Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ azəRBAYCAN turizm institutu



Yüklə 162,65 Kb.
səhifə1/3
tarix21.10.2017
ölçüsü162,65 Kb.
#7307
növüReferat
  1   2   3


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
AZƏRBAYCAN TURİZM İNSTİTUTU

_____________________________________________________________________________________________

"Mühasibat uçotu" fənnindən



REFERAT İŞİ

Turizm və sosial mədəni sahədə servis xidməti ixtisası üzrə qiyabi şöbəsinin ikinci kurs, TSMQ 0701 qrupunun tələbəsi Cəbiyev Cavid


Müəllim: Əliyev Rəşad


BAKI-2009

1. Mühasibat uçotunun mahiyyəti və məzmunu – Bazar münasibətləri sistemində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə müxtəlif növ mülkiyyət formalarına məxsus saysız-hesabsız müəssisələr fəaliyyət göstərir. Müəssisənin təşkili prosesindən başlayaraq, onun bütün fəaliyyət müddəti fasiləsiz olaraq uçot vasitəsilə əks etdirilir. Uçot iqtisadiyyatın bütün sahələrini əhatə etməklə, onun əsasını təşkil edir. İqtisadi subyektlərin inkişaf səviyyəsi, xalq təsərrüfatı sahəsinin digər bölmələri ilə əlaqəsi, dünya bazarında mühüm yer tutması uçot göstəriciləri ilə xarakterizə olunur. Müəssisələrin normal və uzunmüddətli fəaliyyət göstərməsi ilk növbədə uçot siyasətinin düzgün tərtib olunmasından bilavasitə asılıdır.

Mühasibat uçotu özünün məzmunu və əhəmiyyətinə görə təsərrüfat fəaliyyətinə nəzarətin əsas forması hesab olunur. Mühasibat uçotu fasiləsiz olaraq aparılan ciddi sənədləşdirilmiş uçotdur. Ölkəmizdə fəaliyyət göstərən bütün növ müəssisələr, sahibkarlar (hüquqi və fiziki şəxslər) gəlirlə və ya gəlirsiz işləməyindən asılı olmayaraq mühasibat uçotu aprmağa borcludurlar. Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin, ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətini, natural göstəricilər, eyni zamanda pul ifadəsində fasiləsiz, başdan-başa sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı, əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının hesablar planında ikili yazılış üsulu ilə qaydaya salınma sistemini özündə əks etdirir.

Xalq təsərrüfatının müxtəlif sahələrində yuxarıda göstərilən natural və pul ölçüləri ilə yanaşı sərf edilmiş iş vaxtının miqdarı - gün, saat, dəqiqə və s. nəzərə alınmaqla, əmək ölçülərindən də istifadə olunur. Natural ölçülərin köməyi ilə əmtəələr, xammal, yanacaq, materiallar, mallar, əsas fondlar, çəki, həcm, uzunluq, sahə vahidləri ilə (kiloqramla, metrlə, hektarla, litrlə, ədədlə və s.) uçota alınır. Lakin uçotda ən çox istifadə olunan pul ölçüləridir (manat, qəpik, xarici ölkə valyutaları və s.). Mühasibat uçotu obyektlərinə pul və natural formada olan əmlak, istehsal ehtiyatları, hazır məhsullar, əsas vəsaitlər, qeyri-maddi aktivlər, pul vəsaitləri, qiymətli kağızlar, maliyyə qoyuluşları, hesablaşmalar, əsas fondların və digər qiymətlilərin köhnəlməsi, kreditlər, borclar, məsrəflər, gəlir və xərclər, mənfəət və zərərlər, nizamnamə, ehtiyat və başqa fondlar, eyni zamanda hesablar planında nəzərdə tutulan digər obyektlər aid edilir.
2. Mühasibat uçotunun hesablar sistemi – Müəssisənin vəsaitlərini və onların əmələgəlmə mənbələrini dəyər ölçüsündə xarakterizə edən mühasibat balansı təsərrüfat fəaliyyətində baş verən bütün dəyişilikləri tam dəqiqliklə göstərə bilmir. Bunlarla yanaşı xammal, mal-material dəyərlərini natural göstəricilər əsasında balansda göstərmək qeyri mümkündür. Bütün bu çətinlikləri aradan qaldırmaq üçün mühasibat uçotu hesablar sistemindən istifadə edilir. Mühasibat uçotu hesabları, müəssisənin vəsaitlərinə, onların əmələgəlmə mənbələrinə operativ surətdə nəzarət etmək və iqtisadi cəhətdən oxşar təsərrüfat əməliyyatlarını həm pul, həm də natural ölçülər üzrə qruplaşdırmaq üçün nəzərdə tutulmuşdur. Belə ki, hər bir təsərrüfat vəsaitinin növünü, onun mənbələrini uçot prosesində qeyd etmək üçün ayrıca hesablar açılır. Məsələn, materiallarla bağlı əməliyyatları uçota almaq üçün «Materiallar» hesabı açılır, kassada olan bütün pul vəsaitlərinin uçotu üçün «Kassa» hesabından istifadə edilir və s.

Təsərrüfat fəaliyyəti prosesində balansın maddəsi artır, yaxud azalır. Eyni zamanda balansın iki maddəsi dəyişdiyindən, onlar ayrı-ayrılıqda uçota alınır. Bu məqsədlə mühasibat hesabı ikitərəfli cədvəl formasında olur. Hesabın sol tərəfi «Debet», sağ tərəfi «Kredit» adlanır. Hesab aşağıdakı sxem formasında olur.




Hesab

Debet

Kredit

Ümumiyyətlə, maliyyə-mühasibat hesabatlarında öncə təsərrüfat vəsaiti və onun mənbələrinin ilk vəziyyəti, qalıqlar göstərilir ki, mühasibat uçotunda buna saldo deyilir.

Hesablar mahiyyətinə görə aktiv, yaxud passiv olurlar. Təsərrüfat vəsaitinin tərkibini və hərəkətini uçota almaq üçün nəzərdə tutulan hesablar aktiv hesablar adlanır. Aktiv hesablarda ilk saldo (qalıq) və bütün artma debetdə, azalma isə kreditdə yazılır.

Aktiv hesabın quruluş sxemi - Vəsaitin adı

Debet

Kredit

Vəsaitin ilk qalığı

-

Vəsaitin artması (+)

Vəsaitin azalması (-)

Son qalıq

-

Təsərrüfat vəsaitlərinin əmələgəlmə mənbələrinin vəziyyəti və hərəkətini uçota almaq üçün nəzərdə tutulmuş hesablar passiv hesablar adlanır.

Passiv hesabda ilk saldo (qalıq) və bütün artma kreditdə, azalma isə debetdə yazılır.

Passiv hesabın quruluş sxemi - Vəsait mənbəyinin adı

Debet

Kredit

-

Vəsait mənbəyinin ilk qalılğı

Vəsait mənbəyinin azalması (-)

Vəsait mənbəyinin artması (+)

-

Son qalıq

Göründüyü kimi, aktiv və passiv hesabların quruluşu eyni olmur. Aktiv hesablarda debet artmanı, kredit azalmanı, passiv hesablarda isə debet azalmanı, kredit artmanı göstərir. Müəyyən bir hesabat dövrü ərzində hesablara yazılmış məbləğlərin yekunu dövriyyə adlanır. Debet və kredit dövriyyələrinin cəmi bərabər olur.

Aktiv hesabın son qalığını tapmaq üçün qalıq üzərinə debet üzrə dövriyyəni əlavə edib, kredit dövriyyəni çıxmaq lazımdır.

Passiv hesabın son qalığını tapmaq üçün isə əksinə olaraq, ilk qalığın üzərinə kredit üzrə dövriyyəni əlavə edib, debet dövriyyəni çıxmaq lazımdır.

Beləliklə, hər bir mühasibat əməliyyatı balansın iki maddəsində əks olunur və bu vaxt maddənin birində olan dəyişiklik məbləği digərində olan məbləğə bərabər olur. Deməli, belə qənaətə gəlmək olar ki, hər bir təsərrüfat əməliyyatı bir-biri ilə qarşılıqlı surətdə bağlı olan hesablara – bir hesabın debetinə, digər hesabın kreditinə eyni məbləğdə yazılır. Mühasibat əməliyyatları zamanı hesablar arasındakı əlaqə hesabların müxabirələşməsi, hesabların özləri isə müxabirələşən hesablar adlanır. Hesabların müxabirələşməsi mühasibat köçürmələri ilə ifadə olunur. Qeyd etmək lazımdır ki, mühasibat köçürmələri uçotun əsasını təşkil edir. Yəni ilk yazılışların dəqiq verilməsi maliyyə-mühasibat hesabatlarının düzgün tərtib olunması üçün əsas faktordur.

Hər hansı bir əməliyyatın eyni məbləğdə, bir hesabın debetinə, digər hesabın kreditinə yazılmasının daha bir vacib əhəmiyyəti ondan ibarətdir ki, debet və kredit dövriyyələri bərabər olur, nəticədə səhv yazılış olduqda onun aşkar edilməsi asanlaşır.

Maliyyə-mühasibat hesabının daha aydın və yığcam olması üçün müxtəlif formalı cədvəllərdən istifadə olunur. Uçotda xammalın, mal-material ehtiyatlarının, müxtəlif hesablaşmaların hesabatında dövriyyə cədvəllərindən geniş istifadə olunur. Bu da öz növbəsində sintetik və analitik dövriyyə cədvəllərinə bölünür. Sintetik dövriyyə cədvəlində ancaq dəyər ifadəsində məbləğlər yazılır, analitik dövriyyə cədvəlində isə məbləğlə yanaşı müxtəlif vəsaitlərin ölçü vahidi, miqdarı göstərilir.

Sintetik hesablar üzrə dövriyyə cədvəlinin nəzərə çarpacaq cəhəti ondan ibarətdir ki, burada üç cüt bir-birinə bərabər yekun məbləğlər olur. Bütün hesabların iki tərəfli qeydə alınması nəticəsində debet və kredit dövriyyələrinin də cəmi eyni olur. Aktiv hesabın son qalığını tapmaq üçün ilk qalığın üzərinə debet dövriyyəni əlavə edib kredit dövriyyəni çıxmaq lazımdır.

Passiv hesablarda isə əksinə, ilk qalığın üzərinə kredit dövriyyəni əlavə edib debet dövriyyəni çıxmaq lazımdır.

Yekunların bərabər olmamaları haradasa səhv edildiyini göstərir. Bunun da səbəbi ilk qalıqların düzgün yazılmaması, mühasibat köçürməsinin düzgün verilməməsi və s. ola bilər. Bütün hallarda sintetik hesablar analitik hesablarla tutuşdurulub yoxlanılmalı və dəqiqləşdirilməlidir.


3. Mühasibat balansıHesabat dövrünün son gününə müəssisə və digər təsərrüfat subyektlərinin əmlak və maliyyə vəziyyətini dəyər ifadəsində əks etdirən maliyyə hesabatıdır. Mühasibat balansı maliyyə-təsərrüfat fəaliyyəti hesabatının əsasını təşkil edir. Bunun üçün təsərrüfat vəsaitinin tərkibi və onun əmələgəlmə mənbələrini bilmək vacibdir. Elə bu məqsədlə mühasibat balansı tərtib edilir. Mühasibat balansı müəyyən tarix təsərrüfat vəsaitinin tərkibi, yerləşməsi və onların əmələ gəlməsi mənbələrini pul ifadəsində göstərir. Qrafik təsvirdə balans iki tərəfə, aktiv və passiv tərəfə bölünən cədvəl formasında olur. Bəzi ölkələrdə, məsələn, ABŞ-da balans 3 hissədən- aktiv, passiv və xüsusi kapital hissələrindən ibarətdir. Yekunda passivlə xüsusi kapitalın cəmi aktivə bərabər olmalıdır.

Balansın aktiv tərəfi təsərrüfat vəsaitinin tərkibini və yerləşməsini göstərir.

Balansın passiv tərəfi isə təsərrüfat vəsaitinin əmələgəlmə mənbələrini və onların məqsədli təyinatını əks etdirir.
Mühasibat balansı

Aktiv

Passiv

Təsərrüfat vəsaitinin tərkibi və yerləşməsi

Təsərrüfat vəsaitinin əmələgəlmə mənbələri və məqsədli təyinatı

Bütün təsərrüfat vəsaiti və mənbələri qarşılıqlı surətdə dəyər ölçüsü ilə (manat və s.) əks olunduğundan aktivin yekunu həmişə passivin yekununa bərabər olmalıdır. Çünki eyni vəsait aktivdə tərkibi və yerləşməsinə görə, passivdə isə əmələgəlmə mənbəyi və təyinatına görə göstərilir. Ümumiyyətlə, balansda bütün vəsaitlər qruplaşdırılmış şəkildə verildiyindən, balans həcm etibarilə yığcam, öyrənmək üçün münasib olur. Hər bir vəsait növləri balans maddələrində göstərilir. Balans maddələri qruplarda, qruplar isə bölmələrdə birləşdirilir.



Qeyd: Dəyərin rəqəmlə ifadə olunması zamanı minlikləri ayırmaq üçün «nöqtə», manatla qəpiyi ayırmaq üçün «vergül» istifadə olunmalıdır.

İstənilən təsərrüfat əməliyyatı balansın iki maddəsində əksini tapır, həm də hər iki maddə eyni məbləğdə dəyişdiyindən, heç bir halda balansın bərabərliyi pozulmur.

Ümumiyyətlə götürüldükdə istənilən təsərrüfat əməliyyatı zamanı aşağıda göstərilən hallardan biri baş verir:

- aktivin maddələrindən biri azalır, digəri artır

- passivin maddələrindən biri azalır, digəri artır

- aktivin, eyni zamanda passivin maddələrindən biri artır

- aktivin, eyni zamanda passivin maddələrindən biri azalır

Qeyd etmək lazımdır ki, hər bir təsərrüfat əməliyyatı birbaşa balansda əks etdirilmir. Çünki bu halda hər əməliyyatdan sonra balans tərtib etmək lazım gələrdi. Bu isə praktiki cəhətdən mümkün deyildir. Bütün bunlar sadəcə olaraq mühasibat uçotu hesabları vasitəsilə həyata keçirilir.


4. Xərc maddələri üzrə məsrəflərin uçotu – Məhsulun maya dəyəri makroiqtisadiyyatın bütün sahələrinin işini əks etdirən ən mühüm göstərici kimi özünü göstərir.

İstehsalın səmərəliliyini xarakterizə edən göstəricilərin ümümi sistemində əsas yeri maya dəyəri tutur. Maya dəyərinin tərkibi onu əmələ gətirən məsrəflərlə müəyyən edilir.

Müəssisənin xərclərinin idarəedilməsi mürəkkəb prosesdir. Öz mahiyyətinə görə o, bütün müəssisənin fəaliyyətinin idarəedilməsi deməkdir. Fikrimcə istehsala məsrəflərin uçotunun mahiyyətinin tərifi, texniki tərəfdən başqa istehsalat fəaliyyətinin idarəetmə uçotunun təşkilinə yanaşma üsullarının müxtəlifliyini əhatə etməlidir. Beləliklə, məsrəflərin uçotunun məzmununun tərifi, onun müəssisələrdə təşkilinin modelləşdirilməsinə real ilkin şərait yaradır. Şəxsən uçot, idarəetmənin geriyə prosesi informasiya axını kimi, təkcə həqiqəti əks etdirmək deyil, həm də gələcəkdə müəssisənin iqtisadiyyatının modelləşdirilməsi üçün informasiya hazırlayacaqdır.

Maya dəyəri ümumiləşdirici (sintetik) göstərici hesab olunur. Çünki onun həcminə məhsulun istehsalı və satışı ilə əlaqədar olan bütün xərclər təsir edir. Maya dəyəri özünü keyfiyyət göstəricisi kimi də göstərir, ona görə ki, xərclərin həcmi müəssisənin işlərinin idarəedilməsi və təşkilinin keyfiyyətindən, xammalın, materialların, avadanlıqların, müxtəlif növ enerjinin və işçi qüvvəsinin səmərəli istifadə edilməsindən asılıdır.

Mühasibat uçotunun istehsal məsrəfləri bölməsində müəssisənin nizamnamə fəaliyyətinə uyğun məhsul, iş və xidmətlərin istehsalı prosesində mövcud olan bütün növ xərclər, material ehtiyatları, yanacaq, enerji, əmək ehtiyatları və digər məsrəflər uçota alınır. İstehsalat məsrəfləri uçotunun əsas mahiyyəti istehsalat fəaliyyətinə nəzarət və onun həyata keçirilməsi üçün məsrəflərin idarəedilməsidir. Hesablar planında müvafiq xərclərin hesabatı üçün əsasən aşağıdakı hesablardan istifadə olunur:

20 N-li “Əsas istehsalat”

21 N-li “Öz istehsalının yarımfabrikatları”

23 N-li “Köməkçi istehsalat”

25 N-li “Ümumi istehsalat xərcləri”

26 N-li “Ümumi təsərrüfat xərcləri”

28 N-li “İstehsalatda zay”

29 N-li “Xidmətedici istehsalat və təsərrüfatlar”

30 N-li “Qeyri-əsaslı işlər”

31 N-li “Gələcək dövrlərin xərcləri”

37 N-li “Məhsul (iş, xidmət) buraxılışı”

44 N-li “Tədavül xərcləri”

89 N-li “Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar”

Əgər müəssisənin fəaliyyət sferası çoxsahəlidirsə, yəni bir neçə növ məhsul (iş, xidmət) istehsal olunursa, onda müvafiq hesabların tərkibində hər növ məhsulun (işin, xidmətin) uçotu üzrə subhesab və analitik hesablar açılır. Əksinə bir növ məhsul (iş, xidmət) istehsalı ilə məşğul olan kiçik müəssisələr, firmalar bütün məsrəfləri bir hesabda (20 N-li “Əsas istehsalat”) uçota ala bilərlər.

Xərc maddələri üzrə məsrəflərin uçotu 20 N-li sintetik hesabda aparılır:

20 N-li “Əsas istehsalat” hesabı (aktiv, kalkulyasiya hesabıdır) müəssisənin yaradılmasının əsas məqsədi hesab edilən məhsulun (işin, xidmətin) istehsalına çəkilən məsrəflərin uçotu üçün nəzərdə tutulub.

Konkret müəssisənin istehsal məsrəfləri uçotunun əsas vasitələrinə iqtisadi nəticələrini nəzərə almaqla idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisənin müdiriyyətini informasiya ilə təmin etmək, hazır məhsulları qiymətləndirmək və maliyyə nəticələrini hesablamaq üçün buraxılan məhsulların maya dəyərini hesablamaq və quruluş bölmələrinin istehsal fəaliyyətinin iqtisadi nəticələrini aşkar etmək və qiymətləndirmək aid edilir.

Uçotda məhsul (iş, xidmət) istehsalı ilə bağlı xərclər 20 N-li “Əsas istehsalat” hesabının debetində toplanır. Köməkçi istehsalat, ümumistehsalat, ümumtəsərrüfat hesablarında əks olunan məsrəflər də istehsalat prosesinin sonunda əsas istehsalat hesabına silinirlər. Məhsul, iş və xidmətlər hazır olduqdan sonra məhsul 20 N-li hesabın krediti digər hesabların (40, 46 N-li və s.) debeti üzrə yazılış verilərək, anbara mədaxil olunur, yaxud satışa verilir. Tam hazır olmayan, habelə sifarişçi tərəfindən qəbul edilməyən işlər (balansda 20 N-li hesabın debet qalığı) bitməmiş istehsal adlanır. Hazırlanmış məhsulun, iş və xidmətlərin maya dəyərini dəqiq hesablamaq üçün istehsala buraxılan material ehtiyatlarının hərəkətinə dəqiq nəzarət etmək lazımdır. Bəzi dolayı məsrəflər (nəqliyyat-tədarük, əmək haqqı, sosial sığorta, təmir, amortizasiya və s. xərclər) faiz nisbətində hesablanaraq müəyyən hissəsi bitməmiş istehsala aid edilir.

Köməkçi istehsalat hesabı, adından göründüyü kimi, əsas istehsal fəaliyyəti üçün, yardımçı olan istehsal məsrəfləri üçün nəzərdə tutulub. Bunlara, enerjinin müxtəlif növləri üzrə xidmət, nəqliyyat, alət və ehtiyat hissələrinin hazırlanması, təmir və s. məsrəflər aiddir.

Ayrı-ayrı istehsal, sex, şöbələrin işlərinə xidmət və onların idarə edilməsi ilə ələqədar olan xərclər ümumistehsalat, bütünlüklə müəssisənin idarə edilməsi və ona rəhbərliklə əlaqədar məsrəflər isə ümumtəsərrüfat xərcləri adlanır.

Həmçinin xərclər dəyişən və şərti sabit olur. Birinciyə material xərcləri, istehsalla bilavasitə əlaqəli olan əmək haqqı və sosial sığortaya ayırmalar və s. aiddir. Sabit xərclərə icarə haqqı, digər kommunal və başqa məsrəflər daxildir.

İndi bazar iqtisadiyyatı şəraitində müəssisələr (firmalar, şirkətlər) sifarişçilərin təklifinə uyğun müxtəlif çeşidli, çoxlu sayda məhsul (iş, xidmət) istehsalı ilə məşğul olduğu vaxt qiymətlərin, dizaynın, quruluşun, çeşidin tez-tez dəyişməsi əvvəlcədən məhsulun maya dəyərini hesablamaq müəyyən qədər çətinliklər yaradır. Ona görə də hazırki şəraitdə məhsulun hər vahidinin (işin, xidmətin) hazırlanma dəyərinin faktik çəkilmiş xərclərə görə hesablanması məqsədəuyğundur.

İstehsal məsrəfləri təyinatına görə birbaşa (müstəqim) və dolayı (qeyri-müstəqim) olurlar.

Birinciyə, məhsulun hazırlanmasında, işin, xidmətin yerinə yetirilməsində birbaşa istifadə olunan material, yanacaq və s. ehtiyatlar, eyni zamanda bu işləri yerinə yetirən işçilərə hesablanmış əmək haqqı və digər fondlara ayırmalar, istehsal sexi ilə bağlı olub məhsulun maya dəyərinə aid olan başqa xərclər daxildir.

İkinciyə, ümumiyyətlə, müəssisənin idarə edilməsi ilə bağlı olan xərclər aiddir (rəhbər işçilərin əmək haqqı, rabitə, telefon, dəftərxana xərci, bank kreditlərinə görə faizlər, bank xidməti və s.). Bunlar hesabat dövrünün sonunda uçot və kalkulyasiya sahə təlimatlarına uyğun şəkildə bölüşdürülərək, ayrı-ayrı məhsulların (işlərin, xidmətlərin) maya dəyərinə silinir. Bunun üçün müxtəli formalı cədvəllərdən istifadə olunur.

Müəssisələrdə məhsulun maya dəyərini məsrəflərə görə bi neçə mərhələyə bölmək olar: sex maya dəyəri – buraya birbaşa xərclər və ümumistehsalat məsrəfləri daxildir; istehsal maya dəyəri – birbaşa və dolayı xərclərin cəmindən ibarətdir; tam maya dəyəri – istehsal maya dəyərinin üzərinə əlavə edilmiş satış xərcləri, vergi və rüsumların cəmindən ibarətdir.
5. Reallaşdırma prosesinin uçotu – Reallaşdırma prosesinin uçotu 46 N-li sintetik hesabda aparılır:

46 N-li “Məhsul (iş, xidmət) satışı” hesabı (aktiv, əməliyyat-nəticəli hesabdır) məhsulların, malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin satışı prosesi haqqında, eyni zamanda bunların satışından əldə olunan maliyyə nəticələrini əks etdirir.

Müəssisələrdə istehsal olunmuş məhsulların, işlərin və xidmətlərin, malların və digər vəsaitlərin satışı üçün 46 N-li “Məhsul (iş, xidmət) satışı” hesabından istifadə edilir. Həmçinin burada göstərilən qiymətlərin satışından əldə olunan maliyyə nəticələri müəyyən olunur. Xüsusən burada aşağıdakıların maya dəyəri və satışından daxil olan pul vəsaitləri əks olunur:

- sənaye, kənd təsərrüfatı və digər müəssisələrin hazır məhsulunun və öz istehsalının yarımfabrikatlarının;

- sənaye xarakterli iş və xidmətlərin;

- satın alınan məmulatların;

- tikinti, quraşdırma, layihə-axtarış, geoloji-kəşfiyyat, elmi tədqiqat və s. işlərin;

- ticarət, təchizat və satış müəssisələrindəki malların;

- nəqliyyat müəssisələrində yük və sərnişin daşınması üzrə xidmətlərin;

- minik avtomobillərinin icarəyə verilməsi və avtomobillərin daşınması üzrə xidmətlərin;

- rabitə müəssisələrinin göstərdikləri xidmətlərin.

Əsas vəsaitlərin və digər aktivlərin satışı müvafiq olaraq 47 N-li “Əsas vəsaitlərin satışı və sair xaricolmaları”, 48 N-li “Sair aktivlərin satışı” hesablarında uçota alınır.

Satışdan gələn gəlir dəyəri ödənilmiş məhsullara (işlərə, xidmətlərə) görə müəyyən edildikdə, vergitutma məqsədi ilə 46 N-li “Məhsul (iş, xidmət) satışı” hesabında əks etdirilmiş satış məbləği əsas götürülür. Satışdan gələn gəlir yüklənmiş məhsullara (işlərə, xidmətlərə) görə müəyyən edildikdə isə, hesabat dövrünün əvvəlinə yüklənmiş mal qalığının üzərinə hesabat dövrü ərzində yüklənmiş malların dəyərini gəlib hesabat dövrünün sonuna yüklənmiş malların dəyərini çıxmaq lazımdır.

Məhsulların (işin, xidmətlərin) satışı prosesində büdcəyə hesablanan vergilər və rüsumlar da 46 N-li (47,48) hesabda uçota alınır. Bunlara əlavə dəyər vergisi, aksizlər, mədən vergisi və digərləri aiddir.

Hesabat dövrünün sonunda maliyyə nəticəsini müəyyən etmək üçün satış hesablarında heç bir qalıq qalmamaq şərtilə 80 N-li “Mənfəət və zərər” hesabına silinir (mənfəət əldə olunubsa debet-46, kredit-80, zərər olduqda isə debet-80, kredit-46 yazılışı verilir).


6. Pul vəsaitlərinin uçotu – Bu bölmədə milli və xarici valyutadan ibarət olmaqla müəssisənin kassasında, hesablaşma hesabında, ölkə ərazisində və xarici banklardakı valyuta hesablarında və digər hesablarda olan pul vəsaitlərinin, qiymətli kağızların, həmçinin ödəniş və pul sənədlərinin mövcudluğu və hərəkəti uçota alınır.

Respublika ərazisində xarici valyutadan ibarət olan pul vəsaitləri və onlarla aparılan əməliyyatlar Milli Bankın həmin tarixə qüvvədə olan məzənnəsi üzrə manatla uçota alınır. Hər dəfə məzənnə dəyişdikcə pul vəsaitləri yenidən qiymətləndirilir.

Azərbaycan Respublikası ərazisində xarici investisiyalı müəssisələrin birgə fəaliyyəti zamanı nizamnamə kapitalına xarici valyutalarla qoyduqları paylar onların dövlət qeydiyyatına alındığı anda AR Milli Bankının xarici valyutaların manata olan məzənnəsinə uyğun hesablanır.

Pul vəsaitlərinin uçotu 50 N-li “Kassa”, 51 N-li “Hesablaşma hesabı”, 52 N-li “Valyuta”, 55 N-li “Banklarda olan xüsusi hesablar”, 56 N-li “Pul sənədləri”, 57 N-li “Yolda olan köçürmələr” hesablarında aparılır. Bu hesabların hamısı aktiv, pul hesablarıdır.



50 N-li “Kassa” hesabı müəssisənin kassasındakı pul vəsaitlərinin mövcudluğu və hərəkəti üçün nəzərdə tutulub.

51 N-li “Hesablaşma hesabı” hesabı müəssisənin bankdakı hesablaşma hesabında milli valyuta ilə pul vəsaitlərinin hərəkəti haqqında məlumatları əks etdirir.

52 N-li “Valyuta” hesabı ölkə daxilində və xaricində banklardakı valyuta hesablarında olan xarici valyuta ilə pul vəsaitlərinin mövcudluğunu əks etdirir.

55 N-li “Banklarda olan xüsusi hesablar” hesabı milli və xarici valyuta ilə ölkə ərazisində və xaricdəki akkreditivlərdə, çek kitabçalarında və digər ödəmə sənədlərində pul vəsaitlərinin mövcudluğunu və hərəkətini əks etdirir.

56 N-li “Pul sənədləri” hesabı müəssisənin kassasında olan pul sənədlərinin (poçt, dövlət rüsumu, veksel markalarının, dəyəri ödənilmiş təyyarə biletlərinin, istirahət evlərinə və sanatoriyalara alınmış putyovkaların və s.) mövcudluğu və hərəkəti üçün nəzərdə tutulub.

57 N-li “Yolda olan köçürmələr” hesabı yolda olan milli və xarici valyutalardan ibarət pul köçürmələrinin, müəssisənin hesablaşma, yaxud digər hesablara köçürülmək üçün bankların kassalarına verilən, lakin təyinatı üzrə köçürülməmiş pul vəsaitlərinin hərəkəti üçün nəzərdə tutulub.

Müəssisələr öz aralarında olan qarşılıqlı hesablaşmaları əsasən bank vasitəsilə nağdsız formada həyata keçirirlər. Lakin bununla yanaşı müəssisələrdə müəyyən məqsədlər üçün (əmək haqqı ödənişləri, ezamiyyə xərcləri, təsərrüfat xərcləri üçün təhtəlhesab şəxsə verilən ödənişlər və s.) nağd puldan istifadə etmək zərurəti yaranır. Bunu nəzərə alaraq, müəssisələr bankın müəyyən etdiyi limit daxilində kassada nağd pul vəsaiti saxlayırlar. Həmçinin nağd pulla satış aparılan müəssisələrdə gün ərzində daxil olan pul vəsaitləri kassaya mədaxil edilrək, iş gününün sonunda normadan artıq məbləğ banka təhvil verilir. Bütün bu nağd pul vəsaitlərinin mövcudluğu və hərəkəti kassa hesabatı vasitəsilə tənzimlənir.

Bu məqsədlə hesablar planına uyğun olaraq 50 N-li “Kassa” hesabı müəssisə və təşkilatların kassalarında olan pul vəsaitlərinin mövcudluğu və hərəkətini uçota almaq üçün nəzərdə tutulub.

Hazırda sahibkarlıq fəaliyyətində, digər müəssisələrlə (şəxslərlə) qarşılıqlı hesablaşmaların dəqiq və operativliyini təmin etmək üçün bank vasitəsilə köçürmələrdən daha çox istifadə edilir.

Hesablar planına uyğun olaraq 51 N-li “Hesablaşma hesabı” müəssisənin bankdakı hesabında AR-nın milli valyutası olan manatla pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulub. Hesablaşma hesabı üzrə əməliyyatların aparılması qaydası Milli Bank, Maliyyə Nazirliyi, Vergi və digər dövlət orqanlarının normativ sənədləri ilə tənzimlənir. 51 N-li “Hesablaşma hesabı” aktiv hesab olunduğundan pul vəsaitlərinin daxil olması hesabının debetindən xaric olması, yəni silinməsi kreditində göstərilir. Pul vəsaitləri hesablaşma hesabına aşağıdakı mənbələrdən daxil ola bilər; kassada olan artıq pul məbləğinin banka təhvil verilməsi, köçürmə yolu ilə satılmış məhsullardan, iş və xidmətlərdən daxil olmalar, yaxud avans məbləğlər və s. Vəsaitlərin hesabdan silinməsi əsasən büdcəyə və digər kreditorlara olan borclarının ödənilməsinə yönəldilir.


Yüklə 162,65 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin