Azərbaycan multikulturaliZMİ VƏ DÜnya multikulturalizm modelləRİ



Yüklə 102,09 Kb.
səhifə10/19
tarix01.01.2022
ölçüsü102,09 Kb.
#107294
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
Mövzu-7

7.7. Almaniyada multikulturalizm


Q ərbi Avropanın ən böyük ölkələrindən biri olan Almaniya Federativ

Respublikası 16 federal əyalətdən ibarətdir. Almaniya Avropa Birliyi ideyasının müəllifi kimi çıxış edən ölkələrdən biridir. Ölkənin əhalisi 81 milyondan çoxdur. Almaniya əhalisinin etno-konfessional tərkibində olan miqrantların sayına görə, dünyada öndə gedən ölkələr sırasındadır. Hazırkı zamanımızda ölkədə 16 milyondan çox miqrant yaşayır. Bunların əksəriyyəti az inkişaf etmiş ölkələrdən Almaniyaya işçi qüvvəsi kimi gələn etnik almanlar, türklər və polyaklardır. Almaniya multikulturalizmi məhz bu miqrantların hüquqlarının müdafiəsi və inkişaf etdirilməsi ilə bağlıdır.

Buna baxmayaraq Almaniya baş naziri Angela Merkel Almaniyada multikultural bir cəmiyyətin qurulma proqramlarının tamamilə uğursuz olduğunu bildirmişdir. Bu açıqlamadan sonra Avropada multikulturalizmin iflasa uğraması fikiri daha sıx olaraq səslənməyə başlandı. Angela Merkel 2010-cu il oktyabr ayında mühafizəkar Xristian Demokrat Birliyi partiyasının gənç üzvləri ilə görüşündə Almaniyada multikulturalizmin iflasa uğradığını açıq şəkildə ifadə etmişdir. Baş nazir Merkel ayrıca Almaniyada işləyən miqrantların alman dilinə və bütövlükdə mədəniyyətinə inteqrasiya etmələrinin vacib olduğunu da öz çıxışında vurğulamışdı. Onun fikrinə görə, miqrantların öz ölkələrinə qayıtmaları tezisi məqsədəuyğun olmadığından, onların ölkədə qalmalarının mümkünlüyü daha dəbulediləndir. Buna baxmayaraq, immiqrasiya prosesi ilə yaranan bu sosial qrup alman dilini öyrənməkdən uzaq olaraq qalmaqda, azmaaşlı işlərdə (müqaviləsiz) çalışmaqda, dövlətə vergi ödəməkdən boyun qaçırmaqdadır. Bu durumun davamlı olacağı təqdirdə Almaniya iqtisadiyyatının zərər çəkəcəyi ehtimalı böyükdür. Miqrantların düşdüyü izolyasiya çərçivəsi Almaniyada mültikulturalizmi həqiqətən də iflasa uğratmışdır. Belə bir şəraitdə yaranmış izolyasionist multikulturalizmi Almaniya hökuməti qəbul etmir. Almaniyada türklərdən başqa təqribən 40 ölkədən gələn 2 milyona yaxın digər emiqrantlar da vardır. Onların yarım milyonu Yaxın Şərq və qismən Afrikadan, qalanları isə, əsasən keçmiş Yuqoslaviyadan gələn müsəlmanlardır. Türklərdən fərqli olaraq onlar öz aralarında almanca danışmaq məcburiyyətindədirlər. Müsəlmanlar öz aralarında vahid bir dildə danışa bilmədikləri üçün, vahid bir kültür kimi formalaşa bilmirlər. Buna görə də, türklər Almaniyada həm saylarına, həm də kültür birliklərinə görə islam kültürünün mərkəzini təşkil edirlər. Buradakı müsəlmanların dörddə üçü məscidləri ziyarət edən dindarlardır. Onlar arasında sünnilər çoxluq təşkil edirlər. Lakin dövlət Almaniyadakı müsəlmanların öz hüquqlarını qorumaq üçün, vahid bir mərkəzinin olmasına, vahid lobbi hərəkatının formalaşmasına şərait yaratmır. İsrail və Beynəlxalq Yəhudi təşkilatları tərəfindən maddimənəvi baxımdan dəstəklənən Almaniya Yəhudilərinin Mərkəzi Şurası mövcuddur. Onlar Almaniyadakı yəhudilərin təhsili, maddi təminatı və hüquqları sahəsində alman dövlətindən hər çür dəstək alırlar. Müsəlman emiqrantlar Kültür Mərkəzlərinin İslam Birliyi Təşkilatını yarada bilsələr də, müsəlman ölkələrinin hökumətləri tərəfindən bu təşkilata dəstək yoxdur. Buna baxmayaraq, Almaniyada yaşayan müsəlmanlar məscidlərin tikilməsi, dini bayramların qeyd olunması və islam dininin tədrisi sahəsində öz fəaliyyətlərini davam etdirirlər.

Çıxış yolu olaraq Almaniya hökuməti ölkədə qalıb yaşamaq istəyən miqrantların qarşısına bəzi tələblər qoyur: Birinci növbədə miqrantlar hətta sosial həyatda az da olsa iştirak etsələr belə, alman dilini öyrənməyə məcbur edilməldir. İkinci şərtə görə, miqrantlar alman mədəniyyətini mənimsəməlidirlər. Bu miqrantların Almaniya cəmiyyətinə uğurlu inteqrasiya etməsi və sosial uzlaşmanı yaratması üçün vacibdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyətə başladığı vaxtdan etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi hədəflərə yetişməyi, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq təşəbbüsünü reallaşdırmağı qarşısına məqsəd qoyub. Bu hədəflərdən biri də ölkə başçısının “2016cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi ilə bağlı 11 mart 2016cı il tarixli Sərəncamı ilə “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkələrdə filiallarının açılması istiqamətində zəruri mənəvi dəstəyin göstərilməsi” (maddə 32) işidir. Bu mühüm işin həyata keçirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Hazırda Almaniyanın Drezden, Portuqaliyanın Lissabon, İtaliyanın Roma, Rusiyanın Moskva və Ekatinburq, İsrailin Tel Aviv, Moldovanın Kişinyov və Bolqarıstanın Sofiya şəhərlərində mərkəzin filialları fəaliyyət göstərir. Bu filiallar Azərbaycanın haqq səsinin beynəlxalq arenada duyulmasına şərait yaradan fəxri səfir missiyasını yerinə yetirir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ilk filialı 22 yanvar, 2016-cı ildə Almaniyanın Drezden şəhərində fəaliyyətə başlayıb. Multikulturalizmin mübahisə və müzakirə mövzusu olduğu və bütün bunların multikulturalizmdən imtinaya gətirib çıxardığı Almaniyada, həm də məhz Drezdendə - xalqımızın ulu ozanı Dədə Qorqudun ruhi enerjisini özündə qoruyan “Kitabi-Dədə Qorqud” əlyazmasının saxlandığı bir şəhərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ilk filialının açılması Azərbaycan həqiqətlərinin Avropaya yayılması baxımından böyük tarixi hadisədir. Filialın direktoru almaniyalı alim Birgit Vaysgerberdir.



Yüklə 102,09 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin