Gələcək dəyər (Future value) aktivlərin dəyərinin zaman ölçüləri ilə bağlı olan münasibətləri müəyyənləşdirir. Məsələn, təsəvvür edin ki, bu gün sizin 1000 dollarınız var və onu saxlayırsınız. Bir ildən sonra onun dəyəri real olaraq inflyasiya faizi qədər azalacaq. Misal üçün, dolların inflyasiyası 2% olubsa, onun dəyəri də 2% düşəcək və indi sizin 1000 yox, 980 dollarınız olacaq [1000/(1+0,02)]. Lakin bu rəqəm bugünkü 1000 dolların bir ildən sonrakı dəyəri demək deyil, sadəcə inflyasiyanı nəzərə almaqla onun real dəyərini göstərir. Sizin təqsiriniz üzündən bu 1000 dollar dondurularaq istifadə edilməyib. Pul da kapitaldır və ondan elə bəhrələnmək lazımdır ki, gəlir əldə edə biləsiniz. Məsələn, əlinizdəki pulu əmanət bankına, hökumətin, yaxud korporasiyaların qiymətli kağızlarına, pensiya fondlarına, maliyyə və ya investisiya şirkətlərinə qoya bilərsiniz. Bunlar hamısı faiz şəklində gəlir gətirir. Bundan əlavə, zaman keçdikcə bu faizlərin özü də faiz gəliri ilə müşayiət olunur ki, buna iqtisadi ədəbiyyatda faizlərin toplanması deyilir. Nəzərdə tutulan gələcək dövrdə faizlərlə birlikdə əldə edilən ümumi məbləğ gələcək dəyəri təşkil edir və aşağıdakı düsturla hesablanır: