7.16. İsraildə multikulturalizm
II dünya müharibəsi illərində III Reyxin hakim dairələrinin apardığı antisemitizm siyasəti nəticəsində, holokost aktı baş vermişdi. Holokost məfhumu yunan dilindən tərcümədə ”yanmış”, “köz olmuş” mənasını verir. Holokost məfhumu geniş və dar mənalarda işlədilir. Geniş mənada o, xalqları və sosial qrupları fiziki cəhətdən məhv edən bir qətliam aktı mənasını daşıyır. Dar mənada isə holokost məfhumu yəhudilərə qarşı aparılan soyqırımı nəzərdə tutur. Yəhudilərin kökünü kəsmək məqsədini öz qarşısında qoyan Hitler Almaniyası İkinci dünya müharibəsinin başlanmasından etibarən Polşa ərazisində yaradılmış gettolarda yəhudilərin yerləşdirilmələri haqda qərar vermişdi. İkinci dünya müharibəsi illərində yəhudilərin təkcə Hitler Almaniyasında deyil, Avropanın işğal olunmuş ərazilərində, eyni zamanda SSRİ-də kütləvi şəkildə qırılmalarıı nəticəsində təxminən 6 milyon yəhudi öldürülmüşdü. II dünya müharibəsi illərində Triblinka, Plaşov, Sobibor, Auşvits-Osvensim, Daxau əsir düşərgələrində faşist zülmünü yaşamış yəhudilərin böyük əksəriyyəti məhv edilmiş, bu düşərgələrdə yəhudi əsirlərin yalnız çox cüzi hissəsi sağ qalmışdı. BMT-nin qəbul etdiyi qərara görə 2005-ci ildən etibarən 27 yanvar holokost qurbanlarını anma günü elan edilmişdir.
Holokost faciəsini yaşayan yəhudilər II dünya müharibəsi başa çatdıqdan sonra öz dövlətçiliyini yarada bildilər. BMT Baş Məclisinin 1947-ci il 29 noyabr tarixli qərarına əsasən 1948-ci il mayın 14-də Fələstin ərazisində İsrail müstəqil dövləti elan edildi. Hazırda dünya yəhudilərinin 42%-nin toplandığı İsrail cəmiyyətində etnik-mədəni müxtəlifliklərin tənzimlənilməsi məsələsinə münasibətdə İsrail ABŞda tətbiq olunan “əridən qazan” modelini istifadə edir.
İsrail cəmiyyəti “əridən qazan” sistemi bazasında vaxtilə diasporadan gəlmələr nəticəsində öz keçmişlərini saxlayaraq sionist mədəniyyəti adlandırılan prosesə inteqrasiya olunurdu. Qeyd etmək lazımdır ki, son 25 ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının statistik məlumatlarına görə müxtəlif ölkələrdən İsrailə 1 milyon dörd yüz min insan köçmüşdür.
Hazırda İsrail dövləti müasir liberal dövlət ilə millətçilik ideyasını (“sionist dövlət”, “Yəhudi dövləti”) birləşdirməyə çalışır. Birinci termin yəhudilərin çoxluğu, ikincisi isə simvol və dəyərlərin yəhudi ənənəsi əsasına istinad edilməsi mənasına gəlir. Bu baxımdan İsrail özünün mədəni muxtariyyət sistemilə liberal-demokratik ölkə olaraq bütün vətəndaşlarının hüquqlarını qarantiya edir. Bu hüquqların qarantiyası hətta bəzi inkişaf etmiş avropa ölkələrindən daha da yüksək səviyyədədir.
On illiklər boyunca yəhudi liderlər İsrail imperializmindən imtina etdi. Bu mənada İsrail ümumyəhudi proyektidir. ABŞ-da yəhudi gənclər arasında keçirilən sorğulara baxsaq, respondentlərin 20 faizi İsrailin onların kimlik anlayışında mühüm yer tutduğunu söyləyir.
İsrailli olmaq üçün hər hansı bir şəkildə ona aid olmaq lazımdır. Bu nə yəhudi dövlətini, nə də demokratiyanı inkar etmək deməkdir.
XX əsrin 60-cı illərin başlanğıcına qədər ərəb dili ilə ibri dili arasında mədəni müharibə gedirdi. Hətta ibri dilində qəzetlərin çıxması qadağan olunurdu. Artıq 70-ci illərdə ərəb ölkələrindən yeddi yüz minə yaxın ərəb İsrailə köçdü.
“Əridən qazan” XX əsrin 70 və 80-ci illərində çökməyə başlayanda siyasi arenaya İkinci İsrail çıxmağa başladı. “Qara pələnglər” hərəkatının meydana gəlməsilə cəmiyyət mədəni hadisələrin idarə olunmasını həyata keçirən “başqasını” qəbul etməyə hazır idi. Nəticədə musiqidən tutmuş geyimə, hətta ənənəvi idarəetməyə yəni, kütlə mədəniyyətində öz yerini tutan İsrailin birinci və ikinci elit mədəniyyətləri arasında delimitasiya baş verdi.
XX əsrin 90-cı illərində vəziyyət yenidən dəyişdi. Belə demək mümkünsə, “qızıl milyon” adlandırılan immiqrant axını gəldiyində İsrail onları qəbul etməyə hazır idi. Keçmiş Sovet İttifaqından gələnlər arasında məsələn, hüquq, jurnalistika və hərbi sahələrin nümayəndələri çox deyildi. Halbuki onların çoxu birinci və ikinci İsrailin ənənəvi elitasının cəlb olunmadığı yüksək texnologiya, təhsil və s. sahələrdə mütəxəssis idi.
“Qızıl milyon” anlayışı keçmiş SSRİ-dən gələn milyon insana işarə edir. Bu Üçüncü İsrail- yeni əşkinazilər adlanır. Buraya eyni zamanda Mərkəzi Asiya və Cənubi Qafqazdan gələn “səfərad” yəhudiləri də daxildir. İsrail cəmiyyəti bunu normal qəbul etdi. Əgər XX əsrin 70ci illərdə soruşulsaydı ki, İsraildə rus dilində uşaq baxçası, rus dilində məktəb, rus dilində qəzet və televiziya kanalı olmasına necə baxardınız? Cavab bu olardı ki, “Nə üçün”. Ancaq indi cavab belədir: “Niyə də yox”.
İsrail multikulturalizminin əsas rəmzlərindən biri də Yerusəlim (Qüds) -Müqəddəs Şəhərdir. Bu şəhər üç dünya dininin mərkəzi kimi turistləri hər zaman özünə cəlb edir.
Azərbaycandan İsrailə yetmiş minə yaxın yəhudi ailəsi köçmüşdür. Buraya XX əsrin 90-cı illərinin əvəllərində əşkinazi yəhudiləri (avropa yəhudiləri) və dağ yəhudiləri (səfərad) daxildir. Qeyri rəsmi məlumata görə İsraildə 7-8 min etnik azərbaycanlı yaşayır. Onlar daha çox Akko, Hayfa, Hadera və Tel-Əviv kimi şəhərlərdə məskunlaşmışlar. Akko şəhərində şəhərin 12 faizini təşkil edən 53 minə yaxın Azərbaycandan köçmüş dağ yəhudisi yaşayır. Onlar heç bir zaman “Odlar Yurdu” olan ölkələrini unutmur va daima xatırlayırlar. Bu mənada multikulturalizm İsraildə qədim tarixə malikdir. O, artıq reallığa çevrilib.
3 may2016-cı ildə İsraildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail filialının yaradılmışdır. Bu filialın icraçı direktoru politoloq Arye Qutdur.
Dostları ilə paylaş: |