Türkiyənin əsas kurortları
I.Bursa.Bursada əsas termal su mənbələri Vakifbahçe, Badenbağı termal su mənbələrindən ibarətdir.Burada kükürdlü və radonlu suların temperaturu 45-50 dərəcəyə çatır.Əsasən revmatizm, uroloji xəstəliklərin müalicəsi üstünlük təşkil edir.Hazırda müalicəvi suların bazasında 4 otel fəaliyyət göstərir.
II.Yalova-Gokçedere müalicəvi su mənbələri.Türkiyənin daxili turizm bazarının inkişaf etdiyi mərkəzlərdən sayılır.Yüksək debetli, onlardan çox müalicəvi suları vardır ki,bunlarda əsasən, termal sulardan ibarətdir.Tərkibi hidrogen sulfidli və xloridlidir.Burada 12 müasir tipli otel, 22 pansionat fəaliyyət göstərir.Hazırda bu bölgəyə müasir məqsədlərlə gələn turistlərin sayı 1,4 milyon nəfər təşkil edir ki, bunların da 10-15% -i xarici turistlərin payına düşür.
III.Balıkesir müalicəvi turizm bölgəsi .Bölgədə 20-dən çox müalicəvi və termal,soyuq su mənbəyi vardır ki,bunların da debiti sutka ərzində 120 litrə çatır.Tərkibi hidrokarbonatlı ,sulfidli və karbonlu sulardan ibarətdir.Müalicəvi xüsusiyyətləri revmatizm, dayaq hərəkəti orqanları, həmçinin içməli süfrə suyu kimi istifadə olunması mümkündür.Bölgədə 5 000 yerlik idman-müalicə, hidroterapiya,masaj,spa salonları fəaliyyət göstərir.
IV.İzmir bölgəsi .Bölgədə 30-dan çox mineral və termal su mənbəyi vardır.Bölgənin məşhur mineral, termal su mənbələri Çeşmə, Quşadası, Urla, Balçoka və s. Yüksək debitli mineral su mənbələri geniş istifadə olunur.Bölgənin müalicəvi suları əsasında 40-dan çox müalicə mərkəzləri, kompleks kurort xidməti göstərən sanatoriyaları müasir otellərini qeyd etmək olar.Türkiyədə ən çox balneoloji kurort kimi İzmir bölgəsi daha məşhurdur.Çeşmə mineral su mənbələrinin bazasında 6 000 yerlik müasir müəssisəsi fəaliyyət göstərir.Burada ürək –damar, tənəffüs yolları və bir sıra daxili xəstəliklərin müalicəsi aparılır.Çeşmədə müalicəvi süfrə suyu da istehsal edilir.Bölgəyə müalicə məqsədi ilə gələn turistlərin sayı il ərzində 3 milyon dan çox olur.Gələn turistlərin əsas hissəsi daxili turizmin payına düşsə də, son illər xaricdə yaşayan türklərin ,Skandinaviya və Orta Avropa ölkələrindən gələnlərin sayə artmışdır.
V.Dənizli bölgəsi .Bu bölgənin məşhur mineral suları Pamukkaledə cəmləşmişdir.Pamukkale kurortu Dənizlinin mərkəzindən 14 km şimalda yerləşir.Pamukkale kurortu dəniz səviyəsindən 700 m hündürlükdədir.İqlimi quru subtropik olmaqla yayı isti, quru keçir.Ətrafı zəngin meşə landşaftı ilə örtülüb.
NƏTİCƏ
Tarix, mədəniyyət və fövqəladə təbii gözəlliklərin iç-içə yaşandığı Türkiyə, bu xüsusiyyətlərini günümüzə qədər davam etdirə bilmiş dünyanın nadir turizm cənnətlərindən biridir. Dörd mövsümün bütün xüsusiyyətlərinin hər vaxt yaşana bildiyi bölgələri, yaşıl meşələri, xizək idmanına əlverişli qarlı dağları, təmiz dənizləri, qumluqları, qonaqpərvər insanları və dünyanın üç məşhur mətbəxindən birinə sahib olması baxımından da imtiyazlı bir ölkədir. Ölkənin xüsusilə Egey və Aralıq dənizi bölgələrində, yaz turizmi olduqca irəli səviyyədədir. Qaradəniz sahillərində məhdud ölçüdə yaz turizmi, yüksək yerlərdə isə yayla turizmi inkişaf etmişdir. Bu bölgələrdə kafi infrastruktur xidmətləri ilə birlikdə müasir turizm sahələri yaradılmışdır. Yaz turizminin ən sıx olduğu tətil regionları arasında Antalya, Sahəyə, Marmaris, Kuşadası, Bodrum, Fəthiyə və Qaş kimi mərkəzlər var. Ölkənin yüksək yerlərində isə yayla turizmi hər keçən gün əhəmiyyətini artırmaqdadır. Yayla turizminin ən çox inkişaf etdiyi bölgələr arasında Trabzon, Giresun, Rize, Ilgaz, Bolu və Abant iştirak edir.
Ölkənin ən çox turist qəbul edən şəhəri Antalyadır. Antalya qapısından yurda gələn turistlərin sayı 2001-ci ildə 4 milyon 200 mini aşmışdır. Ölkənin ən çox turist qəbul edən ikinci şəhəri isə İstanbuldur. Bu şəhərləri Muğla, Edirne, İzmir, Aydın və Ankara izləyir.
Dostları ilə paylaş: |