XIX əsrin son rübü - XX əsrin əvvəllərində Yaponiyanın sosial-iqtisadi və siyasi vəziyyəti. Dövlət idarəçilik aparatının yenidən qurulmasına dair imperator fərmanı (1875). Mühafizəkar və liberal müxalifətin meydana gəlməsi. İlk siyasi təşkilatların yaranması: «Risşisya» və «Aykoksya». Seçkili orqanın yaradılması uğrunda mübarizə. «Azadlıq və xalq
hüquqları uğrunda hərəkat». Fukucava Yukiti. 1889-cu il konstitusiyası. Burjuaziyanın hakimiyyətdə möhkəmlənmək uğrunda mübarizəsi. 1898-ci ildə ilk partiyalı hökümətin təşkil edilməsi. Seçki islahatı. Seçki hüququnun genişləndirilməsi uğrunda mübarizə. Seyyukay partiyasının yaranması. İto Hirobumi. Sosialist ideyalarının yayılması. Sosial-demokrat partiyasının yaranması. Katayama Sen.
Yaponiyada kapitalizmin xarakterik cəhətləri və inkişaf xüsusiyyətləri. Müasir sənayenin yaradılmasında dövlətin rolu. İqtisadiyyatda proteksionizm siyasəti və onun mahiyyəti. 1877-1880-ci illəri əhatə edən inflyasiya. 1880-ci il qanunu və dövlət müəssisələrinin hesabına xüsusi kapitalist sənaye müəssisələri şəbəkəsinin genişlənməsi. Yaponiyada sənaye çevrilişinin başa çatması və iqtisadiyyatın sürətli inkişafı. Burjuaziyanın mövqeyinin möhkəmlənməsi. Pul islahatı. Vergilərin artırılması. 1882-ci ildə Yaponiya Bankının açılması. 1895-ci ildən başlanan yeni iqtisadi yüksəlişin səbəbləri və iqtisadiyyatın inkişaf xüsusiyyətləri. 1896-1905-ci illərə dair iqtisadi proqram. İnhisarçı kapitalizmin formalaşması. İlk yapon konsernləri («dzaybatsu»). XX əsrin əvvəllərində inhisarçı konsernlərin Yaponiyanın daxili və xarici siyasətinə təsiri.
Kənddə kapitalist münasibətlərinin sürətlə inkişaf etməsi.
Fəhlə və kəndli çıxışları. Həmkərlar ittifaqları hərəkatı. Əmək münasibətlərinə dair 1897-ci il qanun layihəsi. 1877-ci il Sasuma üsyanı. Totura prefekturasında 1897-ci il kəndli çıxışları. 1900-cu il polis qanunu.
XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Yaponiyanın xarici siyasəti. «Ansey dövrü» müqavilələrinə yenidən baxılması. Koreya uğrunda Yaponiya-Çin rəqabətinin güclənməsi. 1876, 1882 və 1885-ci illər Yaponiya-Koreya müqavilələri. 1885-ci il Yaponiya-Çin (Tyanszin) müqaviləsi. XIX əsrin 90-cı illərində böyük dövlətlərin Uzaq Şərq siyasəti. Koreyada kəndli müharibəsinin başlanması və Yaponiyanın Koreyaya hərbi qüvvə çıxartması. 1894-1895-ci illər Yaponiya-Çin müharibəsi. Müharibənin səbəbləri və xarakteri. Hərbi əməliyyatların başlanması. 1894-cü il Yaponiya-Koreya müqaviləsi. Müharibə-nin Koreyadan Mancuriyaya keçməsi. Dalyan (Dalni) və Yunşunkou (Port-Artur) istiqamətində aparılan hərbi əməliy-yatlar. Çinin ağır məğlubiyyətə uğraması. Hiroşimada ilkin danışıqların başlanması və yarımçıq kəsilməsi. Veyxayvey döyüşü. Simonesekidə danışıqların yenidən
başlannması və 1895-ci il aprelin 17-də sülh müqaviləsinin imzalanması. Müqavilənin şərtləri. Rusiya, Almaniya və Fransanın sülh danışıqlarına və müqavilənin şərtlərinə müdaxilə etmələri. 1896-cı il Yaponiya-Çin ticarət müqaviləsi. Yaponiyanın Çinin nüfuz dairələrinə bölünməsində iştirakı.
Yaponiya ilə Rusiyanın Uzaq Şərqdə ağalıq uğrunda mübarizəsinin kəskinləşməsi və Avropa dövlətlərinin buna münasibəti. İngiltərə-Yaponiya ittifaqı. 1904-1905-ci illər Yaponiya-Rusiya müharibəsi. Müharibənin səbəbləri və xarakteri. Müharibə ərəfəsində beynəlxalq vəziyyət. Müharibəyə diplomatik hazırlıq. Böyük dövlətlərin Yaponiya-Rusiya münasibətlərində tutduqları mövqe. Hərbi əməliyyatların başlanması. Port-Artur, Mukden və Tsusima döyüşləri. Yapon xalqının və siyasi dairələrin müharibəyə münasibəti. Kotokunun işi. Taft-Katsura sazişi. ABŞ-ın vasitəçiliyi ilə Yaponiya ilə Rusiya arasında aparılan Portsmut (ABŞ) danışıqları. 1905-ci il Portsmut sülhü və onun şərtləri. 1905-ci il 5-6 sentyabr hadisələri.
Birinci Dünya müharibəsi ərəfəsində Yaponiyanın daxili və xarici siyasəti. Daxili siyasət. Мüharibə ərəfəsində Yaponiyanın siyasi vəziyyəti. Dövlətin hərbiləşdirilməsi siyasətinin davam etdirilməsi. Yamaqata, Katsura. Hökumət böhranı. 1912-ci il parlament seçkiləri.
Мüharibə ərəfəsində Yaponiyanın iqtisadi vəziyyəti. 1907-1908-ci illər dünya iqtisadi böhranının Yaponiya iqtisadiyyatına təsiri. 1909-1914-cü illərin iqtisadi yüksəlişi. İnhisarçı kapitalın rolunun güclənməsi. Konsernlərin artması və yeni inhisar birliklərinin - kartel və sindikatların meydana gəlməsi. Yaponiyanın iqtisadi yüksəlişinin əsas xarakterik cəhətləri. Hakimiyyət strukturlarında iri burjuaziyanın mövqeyinin güclənməsi. Xarici ticarətin genişlənməsi. Karital ixracının artması.
Мüharibə ərəfəsində Yaponiyanın iqtisadi vəziyyəti. Fəhlələrin sayının artması. 1911-ci il fabrik qanunu. İş gününə dair 1912-ci il qanunu. Tətil hərəkatının və həmkarlar təşkilatlarının fəaliyyətinin zəifləməsi. Katayama, Kotoku, Sakai. Sosialist hərəkatına qarşı həyata keçirilən tədbirlər. Sudzuki Bundzi və «Yuaykay» («Dostluq cəmiyyəti») təşkilatı.
Dostları ilə paylaş: |