Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti


Xocalı -Gədəbəy mədəniyyətinin coğrafiyası.Xronologiyası



Yüklə 0,54 Mb.
səhifə2/6
tarix02.12.2023
ölçüsü0,54 Mb.
#137541
1   2   3   4   5   6
xocali və gədəbəy mədəniyyəti

1.Xocalı -Gədəbəy mədəniyyətinin coğrafiyası.Xronologiyası
Gədəbəy bölgəsi Azərbaycanın ən səfalı guşələrindən biri olmaqla yanaşı, həm də tarixi, arxeoloği və mədəniyyət abidələri ilə zəngindir. Ərazinin zəngin yeraltı və yerüstü sərvətləri, gur sulu bulaqları, yaşıl oymaqları, təmiz havası — bir sözlə əsrarəngiz təbiəti qədim tayfaların bu yerlərdə eramızdan çox əvvəllər yaşaması üçün şərait yaradıb. Eramızdan əvvəl XIV-VII yüzillikləri əhatə edən Son Tunc və Erkən Dəmir dövründə yuxarıda sadaladığımız şərtlər əsas olmaqla, bölgədə məskunlaşma prosesi genişlənib. Azərbaycan ərazisində bu dövrə aid bir neçə arxeoloh mədəniyyətə rast gəlinir ki, onların sirasına Xocalı-Gədəbəy mədəniyyəti, Talış-Muğan mədəniyyəti və Naxçıvan mədəniyyəti daxildir. Biz bu yazımızda Xocalı-Gədəbəy mədəniyyətindən bəhs edirik. Bu mədəniyyət həm də Gəncə-Qarabağ mədəniyyəti kimi tanınır.
Son zamanlar aparılan tədqiqatlardan məlum olur ki, bu mədəniyyətin yayılma arealı daha geniş olub. Xocalı-Gədəbəy mədəniyyətinin izlərinə Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəvi bölgələrində də Gədəbəy bölgəsi Azərbaycanın ən səfalı guşələrindən biri olmaqla yanaşı, həm də tarixi, arxeoloği və mədəniyyət abidələri ilə zəngindir. Ərazinin zəngin yeraltı və yerüstü sərvətləri, gur sulu bulaqları, yaşıl oymaqları, təmiz havası — bir sözlə əsrarəngiz təbiəti qədim tayfaların bu yerlərdə eramızdan çox əvvəllər yaşaması üçün şərait yaradıb. Eramızdan əvvəl XIV-VII yüzillikləri əhatə edən Son Tunc və Erkən Dəmir dövründə yuxarıda sadaladığımız şərtlər əsas olmaqla, bölgədə məskunlaşma prosesi genişlənib. Azərbaycan ərazisində bu dövrə aid bir neçə arxeoloh mədəniyyətə rast gəlinir ki, onların sirasına Xocalı-Gədəbəy mədəniyyəti, Talış-Muğan mədəniyyəti və Naxçıvan mədəniyyəti daxildir.
Belə yerlərdən biri, haqqında söhbət açdığımız Gədəbəy bölgəsidir.Belə ki, rayonun ərazisində biri-birinin yanında salınmış onlarla nekropol, yaşayış yeri, ətrafını daşlarla bərkidilmiş siklop tikililəri - müdafiə istehkamları vardır.Azərbaycanın çox yerində olduğu kimi bu dövrə aid yaşayış yerləri üç qrupa bölünür:

  • birinci qrup yaşayış yerlərinin əksəriyyətində tunc dövrünün əvvəlki mərhələlərində də insanlar məskunlaşıb. Bu abidələrdə əhali oturaq həyat keçirdiyindən kifayət qədər mədəni təbəqəyə rast gəlinir;

  • ikinci qrup yaşayış yerləri qala tiplidir. Onlar əsasən Son Tunc və Erkən Dəmir dövründə müdafiə məqsədi ilə təbii yüksəkliklər üzərində ətrafına iri daşlardan hasar çkilmiş qalalardır. Belə yaşayış yerlərinin (müdafiə tikililərinin) meydana çıxması cəmiyyatin sosial hayatında meydana gələn dəyişikliklər və xarici işğal təhlükəsi ilə bağlı olub ki onların da ətrafi müdafiə istehkamları ilə əhatələnib. İri çay vadilərində yerlşən birinci qrup abidələrdən fərqli olaraq belə yaşayış yerləri dağlıq zonalarda salınıb. Bu tip abidələrə dünyanın bìr çox yerlərində rast gəlinir.Onlar ən çox Cənubi Qafqazda, Şimali Qafqazda, Sibirdə, Aralıq dəniz hövzəsində, Aranda və digər ölklərdə (Peru) qeydə alınıb .

  • üçüncü tip yaşayış yerləri mövsümi xarakterli olub. Qşda arana, yayda yaylaqlara.Belə yaşayış yerlərində həyat daimi yox, müvəqqəti olub. Budövrdə yaylaq maldarlığı genişləndiyi üçün, ilin műxtəlif vaxtlarında dağlıq və Dağətəyi zonalarda müvəqqəti yaşayış yerləri meydana çıxıb.

Gədəbəyin tarixi-arxeoloji abidələri hər zaman xaricilərin diqqətini çəkib. Ərazinin Son Tunc va Erkən Dəmir dövrü abidələrinin öyrənilməsinə XIX əsrin ikinci yarısından başlanıb. XX əsrin 20-ci illərinədək bölgəd qeyri peşakarların apardığı arxeoloji işlərdə məqsəd diyarın tarixini öyrənmək deyil daha çox öz maraqlarnı təmin etmək olub.
Son Tunc və Erkən Dəmir dövründə Azərbaycanda yayılan arxeoloji mədəniyyət, bilavasitə, Kür-Araz mədəniyyətinin davamıdır. Bu məsələnin öyrənilməsi xüsusi araşdırma tələb etsə də, əldə olan faktlar, lazımi nəticələr çıxarmaq üçün yetərlidir. Hər şeydən əvvəl Son Tunc dövrü keramikasının forması və hazırlanma texnikası, bir çox hallarda Kür-Araz mədəniyyəti keramikasına bənzəməkdədir. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi, Orta Tunc dövründə Azərbaycanın cənub rayonlarında boyalı qabların yayıldığı bir zamanda, şimal rayonlarında Kür-Araz mədəniyyəti öz mövcudluğunu davam etdirmişdir. Bu vəziyyət Cənubi Qafqazın digər rayonlarında da özünü göstərir. Belə ki, Trialetinin bəzi kurqanlarında idxal malı kimi boyalı qablara rast gəlinsə də, bu mədəniyyət boz və qara rəngli cilalı qabların üstünlük təşkil etməsi ilə xarakterizə edilir. Qablar cızma və basma ornamentlə naxışlanmışdır. Azərbaycanın şimal rayonları üçün də qara cilalı basma və cızma xətlərlə bəzənmiş keramika xarakterikdir.
Rayonun Böyük Qaramurad kəndində yerlşən Böyük Qalaça adlı Son Tunc-Erkən əmir dövrünə aid siklop tikili ilə əhatələnən abidədə aparılan arxeoloji qazıntılar zamanı məlum olub ki, yaşayış yeri üç cərgə qala divarları ilə möhkəmləndirilib, Burada mədəni təbəqənin qalınlığı l metr 90 sm-dən artıqdır. Bu da onu göstrir ki, həyat uzunmüddətli olub. Qazıntıdan əldə edilən saxsı məmulatı əsasən e.ə.ll minilliyinin sonu – I minilliyinin əvvəllərin aiddir. Onlar məişətdə və tɔsərrüfatda istifadə olunan müxtəlif formalı iri tsərrüfat küpü, nehrə, qazan, küpə, bardaq, kuze, xeyrə, cam və kasa tipli qablardan, iy başlıqlarn və ocaq altlığından ibarətdir. Qablar əsasən tünd boz, boz, açiq qəhvayi rəngli olmaqla, əsasən dulus çarxında hazırlanıb. Əsasən ilgək və lent formalı olan qulplar qabların ağzına bitişikdir. Onlar azlıq tşkil edir. Bardaq, kuzə, dolça tipli qablar bir qulpa malikdir.
Zoomorf formalı qablar çox azdır. Qablar üzərindəki naxışlar kəsmə, çərtmə, cızma, yapma, daraqlanma üsulu ilə işlənmiş, əsasən, dalğa, batıq kanal, üçbucaq, buğdavari, torvari, sünbül, hörük və s. ibarətdir. Naxışlar əksərvaxtlarda əsasən qabın gövdə hissəsini əhatə edir. İy başlıqları dairəvi və bikonik formalıdır. Qabların gilinin tərkibində qum və çınqıl qarşığı vardır. Leşkər qalaçası yaşayış yerindən tapılmış saxsı məmulatının xarakterik xüsusiyyətlərindən biri də onların əksəriyyətinin tərkibində pirit qarışığının olmasıdır. Bu fakt yerli xammalla bağlıdır. Belə ki, Gədəbəy rayonu ərazisində kifayət qədər pirit süxuru yataqları vardır.
Daş alətlər əsasən dən daşı, sürtgəc, bülöv və döymclardan ibarətdir. Dən daşları əsasən qayıqşəkillidir. Qazıntı sahəsindən aşkar edilən unikal materiallardan biri də üzərində dişli işləməsi olan daş alətlərdir. Formaca qayıqşəkilli, dördkünc, oval formalı olan bu alətlər dən daşları formasında hazırlanıb. Bu tip alətlər siklopik tikililərdən ilk dəfədir ki aşkar edilir. Üzərində dişli işləməsi olan bu daşlardan ehtimal ki, dənli bitkilərin emal olunmasında istifadə olunub. Obsidian parçaları çoxsaylı fraqmentlərdə təmsil olunur.Onların bəziləri plastik lövhələrdən,böyük əksəriyyəti isə qəlpələrdən ibarətdir.Metal əşyalar azlıq təşkil edir.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin