3) dəyərlər-münasibətlər. Pedaqoji prosesin iştirakçıları arasında qarşılıqlı münasibətlərin, özünə münasibətin, özünün peşə fəaliyyətinə münasibətin, pedaqoji və şagird kollektivlərində şəxsiyyətlərarası münasibətlərin, bu kollektivlərin məqsədyönlü formalaşdırılması və idarə olunmasının əhəmiyyətini açır;
4) dəyərlər-keyfiyyətlər. Idarəetmənin subyekti olan məktəb rəhbərinin-menecerin müxtəlif fərdi, kommunikativ, davranıŞ keyfiyyətlərini açır. Bu keyfiyyətlər xüsusi qabiliyyətləri əks etdirir: öz fəaliyyətini proqnozlaşdırmaq və onun nəticələrini qabaqcadan görməyi bacarmaq qabiliyyəti; öz məqsəd və hərəkətinin başqalarının məqsəd və hərəkəti ilə əlaqələndirmək qabiliyyəti; əməkdaşlıq etmək və əlbir idarə etmək qabiliyyəti və s.
Məktəb direktorunun idarəetmə mədəniyyətinin texnoloji komponenti idarəetmə qaydalarını və priyomlarını özündə birləşdirir. Məktəbdaxili idarəetmənin texnologiyası spesifik pedaqoji vəzifələri həll etməyi nəzərdə tutur. Bu vəzifələrin həlli pedaqoji prosesin təhlili və planlaŞdırılması, təŞkili, nəzarət və tənzimləmə sahəsində rəhbərin bacarıqlarına əsaslanır. Direktorun idarəetmə mədəniyyətinin səviyyəsi yuxarıda göstərdiyimiz tipdə olan vəzifələrini həll etmək priyormlarına və qaydalarına yiyələnmək səviyyəsindən asılıdır. iəxsiyyət-yaradıcılıq komponenti məktəb direktorunun idarəetmə mədəniyyətini yaradıcı akt kimi açıb göstərir. Idarəetmənin alqoritmik (alqoritm-eyni tip vəzifələri həll etmək üçün əməliyyatların həyata keçirilmə ardıcıllığını dəqiq müəyyənləŞdirən göstərişlərdir) olmasına baxmayaraq, məktəb direktorunun fəaliyyəti yaradıcı fəaliyyətdir. Rəhbər-menecer idarəetmə dəyərlərinə və texnologiyalarına yiyələndikcə onları yeniləşdirir, onları interpretasiya (özü başa düşdüyü kimi aydınlaŞdırmaq) edir. Bu, həm rəhbərin şəxsiyyət xüsusiyyətləri, həm də idarəetmənin obyektinin xüsusiyyətləri ilə müəyyən olunur. Məktəb direktoru idarəetmə fəaliyyətində bir Şəxsiyyət, bir rəhbər kimi, bir təşkilatçı və tərbiyəçi kimi özünü realizasiya edir. Təhsil müəssisələrini rəhbər şəxslərinin funksional vəzifələri ümumtəhsil məktəbinin və ya digər təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur. Təhsil müəssisəsinə rəhbərliyi direktor və onun müavinləri həyata keçirirlər. Təhsil-tərbiyə prosesinin idarə olunmasında direktor əsas yer tutur. Ümumtəhsil müəssisəsinin direktoru aşağıdakı funksional vəzifələri yerinə yetirir:
1) təhsil-tərbiyə prosesini planlaşdırır və təşkil edir, onun gedişinə və nəticələrinə nəzarəti həyata keçirir, tədris müəssisəsinin işinin keyfiyyəti və effektliyi üçün cavab verir;
2) dövlət və ictimai orqanlarda tədris müəssisəsinin mənafeyini təmsil edir;
3) sinifdənxaric və məktəbdənkənar işlərin təşkili üçün lazımi şəraiti yaradır;
4) özünün müavinlərini seçir, onların funksional vəzifələrini müəyyən edir, tədris müəssisəsinin pedaqoji kadrlarını yerləşdirir;
5) tədris müəssisəsinin pedaqoji, inzibati, tədris-tərbiyəvi və xidmətçi heyətini işə qəbul edir və işdən azad edir;
6) tədris müəssisəsinə ayrılmış büdcə vəsaitinin müəyyən olunmuş qaydada rasional istifadə olunmasını təşkil edir;
7) tədris müəssisəsinin pedaqoji işçilərinin yaradıcı inkişafı üçün təhsil-tərbiyənin qabaqcıl forma və metodlarını tətbiq etmək, pedaqoji eksperimentlər keçirmək üçün onlara şərait yaradır;
8) təhsili idarəedən müvafiq orqanlar qarşısında öz fəaliyyəti üçün məsuliyyət daşıyır. iagird özünüidarəsi, peşəyönümü, valideynlərlə işlə əlaqədar məsələlər məktəb direktorunun diqqət mərkəzində olur.
Məktəbdə işlərin ayrı-ayrı istiqamətlərinə rəhbərlik direktorun müavinlərinə həvalə olunur. Bu vəzifələr aşağıdakılardır: tədris-tərbiyə işləri üzrə direktor müavini, sinifdənxaric və məktəbdənkənar iş üzrə təşkilatçı, elmi-tədqiqat işi üzrə direktor müavini (bəzi məktəblərdə bu vəzifə təsis olunub), ayrı-ayrı fənləri dərindən öyrənən siniflər üzrə direktor müavini, təsərrüfat işləri üzrə direktor müavini (köməkçisi). Direktorun tədris-tərbiyə işi üzrə müavini pedaqoji prosesin təşkilinə, təhsil proqramlarının və dövlət təhsil standartlarının yerinə yetirilməsinə cavab verir; şagirdlərin biliklərinin keyfiyyətinə və onların davranışına nəzarəti həyata keçirir; müəllimlərin və şagirdlərin tədris yükünü tənzimləyir; tədris məşğələlərinin cədvəlini tərtib edir;məktəbdə metodik işə, pedaqoji innovasiyaların tətbiqinə rəhbərlik edir; müəllimləri pedaqoji mədəniyyətlərini yüksəltdiklərinə görə stimullaşdırır. Direktorun müavinlərinin vəzifələri məktəbin nizamnaməsində müəyyən olunmuşdur. Bu sənəddə tədristərbiyə üzrə iş bir neçə müavin arasında funksional vəzifələrin bölüşdürülməsi əsaslandırılmışdır. Direktorun idarəetmə fəaliyyətinin effektliyi məktəbin inzibati aparatında hüquqların və vəzifələrin məqsədəuyğun dəqiq bölüşdürülməsindən çox asılıdır. Məktəb direktoru lazım gəldikdə instruktiv və operativ müşavirələr, pedaqoji şuranın iclaslarını keçirir. Rəhbərlik metodları haqqında məsələ iş üslubu haqqında məsələ ilə sıx bağlıdır. Üslub idarəetmə fəaliyyəti prosesində meydana çıxan bu və ya digər vəzifələrin və problemlərin həlli üçün həmin şəxs üçün daha çox tipik olan metodların məcmuyudur
Dostları ilə paylaş: |