Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti


Xocalı -Gədəbəy mədəniyyətinin lokal və xarakterik xüsusiyyətləri



Yüklə 0,54 Mb.
səhifə4/6
tarix02.12.2023
ölçüsü0,54 Mb.
#137541
1   2   3   4   5   6
xocali və gədəbəy mədəniyyəti

3.Xocalı -Gədəbəy mədəniyyətinin lokal və xarakterik xüsusiyyətləri
Leşkər qalaçasında 2010-cu ildə I kv. 5x5 ölçüdə 25 kv.m, 2012-ci ildə II kv. 6x6 ölçüdə 36 kv. m sahədə arxeoloji qazıntı işləri aparılmış, mədəni təbəqə 1,90 sm. materikə qədər izlənilmişdir. Qazıntı aparmaq üçün II kv dan qərbdə III qazıntı sahəsi seçildi. Qazıntı sahəsinin uzunluğu şərqdən qərbə doğru 15 m, cənubdan şimala doğru 10 m ölçülərində cəmi 150 kv. m təyin edildi. Beləliklə qalaçanın ümumi qazıntı sahəsi 211 kv. m çatdırıldı. Bura kvadratlar arası 1 metrlik ara sahələr aid deyil. Mədəni təbəqə releyfe görə 120-150 sm qədər izlənmişdir. III kvadratda mədəni təbəqə hələlik materikə qədər izlənməmişdir. Torpaq təbəqəsinin 15 sm dərinliyindən tikinti qalıqlarının dağıntıları aşkar edildi. Daşlar müxtəlif ölçülü çay daşlarından və ağ əhəng daşlardan ibarətdir.
Bu dərinlikdən müxtəlif gil qabların fraqmentləri, osteoloji qalıqlar, obsidian parçaları, daş alətlər aşkar edilirdi. Aşkar edilmiş saxsı məmulatı içərisində son tunc-erkən dəmir dövrünə aid artefaktlar üstünlük təşkil etsə də, orta əsrlərə aid saxsı fraqmentlərinə də rast gəlinirdi. Artıq 40-50 sm dərinlikdən dağılmış tikililərin daşları təmizləndikdən sonra tikili qalıqları-divarlar aşkar edildi. Divarlar çay daşlarından, yerli ağ daşlardan və qaya parçalarından hörülmüşdür. Qazıntı sahəsinin cənub qərb tərəfindən aşkar edilmiş və qərbə doğru uzanan divar iri daşlardan hörülmüşdür və iç divar hesab olunur. Bu divar qalaçanın əsas müdafiə divarlarını xatırladır. Aralarındakı fərq iç divarın bərkidici məhlulla hörülməsidir.
Bu dərinlikdən çox sayda maddi mədəniyyət nümunələri, saxsı məmulatı müxtəlif ölçülü və formalı qablar, daş alətlər, obsidian fraqmentləri, osteoloji qalıqlar aşkar edilirdi. Torpaq qatı kömür və kül qarışıq idi. Bu hal özünü alt qatlarda daha açıq göstərirdi. Ümumilikdə qazıntı sahəsindən xeyli sayda saxsı nümunələri – iri təsərrüfat küpləri, müxtəlif növlü və təyinatlı gil qablar-küpə, nehrə, kuzə, dolça, xeyrə, kasa iy başlıqları, müxtəlif daş alətlər,dən daşı, bülöv daşı və s., xeyli sayda obsidian fraqmentləri əldə edilmişdir. Bu kvadratdan osteoloji qalıqlar 1-ci və 2-ci kv nisbətən daha az tapılırdı.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin