Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti


Son Tunc-Erkən Dəmir dövrünə aid qala divarları



Yüklə 0,54 Mb.
səhifə6/6
tarix02.12.2023
ölçüsü0,54 Mb.
#137541
1   2   3   4   5   6
xocali və gədəbəy mədəniyyəti

Son Tunc-Erkən Dəmir dövrünə aid qala divarları
(2.səh 127) (şəkil 1)

Nəticə

E.a. II minilliyin ikinci yarısını və e.a. I minilliyin əvvəllərini (e.a. XIV-VIIl əsrlər) əhatə edən Son Tunc və Erkən Dəmir dövrü əvvəlki mərhələlərdən bir çox əlamətləri ila kəskin fərqlənir.Arxeoloji abidələrin tədqiqi göstərir ki, e.ə. II minilliyin ikinci yarısından başlayaraq bütün Azərbaycan və Cənubi Qafqaz ərazisində yaşayan tayfaların sosial-iqtisadi və mədəni həyatında böyük dəyişikliklər baş vermiş, öztərkibində bir neçə tayfanı birləşdirən əzəmətli və güclü tayfa ittifaqları yaranmışdır. Məhsuldar qüvvələrin sürətli inkişafı cəmiyyət daxilində gedən sosial və əmlak bərabərsizliyini dərinləșdirmişdir. Bütün bunlar sənatkarlığın yeni sahələrinin meydana çıxmasına şərait yaratmış, hələ əvvəlki dövrlərdə formalaşan yaylaq maldarlığı geniş vüsət almışdır.


Göstərilən proseslərin izlənilməsində Gədəbəyin bu dövr abidələrinin tədqiqi və onlardan tapılmış arxeoloji materiallar mühüm rol oynayır. Bölgənin tarixi hər zaman xaricilərin diqqətini çəkib. Gədəbəyin Son Tunc va Erkən Dəmir dövrü abidələrinin öyrənilməsinə XIX əsrin ikinci yarısından başlanıb.XX əsrin 20-ci illərinədək bölgədə qeyri peşəkarların apardığı arxeoloji işlərin məqsədi diyarın tarixini öyrənməkdən daha çox öz maraqlarınn təmin etmək olub. Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələr, ilk dəfə ixtisasca arxeoloq olmayan, müxtəlif peşə sahibləri – həvəskar insanlar tərəfindən qazılıb. Sovet hakimiyyəti illərində bölgənin arxeoloji abidələrində peşəkar azərbaycanlı alimlər arxeoloji qazıntı və tədqiqat işləri aparıblar. Azərbaycan müstəqillik qazandıqdan sonra Xocalı-Gədəbəy mədəniyyət abidələrinin öyrənilməsində yeni mərhələ başlanıb.


Ədəbiyyat siyahısı



  1. Avşarova İradə - Qafqaz arxeologiyası.Bakı 2010.səh 203

  2. Abbas Seyidov,T.Göyüşova – Xocalı- Gədəbəy abidələrinin öyrənilməsində son mərhələ.məqalə.Bakı 2021.səh 128

  3. AMEA Arxeologiya Və Etnoqrafiya İnstitutu - Azərbaycanda arxeoloji tədqiqatlar 2013-2014. Bakı–2015

  4. Baxşəliyev Vəli- Azərbaycan arxeologiyası.I cild.Bakı 2006.səh 239

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin