Yuxarı ətraflar. Əldən saidə keçən limfa damarları burada radial, median və ulnar olmaqla üç qrupda toplanır. Bunlardan radial olanlar bəzən deltopektoral əzələnin üzərindən, adətən, bilavasitə aksilyar limfa düyünlərinə tökülürlər. Median olanlar isə bilavasitə aksilyar limfa düyünlərinə tökülürlər. Ulnar limfa damarları epitroxeal limfa düyünlərinə çatdıqdan sonra aksilyar limfa düyünlərinə tökülürlər. Qollardan gələn limfa da döş axacağının venoz sistemə qarışdığı yerdə muxtəlif variasiyalarla venoz sistemə qarışırlar. Həmçinin yuxarıda, baş boyundan gələnlər də eyni şəkildə sistemə qatılırlar.
Fiziologiyası. Qan dövranı zamanı kapillyar divarındakı məsamələrdən intensiv elektrolit və su molekulları filtrasiya olunur. Protein molekulları daha az diffuziyaya uğrayırlar. Proteinlərin keçməsi üçün osmotik təzyiqin artması baş verir, bu isə suyun keçməsinə şərait yaradır. Vaskulyar sirkulyasiyanı tərk edən proteinlər limfa vasitəsi ilə geri qayıtmaq məcburiyyətində olurlar. Gün ərzində qandakı total proteinlərin 50%-i bu yolla sirkulyasiya edir. Limfanın əsas vəzifəsi toxumadakı iri molekulyar substantları daşımaqdan ibarətdir.
Ödem mayesinin filtrasiya sürəti, toxuma aralarından mobilizasiya sürətini keçdikdə akkumilasiya başlayır. Bu mobilizasiya limfatik dönmə axını və venoz kapillyarlar yatağının rezorbtiv gücü sayəsində mümkün olur. Burada tarazılığa nəzarət edən faktorlar aşağıdakılardır.
kapillyar təzyiq;
qanın osmotik təzyiqi;
kapillyarların keçiricilik qabilyəti;
lokalizasiyalı toxuma təzyiqi.
Sistematik, ya da lokal olaraq effektiv hidrostatik təzyiqi artıran hər hansı bir faktor və ya osmotik təzyiqdəki azalma, tarazılığı pozaraq suyun daha çox kapilyarlardan çıxmasına şərait yaradır, müvafiq tarazılığa çatana qədər suyun toxumaarası toplanması davam edir. Ödem mayesinin bu formada proqressiv toplanması, protein konsentrasiyasını 4 qrama %-ə qədər çatdırır.
Venoz dövranda obstruksiya olduqda venoz kapillyar tərəfdə təzyiqin artması ilə əlaqədar olaraq, venoz kapillyarlarda absorbsiyon tutum məhdudlaşır və beləliklə, kapillyar diffuziyanın artmasına, dolayı olaraq hüceyrəarası mayenin miqdarının artmasına gətirib çıxarır.
Limfatik kanallarda obstruksiya olduqda yüksək molekullu ağır filtratların ortadan qaldırılmasında ləngimələr olur. Molekulyar konsentrasiyanın artması ilə proqressiv limfatik ödem inkişaf edir. Normalda intralimfatik təzyiqlər atmosfer təzyiqindən aşağı olurlar (-2 mm su sütunu/ -10 mm su sütunu). Bu mənfi təzyiq, kəskin və ya xronik ödem nəticəsində atmosfer təzyiqinə bərabər, yaxud müsbət təzyiqə çatır. Döş axarında təzyiq atmosfer təzyiqdən aşağıda olur. Klinik ödem olduqda təzyiq müsbət olur. Divar aralığının şişlərində v.cava inferior sindromu meydana çıxanda süd vəziləri səviyyəsində yayılmış ödem əmələ gəlir və interlimfatik təzyiq 400 mm su sütununa qədər yüksələ bilir.
Dostları ilə paylaş: |