Azərbaycan multikulturaliZMİ VƏ DÜnya multikulturalizm modelləRİ



Yüklə 102,09 Kb.
səhifə17/19
tarix01.01.2022
ölçüsü102,09 Kb.
#107294
1   ...   11   12   13   14   15   16   17   18   19
Mövzu-7

7.15. Moldovada multikulturalizm


1994-cü il iyulun 29-da Moldova Respublikasının Konstitusiyası qəbul edildi. Respublikanın Əsas Qanunu beynəlxalq hüquq və azadlıqların prioritetini bəyan etdi. Konstitusiya latın qrafikalı moldavan dilinin dövlət dili statusunu təsbit etdi, ölkə ərazisində fəaliyyət göstərən digər dillərin vəziyyətini müəyyənləşdirdi. Regional dillərdən fərqli olaraq, rus dilinə xüsusi status verildi. Moldova Respublikası Konstitusiyasının preambula hissəsində dövlətin “moldavanlarla birgə Moldova Respublikasında xalqını təşkil edən digər etnik mənşəli vətəndaşların da maraqlarının təmin edilməsi”nə də səy göstərəcəyi bildirilir.

Həmin bölmənin 10-cu maddəsində xalqın birliyi və özünəməxsusluq hüququ haqqında danışılır. 10-cu bölmənin 2-ci bəndində qeyd edilir ki, “dövlət bütün vətəndaşlarının etnik, mədəni, dil və dini özəlliklərinin qorunması, inkişaf və ifadə edilməsi hüququnu tanıyır və onlara zəmanət verir” (başqa sözlə, bu maddə sadalanan identiklik formalarına olan hüquqlara zəmanət verir).

Əsas Qanunun 13-cü maddəsi ölkə ərazisində dillərin fəaliyyətini tənzimləyir. Latın qrafikalı moldavan dilini Konstitusiya Dövlət dili elan etdi (bənd 1). Bu maddənin 2-ci bəndinə əsasən dövlət “ölkə ərazisində istifadə edilən rus dilinin və digər dillərin qorunması, inkişaf etdirilməsi və fəaliyyət göstərməsi hüququnu qəbul və müdafiə edir” (dil identikliyi hüququ).

Konstitusiyada vətəndaşların “irqindən, milliyyətindən, etnik mənşəyindən, dilindən, dinindən asılı olmayaraq qanun və dövlət qarşısında” bərabərliyini təsbit edir (maddə 16).

Respublikada təhsil hüququnu işıqlandıran 35-ci maddədə deyilir ki, “dövlət şəxsin qanuna müvafiq olaraq tərbiyə və təlim dili seçmək hüququnu təmin edir”.

Konstitusiyanın V Fəslində dilin xalq təhsili, elm və mədəniyyət sahələrində istifadə edilməsinin xarakteri müəyyən edilir. 18-ci maddəyə əsasən, dövlət moldavan və rus dillərində məktəbəqədər tərbiyə, ümumi orta, orta ixtisas, texniki peşə və ali təhsil almaq hüququna zəmanət verir, respublikada yaşayan digər millətlərdən olan vətəndaşların öz ana dillərində (qaqauz, ukrayna, bolqar, ivrit, idiş və b. dillərdə) tərbiyə və təhsil almaq hüquqlarını gerçəkləşdirə bilmələri üçün şərait yaradır.1

Fəsil VI dilin ad və informasiyada tənzimləməsi məsələlərinə həsr olunmuşdur. Maddə 24-ə əsasən meydan, küçə, dalan, şəhər rayonlarının adları dövlət dilində (qaqauz millətindən olan əhalinin yaşadığı ərazidə ̶ qaqauz dilində), ukrayna, rus və yaxud bolqar millətindən olanların çoxluq təşkil etdiyi kəndlərdə isə məqbul dildə verilir. Açıq elanların, bildirişlərin, reklam və digər vizual informasiyaların mətni dövlət dilində müvafiq ̶ ərazilərdə isə rus dilinə çevirməklə ̶ dövlət, eləcə də qaqauz və yaxud rus dillərində tərtib edilir. Respublikada istehsal edilən əmtəələrin adları, etiketləri (yarlıqları), markalanması, onlarla bağlı təlimatlar, eləcə də əhaliyə təqdim edilən bütün vizual informasiya dövlət və rus dilllərində tərtib edilir. Ukrayna, rus və yaxud bolqar milliyyətindən olan əhalinin çoxluq təşkil etdiyi kənd yerlərində vizual informasiya müvafiq dillərdə də tərtib oluna bilər.

Fəsil VII dillərin dövlət tərəfindən qorunmasının xarakterini müəyyən edir, dil qanunvericiliyinə əməl edilməsinə nəzarət və ona əməl edilməməsinə görə məsuliyyət qaydasını müəyyən edir.

Sovet dövlətinin süqutu ərəfəsində qəbul edilmiş bu qanunvericilik aktı təkcə transformasiya edən Moldovanın linqvistik kredosu kimi çıxış etmədi, bu akt həm də millətlərarası münasibətlərin vektorunu dəyişdi və sonra gələn çoxsaylı normativ-hüquqi aktların, o cümlədən də yeni Konstitusiyanın əsasını təşkil etdi.

İnsanın ayrılmaz hüquqlarından biri də onun bir hissəsinə Moldova Respublikasının da qoşulduğu çoxsaylı beynəlxalq və daxili normativ-hüquqi aktlarla təmin edilən milli və mədəni özünəməxsusluğun qorunması hüququdur.

Avropada milli azlıqların problemlərinə olan maraq yeni demokratiya ölkələrində də geniş əks-səda doğurdu. Qeyd olunmalıdır ki, beynəlxalq normativ-hüquqi aktlar yerli qanunvericilik aktları ilə müqayisədə prioritetə malikdirlər. Avropaya inteqrasiya xətti götürmüş gənc Moldova dövləti məsələnin bu tərəfinə diqqət ayırmaya bilməzdi. Ola bilsin ki, bu vurğu daha bir məqamla bağlı olub. Rus dili özünün rəsmi ünsiyyət dili kimi geniş yayılması ilə əlaqədar bu diyarın polietnik əhalisinin dil aktivində möhkəm yer tutmuş, millətlərarası ünsiyyətdə ən çox işlənən dillərdən birinə çevrilmişdir. Yuxarıda deyilənlərdən də göründüyü kimi, müstəqillik qazanıldıqdan sonra rus dilinin vəziyyəti dəyişdi, lakin cəmiyyət üzvlərinin moldavan dilini bilmələri səviyyəsi də onun rus dilini əvəzləməsi üçün yetərli deyildi. Eyni zamanda, milli dirçəliş prosesi cəmiyyətdə milli azlıqların dillərinə və mədəniyyətlərinə olan marağı artırdı. Bu, ona görə faydalı idi ki, diqqəti rus dilindən yayındırırdı və gələcəkdə milli azlığın ana dilinin etnos daxili funksiyaları yerinə yetirəcəyi, moldavan dilinin isə millətlərarası ünsiyyət dili olacağı dayanıqlı sxemin formalaşmasına xidmət edəcəkdi.

Etnik hüquqların qorunmasına verilən zəmanətlər Moldova Respublikasının başqa sənədlərində də, o cümlədən “Moldova Respublikasının Əmək Məcəlləsi”ndə əksini tapır. Bu məcəllə istənilən növ diskriminasiyanı, eləcə də irqi, milli və dini zəmində ayrı-seçkiliyi qadağan edir. Göstərilən cəhətlər “Məhkəmə quruluşu haqqında Qanun”da,

“Qanun pozuntuları haqqında Məcəllə”də, “Moldova Respublikasının Cinayət Məcəlləsi”ndə və b. hüquqi sənədlərdə də təsbit olunub.

Milli azlıqların hüquqları aşağıda sadalanan qanunlarda da öz əksini tapır: “Milli pasport sistemində şəxsiyyəti təsdiq edən sənədlər haqqında”, “Televiziya və radio haqqında”, “Moldova Pespublikasının televiziya və radio Məcəlləsi”, “Mətbuat haqqında”, “İnanclar haqqında”, “Məhkəmə quruluşu haqqında”, “Reklam haqqında”, “Vətəndaşlıq vəziyyəti aktları haqqında”, “Mədəniyyət haqqında”. Bu qanunlarda milli mənsubiyyətindən, sosial statusundan, dilindən və digər məziyyətlərindən asılı olmayaraq hər bir şəxsin mədəni fəaliyyətinə qanuni zəmanət verilir.

Moldova Respublikasının Parlamenti tərəfindən qəbul olunmuş (№ 382-XV, 19.07.2001) «Milli azlıqlara mənsub şəxslərin hüquqları və onların təşkilatlarının hüquqi statusu haqqında Qanun» rusdilli vətəndaşlara aid qanunvericiliyin inkişafında yeni bir addım oldu. Bu sənəd millətlərarası münasibətlər sahəsində çoxsaylı problemləri tənzimləyən normativ aktlar sırasında xüsusi yer tutur. Adı çəkilən qanunun sonuncu layihəsi Parlamentə 1997-ci ilin mayında bir qrup deputat tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib. Yalnız 1997-ci ilin iyulunda qanun birinci oxunuşda qəbul edildi. Sonradan bu qanun, o cümlədən də Moldova tərəfindən 1996-cı ildə ratifikasiya edilmiş “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”nın bir sıra müddəaları nəzərə alınmaqla, dəyişikliklərə məruz qaldı. Bu sənədin ortaya çıxması əvvəllər qəbul edilmiş bir sıra qanunların və başqa hüquqi aktların yeni qanuna uyğunlaşdırılmasını zəruri etdi.

Son iyirmi ildə Moldova Respublikası çox sayda beynəlxalq normativ-hüquqi aktlara qoşulub. Bu aktlar milli azlıqların hüquqi təminatı sahəsini də əhatə edir. Parlamentin 10 sentyabr 1991-ci il tarixli, 707-XII saylı “Moldova Respublikasının insan haqları barədə beynəlxalq hüquqi aktlara qoşulması haqqında” qərarına əsasən, Moldova bütöv beynəlxalq sənədlər paketinə qoşuldu. Onların arasında “Bütün növ irqi ayri-seçkiliyin ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya”nı, “Təhsil sahəsində ayri-seçkiliyə qarşı mübarizə haqqında Konvensiya”nı, “Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirəsinin Yekun Aktı”nı, “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında Konvensiya”nı, “Yeni Avropa üçün Paris Xartiyası”nı və “ATƏT-in insan ölçüsü konfransının Kopenhagen görüşünün Sənədi”ni xüsusi qeyd etmək lazımdır.

Moldova Respublikası «İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya»ya (Moldova Pespublikası üçün 25.02.1993-cü il tarixində qüvvəyə minmişdir); “Əsas insan haqları və azadlıqlarının qorunması haqqında Konvensiya”ya, “Avropa Şurası Parlament Assambleyasının İnsan haqları üzrə Avropa Konvensiyasına əlavə milli azlıqların hüquqları üzrə protokol haqqında 1201 (1993) saylı Tövsiyəsinə də qoşulmuşdur.

Moldova Respublikasının daxili etno-vətəndaş qanunvericiliyinin və onun müstəqillik illərində qoşulduğu beynəlxalq qanunvericilik aktlarının təhlili milli azlıqların hüquq və azadlıqlarının təmin olunmasına yönəlmiş normativ-hüquqi bazanın inkişafındakı müəyyən dinamikanı izləməyə imkan verir. Lakin müxtəlif mərhələlərdə bu hal ziddiyyətli olması ilə, bəzən hətta qeyri-majoritar etnosun, o cümlədən də rus mədəniyyətli əhalinin etno-vətəndaş maraqlarına bütün müstəqillik dövrü ərzində Moldovada hakimiyyətə nəzarət edən müxtəlif siyasi qüvvələr tərəfindən tam etinasızlıq nümayiş etdirilməsi ilə səciyyələnir.

Qaqauziya ərazisində rusdilli KİV-lər çoxluq təşkil edir, eyni zamanda qaqauz dilində nəşr edilən ədəbiyyatın sayı da artır. Mətbuatın işıqlandırdığı əsas mövzular sırasına milli özünəməxsusluq, bölgə xəbərləri, iqtisadiyyat və mədəniyyət xəbərləri daxildir. Rus, moldavan və qaqauz dillərində qəzet və jurnallar çıxır.

Milli azlıqlar üçün Moldova Respublikasında üç dildə vahid təhsil sistemi fəaliyyət göstərir:



  1. Tədrisin rus dilində aparıldığı məktəblər (20,3%);

  2. Tədrisin rus dilində aparıldığı və ana dilinin fənn kimi tədris olunduğu məktəblər: ukrayna dili - 55, qaqauz dili - 32, yəhudi dili -

2, polyak dili -1, alman dili -1;

  1. İbtidai və orta halqada ayrı-ayrı siniflərdə tədrisin ana dilində (ukrayna və ya bolqar) aparıldığı eksperimental təhsil müəssisələri.1

Belə bir fakt da diqqəti cəlb edir ki, rusdilli məktəblər də milli azlıqlar üçün olan təhsil müəssisələri dərəcəsinə aiddir.

4 may 2016-cı ildə Moldovanın paytaxtı Kişinyov şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı açılmışdır. Bu filialın icraçı direktoru tanınmış hüquqşünas, keçmiş Ombudsman Aurelia Qriqoriudur.



Yüklə 102,09 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin