I. Gömrük rəsmiləşdirilməsinin əsas prinsipləri
Gömrük rəsmiləşdirilməsi mal və nəqliyyat vasitələrinin Gömrük Məcəlləsinin (maddə 25 - 104) tələblərinə uyğun olaraq müəyyən gömrük rejiminin təsiri altında yerləşdirilməsi və bu rejimin əməliyyatlarının məcmusudur. Gömrük sərhəddindən keçirilən mal və nəqliyyat vəsatələrinin, gömrük məqsədləri üçün statusunu müəyyənləşdirən qaydalar toplusu gömrük rejimi adlanır.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin XXV maddəsinə görə, gömrük tənzimlənməsi məqsədi ilə gömrük rejiminin 15 növü vardır. Gömrük rejimlərini şərti olaraq iki qrupa ayrırlar:
Mallar, onları keçirənlərin tam sərancamına keçir, daha doğrusu bu gömrük rejimləri öz xarakterinə görə bitmiş hesab olunur;
Gömrük organlarının müəyyən etdiyi şərtlər daxilində, mallardan ancaq öz təyinatına görə istifadə oluna bilən rejimlər.
İkinci qrupa daxil olan gömrük rejimlərinin əsas məqsədi aşağıdakı iqtisadi məsələlərin həllinə yönəlmişdir:
Malların anbarlara yığılması;
Malların emalı;
Məlum şərtlər daxilnidə mallardan istifadə - «müvəqqəti idxal (ixrac)», «sərbəst gömrük zonası»;
Malların daşınması - tranzit.
Gömrük rəsmiləşdirilməsi, həmçinin, mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının dövlət gömrük sərhədlərindən keçirilməsinə gömrük nəzarətinin təmin edilməsi və belə keçirilməyə dövlət tənzimlənmə vasitələrinin tətbiq edilməsi məqsədi ilə gömrük orqanının vəzifəli şəxsləri tərəfindən aparılan əməliyyatların məzmunu kimi də anlaşıla bilər.
Gömrük rəsmləşdirilməsi qaydaları həm Gömrük Məcəlləsinin müddəaları, həm də Azərbaycan Respublikası qanunvericiliyinin digər normativ hüquqi aktları ilə müəyyən edilə bilər. Qanunvericilik dedikdə, təkcə qanunlar deyil, həm də Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının, ilk növbədə Dövlət Gömrük Komitəsinin qanun qüvvəli normativ hüquqi aktları (qanun, fərman, sərəncam, təlimat və s.) nəzərdə tutulur. Məsələn, «Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən istehsalatı və yaxud kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsi qaydaları üzrə təlimat» və s.
Gömrük rəsmiləşdirilməsinin hüquqi təzimlənməsi qanunvericilik aktları ilə bərabər həmçinin beynəlxalq konvensiyalarla nəzərdə tutulmuş normalarla da həyata keçirilə bilər. BYD (Beynəlxalq Yük Daşımaları) kitabçaları tətbiq edilməklə BYD Konvensiyası avtonəqliyyat vasitələri və konteynerlə daşınan yüklərin gömrük rəsmiləşdirilməsinin qayda və şərtlərini tənzimləməklə ümumilikdə qəbul edilmiş normalar kimi mühüm əhəmiyyətə malikdir.
Gömrük rəsmiləşdirilməsinin başlanması Gömrük Məcəlləsində nəzərdə tutulan ilkin əməliyyatların aparılması qaydasına riayət etməklə Azərbaycan Respublikası gömrük orqanının vəzifəsi şəxsi konkret mallar və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini aparmağa hazır olduğunu bildirdiyi vaxtdan gömrük rəsmiləşdirilməsi başlanır.
Gömrük Məcəlləsinə görə gömrük rəsmləşdirilməsi, bu iş üçün gömrük orqanının fəaliyyət göstərdiyi, mal göndərən və yaxud müəssisənin onun struktur bölməsinin yerləşdiyi ərazidə xüsusi müəyyən edilmiş yerlərdə həyata keçirilir. Gömrük rəsmiləşdirilməsi gömrük orqanının müəyyən edilmiş iş vaxtı ərzində həyata keçirilməlidir.
Gömrük orqanlarının iş rejimi DYR ilə razılaşmalıdır. Bununla belə, Gömrük Məcəlləsi gömrük rəsmləşdirilməsinin digər yerlərdə və gömrük orqanının iş vaxtından kənar vaxtlarda da həyata keçirilməsini mümkün sayır. Bunun üçün maraqlı şəxs gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının razılığını almalıdır. Bu halda meydana çıxan bütün xərclər maraqlı şəxs tərəfindən ödənilir. Başqa yerdə və iş vaxtından kənar vaxtda da aparılan gömrük rəmiləşdirilməsi əməliyatları üçün ikiqat haqq alınır.
Dövlət Gömrük Komitəsi ayrı-ayrı kateqoriyalı malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanlarına həvalə edə bilər.
Məsələn, Dövlət Gömrük Komitəsinin 20 fevral 1998-ci il tarixli 002 saylı əmri ilə idxal edilən aksizli malların mərkəzləşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsini təşkil etmək, aksiz markalarının tətbiqinə nəzarəti gücləndirmək məqsədi ilə fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan yeni struktur vahidi - Aksiz Gömrük Postu yaradılmışdır.
Xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən, idxal olunan və gömrük ərazisində keçirilən etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatlarının gömrük rəsmiləşdirilməsini bu post həyata keçirir.
Gömrük rəsmiləşdirilməsinin yerinin və vaxtının müəyyən edilməsi bir sıra faktlardan asılıdır.
keçirilən malın xarakter və xassələri (məsələn, aksizli malların gömrük rəsmiləşdirilməsinin xüsusiyyətləri və s.);
malların daşındığı nəqliyyat növü (məsələn, qatar, gəmi, avtomobil, dəmiryolu, hava və s.);
keçirilən malların rəsmiləşdirildiyi gömrük rejimləri;
keçirilən malların mənşəə ölkəsi;
malların göstəricisinin və yaxud alıcısının yerləşdiyi yer.
Gömrük rəsmiləşdirilməsinin aparıldığı yerləri müvafiq gömrük rejimləri üzrə hazırlanan təlimatlardan müəyyən edilə bilər.
Azərbaycan Respublikası gömrük sərhəddindən boru kəməri nəqliyyat və elektrik ötürücü xətləri üzrə keçirilən malların gömrük rəsmiləşdirilməsi haqqında təlimat Dövlət Gömrük Komitəsinin 3 iyun 1997 - ci il tarixli 561 saylı əmri ilə təsdiq edilmişdir.
Əgər mallar gömrük sərhəddindən keçənədək birdən artıq nəqliyyat növündən istifadə edilərsə (boru kəməri - dəmiryol, gəmi - dəmiryol, boru kəməri - gəmi və s. istiqamətli) ixratçı yükləmə, boşaltma əməliyyatlarının yerinə yetirdiyi zonaya nəzarəti həyata keçirən gömrük orqanı tərəfindən rəsmiləşdirilmiş gömrük bəyannaməsinin bu orqan tərəfindən təsdiq edilmiş sürətini təqdim etməlidir.
Dəniz yolu ilə daşınan yüklərin gömrük rəsmiləşdirilməsi həyata keçirilməsi zamanı gömrük orqanlarının və dəmiryolunun qarşılıqlı münasibətlərinin müvəqqəti texnologiyasının təxmini nümunəsi 9 saylı əlavədə göstərilir.
Əgər mallar gömrük sərhəddindən keçənədək iki və daha çox nəqliyyat növündən istifadə edilərsə, gömrük rəsmiləşdirilməsi malların doldurulub - boşaldığı son yerin fəaliyyət zonasına daxil olduğu gömrük orqanı tərəfindən həyata keçirilməlidir.
Gömrük rəsmiləşdirilməsi, malları göndərənin və yaxud alanın, ya da ki, onların struktur bölmələrinin yerləşdiyi yer üzrə Azərbaycan Respublikası gömrük orqanının fəaliyyəti zonasında, bu iş üçün müəyyən edilmiş yerlərdə və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının iş vaxtında aparılır.
Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı ayrı-ayrı kateqoriyalı malların və digər nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin aparılmasını Azərbaycan Respublikasının müəyyən gömrük orqanlarına həvalə edə bilər.
Mal və nəqliyyat vasitələrini gömrük sərhəddindən keçirən şəxslər, daşıyıcı, anbar sahibi, eləcədə mal və nəqliyyat vasitələrinə münasibətdə səlahiyyətlərə malik digər şəxslər gömrük rəsmiləşdirilməsi yerinə daxil olmaq hüququna malikdirlər. Gömrük orqanı onların iştirakını tələb etdikdə bu hüquqi vəzifəyə çevrilir, belə ki, bu mərhələdə adı çəkilən şəxslər gömrük rəsmiləşdirilməsi zonasını bu orqanın vəzifəli şəxslərinə kömək etməlidirlər. Belə kömək dedikdə, «Gömrük Məcəlləsi»nin müəyyən maddələrinə uyğun göstərilən əməliyyatlar, prob və nümunələrin götürülməsi nəzərdə tutulur.
Mallar və nəqliyyat vasitələri barədə səlahiyyəti şəxslər və onların nümayəndələri gömrük rəsmiləşdirilməsində iştirak edə bilərlər. Azərbaycan Respublikasının gömrük orqanının tələbi ilə göstərilən şəxslər və onların nümayəndələri gömrük rəsmiləşdirilməsinin aparılmasında Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinə kömək etməlidirlər. Gömrük rəsmiləşdirilməsi Azərbaycan dilində həyata keçirilir. Bununla belə «Gömrük Məcəlləsi»nin maddələrinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin icazəsi ilə rəsmiləşdirilməsi həyata keçirən gömrük orqanının bu orqanın vəzifəli şəxslərinin bildiyi xarici dildə tərtib edilmiş sənədlər təqdim oluna bilər. Gömrük rəsmiləşdirilməsi Azərbaycan dilində tərtib olunur. Bu Məcəllədə Azərbaycan Respublikası beynəlxalq müqavilələrində və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının normativ aktlarında nəzərdə tutulmuş hallar istisna edilir. Bir dövlətin ərazisində, beynəlxalq müqavilə və sazişində başqa hal nəzərdə tutulmamışsa, yalnız müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra istifadə oluna bilər. Məsələn: mülki, inzibati, ailə, cinayət işləri üzrə hüquqi münasibətlər və hüquqi yardım barədə 22 yanvar 1993 - cü ildə qəbul edilmiş Beynəlxalq Konvensiyaya görə bu konvensiyanın üzvi olan ölkələrin birinin ərazisində sənədlər ona verilmiş səlahiyyətli orqan və ya təşkilat tərəfindən hazırlanmış, yaxud şəhadətləndirilmişsə, digər ölkənin ərazisində təsdiq edilməsi yaxud şəhadətləndirilməsi (leqallaşdırılması), tələb olunmur. Belə sənədlərə təkcə notarius təsdiqi yetərli olur. Təcrübədə xarici sənədlərin şəhadətləndirilməsinin daha çox iki üsulludan istfiadə edilir: Konsul leqallaşdırılması və apastil qoyulması.
Azərbaycan Respublikasının gömrük rəsmiləşdirilməsindən keçirilən baytarlıq, fitosanitar, ekoloji və digər dövlət nəzarəti növlərinə cəlb edilməsi gərəkən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, yalnız belə keçirilməyə səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş icazəni gömrük orqanlarına təqdim edilməsindən sonra həyata keçirilə və bitirilə bilər.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən mallar və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi baytarlıq, fitosanitar ekoloji və dövlət nəzarətinin digər növləri həyata keçirildən sonra başa çatır. Gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin təşkili Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olmalıdır. Sənədləşdirilmiş gömrük rəsmiləşdirilməsinin qaydalarının tətbiqinin hal və şərtlərini Dövlət Gömrük Komitəsi müəyyən edir. Belə malların rəsmiləşdirilməsinin prioritetliyi gömrük orqanlarına təqdim edildikdən sonra həmin malların birinci növbədə rəsmiləşdirilməsi deməkdir. Sənədləşdirilmiş qaydada mal müşaiyət, nəqliyyat və digər sənədlərin gömrük orqanlarına təqdim edilməsi ilə malların bəyan edilməsinə yol verir.
Dostları ilə paylaş: |