Azərbaycan Respublikası təhsil siyasətində prioritetlər



Yüklə 129,36 Kb.
səhifə14/38
tarix10.01.2022
ölçüsü129,36 Kb.
#110576
1   ...   10   11   12   13   14   15   16   17   ...   38
Parametrik təhlil təhsil prosesinin gedişi və nəticələri haqqında gündəlik informasiyanı öyrənmək, prosesə mane olan səbəbləri aşkar etmək məqsədini güdür. Parametrik təhlilin yekunlarına görə tam pedaqoji prosesin gedişini tənzimləmək üçün düzəlişlər və dəyişikliklər aparılır. şagirdlərin cari yetirməsi, gün ərzində, həftə ərzində siniflərdə və məktəbdə intizam, dərslərə və sinifdənxaric məşğələlərə davamiyyət, məktəbin sanitar vəziyyəti, dərs cədvəlinə riayət olunması və başqa məsələlər parametrik təhlilin predmetidir. Dərslərə və sinifdənxaric məşğələlərə məktəb direktorunun və onun müavinlərinin baş çəkməsi onların apardıqları parametrik təhlilin əsas məzmununu təşkil edir. Parametrik təhlilin nəticələrinin qeydə alınması, onların sistemləşdirilməsi və iĢlənməsi tematik pedaqoji təhlil üçün şərait yaradır.

Tematik təhlil pedaqoji prosesin gedişindəki daha sabit, təkrar olunan asılılıqları və onun nəticələrini öyrənməyi nəzərdə tutur. Sinif və sinifdənxaric fəaliyyətin öyrənilməsinə sistemli yanaşma tematik təhlilin məzmununda özünü daha çox göstərir. Əgər parametrik təhlilin predmeti ayrıca bir dərs və ya sinifdənxaric məşğələ ola bilərsə, tematik təhlilin predmeti dərslər sistemi, sinifdənxaric məşğələlər sistemi ola bilər. Direktor və ya onun müavini müəllimin ancaq bir neçə dərsini, məşğələsini təhlil edəndən sonra onun iş sistemi haqqında tam təsəvvür ala bilər.Aşağıdakı komleks problemlər tematik təhlilin məzmununu təşkil edir: təlim metodlarının optimal əlaqələndirilməsi, şagirdlərin biliklər sisteminin formalaşdırılması, müəllimlərin, sinif rəhbərlərinin əxlaq, estetik, fiziki, intellektual tərbiyəsi üzrə iş sistemi; pedaqoji mədəniyyətini yüksəltmək üzrə müəllimin iş sistemi; məktəbdə innovasiya mühitini formalaşdırmaq üzrə pedaqoji kollektivin fəaliyyəti .Parametrik təhlilin məlumatlarına istinad edərək məktəbin rəhbərləri analitik işin gedişində yekun təhlilin məzmunu və texnologiyasını hazırlayır və əsaslandırır.

Yekun təhlil rübün sonunda, tədris ilinin yarısında və axırında keçirilir, əsas nəticələri və onlara nail olma səbəblərini öyrənmək məqsədini güdür. Yekun təhlil idarəetmənin bütün funksiyalarının həyata keçməsi üçün şərait hazırlayır. Yekun təhlil haqqında informasiya parametrik və tematik təhlil haqqında məlumatlardan, rüblük, yarım illik yoxlama işlərindən, müəllimlərin, ictimai təşkilatların təqdim etdikləri rəsmi hesabatlardan, arayışlardan yaradılır.Beləliklə, pedaqoji təhlilin əsas obyektləri təlimin təşkili formalarıdır ki, bu hər şeydən əvvəl dərsdir,sinifdənxaric məşğələlər, tədbirlər və tədris ilində məktəbin işinin yekunlarıdır. Bu obyektlər uşaqların təhsiltərbiyəsi üzrə bütün müxtəlif məqsədləri, vəzifələri, məzmunu, forma və metodları özündə birləşdirir.Məktəb rəhbərlərinin daim diqqət mərkəzində duran obyekt dərslərə girmək və onların pedaqoji təhlilidir.Məktəb rəhbərlərinin idarəetmə fəaliyyətində dərsin təhlilinin üç növü nəzərə çarpır: geniş təhlil, qısa təhlil, aspekt təhlil (dərsin hər hansı bir tərəfini öyrənmək).


Yüklə 129,36 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin