II. Gömrük rəsmiləşdirilməsinin alınan
gömrük yığımlarında rolu
Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən mal və nəqliyyat vasitələri daxil olmaqla malların, o cümlədən müşaiyət olunmadan baqacda beynəlxalq poçt göndərişlərində keçirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların və yüklərin həmçinin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə gömrük dəyərinin 0,15 faizi miqdarında (10 ABŞ dollarından az olmaqla) Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük yığımları alınır.
Humanitar və texniki yardımı məqsədi ilə diplomatik nümyandəliklərin rəsmi və onların heyət üzvlərinin şəxsi istifadəsi üçün gətirilən mallardan və nəqliyyat vasitələrindən gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmır. Gömrük Yük Bəyannaməsinin hər bir əlavə vərəqi üçün sövdələşmə xarakterindən asılı olmayaraq, 5 Amerika Birləşmiş Ştatları dolları məbləğində (manat ekvivalentindən) ödənc alınır.
Gömrük Yük Bəyannaməsinin təqdim edilənə qədər və ya təqdim edilən vaxt, həmin bəyannamə əsasında aparılan gömrük rəsmiləşdirilməsi zamanı, gömrük ödənişləri də ödənilməlidir (AR Gömrük Məcəlləsi, 117-ci maddə).
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə, Azərbaycan Respublikasında 13 adda gömrük ödənişləri alınır (ARGM, 108-ci maddə). Bu ödənişlər Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Məsələn, Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-kommersiya məqsədi üçün keçirilən nəqliyyat vasitələri üçün belə ödənişlər alınır.
Yuxarıda göstərilən gömrük ödənişlərindən aşağıdakılar bilavasitə malların gömrük rejimləri altında yerləşdirilməsi ilə bağlıdırlar:
gömrük rüsumları;
əlavə dəyər vergisi;
aksizlər;
gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları.
Gömrük ödənişləri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük dəyərinə görə, vergi dərəcəsinin faizlə ifadəsinə uyğun hesablanır, yəni:
gömrük ödənişləri = Gömrük ödənişlərinin dərəcəsi X Malın gömrük dəyəri
Gömrük ödənişlərinin vergiqoyma bazası malın gömrük dəyəri götürülür.
AR Gömrük Məcəlləsinin 115-ci maddəsinə görə, gömrük ödənişlərinin hesablanması üçün "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının qanuna uyğun olaraq müəyyən edilən malların və nəqliyyat vasitələrinin gömrük dəyəri əsas götürülür. Gömrük dəyərinin hesablanmasına və onun təsdiqləyən sənədlərə xüsusi tələblər nəzərdə tutulmuşdur. Belə ki, gömrük dəyərin təyin edilməsi "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 12 yanvar 1998-ci ildə 7 saylı qərarı ilə qəbul olunmuş "Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi qaydaları" əsasında həyata keçirilir.
AR Dövlət Gömrük Komitəsinin 25 dekabr 1997-ci il tarixli 1106 saylı əmri ilə Azərbaycan Respublikasının ərazisinə gətirilən malların gömrük dəyərinin bəyan edilməsinin qayda və şərtləri haqqında Əsasnamə təsdiq edilmişdir.
AR "Gömrük tarifı haqqında" qanunun müddəalarına uyğun olaraq, gömrük rüsumlarının dərəcələri AR Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
Bu dərəcələr, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, respublikanın bütün ərazisində eynidir və kimsəyə görə dəyişilməyə məruz qala bilməz.
Azərbaycan Respublikasının ərazisində Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş və ölkənin gömrük sərhədindən keçirilən (idxal və ixrac) bütün mallara tətbiq edilən gömrük ödənişləri dərəcələrinin toplusu - Gömrük tarifi fəaliyyət göstərir.
Əgər Dövlət Gömrük Komitəsinin normativ aktlarında digər hallar nəzərdə tutulmamışdırsa göm rük ödənişlərinin dərəcələri gömrük bəyannaməsinin qəbul edildiyi gün tətbiq olunur. Gömrük ödənişləri aşağıdakı 3 əsas funksiyanı yerinə yetirir:
fıskal ("fisk" latın sözü olub, "zənbil" deməkdir) - bu dövlət büdcəsinin gəlirlər hissəsinin bəndlərindən biri olduğu üçün, həm idxal və həm də ixrac rüsumlarına aiddir;
proteksionist (müdafıə) - onun köməyi ilə dövlət milli istehsalçıları arzuolunmaz xarici rəqabətdən qorunduğu üçün, ancaq idxal rüsumlarına aid edilir;
balanslaşdırıcı - daxili qiymətləri bu və ya digər səbəbdən dünya qiymətlərindən aşağı olan malların ixracının arzuolunmazlığını həyata keçirmək üçün ixrac rüsumlarına aiddir.
Gömrük sərhəddindən tranzit gömrük rejimi altında keçirilən malların gömrük rəsmiləşdirilməsində 30 Amerika Birləşmiş Ştatları dolları miqdarında gömrük yığımları alınır.
Fizika şəxslər tərəfindən gömrük ərazisinə gətirilən, o cümlədən müvvəqqəti gətirilən nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə:
Yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 20 Amerika Birləşmiş Ştatları dolları;
Digər nəqliyyat vasitələri üçün 15 Amerika Birləşmiş Ştatları dolları.
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikası gömrük orqanlarının iş vaxından kənar vaxtda və müəyyən edilmiş yerdən kənarda rəsmiləşdirilməsinə görə gömrük yığımları ikiqat miqdarda alınır.
Bütün yuxarıda göstərilən gömrük ödənişləri Azərbaycan Respublikası Milli Bankı tərəfindən həmin tarixə müəyyən edilən məzənnəyə görə manatla alınır. Malların gömrük dəyəri-gömrük ödənişlərinin hesablanma başqa gömrük məqsədləri üçün malların dəyərinin müəyyən edilməsi, o cümlədən, cərimələrin tutulması və gömrük qaydalarının pozulmasına görə məsuliyyətin tətbiq edilməsi, gömrük stansiyasını aparmaq üçün istifadə edilir. Malların gömrük dəyəri mühasibatlıqda əks etdirilməsinə xarici mal göndərənlərlə və mal alanlarla hesablaşmalarda əsas götürülmür. Bu hallarda əsas kimi mal müşayət sənədləri əlavə edilməklə hesablaşma sənədlərində ki, (hesab faktura, invoys və s.) qiymətlər fakturalanmamış (invoys, hesab faktura olmadığı halarda) göndərişlər üzrə isə müqavilə qiymətləri götürülür. Malın gömrük dəyəri bəyannamə verən şəxs tərəfindən seçilən üsulların düzgünlüyünə rəsmiləşdirilməni aparan gömrük orqanı tərəfindən nəzarət edilir. Gömrük dəyərinin müəyyən edilməsi dürüst, obyektiv məlumatlarla və sənədlərlə təsdiq edilməlidir. Bunlar deklarant tərəfindən təqdim edilmədikdə, gömrük dəyəri müəyyən mənbələrə istinadlanmaqla (misal üçün analoji malın gömrük dəyərinin müəyyən olunması üçün onun mənbə qiyməti kimi bazar və yaxud istehsal olunmasına çəkilən xərclər müqsyisə oluna bilər və s.) gömrük orqanlarının özləri tərəfindən müəyyən edilir. Malın gömrük dəyərini müəyyən edilməsi üzrə xərcləri deklarant tərəfindən ödənilməlidir.
Gömrük dəyərini müəyyən edən deklarant gömrük orqanına aşağıdakı sənədlər təqdim etməlidir:
Doldurulmuş gömrük dəyəri bəyannaməsi;
Yük gömrük bəyannaməsi;
Təsis sənədlərinin sürətləri (hüquqi şəxsin təsis sənədləri və hüquq şəxs yaratmadan sahibkarlıq və biznes fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi orqanları tərəfindən uçota alınması şəhadətlənməsi);
Müqavilə və ona olan əlavələr (əgər bunlar nəzərdə tutulubsa);
Nəqliyyat və sığorta sənədləri (mal göndərişində nəzərdə tutulubsa), hesab - faktura;
Nəql edilməsi üzrə hesab sənədli və ya məşquliyət xərclərinin kombinasiyası (nəqliyyat xərcləri hesab fakturaya daxil edilmədiyi hallarda);
Xüsusi razılıq (lisenziya), icazə (razılıq) əsasında idxal olunan mallar üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş lisenziya, icazə.
Əgər yuxarıda göstərilmiş sənədlər bəyan olunmuş gömrük dəyərini təsdiq etmək üçün kifayət etmədikdə, deklarant qanunvericilikdə nəzərdə tutulmuş zəruri əlavə məlumatları təqdim etməlidir.
Azərbaycan Respublikası ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir:
Gətirilən malların sövdələşmə qiyməti ilə;
Eyni malların sövdələşmə qiyməti ilə;
Eyni cinsli malların sövdələşmə qiyməti ilə;
Dəyərin toplanması üsulu ilə;
Dəyərin çıxılması üsulu ilə
Ehtiyat üsulu ilə.
Gətirilən malların sövdələşmə qiyməti gömrük dəyərinin müəyyən edilməsi zamanı əsas üsuldur. Bu üsul istifadə edilə bilmədikdə yuxarıda göstərilən üsullar hər biri ardıcıl olaraq tətbiq edilməsi dəyərin toplanması və çıxılması üsulları istənilən ardıcıllıqla istifadə edilə bilər.
Bu üsul tətbiq edildikdən etibarən ÜTT tərəfindən müəyyən olunmuş aşağıdakı şərtlər mal və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi zamanı gömrük rəsmiləşdirilməsində nəzərə alınmışdır:
İxrac olunan ölkədən idxal olunan ölkəyə satış sövdələşməsinin olması;
Məhdudiyyətin anlayışı;
Kontrakt şərtləri və s.
Dostları ilə paylaş: |