Azərbaycan multikulturaliZMİ VƏ DÜnya multikulturalizm modelləRİ



Yüklə 102,09 Kb.
səhifə9/19
tarix01.01.2022
ölçüsü102,09 Kb.
#107294
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
Mövzu-7

7.6. Fransada multikulturalizm


F ransada dövlət məktəblərində dini rəmzlərin daşınmasını qadağan edən qanunların, müsəlman qızların dini inanc və etiqad azadlığı çərçivəsində istisna olaraq qarşıya qoyduqları tələblər polietnik hüqüqların nümunəsini təşkil edir. Bununla belə yuxarıda göstərilən nümunələr Fransa cəmiyyəti üçün xarakterik olmadığından polietnik hüquqlara yer verilmir. Belə ki, Fransa cəmiyyəti dünyəvilik prinsipinə önəm verdiyindən bu məzmunda olan qanunlarda istisnalara yer verilmir.

Konstitusiyasına əsasən Fransa dünyəvi dövlətdir. Bu səbəbdən cəmiyyət və siyasi hakimiyyət ictimai sahədə dini etiqad və rəmzlərin nümayiş etdirilməsinə qeyri-adekvat hal kimi baxır. 2004-cü ildən etibarən dövlət məktəblərində müsəlman qızların baş örtüyü bağlamalarına icazə verilmədiyi kimi, din mənsublarına buna bənzər başqa qadağalar da qoyulmuşdur.

Fransa qanunlarında dünyəvi termininin hər hansı bir rəsmi izahı olmasa da, hüquqi mənada bu termin dövlətdə rəsmən dominant bir dinin olmaması, klerikalizmə yer verilməməsi, dinin dövlətdən ayrı olması, qanunverici hakimiyyətin dinə əsaslanmaması və dövlətin bütün dini konsessiyalara qarşı tərəfsiz yanaşması prinsipi götürülür. Eyni zamanda Fransada “dünyəvilik” bir də sosial sahənin dini ifadələrdən azad olması, onun hər hansı bir dinin təzyiqinə məruz qalmamasının da təminatçısı olaraq götürülür. Fransada adətən dünyəviliyin dinə, sadəcə, fərdi səviyyədə icazə verdiyi söylənilir.

Fransada etno-konfessional qrupların tanınması ətrafında gedən müzakirələr XX əsrin 80-ci illərindən başlanmışdır. Bu dövrdə Fransada olan siyasi və iqtisadi problemlər ilə yanaşı Avropada gündəmə inteqrasiya və immiqrasiya məsələləri gəlmişdi. Fransa sistemi miqrantların movcud ictimai-siyasi quruluşa inteqrasiya edilməsini (naturallaşmanı) nəzərdə tutan və beləliklə, multikulturalizmdən uzaqlaşan fransız “əridən qazan” (assimilyasiya) modelini meydana gətirmişdi.

Fransa dövləti miqrasiya dalğaları ilə formalaşan etno-konfessional qrupların qarşılaşdığı problemləri də, onları tamamilə fransız mənədiyyətinə inteqrasiya etmək əsasında həll etməyə çalışır. Daha doğrusu, etnik birliklərə mənsub olanları tam fransız vətəndaşına çevirmək istəyir. Fransız modeli fərqli sosial qrupların birgə olaraq varlığını davam etdirdiyi multikulturalizmdən fərqlidir. Fransada cümhuriyyətçi ideologiyanın əhəmiyyətinin hələ də qorunduğunu söyləmək mümkündür. Bu ideologiyaya görə etnik mənşəyindən asılı olmayaraq hər bir fransız vətəndaşı azad və bərabər hüquqludur.

Fransa açıq şəkildə özünü multikultural cəmiyyət olaraq görməkdədir. Bunun da ən böyük səbəbi cümhuriyyət ideologiyasının reallaşdırılması və millət-dövlət siyasi quruluşudur. Fransız millətdövlət modeli bərabərhüquqlu (tək tipli) fransız vətəndaşı ideyası üzərində qurulmuşdur.



Yüklə 102,09 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin