Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti


XVI əsrin sonu-XVII əsrin əvvəllərində Yaponiyanın xarici siyasəti



Yüklə 188 Kb.
səhifə4/11
tarix01.01.2022
ölçüsü188 Kb.
#103219
1   2   3   4   5   6   7   8   9   10   11
XVI əsrin sonu-XVII əsrin əvvəllərində Yaponiyanın xarici siyasəti. Avropalıların Yaponiya ərazisinə ilk gəlişi və onların burada fəaliyyəti. Yaponiya ərazisində xristianlığın təbliği. Avropalıların Yaponiya ərazisində fəaliyyətlərinə qoyulan ilk məhdudiyyətlər. 1587-ci il fərmanı. Avropa dövlətləri ilə münasibətlər. Yaponların 1582-1590-cı illərdə Avropaya ilk səfəri. Oda Nobunaqanın və Toyotomi Xideyoşinin avropalıların Yaponiyada fəaliyyətinə münasibəti. Çin, Koreya, Filippin və Siamla siyasi və iqtisadi əlaqələr.

Ölkə ərazisini genişləndirmək uğrunda mübarizə. 1592-1593-cü illər «İmçjin müharibələri». 1597-ci ildə Toyotomi Xideyoşinin Koreyaya yeni uğursuz yürüşü. 1609-cu il Yaponiya-Koreya müqaviləsi.



XVII əsrin ikinci yarısı - XVIII əsrdə Yaponiyanın sosial-iqtisadi və siyasi vəziyyəti. XVII əsrin ortalarında ölkənin sosial-iqtisadi vəziyyəti. Tokuqava hakimiyyətinin xüsusiyyətləri.

Kənd təsərrüfatının inkişafı və kəndlilərin torpaqsızlaşması. Aqrar münasibətlərə dair 1673-cü il fərmanı. Kəndlilərin təbəqələşməsi. Kəndli hərəkatı və onun formaları. XVIII əsrdə kəndlilərin vəziyyətinin ağırlaşması və kəndli çıxışlarının artması. Ronin qiyamları. Aynuların üsyanları.

XVIII əsrdə Yaponiyada şəhərlərin inkişaf xüsusiyyətləri. Əhalinin daimi siyahıyaalınması və təftiş edilməsi. Şəhər üsyanları.

XVIII əsrdə Yaponiyada feodal münasibətlərinin dağılması və ilkin kapitalist münasibətlərinin formalaşması. Manufakturaların meydana gəlməsi. Kyoxo dövrünün(1716-1735) islahatları. Şoqun Yosimunenin həyata keçirdiyi tədbirlər. Ticarət-sələmçi kapitalın fəaliyyətinin güclənməsi. 100 maddədən ibarət qanunlar məcəlləsi və onun mahiyyəti. Kansey dövrünün (1787-1793) islahatları. 1695-ci il fərmanı.

Ölkənin daxili vəziyyətinə və xarici syasətinə dair yeni fikirlərin meydana gəlməsi.

Nisbi təklənmə siyasəti və onun mahiyyəti. Tokuqava İeyasunun hakimiyyəti illərində avropalılara münasibət. XVII

əsrin əvvəllərində Yaponiyada avropalılara münasibətin dəyişməsinin səbəbləri. 1612-ci il fərmanı.

1615-ci il dövlət çevrilişinə cəhd və avropalılar. 1624, 1630, 1633 və 1634-cü illər fərmanları. 1637-1638-ci illər Simabar və Amakusa çıxışları və avropalılar. 1639-cu il 5 iyul fərmanı və ölkənin qapalı elan olunması. 1641-ci il fərmanı və nisbi təklənmə siyasətinin başlanması. Nisbi təklənmə siyasətinin Yaponiyanın sosial-iqtisadi və siyasi həyatına təsiri. Xarici ədəbiyyat üzərində nəzarətin gücləndirilməsi.

XVIII əsrin əvvəllərində Yaponiyada Avropa elmləri və ədəbiyyatı ilə tanışlığa meylin meydana gəlməsi. 1720-ci il fərmanı. Holland ədəbiyyatına, hərbi işinə və odlu silah istehsalına marağın artması. 1745-ci ildə «Ranqakus» («hollandşünas») məktəbinin yaranması. Ando Şyoeki.

Ruslarla yaponların ilk görüşü. XVIII əsrin 30-cu illərində Berinqin ikinci ekspedisiyası və rus-yapon münasibətləri.

XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Rusiya, İngiltərə, ABŞ və Fransanın Yaponiyanın nisbi təklənmə siyasətinə son qoymaq üçün uğursuz cəhdləri. İngiltərənin 1776-1780, 1785-1787, 1791, 1795-1797, ABŞ-ın 1791 və 1797, Rusiyanın 1778, 1792-1793-cü illərdə Yaponiya sahillərinə təşkil etdikləri uğursuz ekspedisiyalar.

XVIII əsrin sonlarında ölkənin müdafiə qüdrətinin artırılmasına dair meydana gələn yeni fikirlər. «Dənizdən müdafiə idarəsi». Xarici siyasətdə dəyişiklik edilməsi meylləri.

XIX əsrin I yarısında Yaponiyanın sosial-iqtisadi və siyasi vəziyyəti. XIX əsrin I yarısında feodal təsərrüfatı böhranının dərinləşməsi. Natural təsərrüfatın böhranı və əmtəə-pul münasibətlərinin inkişafı. Sənaye istehsalının genişlənməsi və manufakturaların artması.

Mərkəzi hakimiyyətin zəifləməsi. «Knyazlıqların idarə edilməsi sahəsində islahatlar». Murata Seyfu. XIX əsrin 30-40-cı illərində («Tenpo dövründə») həyata keçirilən islahatlar. Midzuno Tadakuni. 1841-1842-ci illərdə ticarətə dair verilmiş fərmanlar.

Sosial təbəqələşmə və cəmiyyətdə baş verən dəyişikliklərin sosial-iqtisadi xüsusiyyətləri. Yaranmaqda olan burjuaziyanın və zadəganların bir hissəsinin Tokuqava rejiminə qarşı müxalifəti. Samuray çıxışları. Azad ticarət uğrunda mübarizə: 1823-cü il Osaka hərəkatı. Kəndlilərin kütləvi surətdə şəhərlərə axını. Kəndlilərin və şəhər yoxsullarının üsyanları. «Tenpo dövrü»nün aclıq illəri (1933-1838). 1837-ci il Osaka üsyanı. Yosio Xeixaçiro.
Dini cərəyanlar: Kurodzumi Munetada, Nakauma Miki.


Yüklə 188 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin