FVn = Po(1+r)n
Burada: FVn – n il üçün gələcək dəyər,
Po – qoyulmuş pulun bugünkü məbləği,
r – illik faiz dərəcəsi,
n – illərin sayıdır.
Məsələn, əlinizdəki 1000 dolları bir il müddətinə 9%-lə əmanət hesabına qoysanız, bu pulun gələcək dəyəri ilin sonunda
FV1 = Po (1+0.09)1=1000 X 1.09=1090 olacaq.
Onu bir il yox, deyək ki, üç il müddətinə qoysanız, həmin müddətdən sonra Sizin 1295 dollarınız olacaq:
FV1 = Po (1+0.09)3= 1000x1.295=1295.
Bu hesablamadan göründüyü kimi, üçillik faizin riyazi ölçüsü 29,5% [(1.295-1)x100], onun orta illik faizi isə 9,8-dir. Bizdə isə faiz cəmi 9 idi. Buradan sovet iqtisadi ədəbiyyatında çox az öyrənilmiş və tətbiq edilən mürəkkəb və sadə faizləri təhlil etmək zərurəti irəli gəlir. İndiki halda biz mürəkkəb faizdən istifadə etdik və buna görə də nəticədə orta illik faiz vəd edildiyindən çox oldu. Mürəkkəb və sadə faizlər arasında mühüm fərq var. Pulu banka mürəkkəb faizlə qoyarkən hər bir faiz gəliri yenidən investisiyalaşır və alınmış faiz gəliri yenidən gəlir gətirir. Sadə faizdə isə əksinə, faiz gəliri yenidən investisiyalaşmır və faiz gəliri gətirmir. Misallara üz tutaq. Fərz edək ki, 1000 dollarınız var, onu 100 il müddətinə ildə 10 faiz gəlirlə banka qoyursunuz. Həmin 1000 dolların 100 il ərzində gətirəcəyi gəliri bilmək üçün aşağıdakı cədvələ baxaq.
Dostları ilə paylaş: |