Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 0,54 Mb.
səhifə1/6
tarix02.12.2023
ölçüsü0,54 Mb.
#137541
  1   2   3   4   5   6
xocali və gədəbəy mədəniyyəti


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi


Azərbaycan Dövlət Pedaqoji Universiteti



SƏRBƏST İŞ

Fakültə: Tarix və coğrafiya


İxtisas: Tarix və coğrafiya müəllimliyi
Qrup: TCM 2302B
Kurs :1
Tələbə: Nəhmətov Hadi
Müəllim: t.ü.f.d Laçın Mustafayev
seminar : Ləman Qocayeva
Fənn: Arxeologiya
Mövzu: Xocalı və Gədəbəy mədəniyyəti

Bakı-2023



Mündəricat

Giriş………………………………………………………………………………2


1.Xocalı -Gədəbəy mədəniyyətinin coğrafiyası.Xronologiyası…........………….3
2.Son Tunc-Erkən Dəmir dövrü arxeoloji abidələri və onların tədqiqi……….…6
3.Xocalı -Gədəbəy mədəniyyətinin lokal və xarakterik xüsusiyyətləri……..…...8
4.Son Tunc-Erkən Dəmir dövrünün maddi mədəniyyət abidələri………….........9
Nəticə…………………………………………………………………………...14
Ədəbiyyat siyahısı……………………………………………………………....15


Giriş
Azərbaycanın Son Tunc dövrü abidələri arxeoloji ədəbiyyatda Son Tunc və Erkən Dəmir dövrü kimi xarakterizə edilmişdir. Tunc dövründən Dəmir dövrünə keçid olan bu mərhələ, başlıca olaraq e.ə. II minilliyin ikinci yarısını əhatə edir. Arxeoloji abidələrin tədqiqi göstərir ki, e.ə. II minilliyin ikinci yarısından başlayaraq, Azərbaycan ərazisində yaşayan tayfaların sosial-iqtisadi və mədəni həyatında xeyli irəliləyiş olmuşdur. Bu dövrdə yaşayan tayfaların etnik və mədəni cəhətdən birləşməsinin təkamülü prosesi davam etmişdir. Həmin proseslərin daha da aydın şəkildə dərk edilməsi üçün arxeoloji abidələrin nəzərdən keçirilməsi vacibdir.
Bu dövr bir sıra xüsusiyytlərinə göra Tunc dövrünün ilk və orta mərhələlərindən fərqlənir. Belə ki, təsərrüfatın bütün sahələrində, sənətkarlıqda canlanma baş verir. əhalinin sayı artır. Tayfalararası münasibətlərdə gərginlik çoxalır. Sinifli cəmiyyətə keçid güclənir. İnsanın insan tərəfindan istismarı yeni mərhələyə qədəm qoyur. Qonşuluqda yerləşən güclü dövlətlərdən qorunmaqüçün əhali dağlıq ərazilərdə, təbii, əlçatmaz yüksəkliklərin ətrafında istehkamlar tikməklə, özlərinin müdafiə qüdrətini artırmaq haqqında düşünməyə başlayır.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin