Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti


XIX əsrin birinci yarısında və əsrin ortalarında Yaponiyanın xarici siyasəti



Yüklə 188 Kb.
səhifə5/11
tarix01.01.2022
ölçüsü188 Kb.
#103219
1   2   3   4   5   6   7   8   9   10   11
XIX əsrin birinci yarısında və əsrin ortalarında Yaponiyanın xarici siyasəti. Avropa dövlətlərinin Yaponiyaya müdaxilə cəhdləri. İngiltərənin 1808, 1813-1814-cü illərdə, ABŞ-ın 1803,

1807, 1837-ci illərdə, Rusiyanın 1804, 1811, 1842-ci illərdə Yaponiya sahillərinə təşkil etdikləri uğursuz ekspedisiyalar.

1825-ci il «Utixarairey» («Qovulma haqqında») fərmanı və onun mahiyyəti. 1840-1842-ci illər İngiltərə-Çin müharibəsi və Yaponiya. Xarici dövlətlərlə münasibətlərə dair 1842-ci il fərmanı və onun mahiyyəti. Nisbi təklənmə siyasətinin tərəfdarları və əleyhdarları arasında mübarizə.

ABŞ-ı Uzaq Şərq sahillərinə cəlb edən səbəblər. ABŞ-ın Sakit okean hövzəsində möhkəmlənməsi və Yaponiya üçün təhlükənin yaranması. 1846-cı il Bidl ekspedisiyası. ABŞ-Yaponiya danışıqlarının başlanması və onların nəticələri. İngiltərə, Fransa və ABŞ-ın XIX əsrin ortalarında Uzaq Şərq siyasəti. XIX əsrin I yarısında Rusiya-Yaponiya münasibətləri. 1853-1854-cü illərdə Putyatinin rəhbərliyi altında Rusiya ekspedisiyasının Yaponiyaya səfəri. 1852-1854-cü illərdə ABŞ-ın Sakit okeanın qərb sahillərinə təşkil etdiyi Perri ekspedisiyası və onun nəticələri. Avropa dövlətləri və ABŞ-ın Yaponiyaya müdaxiləsi. 1854-cü il martın 31-də ABŞ-la Yaponiya arasında imzalanmış Kanaqava (İokoqama) müqaviləsi. Nisbi təklənmə siyasətinə son qoyulması.

«Ansey dövrü» müqavilələri və Avropa dövlətləri ilə Yaponiya arasında iqtisadi və siyasi əlaqələrin qurulması.

1867-1868-ci illər Meyci inqilabı. Ölkədə qərb dövlətləri ilə imzalanmış müqavilələrə münasibət. Siyasi böhranın kəskinləşməsi. Xalq kütlələrinin vəziyyətinin pisləşməsi. Xaricilərə münasibətdə meydana gəlmiş iki cəbhə. İi Naoskenin siyasəti. «Kobuqattay» qrupu. 1862 və 1863-cü il hadisələri. ABŞ, İngiltərə və Fransanın Yaponiyanın daxili işlərinə qarışması. 1863-1864-cü illərdə Yaponiya şəhərlərinin İngiltərə, ABŞ, Fransa və Hollandiyanın birləşmiş donanması tərəfindən bombardman etməsi. 1864-cü il İokoqama konvensiyası.

1867-1868-ci illər inqilabının ilkin şərtləri və hərəkətverici qüvvələri. «Tobakuxa» hərəkatı. Cənub-qərb feodal ailələrinin hərbi ittifaqının yaranması. Fukudzava Yukiti, Okubo Toşimiti,

Sayqo Takamori, Yamaqata Arimoto, İtaqaki Taysuke.İnqilabın başlanmasına təkan verən amillər: İemoti – Keyki, Komey – Mutsuxito. Müxalifətin 1865-ci il dekabr və 1867-ci il noyabr gizli müşavirələri və onların qərarları. Hakimiyyətlə müxalifət arasında danışıqlar və onların nəitəsiz qalması. 1868-1869-cu illər vətəndaş müharibəsi və şoqunluğun ləğv edilməsi. İmperatorun 3 yanvar 1868-ci il fərmanı. Yeni hökümətin («Sansyoku») təşkil edilməsi. «Zadəgan respublikası».

Meyci inqilabı nəticəsində həyata keçirilən tədbirlər. Yeni hökumət və onun siyasəti. Həyata keçirilən tədbirlərin əsas məqsədi. İnzibati-idarəçilik, hərbi, iqtisadi, maarif və mədəniyyət sahəsində həyata keçirilən islahatlar. Xaricilərə qarşı çevrilmiş siyasətin avropalaşma siyasəti ilə əvəz edilməsi.

Dövlət idarəçilik aparatının yeni strukturunun yaradılması.

Feodal knyazlıqlarının ləğv edilməsi. 1870-1872-ci illərin inzibati islahatları və prefektura sisteminin yaranması. Tokio («Şərq paytaxtı»).

«Dörd silk haqqında qanun»un ləğvi və 1872-ci ildə silklər haqqında yeni qanunun qəbul edilməsi. Məşğuliyyət məhdudiyyətinin ləğv edilməsi.

1870-ci il ümumi səfərbərlik və 1872-ci il ümumi hərbi mükəlləfiyyət haqqında qanunların qəbul edilməsi. Tokioda Dənizçilik məktəbinin və Hərbi Akademiyanın açılması.

Polis sisteminin yaradılmasına dair 1868, 1869 və 1871-ci ildə həyata keçirilmiş tədbirlər.

Sənət sexləri və ticarət gildiyaları inhisarının, ayrı-ayrı knyazlıqlar arasında mövcud olan daxili gömrük sədlərinin ləğv edilməsi. Vahid pul sisteminin yaradılması. İena.

1871-1873-cü illərin aqrar islahatları. Samuray torpaq sahibliyinin ləğv edilməsi. 1873-cü ilin yeni vergi qanunu.

Maarif sahəsində 1869-1870-ci illərdə həyata keçirilmiş islahatlar.

Həyata keçirilmiş islahatların nəticələri və mütərəqqi əhəmiyyəti.




Yüklə 188 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin