Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ


Kreditor borcunun idarə edilməsi



Yüklə 362 Kb.
səhifə17/28
tarix31.12.2021
ölçüsü362 Kb.
#112389
1   ...   13   14   15   16   17   18   19   20   ...   28
91653725-Maliyyə-menecmenti

Kreditor borcunun idarə edilməsi – məhsul buraxılışının həcmini artırmaq və faiz ödəmələrini minimuma endirmək üçün müəssisənin kreditor borcunun formalaşması və onun vəziyyətinə nəzarət tədbirləri kompleksidir. Bank kreditlərinin müxtəlif formaları qısamüddətli maliyyələşdirmənin əsas mənbələrindən biridir. Belə formaların ən sadəsi təmin edilməmiş ssudalardır. Tez-tez qısamüddətli bank kreditlərinə ehtiyacı olan müəssisələr onlara kredit xətti açılması barədə bankla razılığa gələ bilər. Bu, həmin müəssisələrin istənilən vaxt müəyyən limit həddində borc pul almalarına imkan verir. Kredit xətti adətən bir il müddətinə açılır və bankın kredit komitəsinin ciddi diqqət obyektinə çevrilir. Əgər kredit xəttindən müəssisənin layihələrinin uzunmüddətli maliyyələşdirilməsi üçün istifadə edilərsə, banklar narahat olur. Adətən, onlar müəssisənin kredit xətti üzrə borclarının vaxtaşırı “təmizlənməsini” tələb edirlər.

Kredit verilməsi üçün çox vaxt girov qoyulması şərti irəli sürülür. Ən likvid girov - qiymətli kağızlardır. Lakin bank debitor borcu və ya ehtiyatlar şəklində “dəyişkən girov” da qəbul edə bilər. Bu halda bank girovun real identifikasiyasını və onun nəzarət altında olmasını yəqin etmək üçün ehtiyat tədbirləri görə bilər. Məsələn, müəssisə debitor borcu müqabilində kredit alanda o, bütün əmtəə satışları barədə banka məlumat verməyə borcludur, debitorların yekun hesabları bankda girov qoyulmalıdır. Müştərilər hesablar üzrə ödəniş etdikdə pullar bankın nəzarəti altında olan xüsusi girov hesabına daxil olur. Eyni qayda ilə müəssisə xammal ehtiyatlarının müqabilində borc pul alanda bank həmin ehtiyatların müstəqil anbar şirkətində saxlanmasını təkid edəcəkdir. Əmtəələr üçün anbar şəhadətnaməsi bankda olduğu müddətdə bankın icazəsi olmadan həmin əmtəələr satıla bilməz.

Bankların kreditlər üzrə müəyyən etdiyi faiz dərəcəsi həm borc kapital cəlb edilməsi üçün alternativ xərcləri, həm də bankın kredit bölməsinin xərclərini ödəmək üçün kifayət həcmdə olmalıdır. Nəticədə iri daimi borc alanlar bu qənaətə gəlirlər ki, bank sistemindən istifadə etməmək, özlərinin qiymətli kağızlar şəklində qısamüddətli öhdəliklərini buraxmaq daha ucuz başa gələr. Bu cür borcların əsas olmaması istiqrazlardır. Lakin maliyyə menecerləri yadda saxlamalıdırlar ki, pulun çatışmadığı çətin dövrdə bank özünün daimi müştərilərinə üstünlük verəcəkdir. Buna görə də müəssisələrin yalnız az bir qismi hətta istiqrazların asanlıqla satıldığı yaxşı vaxtlarda da banklardan daim yan keçirlər.


Yüklə 362 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin