7.5. İngiltərədə multikulturalizm
İ ngiltərədə multikulturalizm siyasəti ilk növbədə immiqrantların haqları ilə bağlıdır. Bu ölkədə immiqrantların “çoxetniklik” hüquqlarının təmin edilməsi multikulturalizm siyasətinin əsas istiqamətlərindəndir. Lakin onu da nəzərə almaq lazımdır ki, Britaniya cəmiyyətində anglosakson təbəqənin həyat tərzi, dəyərləri, əxlaqi normaları hakim olaraq qalır. Bu baxımdan “başqa” mədəniyyətə mənsub olan sosial qrupların hakim təbəqənin dəyərlərinə inteqrasiya etmək ehtimalı var. İki mədəniyyət arasıda ziddiyətlərin olduğu hallarda, heç bir sosial qrup özəl mədəni – etnik özünüdərkini qoruyaraq britaniyalı ola bilməz. Burada ikili etnik və mədəni mənsubiyyət yalnız hakim dəyərlərin işığında reallaşa bilər. Əgər bir etnik qrupun (immiqrant qrupun) mentaliteti Britaniya mədəniyyəti ilə uzlaşmırsa, o zaman cəmiyyətə inteqrasiya etmək mədəni köklərin unudulması halında mümkündür. İngiltərədə açıqca “yad mədəniyyətə” qarşı hörmət və tolerantlıq sadəcə olaraq bu mədəniyyətin hakim təbəqənin dəyərlərinə uyğun olduğu halda keçərli olur. Yəni britaniyalı kimliyinə xas dəyərləri mənimsədikdən sonra çoxetniklik hüquqlarından yararlanması mümkündür.
Çoxetniklik hüquqları əsasən immiqrantların təşkil etdiyi etnokonfessional qrupların mədəni kimliklərini ifadə etmələrini asanlaşdıran azlıq haqlarıdır. Burada mübahisəli məsələ etno-konfessional qruplara bəzi qanunlarda güzəştlər verilməsi ilə əlaqədardır. Misal olaraq İngiltərədə müsəlmanlar və yəhudilər heyvanların kəsilməsini qadağan edən qanunların onlara şamil edilməməsini tələb etməkdədirlər. Burada qanunlar heyvanın boğazlanaraq kəsilməsini qadağan edir. Amma din və etiqad azadlıqlarının təmin edilməsi çərçivəsində müsəlman və yəhudilərə bu qanunda güzəştlər tətbiq edilir. Dini inancları nəzərə alaraq, dövlət müsəlman və yəhudilərə bu şəkildə heyvan kəsməyə icazə verir. Analoji hal olaraq, Almaniyada olan mövcud qanunlar müsəlman və yəhudilərə heyvan kəsilməsində və oğlan uşaqlarının sünnət edilməsində qüzəştlər tətbiq edir.
İngiltərədə müsəlman qadınların dövlət qulluğunda olarkən nizamnamədə nəzərdə tutulan geyim formasına dair güzəştlərin və istisnaların tətbiq edilməsi; Siqh dininə mənsub olanların ənənəvi geyimlərinə icazə verilməsi bu qəbildən hesab edilir. Din azadlığını reallaşdırmaq məqsədi ilə müsəlman bir qadın hər hansı bir dövlət qulluğunda (misal üçün polis əməkdaşı) nizamnamədə nəzərdə tutulan
rbaycan multikulturalizmi
geyiminə əlavə olaraq baş örtüyünü də geyə bilər. Siqh dininə mənsub olan hər hansı bir kəs öz ənənərinə riayət etmək istəyirsə, yol hərəkətı qaydalarında ona bəzi güzəştlər verilir. Belə ki, əgər Siqh dininə mənsub olan insan ənənəvi dini papağını qoyursa, o zaman yol hərəkəti qaydalarında nəzərdə tutulan motoşlem geyinmək onun üçün məcburi deyildir.
Yuxarıda qeyd etdik ki, Böyük Britaniyada çoxetniklik hüquqlarından yararlanmaq üçün cəmiyyətdə qəbul olunmuş dəyərləri mənimsəmək lazımdır. Bu o deməkdir ki, etnik və dini azlıqların nümayəndələri öz etnik-mədəni dəyərlərini qorumaq üçün ölkədə qəbul olunmuş normalara, dəyərlərə hörmətlə yanaşmalı və onlara riayət etməlidirlər. Lakin bəzi etnik və dini azlıqların nümayəndələri bu və ya digər səbəbdən bu dəyərləri mənimsəmək istəmirlər. Onlar öz etnikmədəni dəyərləri ilə yaşamağa üstünlük verirlər, məskunlaşdıqları cəmiyyətə inteqrasiya olunmaq istəmirlər. 2.4.-cü yarımfəsildə qeyd etdiyimiz kimi, Böyük Britaniyanın sabiq Baş naziri Devid Kameron multikulturalizm siyasətinin müasir dövrdə səmərəsiz olmasını ölkəsində məskunlaşmış etnik və dini azlıqların cəmiyyətə inteqrasiya olunmaq istəmədikləri ilə əsaslandırırdı.
Dostları ilə paylaş: |