2. Verilmə istiqamətinə görə:
- istehlak krediti;
- istehsal krediti;
- ticarət krediti;
- kənd təsərrüfatı krediti.
3. İstifadə müddətinə görə:
- tələbolunanadək (müddətsiz);
- müddətli kreditlər;
müddətli kreditlər özləri də öz növbəsində:
- qısamüddətli (1 ilə qədər);
- orta müddətli (1 ildən 3 ilə qədər);
- uzunmüddətli (3 ildən yuxarı).
Bir illik qısamüddətli kreditlər əsasən dövriyyə fondunu formalaşdıran kreditlərdir. Orta və uzunmüddətli kreditlər isə əsas fondun formalaşmasında iştirak edirlər.
4. Həcminə görə:
- irihəcmli kreditlər;
- orta həcmli kreditlər;
- xırda həcmli kreditlər.
5. Təminatına görə:
- təminatlı kreditlər (bunlara girovlu, zəmanətli, sığortalı kreditlər);
- təminatsız kreditlər (blanklı kreditlər).
6. Verilmə üsuluna görə:
- təminatlı kreditlər;
- ödənişli kreditlər.
I halda yəni, təminatlı kredit növündə kredit borclarının hesablaşma hesabına mal-material qiymətlərinə qoyulmuş xüsusi vəsaitin ödənilməsinə yönəldilir.
II halda isə yəni, ödənişli kredit növündə kredit borclarına ödəniş üçün təqdim olunan hesablaşma pul sənədlərinin ödənilməsinə yönəldilir.
7. Ödənilmə üsuluna görə:
- hissə-hissə ödənilən möhlətli kreditlər;
- müəyyən olunmuş vaxtda tamam ödənilən kreditlər.
8. Geniş təkrar istehsalın istifadə sahələrinə görə:
- əsas fondların geniş təkrar istehsalında iştirak edən kreditlər;
- dövriyyə fondlarının təşkilində iştirak edən kreditlər.
Zamana və ya müddətinə görə kreditlər 3 cür olur: qısa müddətli kredit; orta müddətli kredit və uzun müddətli kredit. Qısa müddətli kreditlər adətən, 7 gündən - 1 ilədək müddətindədir. Kommersiya sferasında istifadə edilir. Orta müddətli kreditlər bir ildən üç ilədək müddətindədir. Adətən, sənaye və kənd təsərrüfatı sektoru orta müddətli kreditlərdən istifadə edirlər. Uzunmüddətli kreditlər isə investisiya sferasında istifadə edilməkdədir. Burada müddət üç ildən yuxarı olur. Şirkətlər uzun müddətli kreditlərdən əsas fondlarının təminatında istifadə edirlər.
Qısa müddətli kreditlər, müvəqqəti pula ehtiyacı olanlara açılır. Məsələn, bir sənayeçi xam maddə satın almaq, fəhlə və qulluqçuların əmək haqqını ödəmək üçün gərəkli pulun bir bölümünü kredit ilə əvəzləşdirir, kreditin müddətinə qədər istehsal etdiyi malların satışından əldə etdiyi qazancla krediti geri ödəyir. Orta və uzunmüddətli kreditlər, orta və uzunmüddətli finansman ehtiyacı üçün tələb edilir və bu kreditlərlə qoyulan investiya üçün ayrılan amortizasiya fondu ilə və ya mənfətlə geri ödənilir. Məsələn, bir fabriki qurmaq ya da mövcud fabriki genişləndirmək üçün uzunmüddətli kredit alan bir sənaye şirkəti aldığı krediti, gələcəkdə əldə edəcəyi mənfətlə ödəyir. Qısa, orta və uzun müddətli kreditlərin yuxarıda açıqlanan özəllikləri ayrı-ayrı kredit qurumlarının qurulmasına səbəb olmuşdur. Məsələn, qısa müddətli kreditlərə daha çox əmanət və kommersiya bankları, orta və uzun müddətli kreditlərə isə daha çox investisiya və inkişaf bankları vasitəçilik edirlər.
Borcun idarə olunması – dar mənada borc vəsaitinin alınmasından, əsas borc və faizlərinin ödənərək borcun bağlanmasına qədər həyata keçirilən işlərin məcmusudur. Geniş və elmi mənada isə pul və maliyyə siyasətindən ayrı olmaqla birlikdə, onlarla uyğunlaşdırılmış şəkildə aparılan borc siyasətidir.
Dostları ilə paylaş: |