Azərbaycan multikulturaliZMİ VƏ DÜnya multikulturalizm modelləRİ



Yüklə 102,09 Kb.
səhifə16/19
tarix01.01.2022
ölçüsü102,09 Kb.
#107294
1   ...   11   12   13   14   15   16   17   18   19
Mövzu-7

7.14. Gürcüstanda multikulturalizm

M üxtəlif milli cəmiyyətlərdə multikultural gerçəkliyin dərki ilə bağlı yanaşmaların müxtəlifliyi güman etməyə imkan verir ki, müxtəlif

tarixə, mədəniyyətə və identikliyə malik insanların dinc yanaşı yaşamalarına qarşılıqlı tolerantlığın ümumi, universal prinsipləri əsasında nail oluna bilməz. Mürəkkəb etno-mədəni və etno-sosial mühitin sosial sabitləşdirilməsi ilə bağlı atılan addımlar hər bir konkret halda hansısa bir qrupun maraqlarının deyil, həm də fərdi maraqların nəzərə alınması ilə səciyyələnməlidir. Bizcə, konkret milli siyasət məhz bu əsas üzərində qurulmalı, və onun səmərəlilik dərəcəsi də məhz bu əsasda dəyərləndirilməlidir. Multikulturalizmin tipologiyalarının çoxsaylılığının səbəbi bu tipologiyaları tərtib edənlərin dəyər əsaslarının və tədqiqat maraqlarının müxtəlif olmasıdır. Adı çəkilən tipologiyanın iki böyük kateqoriyaya inklüziv (v̶ ə ya daxiledilmə multikulturalizmi) və qeyri-inklüziv multikulturalizm (və ya istisnalar multikulturalizmi) kateqoriyalarına aid yeddi növünd̶ ən (Stüart Holl və Terenson Ternerin göstərdikləri) ̶ mühafizəkar, liberal, plüralist, kommersiya, korporativ, tənqidi "inqilabi", eləcə də "fərqlər multikulturalizmi" ("difference multicultiralism") növlərindən multikulturalizmin gürcü ̶ modeli üçün daha məqbul olanı kombinə edilmiş model ̶ siyasi səviyyədə inteqrasiyaya (vahid sosietal mədəniyyətin formalaşmasına) yönəlmiş, şəxslərin və qrupların sırf mədəni müxtəlifliyini (dini, bədii və s.) dəstəkləyən modeldir. Bu model müxtəlif mədəniyyət qruplarının ümumi dövlət məkanına sürətli inteqrasiyasını nəzərdə tutur. Multikulturalizmin təsvir olunan növləri müxtəlif əsaslar üzrə müəyyənləşdirilmişdir və, buna görə də, real multikultural siyasətin səciyyələndirilməsi zamanı onların heç də hamısı bir-birini istisna etmir.

Bu gün dünyanın bir çox ölkələri mədəni müxtəlifliklə səciyyələnir və məhz bu səciyyə daha mühüm və potensial olaraq özlərində ziddiyyətlər gizlədən suallar üçün zəmin rolunu oynayır. Gürcüstanda mədəni azlıqlar və majoritar mədəniyyətlərin nümayəndələri dil hüquqları, regional muxtariyyət, siyasi partiyalarda və idarəetmə orqanlarında təmsil olunma, orta və ali məktəblərin təhsil proqramlarına qarşı irəli sürülən tələblər, immiqrasiya siyasəti və, hətta, milli himnin və ümumdövlət bayramlarının təsis edilməsi kimi milli rəmzləri seçmək baxımından öz mövqelərini müdafiə edirlər. Özlərini həm də sosial siyasətin subyektləri kimi göstərən mədəni qruplar sırasında qadınları, “gözlə görünən azlıqları”, aborigenləri/yerli xalqları, əlilləri göstərmək olar. Gürcüstanın çoxmədəniyyətli regionlarında etnik çoxluğun milli azlıqlarla qarşılıqlı əlaqələri prosesinin öyrənilməsi aktual olaraq qalır.

“Yeni vətən” dilinin mənimsənilməsi tələbi əslində olduqca vacibdir, lakin bu tələb, xüsusilə də dövlət tərəfindən mühacirlərə təzyiqin davam etdirildiyi və avtoxton çoxluğun onlara olan mənfi münasibətinin saxlandığı bir şəraitdə, məskunlaşma ölkəsinə qarşı loyal münasibətin formalaşması üçün yetərli deyil.

Mədəni müxtəliflikdən cəmiyyətin inkişafı naminə istifadə olunması üçün, bir tərəfdən, millətlərarası münasibətlərin tənzimlənməsi sahəsində tarixi təcrübənin üzərində bir daha düşünmək, digər tərəfdən isə milli, mədəni və sosial siyasətin həyata keçirilməsini təmin edən idarəçi kadrların multikultural səriştəsini artırmaq lazımdır. Gürcüstan zəminində multikulturalizm prinsiplərinin uyğunlaşdırılması müasir inteqrasiya siyasətinin qabaqcıl Avropa və ümumdünya təmayüllərinə uyğun, vahid sosial-mədəni məkanın yaradılmasına xidmət edən yeni əsaslar üzərində işlənib hazırlanması yolu ilə mümkündür. Bu isə o deməkdir ki, milli çoxluq və azlıqlar arasındakı mədəniyyətlərarası və millətlərarası qarşılıqlı əlaqələrin əvvəlki formalarında ciddi dəyişikliklərin edilməsinə ehtiyac var. İlk növbədə qruplararası qarşılıqlı fəaliyyətin optimal alqoritmlərinin axtarışları, eləcə də dövlət, onun institutları və müxtəlif əhali qrupları arasında münasibətlərin xarakterinin dəyişdirilməsi tələb olunur. Bu mənada demokratik idarəçiliyin, siyasi, sosial-iqtisadi, mədəni həyatın təşkilinin, eləcə də Qərb cəmiyyətlərində fərdlərin və sosial kollektivlərin yaradıcı təşəbbüslərinin inkişaf etmiş formaları müəyyən tipli sivilizasiya üçün faydalı və səmərəli nailiyyətlərdir (M. Veber). Multikultural ideologiyalar milli dövlətlərin milli siyasətləri şəklində həyata keçir. Onların əsas prinsipləri aşağıdakılardır: milli cəmiyyət çərçivəsində milli və etnik azlıqların ayrı-seçkiliyə məruz qalmaması, milli cəmiyyətin hüdudlarında onların çoxluqla sosial və hüquqi bərabərliyinin təmin olunması prinsipi; əhalinin müxtəlif qruplarının millətlərarası və mədəniyyətlərarası tolerantlığı; birincisi, milli cəmiyyətin multietnik və multikultural xarakterinin qəbul edilməsi; ikincisi, milli çoxluqla müqayisədə milli azlıqların bərabərhüquqlu statusu, azlıqların öz mədəniyyətlərini, etnikliklərini, dillərini, həyat tərzlərini qoruyub saxlamaq və inkişaf etdirmək, etnik əraziyə sahib olmaq, özlərinin etnomədəni və siyasi gələcəklərini üçün prinsipial əhəmiyyətə malik qərarlar qəbul etmək hüququnun tanınması.

Bütün multikultural modellərdən Gürcüstan üçün daha yaxın olanı Azərbaycan modelidir ki, bu da hər iki mədəniyyətin tarixi qaynaqlarına gedib çıxan aksioloji sistemlərin yaxınlığı ilə şərtlənir. İlk növbədə bu, əsas dəyər yönəmlərini müəyyən edən özül konseptlərə aiddir. Millətlərarası münasibətlərin əsasında duran "özününkü-özgə" qarşıdurması ilə bağlı: əcnəbilərdən uzaq olmağa çalışan mədəniyyətlərdən fərqli olaraq (bu, xüsusi terminlərdə öz əksini tapır: “qoy” – yəhudi, «qaco» – qaraçı, «varvar» ̶ yunan, «gavur» – türk və s.), gürcülər qonağı Allahın elçisi kimi qəbul edirlər. Bu halda dil hətta xüsusi forma da yaratmışdır ̶ "sautsxo" (ən yaxşısı, qonaq üçün nəzərdə tutulanı). Tolerantlığın xüsusilə parlaq təzahürü kimi "Biz hamımız Adəm övladlarıyıq, tatar da bizim qardaşımızdır" (qeyd edək ki, "tatar" terminindən ədəbi gürcü mənbələrində "azərbaycanlı" etnonimini bildirmək üçün istifadə olunur) paremioloji vahidini göstərmək olar.

Multikulturalizm modellərini formalaşdıran vahid baza faktiki olaraq informasiya-axtarış sistemlərinin ilkin nümunəsi kimi çıxış edən paremilogiya, həm Gürcüstanın, həm də Azərbaycanın əsas dəyər yönəmlərini özündə əks etdirən klassik ədəbiyyatdır.

İlk növbədə dünya ədəbiyyatının korifeyləri Nizami və Rustavelinin yaradıcılıqları qeyd edilməlidir. Faktiki olaraq multikulturalizmin əsasında duran əsas konseptlər (millətlərarası, gender, konfessiyalararası və s.) onların əsərlərində öz əksini tapmışdır. Multikulturalizmin təsirli tərəfini əks etdirmiş bu klassiklərin nüfuzu elmi dairələrdə "Şərq renessansı" adlandırılmış bütöv bir dövrü formalaşdırmışdır.

Abxazlarla və osetinlərlə qarşılıqlı münasibətlər təcrübəsi də maraqlıdır. Hələ SSRİ vaxtında Gürcüstanda abxaz və osetin məktəblərində ana dilində tədris aparılırdı, o halda ki, Rusiya Federasiyasının özündə belə məktəblər demək olar ki, yox idi. Rusiya KİV-lərinin səyləri nəticəsində sözügedən regionlarda, Dağlıq Qarabağda da olduğu kimi, siyasi münaqişələr etnik qarşıdurma kimi təqdim olundu ki, bu da bizim xalqlarımızı səciyyələndirən tolerantlıq və multikulturalizm prinsiplərinə kökündən ziddir. Az bir zamanda böyük nüfuz qazana bilmiş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rolu da xüsusi qeyd edilməlidir. Gürcüstanda Mərkəzin filialının yaradılması multikulturalizm hadisəsinin sistemli şəkildə dərk edilməsi prosesini sürətləndirir və bu istiqamətdə axtarışları stimullaşdırır.


Yüklə 102,09 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin