Mənfəət bölgüsü strategiyaları
Müəssisənin mənfəətin bölgüsündə izləyəcəyi siyasətin də bazar dəyərinin müəyyənləşdirilməsində əhəmiyyəti böyükdür. Ortaqlara ödəcəyi mənfəət payının illərə görə artımı onun bazar dəyərini də artıracaqdır.
Mənfəət bölgüsü sahəsində tətbiq olunan başlıca strateji qərarlar isə aşağıdakı kimi təhlil olunur:
* Sabit miqdarda mənfəət bölgüsü siyasəti;
* Sabit nisbətdə mənfəət bölgüsü siyasəti;
* Sabit miqdarda əlavə olaraq müəyyən bir miqdarın da ödənilməsi siyasəti.
Sabit miqdarda mənfəət bölgüsü siyasəti:
Bu sistemdə müəssisənin gəlirləri illərə görə artıb-azalma ilə müşayiət olunsa da, o, ortaqlara hər il sabit miqdarda pay verməkdədir. Bu cür siyasət müəssisə səhmlərinin bazar dəyərini də uzun müddət qoruyub saxlaya bilir. Xüsusilə qoyulan investisiyaları artırmaqla daha çox mənfəət əldə etmək istəyən müəssisələr bu siyasətin tətbiqinə xüsusi əhəmiyyət verirlər.
Sabit nisbətdə mənfəət bölgüsü siyasəti:
Bu sistemdə isə müəssisə rəhbərliyi ilin yekunlarına görə əldə etdiyi mənfəətin sadəcə müəyyən bir nisbətini (faizini) ortaqlara paylamaqdadır. Mənfəət payları isə hər il ümumi gəlirlərin səviyyəsindən asılı olaraq dəyişə bilər.
Sabit miqdarda əlavə olaraq müəyyən bir miqdarın da ödənilməsi siyasəti:
Bu mənfəət bölgüsündə müəssisə rəhbərliyi ümumi mənfəətdən ortaqlara paylayacağı minimum həddi müəyyənləşdirir və əlavə olaraq mənfəət artımlarından da bir miqdar pay ödəyir.
Müəssisənin rəhbərliyinin bu sahadə alacağı hər hansı bir qərar, mümkün qədər müəssisənin bazar dəyərinə və yaxud səhmlərin satış qiymətinə təsir etməməlidir.
9. Dividend siyasəti – Korporasiyanın, yəni səhmdar cəmiyyətlərin səhmdarlar arasında bölüşdürülən mənfəəti dividend adlanır. Dividendlər səhmdarların müəyyən səhmdar cəmiyyətə qoyduqları kapitaldan gələn yeganə gəlir bazasıdır. Bu gəlir ya pul, ya da səhm formasında ödənilə bilər. Dividendlərin ödənmə mənbəyi heç bir halda investisiya kapitalı yox, yalnız və yalnız bölüşdürülməmiş mənfəətdir.
Göstərdiyimiz kimi, müəssisə səhmdarları konkret müəssisəyə qoyduqları kapitalın gəlirini dividendlər şəklində alırlar. Səhmdar cəmiyyətlərdə dividendlər faktiki olaraq müəssisə sahiblərinin maraqlarını ifadə edən bir vasitədir. Şirkətin gəlirliliyi nə qədər yüksək və stabildirsə, dividendlər də bir o qədər müntəzəm ödənilir. Məlum olduğu kimi, şirkətin mənfəətindən ilk növbədə korporativ vergilər ödənilir, yerdə qalan hissədən şirkət istədiyi kimi istifadə edir. Səhmdarların qərarı ilə qalan hissənin bir qismini yeni investisiyaların maliyyələşdirilməsinə yönəltmək olar. Bundan sonra isə dividendlər ödənilir. Dividendlərin müəyyən edilməsi və ödənilməsi tədbirlərinin cəmi dividend siyasətini təşkil edir. Şirkətin inkişafında dividend siyasəti mühüm rol oynayır. Səhmdarlar dividendləri azaldan şirkətlərə pis baxdıqları üçün dividend siyasəti investorlarla münasibətlərə birbaşa təsir edir. Dividend siyasətini seçərkən maliyyə menecerləri, hər şeydən əvvəl, səhm sahiblərininin arzularını nəzərə almalıdırlar. Əks halda onlar öz səhmlərini satmaqla səhmlərin bazar qiymətini endirə bilərlər. Dividend siyasətinin səviyyəsi şirkətin maliyyə proqramı və kapital qoyuluşu büdcəsi ilə, eləcə də pul vəsaitinin hərəkəti və səhm kapitalının ölçüsü ilə bağlıdır.
Dividend siyasəti seçimi müəssisələrin strategiyasında da mühüm əhəmiyyət kəsb edir. Pul vəsaitinin hərəkəti və investisiya tələbatı daimi deyilsə, şirkət yüksək müntəzəm dividendlər ödəməməlidir. Bu zaman aşağı müntəzəm dividend təyin etmək daha yaxşıdır. Onlar artırılsa, həmişə bu səviyyəni saxlamaq lazım gələcək, çünki yüksək səviyyəyə vərdiş edən səhmdarlar sonralar dividendlərin həcmi azaldılanda buna etiraz edəcəklər.
Təcrübədə dividend siyasətinin müxtəlif növlərindən istifadə olunur. Ən geniş yayılmışları bunlardır:
Dostları ilə paylaş: |