Azərbaycan Respublikası Təhsil Nazirliyi Kommersiya banklarının aktiv əməliyyatlarının təkmilləşdirilməsi istiqamətləri



Yüklə 337,35 Kb.
səhifə22/29
tarix01.01.2022
ölçüsü337,35 Kb.
#104133
1   ...   18   19   20   21   22   23   24   25   ...   29
İstehlak krediti. Əsas fərqləndirici cəhəti onun fiziki şəxslərin kreditləşməsinin məqsədli forması olmasıdır. Bu kredit forması yeni dəyər yaratmaq qabiliyyətinə malik deyil. İstehlak krediti bank və firma formalarında ola bilər. Bank istehlak kreditində kredit pul formasında bank tərəfindən verilir. Qeyd olunmalıdır ki, bankın təklif etdiyi kreditlər arasında ən baha hesab olunan kredit məhz istehlak kreditidir. Firmanın istehlak kreditində isə ticarət firması özünün bəzi bahalı məhsullarını müştəriyə müəyyən müddətə və müəyyən faiz qarşılığında kreditə satır.

Kommersiya banklarında kreditləşmə prosesi kredit portfelinin keyfiyyətli və yüksək gəlirli təşkil olunmasında ciddi yer tutan bir işdir. Dəqiqliklə təşkil olunmuş kreditləşmə prosesi imkan verir ki, kredit riskləri minimuma endirilsin. Bank fəaliyyəti bütün risklərin bir-birinə sıx surətdə əlaqədar olduğu bir sistemdir. Kreditləşməni həyata keçirmək üçün sxem 10-dakı mərhələlər yerinə yetirilməlidir.

Birinci mərhələ borcalanın ssuda almaq məqsədilə verdiyi ərizəyə baxılması ilə başlanır.

İkinci mərhələnin həyata keçirilməsi üçün bankın kredit işçisi debitorun kredit qabiliyyətinin yoxlanması və onun vəziyyətinin qiymətləndirməsi üçün aşağıdakılara aydınlıq gətirir: debitor təşkilatın nizamnamə fondunun formalaşması, keçmişdə həmin təşkilatın bankla münasibətləri, istehsal olunması nəzərdə tutulan məhsulun satılması üçün kontraktların mövcudluğu və s.

Növbəti mərhələdə borcalanın aldığı ssuda və bu məbləğə hesablanan faizləri təyin edilmiş vaxt qaytara bilməsi qabiliyyəti, qısaca olaraq kredit qabiliyyəti müəyyən olunur.






Yüklə 337,35 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin