Müəssisənin xalis mənfəətinin bölüşdürülməsi
Ehtiyat fondu – təbii fəlakətlər nəticəsində baş vermiş itkilərin və balans zərərlərinin ödənilməsi üçün istifadə olunur.
Yığım fondu – istehsal və qeyri-istehsal təyinatlı əsas fondların alınması və inşası, habelə digər əsaslı vəsait qoyuluşu (qaytarılacaq) üçün istifadə olunur. Eyni zamanda bu fond hesabına qaytarılmamaq şərtilə aşağıdakı xərclər maliyyələşdirilir:
elmi-tədqiqat işlərinin aparılması;
təbiəti mühafizə tədbirləri;
vergi ödənişi üçün maya dəyərinə daxil edilməsi normalarından artıq xərclərin ödənilməsi (ixisasın artırılması, ezamiyyət xərcləri, kredit üçün faizlər və s.)
qiymətli kağızların buraxılışı üçün xərclər;
başqa müəssisələrin yaradılması üçün xərclər;
mənfəətin gizlədilməsi üçün cərimə sanksiyalarınin ödənilməsi və s.
İstehlak fondu – işçilərin sosial ehtiyaclarının ödənilməsinin və maddi həvəsləndirilməsinin maliyyələşdirilməsi üçün sərf olunur. Buraya istehsal göstəriciləri ilə əlaqədar olmayan (çoxillik əmək, yubiley və s.) mükafatların verilməsi; maddi yardımın göstərilməsi; putyovkaların, müalicənin, işçilər və onların ailə üzvləri üçün dərmanların dəyərinin, faizlərin və s. ödənilməsi daxildir. İstehlak fondundan çəkilən xərclər qaytarılmır.
Müəssisənin hər bir təşkilati-hüquqi forması üçün onun sərəncamında qalan mənfəətin bölüşdürülməsinin qanuna müvafiq mexanizmi müəyyən edilmişdir. Hər bir müəssisədə bölüşdürmə obyekti müəssisənin balans mənfəətidir. Mənfəətin bölüşdürülməsi dedikdə, mənfəətin büdcəyə yönəldilməsi və müəssisədə istifadənin maddələr üzrə paylaşdırılması başa düşülür. Mənfəətin yalnız vergilər şəklində müxtəlif səviyyəli büdcələrə daxil olan və digər məcburi tədiyyələrin ödənilməsinə yönəldilən hissəsinin bölüşdürülməsi qanunla tənzimlənir. Müəssisənin sərəncamında qalan mənfəətin xərclənməsi istiqamətləri, ondan istifadə maddələrinin strukturu müəssisənin səlahiyyətindədir.
Mənfəətin bölüşdürülməsi üzrə dövlət heç bir normativ müəyyən etmir, lakin vergi güzəştlərinin verilməsi qaydası mənfəətin istehsal və qeyri-istehsal xarakterli kapital qoyuluşlarına, xeyriyyəçilik məqsədlərinə, təbiəti mühafizə tədbirlərinin maliyyələşdirilməsinə, qeyri-istehsal sferası obyektlərinin və təşkilatlarının saxlanması xərclərinin ödənilməsinə və s. yönəldilməsini stimullaşdırır. Qanunvericilik müəssisənin ehtiyat fondunu məhdudlaşdırır, şübhəli borclar üzrə ehtiyatın formalaşması qaydasını tənzimləyir.
Mənfəətin bölüşdürülməsi və istifadəsi qaydası müəssisənin nizamnaməsində qeyd olunur, iqtisadi və maliyyə xidmətlərinin müvafiq bölmələrinin hazırladıqları əsasnamə ilə müəyyən edilir və müəssisənin rəhbər orqanları tərəfindən təsdiq olunur.
Dostları ilə paylaş: |