Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti


Son Tunc-Erkən Dəmir dövrünün maddi mədəniyyət abidələri



Yüklə 0,54 Mb.
səhifə5/6
tarix02.12.2023
ölçüsü0,54 Mb.
#137541
1   2   3   4   5   6
xocali və gədəbəy mədəniyyəti

4.Son Tunc-Erkən Dəmir dövrünün maddi mədəniyyət abidələri

Naxçıvan mədəniyyətinə daxil olan abidələrin əksəriyyəti Naxçıvanda, Urmiya hövzəsində və Zəngəzurda aşkar olunaraq, tədqiq edilmişdir. Naxçıvanın bu dövrə aid yaşayış yerlərini, arxeoloji materialların xarakterinə və tipoloji xüsusiyyətlərinə görə üç qrupa ayırmaq olar. Birinci qrupa Araz vadisindəki I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun kimi yaşayış yerləri daxildir.


Qalacıq yaşayış yeri Şərur rayonunun Qarabağlar kəndi yaxınlığındadır. Yaşayış yerində arxeoloji qazıntı aparılmamışdır. Abidənin üzərindən toplanan yerüstü materiallar, başlıca olaraq, Son Tunc və Erkən Dəmir dövrü üçün xarakterikdir. Qalacıq yaşayış yerinin nekropolu 12 ha- dan artıq sahəni əhatə edir. O iki müstəqil və sinxron qəbiristanlıqdan ibarətdir. Onların biri yaşayış yerinin cənubunda, digəri isə şimalında yerləşir.
İkinci qrupa aid etdiyimiz yaşayış yerləri qala tiplidir. Gursulu çay vadilərində yerləşən birinci qrupdakılardan fərqli olaraq, bu yaşayış yerləri dağlıq ərazidə yerləşir. Bu abidələr içərisində Qazançı qalası xüsusilə fərqlənir. Qazançı qalası Culfa rayonunun Qazançı kəndi yaxınlığında, hündür dağın üzərində yerləşir. Yaşayış yeri Əlincəçayın axdığı dərin dərə ilə iki yerə ayrılmışdır. Burada inşa edilən su anbarı ilə bağlı olaraq, onun sağ sahil hissəsi tamamilə dağıdılmışdır. Abidənin bu hissəsində yarımdairəvi bürclərlə möhkəmləndirilmiş dairəvi planlı müdafiə divarının olması tədqiqatçılar tərəfindən qeyd edilmişdir.
Bu dövrə aid qala tipli yaşayış yerlərindən biri də Vayxır qalasıdır. Onu arxeoloji ədəbiyyatda Vayxır Govurqalası da adlandırırlar. Vayxır qalası Babək rayonunun Vayxır kəndindən şimalda, təbii cəhətdən müdafiə olunan hündür dağın üzərində, Naxçıvançayın sol sahilində salınmışdır. Qalanın yerləşdiyi dağın qərb tərəfi sıldırım qaya olduğundan, bu tərəfdə divar çəkilməmiş, qalanın digər tərəfləri isə daşlardan hörülmüş divarlarla müdafiə olunmuşdur. Divarlar ərazinin relyefinə uyğun olaraq tikildiyindən, bəzi yerlərdə ziqzaq biçimlidir. Qala divarının şimal-şərq hissəsində dördkünc planlı bürclərə rast gəlinir. Qalanın giriş qapısı şərq tərəfdə olmuşdur. Giriş hər iki tərəfdən kontrfoslarla möhkəmləndirilmişdir.
Naxçıvanda qala tipli yaşayış yerləri sırasına daxil olan abidələrdən biri də Çalxanqaladır. Çalxanqala Babək rayonunun Payız kəndindən şimalda, əlçatmaz bir dağın üzərində salınmışdır. Qala şimal-cənub istiqamətində axan Cəhri çayının qərbində, dəniz səviyyəsindən 1840 metr yüksəklikdə yerləşmişdir. Çalxanqalaya Cəhri çayı vadisindən şərqdən və şimaldan qalxmaq mümkündür.
Azərbaycanda Son Tunc və Erkən Dəmir dövrü abidələrinin böyük bir qismi Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Bu mədəniyyətə aid yaşayış yerləri olduqca azdır. Həmin dövrə aid yaşayış yerləri içərisində geniş tədqiq edilən abidələrdən biri Gəncəçay vadisindəki 1 №- li yaşayış yeridir. Bu yaşayış yeri Xanlar şəhərindən cənubda, Gəncəçayının sol sahilində yerləşmişdir. Yaşayış yerinin sahəsi 3 hektara yaxındır. Burada aşkar olunan evlər iki qrupa bölünmüşdür. Birinci qrupa uzunsov formalı tayfa evləri daxildi.

Xocalı-Gədəbəy mədəniyyətinə aid arxeoloji abidələrin bir qrupu Qarabağda yerləşir. Qarabağın Son Tunc dövrünə aid yaşayış yerləri başlıca olaraq kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Onların sırasına Üçtəpə, Rəsultəpə, Böyüktəpə, Göytəpə, Qaratəpə və digər yaşayış yerləri daxildir. Üçtəpə yaşayış yerində A.A.İessenin apardığı araşdırmalar zamanı qazma tipli, düzbucaqlı və ya oval formalı yaşayış evlərinin qalıqları aşkar olunmuşdur. H.F.Cəfərov tərəfindən qeydə alınaraq tədqiq edilən Qaratəpə yaşayış yerindən e.ə. II minilliyin sonuna aid olan iki tikinti qatı aşkar olunmuşdur.


Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrin bir qrupu Gədəbəy bölgəsinində yerləşir. Bu qrupa Daşkəsən, Xaçbulaq, Gədəbəy, Qazax və Şamxor rayonlarının arxeoloji abidələri daxildir. Bu qrupa aid yaşayış yerləri qəbir abidələri ilə müqayisədə azlıq təşkil edir. Sarıtəpə yaşayış yeri Qazax şəhərinin cənub-şərqində yerləşir. Yaşayış yerində 1956-cı ildə İ.H.Nərimanov tərəfindən tədqiqat işlərinə başlanmışdır. Aşkar olunan arxeoloji materiallar əhalinin məşğuliyyəti və həyat tərzi haqqında məlumat verir. Sarıtəpədə qeydə alınan yaşayış binaları uzunsov, dördkünc formalıdır. Binaların divarları çay daşları ilə hörülərək, gil məhlulu ilə möhkəmləndirilmişdir.
Babadərviş yaşayış yeri Qazax şəhərindən 2 km qərbdə, Ağstafaçayın sol sahilində yerləşir. Abidənin üst mədəni təbəqəsi Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan arxeoloji material vermişdir. Aşkar edilmiş arxeoloji komplekslər dördkünc formalı evlər, təsərrüfat quyuları, təsərrüfat küpləri, müxtəlif məişət əşyaları, gil möhürlər, manqallar, tuncdan ox ucluqları, öküz heykəlciyi və dəmir məmulatından ibarət maddi-mədəniyyət nümunələri ilə xarakterizə olunur.
Töyrətəpə yaşayış yeri Qazax rayonunun Göyçəli kəndi yaxınlığındadır. Çoxtəbəqəli yaşayış yerində Neolit, Eneolit və Tunc dövrünə aid mədəni təbəqə aşkar edilmişdir. Töyrətəpənin üst mədəni təbəqəsi Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan arxeoloji material vermişdir. Qazıntılar zamanı gillə suvanmış toxuma divarlı tikinti qalıqları, dördkünc formalı qurğular, gil möhürlər və müxtəlif formalı gil qablar aşkar olunmuşdur. Töyrətəpə yaşayış yerində rast gəlinən keramika məmulatının bir qismi basma naxışlıdır.
Yastıtəpə yaşayış yeri Qazax rayonunda, Ağstafa dəmiryol stansiyasından 1 km şimal-qərbdə, çox da hündür olmayan təpə üzərində yerləşir. 1957-1961-ci illərdə burada aparılan arxeoloji tədqiqatlar zamanı xeyli miqdarda gil qab parçaları, dən daşları, gil möhürlər və təsərrüfat küpələrinin qalıqları əldə edilmişdir. Yastıtəpə yaşayış yerinin boz və qara rəngli keramikası XocalıGədəbəy mədəniyyəti üçün xarakterikdir. Aşkar olunmuş arxeoloji materiallar əsasında, yaşayış yeri e.ə. I minilliyin əvvəllərinə aid edilmişdir. Qazax rayonu ərazisində yuxarıda göstərilən yaşayış yerlərindən başqa Nadirbəytəpəsi, Göyərçintəpə, Arançıtəpələri və s. abidələr də qeydə alınmış, lakin, Nadirbəytəpəsi istisna olmaqla, qalanları arxeoloji tədqiqatlarla geniş öyrənilməmişdir.
Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan abidələrin bir qismi siklop tikintiləridir. Bu tip tikintilər Cənubi Qafqazın müxtəlif rayonlarında qeydə alınmışdır. Azərbaycanda Xanlar, Dəstəfur, Şamxor, Gədəbəy, Tovuz və Qazaxda aşkar olunan bu tip tikintilər başlıca olaraq yüksək daş kəsimlərində yerləşir. Bəzi tədqiqatçılar Naxçıvan ərazisində yerləşən bir qrup qalanı siklop tikintiləri sırasına daxil etmişdir. Bu abidələrin siklop tikintisi adlandırılmasının səbəbi, onların tikintisində böyük qaya parçalarından və iri daşlardan istifadə edilməsidir. Lakin aparılan araşdırmalar göstərir ki, bu abidələr Son Tunc dövründə müdafiə məqsədi ilə inşa edilmiş qalalardır.
Aparılan arxeoloji qazıntılar siklop tikintilərin funksional vəzifəsini müəyyən etməyə imkan vermişdir. Tədqiqatçıların fikrinə görə, I qrupa daxil olan və güclü müdafiə divarı ilə əhatə olunan qalalar müdafiə məqsədilə, ikinci qrupa daxil olan qalalar yaşayış yeri kimi, üçüncü qrupa daxil olan qalalardan isə mal-qaranın saxlanması üçün ağıl məqsədilə istifadə olunmuşdur. Güman etmək olar ki, hər üç qrupa aid olan tikintiləri Son Tunc dövründə Qərbi Azərbaycanın dağlıq ərazilərində məskunlaşan maldar tayfalar yaratmışlar.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin