Azərbaycan multikulturaliZMİ VƏ DÜnya multikulturalizm modelləRİ


Avropa multikulturalizminə ümumi baxış



Yüklə 102,09 Kb.
səhifə7/19
tarix01.01.2022
ölçüsü102,09 Kb.
#107294
1   2   3   4   5   6   7   8   9   10   ...   19
Mövzu-7

7.4. Avropa multikulturalizminə ümumi baxış


M ultikulturalizm məsələsi müasir Avropa ölkələrində də fərqli mədəniyyətlərin harmoniyası və birgəyaşayışını təmin etmə mövzusu

olaraq müzakirə edilməkdədir. Bu kontekstə müxtəlif etno-konfessional qrupların birlikdə yaşaması, fərqliliklər üzərində qurulan harmoniyanın təşkili məsələləri ilə bağlı multikulturalizm siyasəti, əsasən İngiltərə olmaqla, İsveçrə, Hollandiya, Almaniya, Fransa və digər Avropa ölkələrində tez-tez qızğın debatların obyektinə çevrilir. Amma immiqrasiya əleyhinə səslənən fikirlərin artması getdikcə Avropada multikulturalizmi siyasətinə kölgə salır.

Avropa daxilində baş verən əmək miqrasiyası nəticəsində müxtəlif avropa xalqları böyük sənaye şəhərlərində sivilizasiyanın universal kapitalizm və liberal dəyərlərində bir araya gələrək vahid millət kimliyini mənimsədilər. Onlar artıq etnik və dini kimliyi ilə deyil, siyasi milli kimliyi ilə tanınmağa başladılar. Sekulyarizm ideyalarına əsaslanan millət paradiqması əsrlərlə Avropada davam edən katolikprotestant qarşıdurmasına, vətəndaş mühariblərinə son qoydu və onların birgəyaşıyış formasını təmin etdi.

Bu gün nə Avropada, nə də ABŞ-da titul etnosdan bəhs etmək mümkün deyildir. Çünki bu ölkələrə uzun müddət davam edən miqrasiya prosesləri titul etnos anlayışlarını ortadan qaldırmışdır. Əslində, bu ölkələrin daima dini identiklik və vətəndaş millətçiliyi adı altında mövcud olan etno-sosial mozaikası bu cəmiyyətlərin heç bir zaman monokültür olmadığını göstərir. Superetnik göstərici özünü bu ölkələrin vahid dilində qoruyub saxlayır. Halbuki, bu dilin tarixi daşıyıcıları artıq həmin ölkələrdə azlıqda olanlar arasındadır. Lakin millətçiliyin monokültür ideologiyası vahid millətin mövcudluğu barədə mif yaratsa da, bu mifin kölgəsi altında bölgələrdə kültürəl azlıqlar öz varlığını qoruyub saxlamış və vahid millətin müxtəlif çalarlarını, zənginliklərini təşkil etmişlər.

Avropada dini və etnik identikliyi olmayan insanlar çox vaxt istəmədən belə həmin qruplara qatılmaq məcburiyyətində qalırlar. Çünki dövlət multikulturalizm siyasəti istiqamətində fərdi deyil, yanlız fərqli kültürləri daşıyan qrupları, icmaları (onların məktəblərini, teatrlarını, klublarını, təşkilatlarını və s) maliyyələşdirir. Bu mexanizm dövlət içində dövlətin yaranmasına və inkişafına şərait yaradır. Bu qruplar və icmalar daxilində ənənələr daha da güclənir və buradakı kültürəl dirçəliş daha passionar və radikal xarakter daşımağa başlayır. Bu baxımdan, Avropadakı müsəlmanlar daha çox radikal xarakterli dini icmalarda qruplaşmağa cəlb olunurlar. Belə radikal tipli icmalarda insanların fikir və söz azadlığı məhdudlaşır, insanların hüquqları kobud şəkildə pozulur.

Bu icmalar və qruplar əsasən qapalı xarakter daşıdığı üçün, bu kimi hüquq pozuntuları dövlət hüquq mühafizə orqanların diqqətindən kənarda qalır. Multikultural idarəetmə sistemində bu tendensiyanın daha da dərinləşəcəyi və tədricən icmalara sərbəst özünüidarəetmə funksiyalarının artırılacağı gözləniləndir. Bu, bir tərəfdən də dövlətin məsuliyyət yükünü azaldır.

Avropa Birliyinə ümumi bir nəzər etsək, multikulturalizm Almaniya, Hollandiya, Skandinaviya ölkələri və İngiltərə tərəfindən müsbət qarşılanır. Kanada və ya Avstraliya modellərində həyata keçirilən mutltikulturalizm siyasəti qədər olmasa da, milli azlıqların haqları bu ölkələrdə təmin edilir. Bu haqlara ana dilində təhsil alma, marginal qrupların siyasi fəallığının artırılması, dini və ənənəvi qaydada qanunların reallaşdırılması üçün qanunvericilikdə güzəştlərin tətbiqi və başqa misalları göstərmək mümkündür.

Əvvəlki fəsillərdə qeyd olunduğu kimi, son zamanlarda multikulturalizm siyasətinin Avropada iflasa uğradığı fikriləri səslənməkdədir. Yaranmış vəziyyətin səbəblərindən biri Avropanın bir sıra ölkələrində irqçiliyi və milliyyətçiliyi müdafiə edən bəzi ultra-sağ siyasi partiyaların siyasi fəallığının yüksəlməsi ilə əlaqəlidir. Bu partiyalara mənsub olan siyasətçilər populist çıxışları ilə “yad olan” mədəniyyətlərə qarşı kəskin fikirlər dilə gətirərək öz elektoratlarını yaratmaqdadırlar. Avropa ölkələrində belə çağırışların müdafiəsinə qalxan insanlar say etibarı ilə çox olmasalar da, yaranmış vəziyyət Avropa multikulturalizminə olan marağın azalmasını göstərir. Məsələyə bu çərçivədən yanaşdıqda Hollandiya başda olmaqla bir sıra ölkələrdə immiqrasiya qanunlarına bəzi məhdudiyyətlər gətirilir, vətəndaşlıq əldə etmə çətinləşdirilir, vətəndaşlıqdan çıxarılma şərtləri asanlaşdırılır. Bütün bu hallar Avropanın multikultural gələcəyini sual altına qoyduğundan Avropa dövlətlərinin multikultural dəyərlərinin müdafiəsi istiqamətində aparılan siyasətin həyata keçirməsini labüd etməkdədir.

İndi isə Avropanın ayrı-ayrı ölkələrində olan multikulturalizm modellərinə diqqət yetirək.


Yüklə 102,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin