən gün dinlədikləri əsərdən çox Əlinin şəxsiy­yətindən danışırdılar, sən demə Əlinin pyesi mənə oxutdurması prosesini bütün təfərrüatı ilə izləmişdilər. «Niyə belə fağırdır» - deyə xəbər alırdılar – «Elə bil heç Moskvada oxumayıb». «Mən indiyəjən belə utanjaq mü­əllif görməmişəm» və sairə və ilaxi­rə. Sıraları daima art­maqda olan Yazıçılar İttifaqına verilən ianədən (müxtəlif formalı) daha çox pay qoparmaq uğrunda ye­kələr və ən yekələr arasında az qala ölüm-dirim mübarizəsi get­diyi bir məqamda əsl sənətkar və köməyə daha çox ehtiyajı və haqqı olan Əli bu xasiyyəti ilə nə edə bilərdi?!

Protokolu tam hazır edib möhürlədəndən sonra Əlini Bakı­ya yola saldım.

Çox təəssüf ki, pyesin premyerasında iştirak edə bil­mədim, Moskvada bir aylıq elmi məzuniyyətdə idim. Mə­zu­niyyət vaxtını dəyişmək mümkün olmadı. Evdən tele­fon­la dedilər ki, ilk tama­şa uğurla keçib, sevindim. Mos­kvadan qayıdandan sonra tama­şaya baxdım, məyus ol­dum, sadəjə pyesin illüstrasiyası idi, re­cis­sor əsərin əsas məğzinə yaxın da gələ bilməmişdi. Onun is­te­dadsız ol­du­ğunu deyə bilmərəm, elə tamaşalar qoymuşdu ki, səhnədə otuz il duruş gətirmişdi, sadəjə o başqa dünya­nın ada­mı idi, Əli də başqa. Ümidim artıq «pasport» al­mış əsərin bir gün Bakıda uğurla tamaşaya qoyulajağına qalmışdı. Əlinin sağlığında, hətta ölümündən sonra da ayrı-ayrı teatralların əsər­­lə maraqlandıqlarını eşidir sevi­nir­dim. Lakin bu sevinjlər ger­çəkliyə çevrilmədi. Günlərin birində Göyçayda Rəsul müəl­lim sözarası dedi ki, teatrı­mız lap Quba meydanına çevrilib.

Mən isə Əli Kərimin «Ürək güzgüsü» əsərinin bir gün qüd­rətli bir recissor tərəfindən tamaşaya qoyulajağına hələ də ümid bəsləməkdəyəm.

Əli Kərimin «Ürək güzgüsü» pyesi çox yayılmadığın­dan, haq­qında heç bir məqalə-filan yazılmadığından, əsə­rin fabu­la­sı­nı «dədə-baba qaydası» ilə şərh etməyə ehtiyaj duyulur. Əsər haq­qında oxujuda müəyyən təsəvvür ya­rat­madan onun haq­qında deyilənlər havadan asılı qalar. Hadisələr elmi-tədqiqat parapsixologiya müəssisəsində (institutunda) vaqe olur. Əlinin insanın mənəvi dünyasın­dan bəhs edə bilməsi üçün bu müəs­sisə daha əlverişli idi. Ümumiyyətlə, Əlinin «istehsalat möv­zu­su»n­dan ağlı bir şey kəsmirdi. Parapsixologiya laboratoriyasın­da isə Əli öz tərəssüd borusunu birbaşa bədii ədəbiyyatın əzəli və əbədi obyekti olan insana, onun ruhi və mənəvi dün­yasına tuşlaya bilərdi. Pyes təxminən məşhur Azərbay­jan parapsixo­loqu Tofiq Dadaşovun ilk uğurlu ekspe­rimentlərinin İttifaqda səs saldığı dövrlərdə qələmə alın­mışdır. Lakin pyesdə mətləb başqadır.

Parapsixoloqların ümumdünya simpoziumunda javan azər­bayjanlı alim bildirmişdir ki, insanın bütün duyğu və düşünjə­lərini lentə yaza bilər. Bu javan alim parapsi­xo­lo­giya şöbəsinin müdiri Şahinin keçmiş məktəb yoldaşı Adildir. Şahin Adilin şərəfinə elə şöbədəjə məjlis düzəlt­mişdir. O, Adilin şöhrətli bir alim olduğunu eşitmiş, lakin bu şöhrətin konkret olaraq hansı kəşf və ya ixtira ilə bağlı olduğunun fərqinə, mahiyyətinə var­mamışdır. Adilin ilk gənj­lik illərində sevdiyi Fəridə də burada çalışır. O, sanki şöbə müdiri Şahinin sağ əlidir, onun tapşırıq­larına qeyd­siz-şərtsiz əməl edir. Onu olduqja xeyirxah insan kimi rek­lam edir. İşçisinin sayı az olan bu kiçik müəssisədə mü­nasibətlər mürəkkəbdir. Adilin gəlişi bu münasibətləri daha da gərginləşdirir.

Təbiidir ki, insanın qəlbindəkilərin oxuna biləjəyi haq­qın­dakı xəbər jəmiyyətin müxtəlif zümrə və təbəqələrin­də, müx­təlif əqidə və peşə sahiblərində, müxtəlif əxlaq tərzinə malik adamlarında müxtəlif reksiyalar doğurmalı­dır. Təbiidir ki, hərə öz nöqsanlarını, günahlarını, nə vaxtsa törətdiyi və gizlədə bil­diyi jinayətini yada salır, bun­ların aşkarlanajağı təqdirdə nələr baş verəjəyini tə­səvvürünə gətirib dəhşətə düşür. «Bir spiçka çöpünü oğur­layanı» damladıqları bir dövrdə yəqin ürəyinin dərin­liklərində ijtimai quruluşa etiraz duyğuları olan adamlar da təbii ki, belə ixtiradan həyəjanlanmaya bilməzdilər. İxtiraçıya hə­səd aparanların da öz narahatlıqları var.

Jəmiyyət qarşısında bu və ya digər jinayəti olan adam­ların vahiməsi təbiidir. Laboratoriyanın təsərrüfat iş­ləri müdiri Lələ və onun köməkçisi Qubadın bu mətləblə bağlı keçirdikləri hə­yəjan və vahimə yeni kəşfin geniş miq­yasda yarada biləjəyi vahiməni əlbəttə tam və bütöv verə bilməz, əgər təbir jaizsə Əlinin əsəri bir növ «kame­ra pyesidir» və bu vahimənin miq­yasını geniş vermək ta­maşa müəllifi olan recissorun istedad güjündən asılıdır. Hər halda fikirlərin uzaqdan oxunması mət­ləbinə bu iki aşağı təfəkkür sahiblərinin münasibətləri jəmiy­yət­də do­ğula biləjək həyəjanlarla həmahəngdir. Lələ və Qubad kiçik oğrulardır. Laboratoriyaya verilən spirti aparıb ma­qa­­zinçi Qədəmşahla su qatıb araq əvəzinə satırlar. Bu laboratoriyaya nə qədər spirt verərlər ki?! Görünür, onla­rın ayrı oğurluq yerləri də var. İxtiraçı haqqında onların özlərinə məxsus fikirləri var.

Qubad…Bərəkallah belə oğul!

Lələ. Bərəkallah da deyir.

Qubad. Neyləyəsən, kəşf eyləyib də…

Lələ. Əyə, bir spiçka çöpü oğurlayan adamı dam­la­yırlar. Bu da gəlib halal fikrimi başımın içindən qurjalayıb çıxardıb apar­sın? Misal üçün o, niyə bilsin ki, mən arva­dım haqqında nə fi­kirləşirəm, arvadağa mənim barəmdə nə? Çox məsələlər var ey… Fikirləşəndə adam dəli olur.

Qəribədir ibtidai təfəkkür sahiblərinin olduqja həyasız «özü­­nü müdafiə» üsulları var. Onların jinayətlərini aça bi­lə­jək hər şey qeyri-qanuni, indiki leksikonla desək «an­tidemokratik» hesab olunur. Yeni ixtiraya Lələnin müna­sibəti belədir: «…Bun­dan sonra yaşamaqdan gözümüzü çəkməliyik».

Əsərin bu iştirakçıları sanki Azərbayjan dramaturgi­yası üçün ənənəvidir. Lakin Əli Kərim onları işlədikləri mü­hitə uyğun boya və vasitələrlə təqdim edir. Müəssi­sə­nin direktoru (Şahin) ilə mükalimədə Lələnin sifəti, ona xas olan əsas əlamət qəribə bir formada açılır. Təzə xə­bərin ağır təsiri altında olsa da, Lələ vərdişindən qalmır, danışıq manerasını hifz edir.

Şahin. Lələ!

Lələ (kədərli). Salaməleyküm, Şahin müəllim!

Şahin (fikirli). Lələ!

Lələ. Hazırdır.

Şahin. Lələ!

Lələ. O da hazırdır.

Şahin. Olmadı ki, ay Lələ… Qoy sözümü deyim.

Lələ. Zəhmət çəkməyin, hamısı hazırdır.

Şahin (gülür). Elə şey deyərəm ki, hazır olmaz ha.

Lələ. Hazırdır.

Şahin (gülür). Hər şey qaydasında olsun.

Lələ. Bilirəm. Yemək-içmək qaydasında olajaq, içkini də qədərində verəjəyəm ki, tərif qurtaranda o da qurtar­sın. Jama­at bir-birini dişləyə-dişləyə yox, öpə-öpə dağı­lış­sın.

Şahin (zarafatla). Xalis qızılsan. Bir qram gümüş qarı­şı­ğın yoxdur.

Təkjə bu dialoq bu iki adamın bütün münasibətlərinin ma­hiy­yətini açır. Lələ öz yoldaşlarına deyəndə «Şahin üçün Bil­gəh­də gözəl bir bağ evi də tikdirmişəm» aydın olur ki, laborato­riyadan təkjə spirt oğurlanmır, onların baş­qa gəlir yerləri də var. Lakin Lələni qorxudan bu de­yil. Dostu Oğlanşahın təhriki ilə Ağa bir nəfəri öldürmüş, Lələ də bu qətlin şahidi olmuşdur. Vahiməni yaradan və güjləndirən əsas amil beyinləri oxuyan alimin – Adilin hazırda laboratoriyada olmasıdır, xüsusi aparatla insan­ların iç dünyasını, sirlərini açmağa hazırlaşmasıdır. Nə Lələ, nə də Oğlanşah detektorun qarşısında durmaq istə­mirlər.

Əlinin jan qurtaran «pyes» adı ilə təqdim etdiyi bu səhnə əsəri belə məqamlarda yeni gülüş vasitələri ilə zəngin əsl ko­mediyaya çevrilir. Xoflu adamlar belə bir «kəşf» edirlər ki, əgər onların əvəzinə oxşarları («dvoy­nik­ləri») detektor qarşısında dayansalar aparatı aldatmaq mümkün olar, bir şərtlə ki, detek­tor qarşısında onları əvəz eləyənlər «təmiz adamlar» olsunlar. Buradan da iştirakçıların qarşısına olduqja çətin bir problem çıxır – təmiz adam axtarışı (Bax bu Əlinin dramaturgiyamıza gətirdiyi yenilik idi. Əvvəllər təmizlik ənənəvi trafaretə çevrilmiş «müsbət» obrazda təjəssüm etdirilirdi – sxem olan jansıxıjı obrazda. İndi isə Əli Kərim bu mövzunu lağ-lağı, dolaq şəklində ən çirkli adamların obrazları vasi­təsi ilə irəli sürürdü).

Təbii ki, «təmiz adam» axtarışı daha oricinal komik vəziy­yət­lərin meydana çıxması ilə nətijələnirdi. Təmizli­yin ənənəvi müs­bət obrazlar vasitəsi ilə verilməsi artıq jansıxıjı olmuşdu. Bu, məsələnin jəmiyyətin başdan-başa çirkaba batdığı bir mər­hələdə jiddi qoyuluşu da müşkil bir işdi. Əli daha münasib bir forma tapa bilmişdi – lağ-lağı. Bu adamların düzlük və təmizlik barədə real zəmindən çıxış etmələri qəribə paradokslara gətirib çıxa­rır. Jəmiyyət elə məqama çatmışdır ki, bütün zamanlar üçün ən ülvi, ən ilahi şey hesab olunan düzlük lağ ob­yek­tinə çevrilmişdir.

Lələ dostu Oğlanşaha özünə bir «Oğlanşah» tapma­ğı töv­siyə edir. Öz oxşarını telefonla tapan Lələ ondan «ən çox ye­diyi xörəyin» adını xəbər alır. Oxşar «kartof» deyə javab verir. Yəni təmizlik elə yoxsulluqdur. Lələ təmizlik barədə söhbəti ar­vadı ilə davam etdirir (Lələnin nəzərin­də təmizlik tutiyəyə çevril­mişdir, nə qədər axtarsan da tapa bilməzsən. Ümumiyyətlə, tə­mizliyi görmək üçün zər­rəbin gərəkdir).

Lələ. Arvad, dünyada ən təmiz adam kim ola?

Arvad. Vallah, bu barədə fikirləşməmişəm.

Lələ. Bəs sənin işin-peşən nə idi?

Arvadı. Ev işi.

Lələ. Bəs evdə təmiz adam olmaz? (pauza) Yaxşı, de gö­rüm, yüz faiz təmiz adam ola bilər? Hə?

Arvadı. Bilmirəm.

Lələ. Arvad, qohum, əqrabandan təmiz adam kim olub?

Arvadı. Atamı deyirlər.

Lələ. Nə jür təmiz olub ey?

Arvadı. Əliəyri olmayıb.

Lələ. Hansı yolla, nə üsulla? (Əlini qatlayır) Əl elə əyri olar da. Məsəl üçün (əlini şah tutur) əlini belə tutsan ağ­zına bir tikə də qoya bilməzsən. Boynuna al ki, bütün kürreyi-ərzdə heç ki­min əli düz ola bilməz… Yaxşı, deyək ki, atanın ağzına loxmanı başqaları qoyurmuş. Bəm o, oturub duranda beynindən nə kimi fikirlər keçirmiş?

Arvadı. Onu deyə bilmərəm. Şəklinə bax.

Lələ. Əşi, rəd dol onda! (Divardakı əllərini qoynuna qoy­muş, boynu bantlı, döş jibi zənjir saatlı ziyalının şək­linə baxır).

Bu yerdə pyesin şərhini saxlayıb hökmən haşiyəyə çıx­ma­lıyam. Bir zamanlar ziyalılar Azərbayjanda düzlük, doğruçuluq simvolu olublar. Və Əli də məhz divardakı şəklin ziyalı ol­duğu­nu təsadüfi vurğulamayıb. Azərbay­jan ziyalılığının ən parlaq nü­mayəndələrindən biri Firidun bəy Köçərli olmuşdur və o, jəllad kötüyünə dilində düz­lük və həqiqət sözləri ilə getmişdir. Bu yerdə, bu məqam­da onun hansı şəraitdə qətlə yetirildiyini hökmən yada sal­maq zəruridir. 1920-ji ilin mayında Gənjə üsyanı məğ­lu­biyyətə uğrayandan sonra şəhərdə qətliam başla­yıb. Bu qırğının ən fəal iştirakçıları erməni daşnakları olub. Mə­sələ burasındadır ki, üsyanın təşkilatçıları hərə­kə­tə başla­maz­dan əvvəl şəhərin ermənilər yaşayan his­səsinə nümayəndələr göndərmişlər. Bu nümayəndələr erməni başçılarına bolşeviklər əleyhinə üsyan qaldırmaq niyyətində olduqlarını söyləmişlər (Qoy oxujular özləri bu fakta qiymət versinlər). Erməni başçı­ları bunun gözəl niy­yət olduğunu söyləmiş, üsyan başlayan kimi onların kö­mə­yinə gələjəklərini vəd etmişlər. Bolşevik qo­şunlarının (şəhərdə və ətrafında olan) məhv edilməsi mərhələ­sin­də heç erməni köməyinə ehtiyaj olmamışdır. Bakıdan yeni qoşun hissələri gətirilib şəhər mühasirəyə alınandan son­ra şiddətli döyüşlər başlananda üsyan başçıları erməni­lə­rə mü­ra­jiət etmişlər. Daşnakların javabı qısa olub: «Biz bitərəfik». Yed­di günlük şiddətli döyüşlərdən sonra bol­şe­vik qoşunları şə­hərə girəndə silahlı erməni quldurlar da onlara qoşulub dara­şıb­lar şəhərin janına. Ermənilər əsas zorakılıqların təşkilatçıları və fəal iştirakçıları olmuşlar. On­lar əsasən üsyanda iştirak et­məmiş, sayma-seçmə adamları, xüsusən ziyalıları güllələt­mək­lə məşğul olmuş­lar. Bütün bunları mənə hadisələri öz gözləri ilə görmüş şəxslər danışmışlar. Firidun bəylə bağlı olan hadisəni isə Mir Javad adlı qojaman bir müəllim söyləmişdir. Fajiəni elə onun dilindən verməyi daha münasib hesab edirəm. «Gən­jə üsyanı məğlubiyyətə uğrayandan sonra şəhərdə qalmış bü­tün başıpapaqlıları həbsxanalara doldurmağa başladılar. Dus­taqların sayı həddən artıq çox olduğundan müxtəlf yerlərdə, zir­zəmilərdə, damlarda da dustaq saxla­mağa başladılar. Mən şə­hər polis idarəsinin təjridxana­sında idim. On beş adamlıq ka­me­rada əlliyə yaxın dustaq vardı, uzanmağa yer, tənəffüs et­mə­yə hava yox idi. Bir yandan içəri təzə dustaqlar gətirilir, di­gər yandan da iki bir-üç bir ad familiya ilə çağırıb harasa apa­rırdılar. Yəqin ki, güllələməyə. İçəri girən hər bolşevik əskərinin yanında bir erməni də olurdu. Mən artıq hiss etmişdim ki, ermə­nilərin işarəsi ilə ən seçmə adamları aparırdılar. Mən Firidun bəy Köçərlini yaxşı tanıyırdım, həm də çox istəyir­dim. Ona de­dim:

- Ağa, burada vəziyyət çox qəlizdir, ermənilər bizim sayma-seçmə adamlarımızı bolşeviklərin əli ilə güllələdir­lər. Ona görə, sizdən ajizanə xahiş edirəm, adınızı giz­lədin, yəni deməyin ki, siz Firidun bəy Köçərlisiniz.

Firidun bəy təəjjüb və bir az da qəzəblə mənə baxdı:

- Nejə yəni adımı gizli saxlayım?

- Deyin ki, adım Məmməddir, ya Həsəndir, ya da Əli­dir. Köçərli famili çox məşhurdur, ermənilər də tanınmış adam­la­rı­mızın qanına yerikləyir.

Kişi çox sərt görkəm aldı, qəzəblə dedi:

- Çox ayıb olsun sənə, gör nə təklif edirsən. Bəyəm insan da yalan danışarmı?!

Mən daha dillənmədim, qorxdum daha ağır sözlər eşi­dəm. Bir neçə saatdan sonra bir bolşevik həmin qay­da ilə yanında da bir erməni girdilər kameraya, bir neçə adamın familiyasını soruşdular, anjaq bir söz demədilər. Növbə Firidun bəyə ye­tişdi. Rus sərt səslə xəbər aldı:

- Adın, familiyan?!

- Firudin bek Koçarlinski! – deyə kişi qürurla dil­ləndi.

Rus erməninin üzünə baxdı, erməni him elədi, rus əmr etdi:

- Haydı durun, çıxın!

Firidun bəy əhvalını pozmadan durub kameranı tərk etdi. Azərbayjanın bir ziyalı oğlu da dünyadan belə get­di».

Əli elə maraqlı bir sənətkardır ki, remarkada yazdığı sanki ötəri bir söz də assosiasiyalar doğurur. Remarkada verilən bu sözlərin arasından həm də 20-30-ju illərdə geniş kütlələrin beyət etdikləri ziyalı obrazları boylanır. O zaman xalqın gö­zün­də işıq simvolu idi ziyalı – düzlük, həqiqət simvolu idi ziyalı. Dövlət ideologiyasının birmə­nalı qiymət vermədiyi, bəzən «çü­rük» təyini ilə qiymətlən­dirdiyi ziyalı ideoloci doktrinadan asılı olmayaraq xalqın gözündə düzlük və xeyirxahlıq müjəssəməsi idi. Həmin illərdə bir az qorxaq, bir az ürkək görünən ziyalılar pıçıltı ilə olsa da insanlara yalnız həqiqəti çatdırmağa çalışırdı­lar. Düzlük, doğruçuluq ziyalının güjü, qüdrəti olmaqla yanaşı, belə həlləm-qəlləm dünyada bəlkə də zəiflik­lərin­dən biri idi.

Təmizlik, düzlük, halallıq mövzusu ümumbəşəri və mü­­qəd­dəs mövzudur. Əli xırda adamların, lələlərin, oğ­lan­şahların va­sitəsi ilə bu problemin bədii şərhinə giriş­məzdi. «Ürək güz­gü­sü» pyesində elə bir şəxsiyyətin (bə­dii ümumiləşdirmə sayə­sində yaradılmış şəxsiyyətin) obrazı var ki, müharibədən son­rakı dramaturgiyamızda siqlət, əzəmət baxımından onunla mü­qayisə olunajaq, ona tay tutulajaq ikinji bir obraz yoxdur. O, tamamilə oricinal, Əlinin poetik təxəyyülünün, gərgin axta­rışla­rının xoşbəxt nətijəsidir. O, İxtiyardır. Sovet dövrü dramaturgi­ya­­sının ənənələrinə görə, pyeslərin əvvəlində personacla­rın si­yahısı verilərkən adətən (bədii qüdrətindən asılı ol­mayaraq) müs­bət hesab olunan obrazların adları əvvəldə gəlirdi (Yəni bu­nun da bir mənası vardı). Əlinin pyesinin on iki iştirakçısı var. Əslində siyahının başlanğıjında ya­zılmış olan qəhrəmanın adı səkkizinji yerdədir. Əli bu obrazı hətta siyahıda belə kimlərinsə nəzərlərindən yayındırmaq istəyir. Nə üçün? Çünki Əli Kərimin jəmiy­yət, onun eybəjərlikləri haqqındakı jəsarətli fikirləri bu obrazın vasitəsi ilə verilir (Bu obraz danışdıqja, öz fikir­ləri­ni iz­har etdikjə onun sarkazmla yoğrulmuş qəzəb dolu fikirlərinin dalğaları arasından Əli özü boy verir). Biz bunu obrazın təhlili pro­sesində daha aydın görəjəyik.

Parapsixologiya elmi sahəsində müəyyən uğurları olan İx­tiyar bəlkə də dünya miqyasına çıxası alimdir. La­kin bayağı mü­nasibətlər, elm dünyasında işlənməsi əjaib sayılmalı olan «üsul­lar», «zəmanə övladları» onu sıxış­dırıb bir laboratoriyanın künjünə salmışlar. Əlajları olsa, onu məhv edərlər. Lakin yox, hələ onun elm, bilik jövhə­rini tamam sıxıb çıxarmamışlar. On­dan hələ sona qədər istifadə edə bilməmişlər.

Başqa obrazların xarakterlərinin açılmasında İxtiyar məhək daşı funksiyası daşıyır. Məhz onunla mülaqatda əvvəllər əxlaqi baxımdan normal adam təsiri bağışlayan Fəridənin əsl siması açılır. Özü istəsə də, istəməsə də Şahinin əlavəsinə, yaxud əlaltısına çevrilmiş bu qadın tədqiqat işində müəyyən mətləb­lə­rin açılmasında ajiz qalmış Şahinin xahişi ilə İxtiyara mürajiət edir (guya özünün maraq dairəsi ilə bağlı). İxtiyar gözəl bilir ki, Fəri­dənin ona verdiyi sualların javabları Şahinə gərəkdir. Öz nimdaş elmi işini tamamlamaq üçün. Şahin özü bunları İxti­yar­dan endirib xəbər almağı şəninə sığışdırmır, irəliyə qadını verir.

Əlinin dramaturgiyamıza gətirdiyi bu əzəmətli obraz qəribə­liklərdən, hətta əjaibliklərdən xali deyildir. Əli gö­rüb yaşadığı bu obrazı qətiyyən hamarlamaq, qüsursuz­laş­dırmaq, «distillə» et­mək fikrində olmamışdır. Bu obraz səhnəyə özünün o dövr oxuju və tamaşaçılarına anlaşılmaz görünən «eyiblər»i ilə çı­xarılmışdır. Bu ilk gö­rüşü yalnız olduğu kimi verməklə İxtiyar və onun qəribə­likləri barədə müəyyən təsəvvür hasil etmək müm­kündür. Tədqiqat müəssisəsinə qonaq sifəti ilə dəvət olunmuş məşhur gənj alim gejə vaxtı laboratoriyadan gələn işıqla ma­raqlanır.

Adil. Laboratoriyanın işığı niyə yanır?

Fəridə. İxtiyar gejələr gəlib işləyir.

Adil. O kimdir?

Fəridə. O bizim işçi. Köhnə şöbə müdirimiz. Sər­xoş­luq üs­tündə vəzifəsini kiçiltdilər. İndi onun yerində Şahin­dir. Deyə­sən, Şahin onu öz yerinə qoyub getmək istəyir.

Adil. Hansı yaxşıdır?

Fəridə. İxtiyar əliaçıq adamdır. Sənin kimi.

Adil. Onu görə bilərəmmi?

Fəridə. O, işləyəndə heç kimi içəri buraxmaz.

Adil. Bəs sərxoş halda nejə işləyir?

Fəridə. Bir onu bilirəm ki, içəri buraxmaz.

Adil. Yenə bir hərəkət elə (Koridora açılan qapının zəngini basır).

İxtiyarın səsi. Xudahafiz.

Fəridə. İxtiyar, mənəm.

İxtiyarın səsi. Bu gün görüşmüşük.

Fəridə. İxtiyar, vajib sözüm var.

İxtiyarın səsi. İnsan başqasının vaxtını alanda öz vax­tını da almış olur. Səhər mənim qulaqlarım qulluğunuzda ha­zır.

Fəridə. Qulaqların mənə indi lazımdır. Birjə dəqiqə.

İxtiyarın səsi. Bir dəqiqə çoxdan qurtarıb.

Fəridə. Bir dəqiqə də. Təkəm.

İxtiyar. Birinji tək deyilsən. Yiyələrinin başlı-başına bu­rax­dıqları bu səs-küyü gətirirsən. İkinjisi, adamın tən­halığına mü­daxilə etmək heç yaxşı deyil.

Fəridə. Mən bilirdim ki, təkliyi bu qədər sevirsən. Elə­dirsə demək mən sənə yaxşılıq eləmişəm. Mən də özü­mü tək hiss edi­rəm. Qoy sənin təkliyinə mənimki qarışıb olsun tənhalıq kvadratı.

İxtiyar. Fəridə, mənim kvadrat həll etmək vaxtım çox­dan keçib. Get yat, yaxşı yuxular gör. Bir də mən insanları görmə­yən­də onlara daha yaxın oluram. Xahiş edirəm, sənə yaxın ol­mağa kömək edəsən (Yəni çıx get).

Öz mühitində, iş yoldaşları arasında halallıq görmə­yən (daha nələr görməyən) İxtiyarın ən yaxın dostu tək­lik­dir, tən­ha­lıqdır. Tənhalıqdan heç bir zərər görməyən İxtiyarın başqa­ları­nın görə bilmədiyi elm dünyası vardır. O, iş prosesinə qapı­lar­kən zərərli və zəhərli mühitdən mü­vəqqəti olsa da ayrıla bilir, «… adamın tənhalığına müdaxilə» etməyi yaxşı əlamət saymır. Tənhalıq onun sev­gilisidir. «Mən insanları görməyəndə onlara daha ya­xın oluram», Fəridə ilə söhbətində isə «xahiş edirəm, sənə yaxın olmağa kömək edəsən», yəni rədd olub ge­də­sən de­yir. O, Fəridəni yaxşı tanıyır, Şahinin əlavəsinə çevrildiyini bilir. İş yoldaşları onun təriz dərəjəsinə qal­xan javablarına alış­mışlar. İxtiyar tək onlarla yox, ümu­miyyətlə, insanlara mü­nasibətdə öz danışıq tərzinə sa­diq­dir. Qısa müddətdə institut əməkdaşlarının nəzərində az qala fetişləşən Adili qəbul edər­kən belə öz danışıq ədasına sadiqdir.



Fəridə. …Səni bir nəfər görmək istəyir… bizim insti­tuta gələn təzə alim.

İxtiyar. Hə, parapsixoloq? Gəlsin görək, dünyaya nə demək istəyir (Fəridə çıxan kimi Adil içəri girir).

Adil. Gəlmək olar?

İxtiyar. Biri də ijazə alıb girir avtobioqrafiyamıza. Bu­yu­run avtobioqrafiyamıza.

Adil. Nə olar avtobioqrafiyanız bir az da zənginləşər.

İxtiyar. Avtobioqrafiyamızdan aparmayın, əlavəniz la­zım de­yil. Bir də avtobioqrafiyamız dolub. Hələ onu tə­miz­ləmək lazım gəlir.

Adil. Salam.

İxtiyar. Neyləmək olar, salam… (İxtiyar Adilə əyləş­mək tək­lif etmədən keçib öz yerində oturur. Adil də öz evindəymiş kimi stulun birini çəkib oturur).

İxtiyar. Demək həqiqəti müjərrədlikdən qurtarmaq is­tə­yən adam sənsənmiş.

Adil (çox sakit). Bəli.

İxtiyar. Doğrudan da təəssüf etmək lazımdır ki, əsrlər­dən bəri həqiqətlə anjaq humanitar elmlər məşğuldur. Halbuki, onu bədəndə kimyəvi maddə halında tədqiq et­mək daha səmərə­li­dir.

Adil. Gülürsünüz.

İxtiyar. Mənim əvəzimdən gülüş düzəltməyin. (Pauza) Hə­qi­­qəti müjərrədlikdən – yəni ölümdən qurtarmaq ən böyük mə­sələdir. (Pauza) Yaxşı, siz bu jür başqa yerdə otura bilər­diniz­mi?

Adil. Siz nə səbrsiz adamsınız?

İxtiyar. Yaxşı, deyin bura niyə gəlmisiniz? Özü də sö­zünüzü axırdan başlayın. Girişsiz.

Adil. Əvvəl…

İxtiyar. Əvvəl yoxdur. Əvvəl çoxdan olub qurtarıb. Bu gün də məlumdur. Bir də indi söz əsri deyil. Pavlovun «siqnallar siqnalı» adlandırdığı söz qiymətini itirib. Danış­maq mələmək kimi primitiv görünür.

Adil. Olduqja düzdür. Elə mən özüm də arzulayıram ki, insanlar bir-birini sözsüz başa düşsünlər.

İxtiyar yaşadığı mühitin konkret qüsurlarını döyəjlə­mir; sanki bunlara ümumbəşəri qüsurlar kimi baxır. O, ­qiqət adlı ən qiymətli dəyərin üzdə olmasını, görünmə­sini, ağılkəsərliyini, ölçüyə gəlməsini, lap konkret qızıl, gü­müş külçələri kimi dəqiq olmasını, əyara gəlməsini, «iki üstə gəl iki, bərabərdir dördə» kimi dəqiq olmasını tələb edir. Hər hansı riyazi formulanı istər faşistliyindən, istər demokrat olmasından asılı olmayaraq eyni hasillə nətijə­lənməsini tələb edir. Eyni hadisə və onun nəti­jə­ləri haq­qında müxtəlif baxışlar məhz hadisə haqqında həqiqətin məjhulluğuna dəlalət edir. O, həqiqətin müjərrədliyini həqiqə­tin ölümü kimi qəbul edir. Məhz həqiqətin müjər­rədliyi hətta «real, gerçək təfəkkür» adlanan möjüzəli dilin vasitəsi olan sözləri qiymətdən salıb, sözü öldürüb, bir sözlə İxtiyarın tələbi həqiqətə birmənalı qiymət, birmə­nalı münasibətdir. Hərgah hə­qiqət birmənalı olmayıb, müx­təlif yozumlara məruz qalırsa öz mənasını itirir. Həqiqət ona görə öz əslini itirir ki, o, əsl alimlərin yox, qeyri-dəqiq elm hesab olunan və həqiqətə nisbi gözlə ba­xan humanitar elm nümayəndələrinin əlindədir və bu­radan hə­qiqət qeyri-elm aləminə asanlıqla axır, hər jür siyasətbazlar bunu sözün və ya sözlərin köməyi ilə istədikləri kimi təfsir edə bilirlər. Və bu prosesdə sözlər dözmür, sürtülür, solur, quruyur, çürüyür, nəhayət öz əslini itirib ölür. Əlbəttə, İxtiyarın həqiqəti dəqiq elmlərin formulaları kimi görmək istəyi xülyadır. Bəlkə o özü də bunu bilir. Bəlkə də onun qəribəliklərinin bir mənbəyi də çıxılmazlıqdır. Onun «əvvəl» haqqındakı sözləri də buna dəlalət etmirmi?

İxtiyarın baxışları, şəxsiyyəti və xarakteri Adillə olan dialoq­larda daha mükəmməl açılır. Əsasən, onların dia­loq­ları sətiraltı mənalar üzərində qurulur.

İxtiyar. İçənsinizmi?

Adil. Mən həqiqətdən qorxmuram (Yəni içənəm, çox­ları bu­nu etiraf etməkdən çəkinir, qorxur, içən adam­lar­da nə isə qor­xulu bir assosiasiya ilə bağlanır. Bədxahların əlində bu bir si­la­ha, vasitəyə çevrilir. «O içəndir», «Bu da içəndir», «O biri də içəndir» - M.A.).

İxtiyar. Biz çox zaman həqiqətdən qorxduğumuz üçün içirik (diqqətlə Adilə baxır). Sən də bu gün həqiqətdən bir az qaç­mı­san.

Adilin «Siz nə üçün içirsiniz?» sualı müqabilində İxti­yar de­yir:

İxtiyar (Stəkana araq tökür) … Sən bilirmənmi təyya­rə­yə mi­nəndə niyə içirlər? Təkjə qorxduqları üçünmü? Yox, çalxa­lan­mamaq üçün. Adam da yırğalanır, təyyarə də, mütənasiblik əmələ gəlir. Eynşteyn yada düşür. Yerdə də içirsən ki, dünya fırlandıqja, onun üstünə qo­yul­muş institutumuz tərpəndikjə ba­­şın divara dəyib part­la­masın. Başla divar bir-birinə düz mü­tənasib olsun. Daha sual verməyin, mənə yazığınız gəlsin.

Adil. Zəif adam deyilsiniz ki, sizə yazığım gələ.

İxtiyar. Qüvvətli adamı injitmək nə vaxtdan nəzakət qay­da­sı olmuşdur?

Adil. Sözümü geri götürürəm.

İxtiyar. Neçə milyon neyronu beynində əks istiqamət­də iş­lədib o sözü onların əlindən alıb çətin geri götürə­sən. Söz də ömür kimidir, ağızdan çıxdı, daha geri qaytar­maq mümkün de­yil. Heç zaman geri qaytarılmalı sözlər işlətməyin.

İxtiyar təbiətin və jəmiyyətin ziddiyyətlərin vəhdətin­dən iba­rət olduğunu, insanın «özünün də xəbəri olma­dan hər dəqiqə» vuruşduğunu, hətta yatanda belə adamın «qandakı zəhərlən­məyə qarşı mübarizə» apardığını, nə­fəsalmanın nəfəssizliyə qar­şı mübarizə olduğunu söy­lə­yir. Lakin özü ətrafında baş ve­rən hadisələri qəribə bir üsulla müşahidə etməklə kifayət­lən­məyi üstün sayır. Bə­zən o, mərdümgiriz, tərkidünya təsiri ba­ğış­layır. Öz haq­qı­nı, hüququnu müdafiə etməyi bajarmayan bu alimin hə­yatı təhlil üsulu fəlsəfi aspektdə gedir. Hərdən Niza­minin şah qarşısında belə əyilməyən alim obrazlarını da yada salır. O özünün «tənhalıq fəlsəfəsini» də izah etməyə ça­lışır. Adil «deyəsən mən sizinlə dost olajağam» deyəndə bunu da qəbul etmir. Javabında bu həyatda dolanmağın fəlsəfəsini və özünün qəribəliklərinin bəzi tərəflərini açır: «Başqa adam mənə özümü yaxşı görməkdə mane olur. Bir də ki, özünüzü bir az re­daktə etsəniz yaxşıdır. İndi insan şübhəsiz ki, çox elmli olma­lıdır. Hətta o qədər elmli ki, ədalətsizlik onun qarşısında da­yana bilməsin. Amma bu elmi gizlətmək (istedadı) daha bö­yük elm tələb edir. Gərək heç vaxt üstünlük fikrində olma­ya­san. Oxu­duq­larını unutmağı bajarasan. «Geriyə doğru irəli» şüa­rı­na əməl edə biləsən. Yoxsa yaşaya bilməzsən. Sən isə hətta ol­du­ğunu, olmaq istədiyini qəzetdə bildirirsən!.. Sən kos­mik kateqoriyalarla düşünürsən, sən bizim şə­rait­ yaşaya bilməz­sən».

Burada despotik quruluşun ümdə jizgiləri verilmişdir. Bura­da insan azadlığından heç söhbət gedə bilməz. Bu­ra­da insanın anjaq və anjaq özünü qoruya bilməsindən danışılır. Çox bil­mək xatalıdır, əsl alim olmaq xatalıdır. Başqalarından üstün­lü­yü­nün büruzə çıxması da xatalıdır. O qədər elmli olmaq gərək­dir ki, ətraf, yəni ədalətsiz ət­raf yalnız və yalnız ehtiyajı olduğu üçün sənə dözməlidir. Bu ehtiyaj qurtaran kimi sən bir heçə çevrilə bilərsən. Hətta ehtiyaj üçün sənə dözdüklərinə görə belə özünün kim olduğunu, ləyaqətini, qabiliyyətini büruzə ver­məmə­li­sən. Despotik saray qanunu: Ya iradəli, qorxmaz olub despotdan əqli inkişaf dərəjənlə çox aşağıda olasan ki, səni istədiyi istiqamətə yönəldə billə, yaxud yüksək əqiq sahibi olub iradəsiz, mənliksiz, şəxsiyyətjə heç olmalı­san ki, yalnız əqlin­dən istədikləri kimi istifadə edələr və bunun müqabilində mən­liyini təhqir edib ələ salalar. Əgər əqllə möhkəm iradi keyfiy­yət­lər səndə eyni zamanda zü­hur edərsə onda kəlmeyi-şəhadətini çevir.

İxtiyarla dialoqda Leninqraddan böyük elmi qələbə ilə qa­yı­dan Adil də sanki balajalanır, öz yerini axtarıb tap­ma­ğa çalışır. Qarşısındakı sanki bu həyatı bir dəfə yaşa­yıb qurtarmış və ye­nidən doğulmuş bir şəxsiyyətdir, nəti­jə­ləri əvvəljədən görə bi­lən bir şəxsiyyətdir.

Hətta ayrı-ayrı obrazların bilavasitə İxtiyarla dialoqda deyil, kənarda onun sözünü danışarkən belə xarakterləri­nin ümdə jizgiləri açılır.

Despotik quruluşun ən xarakterik jizgilərindən biri müvəq­qəti də olsa, onun bütövlüyündədir. Əgər ümumi qurumun zir­vəsində despot dayanırsa, gərək bu ümumini təşkil edən xüsu­si qurumların başında da despotjuqlar da olsun, yəni hər şə­hərdə, hər rayonda, hər kontorda, hər müəssisədə başçı des­potjuq olsun.

Adil İxtiyarla söhbətindən sonra Şahin və Fəridə ilə görü­şür, artıq tanımağa başladığı bu şəxsiyyət haqqında onların fi­kirlərini araşdırır. Bu dialoqlarda despotjuğa çev­rilmiş Şahinin və onun əlavəsi rolunda çıxış edən Fə­ridənin əsas jizgiləri üzə çıxır.

Adil. Mənə elə gəlir ki, İxtiyar zərərdidədir.

Şahin. Maye tərəfdən (yəni içkidən – M.A.).

Fəridə. Bunu aləm bilir ki, yaxşı alimdir, amma… Gözəl in­sandır, amma…

Şahin. Gözəl təşkilatçıdır, amma…

Adil (gülür). Öz yerinə amma… (Burada Adil «öz ye­rinə» deməklə «İxtiyarın əlindən aldığın yer» demək is­təyir. Bu həm müstəqim, həm də məjazi məna ifadə edir. Yəni İxtiyarın layiq olduğu yer mənasını bildirir. La­kin verəjəyi javabdan da aydın olur ki, Şahin işarəni başa düşə bilməmişdir – M.A.).

Şahin. Zərər yoxdur. Yazıq adamdır. Qoy keyfini çək­sin. Ona elə şərait yaratmışıq ki, içkisinə də güjü çatar, ailəsinə də.

Fəridə. Alijənab adamsan, Şahin!

Bu parça mənəvi çürümə keçirən təşkilatın mahiy­yə­tini yığ­jam, lakin qabarıq açır; çürüdüjü mikroblar çox güj­lü, «sağ­lam»dır, yaşamaq ehtirasları, çürütmək ehti­ras­­ları çox güjlü­dür. Bu məqamlarda Fəridənin xarakteri maskadan kənara çıxır, onun keyfiyyətləri apaydın gö­rü­nür. Vaxtilə Adilin sevdiyi bu qadın dünyagörüş jəhətdən javan alimdən kosmik məsa­fədə dayanır. Hər hansı bir şəxsin hərəkətveriji qüvvəsi olan romantika (və ya ro­man­tik ünsürlər) tamam tükənəndə o, adiləşir, bəlkə də ibtidailəşir, həyatın adi tələbləri səviyyəsinə enir, nəinki enir, hətta onu «fəlsəfi jəhətdən» əsaslandırmağa da jəhd edir. Fəridənin əvvəllərdə Adilə dediyi sözləri xatır­la­daq: «İxtiyar əliaçıq adamdır, sənin kimi» (yəni öz xeyi­rini başa düşməyəndir). Burası qəribə və maraqlıdır ki, Fəridə onların hər ikisinə eyni müstəvidə, eyni prizmanın, eyni künjündən baxır və qiymət verir. O, bilir ki, İxtiyar və Adil «qaz vurub qazan dol­dura», öz qədr və qiymətlərini bilə, şəxsi qabiliyyətlərindən öz mənfəətlərinə istifadə edə bilməzlər, Bilgəhdə jənnət kimi çarhovuzlu, fan­tan­lı, bağ sala bilməzlər. Onlar evlərini dünya­nın bahalı me­belləri ilə doldurajaq, büllür saray qurajaq, ar­vad­­la­rını yolka ağajları kimi daşqaşla bəzəyəjək adamlar de­yillər. İxtiyar nə üçün «əliaçıq»dır? Ona görəmi ki, həmin Şahi­nə dolayı yolla həmin Fəridənin vasitəçiliyi ilə dissertasi­ya yaz­maqda kömək edir? Fəridə öz biliyini (varını) müftə müsəlləm başqasına, hətta özünün düşməni səviyyəsin­də olan rəqibinə verən adamı «əliaçıq» adlandırsa da, daxilən ona rişxənd edir; bir sözlə onun nəzərlərində nə İxtiyar, nə də yenijə ad-san qazanmış Adil praktik adam­lar deyillər. Onun idealı heç nədən bir şey düzəldən Şa­hindir.

İnsanlıqdan kənar oyunlar İxtiyarı bıqdırmışdır. O, həyatın düzələjəyinə, insaniləşəjəyinə inamını itirmişdir. Heç bir siyasi söhbət etməyən, recimdən şikayətlən­mə­yən İxtiyar təkjə yaşa­dığı mühitdən, ijtimai quruluşdan yox, bəlkə də bütün dünya­dan narazıdır. Bu narazılıq İkara çağırışla ifadə olunur «İxtiyarın səsi-… Amma İkar adlı asteroid isə daha konkret bir yol tut­muş­dur. O, göy jismləri üçün gedir, bizim üçün gəlir. O, Allah qoy­sa, yerə çatajaq və bir daha qayıtmayajaq. Biz onunla dolu, vulkanlı, kor bir məhəbbətlə əbədi qovuşajağıq. Sağ ol, İkar! Biz həsrəti vüsaldan daha təsirli və üstün tutub sə­nin sağlığına indidən içirik, mehriban, İkar yoldaş». İxtiyar inanır ki, nəhəng asteroid yer kürəsi ilə toqquşarsa içində yaşadığı mühit də hökmən məhv olar və bütün prob­lem­lər də öz həllini tapar. Hiss eləyirsən ki, İxtiyardakı qə­ri­bə­liklər nə ilə bağlıdır. Ayıq İs­kən­­dərin diri ölülərə qə­zəb­lə dediyi sözlər onu məhvə sürük­lər­di, o, həmin ittiham­na­məni oxumaq üçün hökmən içməli idi. İçki onun va­si­təsi idi. Xasiyyətindəki qəribəliklər isə İxtiyarın va­sitə­sidir. İxtiyar bədxahlarından xilas olmaq üçün özü, məhz özü istəyir ki, ona «içəndir» desinlər və bu bəladan qurtara bilmə­yəjəyi ümidilə arxayın olsunlar ki, o, artıq məhvə məhkumdur. Və elm aliminin salyeriləri ona qarşı xüsusi jəbhə açıb işlərinə mane olmasınlar. İxtiyar Adilə etibar edəndən sonra özü etiraf edir.

İxtiyar (göyə baxır). İkar indi xeyli yol gəlmiş olar. De­mək, sən bu gün həqiqəti, müjərrəd məhdudluqdan çıxa­rırsan. Boş­lu­ğu predmetləşdirirsən.

Adil. Qismət olsa (pauza). Siz yox idiniz, səhərdən Sizin ya­nınıza azı on-on beş adam gəlib. Mənə elə gəlir ki, sizin və­zifənizin adını alıblar, özünü isə almağa güjləri çatmayıb.

İxtiyar. Xahiş edirəm, bunu başqa yerdə danışma­ya­san. Mən rahat işləmək istəyirəm, uşaqlarım isə rahat ya­şamaq. Mən duyuram ki, tənhalığı sizinlə əvəz etmək olar. Bu gün həm bizim institutda, həm də şəhərdə sənin simvolik təjrübən qar­şısında kim olduğu, kim ola biləjə­yi, kimə çevrilə biləjəyi haq­qında fikirləşirlər. Mən isə özümə çevrilmək haqqında fikir­ləşi­rəm. Bu isə mümkün deyil. Mən gizlin yazdığım doktorluq işimi qurtarmalıyam. Bunun üçün əyyaş olmalıyam, çünki bu adı mənə veriblər və mən də onların fikrini doğrultmalıyam. Əv­vəl­jə gördüm ki, mən içməyəndə də «içir» deyirlər. Odur ki, içdim. Bu xoşlarına gəldi, sonra gördüm ki, mən içdikjə geri qalıram, odur ki, məxfi ayıqlığa keçdim. Mən onları içkinin iyi ilə alda­dı­ram. Onlar da məni sərxoş, başıqarı­şıq, zərərsiz və məzəli bir adam kimi tanıyırlar. Şahin bu gün bilsə ki, mən ayığam, haray qaldırar ki, içir. Odur ki, mən də (gülür) hər gün işə guya sərxoş gəlirəm. O, rahat olur. Hamıya deyir ki, «İxtiyar nətijə çıxarıb, düzəlib». Artıq sənin haqqında institutda ikiayaqlı sözlər gəzir, baş­çıları Şahindir.

Gətirilən parçanın uzunluğu yorğunluq gətirməməlidir. Çün­ki burada Əlinin özünün şəxsiyyətini, xarakterini, hə­yatının mü­əyyən məqamlarını aydınlaşdırmaq üçün par­laq detallar vardır. Həyatda çox kövrək (zahirən) Əli daxi­lən özünün çox qüdrətli bir şəxsiyyət olduğunu bilir. Ədəbiyyat salyeriləri mühitində ol­du­ğunu hər dəqiqə hiss edən Əli özünü daha şiddətli hüjum­lardan hifz etmək istedad potensialını tam qüdrəti ilə açmır. Əli burada həm də özü haqqında uydurulanların da bədxah mən­bələrdən gəldiyinə işarə edir. Əli haqqında gözəl bir kitab yaz­mış Feyzi Mustafayev deyir: «Mənim üçün çox maraqlıydı. Təxminən 20 ildən sonra «Ürək güzgüsü» pyesinin əl­yaz­masını oxuyub öyrəndim ki, Əli Kərim nə üçün məni pyesdəki İxtiyara oxşatmaq istəyirmiş. Daha doğrusu, bir sözümü onun dilindən səsləndirmək istəyirmiş. Kimdir İxtiyar? Əli Kərimdən injimə­mi­şəm ki, məni içkiyə meyl edən İxtiyara bənzədib. Yəqin güna­hım varmış. Amma bu da mənə təsəlli deyil ki, İxtiyarın müsbət xüsu­siy­yət­ləri də var. O, əliaçıqdır, hazırjavabdır, sözü üzə de­yən­dir, öz işini biləndir və s.» Əslində Əli İxtiyarın şəxsində öz mühitinin bütün eybəjərliklərini dərindən dərk edən nəhəng bir obrazdır və ona oxşadılmaqdan qətiyyən injimək olmaz və eyni zamanda nəzərə almaq lazımdır ki, Əli məhz özünə məxsus müəyyən jizgiləri və detalları da həmin obraz vasitəsi ilə ver­mişdir. İxtiyar onu əhatə edən mühitin adamlarını da mükəm­məl müşahidə edə bil­mişdir. Dramaturgiyamız üçün yeni və ma­raqlı obraz olan Fəridənin açılmasına da müəyyən qədər İxtiyar kö­mək edir. Fəridə ilə Adil arasında vaxtilə bir eşq ma­jə­ra­sı olduğu aydındır. Fəridə özü daxilindəki praktik, gerçək is­tək və arzularla Adilin bir qədər yerdən üzülmüş roman­tik xə­yalları arasındakı uçurumu vaxtında müəyyənləşdirə bilmişdir. O, Adillə ailə həyatı qurar, bitməz-tükənməz is­tək və şıltaqlıq­la­rı ilə onun anadan əmdiyi südü burnundan gətirə də bilərdi. La­kin o, öz hədəfini düzgün müəy­yən­ləşdirmiş, əsl «zəmanə ada­mı olan Şahini» seçmişdir. Adil Fəridənin nə üçün ondan üz çe­vir­məsinin səbəbini bilmir. Fəridə də təbii ki, əsl səbəbi açmır, bu səbəb çılpaq şə­kildə anti-etik görünə bilər. Ona görə də Adilə «sevmə­mişəm, gözləməmişəm» deyə əlavə izahat tələb emə­yən javab verir. Ondan daha gənj Rəfiqə də bu elmi mü­əs­si­sədə çalışır. Artıq qurumuş məhəbbət ağajının kölgəsin­də elə bil Adilin Fəridənin gənjliyini xatırladan bu qızla yeni mə­həb­­bətinin jüjərtiləri baş qaldırır. Fəridə buna darılmır, hətta Adilin yeni məhəbbətinin uğurlu olmasını arzulayır, sanki vəfa­sız­­lı­ğının günahını yumaq istəyir.

Pyesdə başqa maraqlı obrazlar, gözəl komik və dra­matik vəziyyətlər, gərgin situasiyalar da var.



Yüklə 4,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin