Sxem 7. Bankların aktiv əməliyyatları11
Hazırda Azərbaycanda kommersiya banklarının mənfəətlə fəaliyyətdə olması onun aktiv əməliyyatlarından olan kredit əməliyyatlarını aparmasından asılıdır. Kredit əməliyyatları pul vəsaitlərini müvəqqəti istifadə üçün qaytarmalı və geri ödənilmək şərti daxilində kreditorla debitor arasındakı münasibətdir.
Kapitalın dövretməsi zamanı sahibkar əlində toplanan müvəqqəti sərbəst pul vəsaitlərini istifadə etməlidir. İstehsal prosesi zamanı əsas kapital istehlak edilir və öz dəyərinin nəzərəçarpacaq bir hissəsini yeni yaranan əmtəəyə ötürür. Əmtəə satıldığı zaman həmin hissə ayırmalar formasında sahibkarın gəlirinə çevrilir. Dövriyyə kapitalının hərəkəti də müvəqqəti pul vəsaiti yaradır. Məsələn, xammal, yardımçı material, yanacaq və s. istehsal prosesinin gedişində öz dəyərini istifadə olunduğu istehsal prosesində yeni yaradılan əmtəəyə ötürür və onun dəyəri sonradan pul formasında sahibkarın əlində yığılır. İstehsala yeni xammal cəlb olunana qədər həmin pul sahibkarın aktivində sərbəst şəkildə qalır. Bütün pul vəsaiti sahibkarın kassalarında istehsal vasitələri və ya xammal alınana qədər istifadəsiz yatıb qalarsa, bu vəsait heç bir mənfəət gətirə bilməz. Bütün bu pul vəsaitlərinin sahibkarların əlində cəmlənməsi bilavasitə kreditlərin əldə olunmasından asılıdır. Bu səbəbdən də, bazar yönümlü iqtisadiyyatda banklar və bu bankların həyata keçirdikləri haqqında danışdığımız kredit əməliyyatlarının mühüm əhəmiyyəti var. Belə ki, sahibkar aldığı krediti əsasən istehsala qoyur və oradan mənfəət əldə edir. Bu mənfəətin bir hissəsi onların özləri tərəfindən mənimsənir, digər hissəsi isə borca götürdüyü puldan istifadə qarşılığında banka faiz şəklində verilir. Banklar sərbəst pulu cəlb edərkən daha aşağı, borca verərkən isə nisbətən yuxarı faizlə verirlər. Bu iki əməliyyat zamanı yaranan aradakı faiz fərqi bankın mənfəətini yaradır. Bundan əlavə, istehsal inkişaf edir və nəticədə, ümumilikdə, dövlətin iqtisadiyyatının inkişafına müsbət təsir göstərmiş olur. Azərbaycan Respublikasında həyata keçirilən kredit və depozit əməliyyatlarının inkişaf dinamikasını, həmçinin onların qarşılıqlı müqayisəsini aşağıdakı qrafikdə görmək olar.
Dostları ilə paylaş: |