III. Gömrük rəsmiləşdirilməsində
ilkin əməliyyatlarin rolu
İlkin əməliyyatların mahiyyətini belə vermək olar. Beləki, ilkin əməliyyatlar mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin asanlaşdınlması və sürətləndirilməsi məqsədi ilə aparılır. Onlar əsas gömrük rəsmiləşdirilməsi icraatına qədər apanlır və hazırlıq mərhələsi hesab edilir.
İlkin əməliyyatlar, gömrük sərhədindən Azərbaycan Respublikası ərazisinə gətirilməsi qadağan edilmiş mal və nəqliyyat vasitələrinin keçirilməsindən müdafıə edilməsini təmin edir. Bu mərhələdə mallar gömrük məqsədləri üçün identifikasiya edilir.
Gömrük Məcəlləsinə uyğun olaraq aşağıda göstərilən maddələr ilkin əməliyyatların aparılmasında tətbiq edilir.
Maddə 135. İlkin əməliyyatlar.
Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük rejimi altında yerləşdirilməsinə qədər gömrük işinə aid olan bütün hərəkətlər ilkin əməliyyatlardır.
Maddə 136. İlkin əməliyyatların əsas təyinatı.
İlkin əməliyyatlar, malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsinin və onların müəyyən gğmrük rejimi altında yerləşdirilməsinin asanlaşdırılmasına və tezləşdirilməsinə xidmət edir.
İlkin əməliyyatlar zamanı Azərbaycan Respublikası gömrük orqanları Azərbaycan Respublikasına gətirilməsi və aparılması qadağan olunmuş mallar və nəqliyyat vasitələrinin gətirilməsinə və aparılmasına yol verilmir. Bu zaman həmin nəqliyyat vasitələri üçün eyniləşdirilməsinə yönələn ilkin gömrük rəsmiləşdirilməsi aparılır.
İlkin əməliyyatlara aşağıdakılar aiddir:
- Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya malların, nəqliyyat vasitələrinin gömrük ərazisindən kənara aparılması niyyəti barədə Azərbaycan Respublikası gömrük orqanlarına məlumat verilməsi;
- malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılması;
- malların və nəqliyyat vasitələrinin çatdırıldığı yerlərdə gömrük nəzarətinə təqdim edilməsi.
Xarici ticarət praktikasında elə hallar olur ki, fors - major şəraitin təsiri altında zədələnmiş mallar, sanitar-gigiyena və bəzi digər mülahizələrdən (məsələn, xarab olmuş meyvə və tərəvəz, konservlər və s.) təxirə salmadan məhv edilməli olur. Maraqlı olan kəs, fors - major şəraitin təsiri altında malların məhv edilməsinin sübut olunmasını təmin etməlidir. Belə ki, birincisi, mülki - hüquqi məsuliyyətdən yaxa qurtarmaq (əgər yük sahibi daşıyıcıya, nəqliyyat şirkətinə iddia irəli sürürsə), ikincisi isə tələb olunan gömrük rüsumundan azad olunmaq mümkün olsun. Bu halda notarius lazım gələn köməyi göstərə bilər.
Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük ərazisinə, həmçinin sərbəst gömrük zonaları ərazisindən və sərbəst aparılan anbarlardan Azərbaycan Respublikasının gömrük ərazisinin qalan hissəsinə gətirilərkən, daşıyıcı Azərbaycan Respublikasının gömrük sərhəddinə keçmə barədə Azərbaycan Respublikası gömrük orqanlarına məlumat verir.
Mallar və nəqliyyat vasiətələri Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılarkən, malların və nəqliyyat vasitələrini keçirən şəxs onları aparmaq niyyəti haqqında Azərbaycan Respublikası gömrük orqanlarına əvvəlcədən məlumat verir. Azərbaycan Respublikası gömrük orqanı bu məlumatı qeydiyyata almaq, sonrakı gömrük rəsmiləşdirilməsinin aparıması üçün mallar və nəqliyyat vasitələrin gətiriləcəyi vaxtı və yeri müəyyən etmək hüququna malikdir. Malları keçirən şəxs bu barədə məlumat vermədikdə, həmin vəzifəni daşıyıcı yerinə yetirilməlidir.
Bu müddəalar Azərbaycan Respublikasının ərazisində yerləşən dəniz və ya hava livanlarında dayanmayan, Azərbaycan Respublikasının gömrük ərazisindən keçən dəniz, çay və hava gəmiləri barədə tətbiq edlir:
Yuxarıda gösərilən məlumatı verdikdən sora daşıyıcı malları, nəqliyyat vasitələri və yaxud onlara aid sənədləri Azərbaycan Respublikası gömrük orqanının müəyyən etdiyi yerə çatdırılmalı və orada saxlanılmalıdır.
Təbii aşınma nəticəsndə dəyişiklər, normal şəraitində daşınma və saxlanma itkiləri istisna edilməklə bu malların və nəqliyyat vasitələrinin başqa məqsədlərlə istifadə edlməsinə yol verilmir.
Dəniz daşımalarının xüsusiyyətləri gəmi sahiblərinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün sübutlar təmin edilməsinin əlahiddə prosedurasından istifadə olunmasını nəzərdə turur.
Bu məqsədlərlə notarius gəmi kapitanından gəmi üzən və ya dayanan müddətdə baş vermiş fövqəladə hadisə barədə ərizə qəbul edir. Bu ərizə kapitana və ya gəmi sahibinə əmlak tələbləri, o cümlədən də daşınan mallara görə gömrük rüsumlarınm və yığımlarının ödənilməsi üzrə tələblər üçün əsas sayıla bilər. Belə ərizə dəniz ticarət təcrübəsində dəniz protesti adlanır.
Gömrük ödənişlərindən azad olmaq məqsədi ilə kapitana məsləhət görülür ki, təbii fəlakət zamanı ekipajın zəruri tədbirlərin görülməsi hərəkətlərini təfsilatı ilə göstərsin. Gəmi kapitanı, həmçinin, gəmi jurnalından təsdiq edilmiş çıxarışı notariusa təqdim etməlidir. Gəmi kapitanının ərizəsi, gəmi jurnalındakı qeydlər və dörd nəfərdən az olmayan şahidlərin sorğu - sual (iki nəfər gəmi heyəti, iki nəfər komanda heyəti) əsasında notarius dəniz protesti aktı tərtib edir. Bu akt dəniz daşımalarında gömrük ödənişlərinin ödənilməsindən azad edilmək üçün hüquqi əsas ola bilər.
Malların və nəqliyyat vasitələrinin çatdırıldığı yerdə gömrük nəzarətinə təqdim edilməsi bir qayda olaraq, yalnız faktiki gömrük ərazisinə däxil olmuş yüklər bəyan edilməlidir. Deklarant, mal göndərişinin bir hissəsini - hətta bu hissə tam göndərişin digər hissələri ilə bir vaxtda və eyni xarici ticarət müqaviləsi əsasında göndərilmiş və ünvana tez çatmış olsa belə, gömrük rəsmiləşdirilməsinə elan edə bilməz.
Hələ gəlib, çatmamış mallarm bəyan edilməsini istisna etmək məqsədi ilə yüklərin gömrük rəsmiləşdirilməsinin ilkin əməliyyatlarına mal və nəqliyyat vasitələrinin gömrük nəzarətinə təqdim edilməsi prosedurası daxil edilir. Belə təqdim etmə daşıyıcı tərəfindən malların və nəqliyyat vasitələrinin çatdırıldığı barədə gömrük orqanlarının xəbərdar edilməsi ilə ifadə olunur. İş vaxtından sonra gəlmiş mal və nəqliyyat vasitələri gömrük nəzarəti zonasında yerləşdirilməlidir.
Gömrük orqanı gətirilmiş mal və nəqliyyat vasitələrinin faktiki olaraq təqdim edilməsini tələb edə bilər. Malların idxalı zamanı təqdim etmə malları keçirən şəxsə, yaxud daşıyıcı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən mal və nəqliyyat vasitələrinin gömrük ərazisinə, ya da təyinat gömrükxanasına çatdırılması barədə xəbər verilməsi kimi ifadə edilir.
Mal və nəqliyyat vasitələri gömrük orqanına təqdim edildiyi andan buraxılana qədər gömrük nəzarəti altında müvəqqəti saxlancda qalır.
Dostları ilə paylaş: |