Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ


Qalıq dividend siyasətindən



Yüklə 362 Kb.
səhifə24/28
tarix31.12.2021
ölçüsü362 Kb.
#112389
1   ...   20   21   22   23   24   25   26   27   28
91653725-Maliyyə-menecmenti

Qalıq dividend siyasətindən şirkətin investisiya imkanları qeyri-sabit olanda istifadə edilir. Bu zaman şirkət mənfəət hesabına ilk növbədə özünün investisiyaya ehtiyacını ödəyir, yerdə qalan hissə dividendlərin verilməsinə yönəldilir.

Ümumiyyətlə dividendlərin ödənilməsinə bəzi amillər təsir göstərir ki, onların əsasları bunlardır:



  • şirkətdə istehsal və ya xidmətin artım sürəti, onların keyfiyyəti. Şirkətin artım səviyyəsi nə qədər yüksəkdirsə, dividendlərin ödənilməsi ehtimalı da bir o qədər çoxdur;

  • məhdudlaşdırıcı müqavilələr. Bəzi şirkətlərdə dividendlərin ödənilməsini limitləşdirən məhdudlaşdırıcı kredit və ya sığorta müqavilələri olur;

  • şirkətdə rentabellilik. Dividendlərin bölüşdürülməsi və ödənilməsi şirkətlərin gəlirliliyindən birbaşa asılıdır;

  • gəlirlərin sabitliyi;

  • şirkətlərin kredit sazişlərinin şərtləri;

  • ölkədə vergiqoymanın və borc öhdəliklərinin səviyyəsi və s.

Mənfəətdən dividendlərin ödənilməsi üçün istifadə olunması mühüm əhəmiyyət kəsb edir, bir çox səhmdar cəmiyyətlərin strategiyasının önəmli probleminə çevrilir. Çünki dividend siyasəti firmanın maliyyə durumuna önəmli təsir göstərir.


10. Dövlət krediti və idarə olunması – Müasir dövrdə kreditləşmə prosesində kreditor kimi kimin iştirak etməsindən asılı olaraq kreditin aşağıdakı formaları mövcuddur:



  1. Kommersiya krediti – bir sahibkar tərəfindən digərinə əmtəələr formasında verilən kreditdir.

  2. Bank krediti – kommersiya bankları və digər kredit təşkilatları tərəfindən pul vəsaitləri formasında hüquqi və fiziki şəxslərə, həmçinin dövlətə və xarici müştərilərə verilən kreditdir. Bank kredit münasibətlərində əsas yer tutur və müəssisələrin normal fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Bank krediti kommersiya kreditinin sərhədlərini həcm, müddət, istiqamət etibarı ilə üstələyir. Başqa sözlə daha geniş sahəni əhatə edir.

  3. İstehlak krediti – əhaliyə istehlak mallarının alınması və məişət xidmətlərinin ödənilməsi üçün verilən kreditdir.

  4. İpoteka krediti – əmlakın girov qoyulması əsasında verilən kreditdir.

  5. Beynəlxalq kredit – borc kapitalının ölkələr arasında hərəkəti və fəaliyyətidir.

  6. Dövlət krediti – zamanı borc verən və ya kreditor rolunda dövlətin özü çıxış edir.



Yüklə 362 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin