Sümüyün regenerasiyası. Yumşaq toxuma yaralanmalarında çapığın formalaşmasından fərqli olaraq sümükdə məhdudiyyətli bir regenerasiya qabiliyyəti vardır. Bir sınığın bərpasında, təzə sümük forması embrionoloji inkişaf və böyüməyə oxşar şəkildə olur. Kəllə əsasının və üz sümüklərinin membranoz sümükləri istisna olmaqla digər sümüklərdə regenerasiya ossifikasiya ilə inkişaf edir və bərpa edilir.
Sümük regenerasiyasında 3 növ hüceyrə - osteositler, osteoblastlar və osteoklastlar iştirak edir. Osteositlər fibroblastlardan inkişaf edir və sümük hüceyrələrində heç bir funksiyaya malik deyil. Osteoblastlar isə osteositlərin aktiv sümük hüceyrələrini yaradan forması olub, sümük matrikslərində lakuna deyilən yerdə yerləşir. Osteoklastlar böyük multinuklear hüceyrələr olub, sümüyün parçalanmasını və absorbsiyasını təmin edirlər.
Sümüyün səthinə yaxın osteogenetik hüceyrələr, əsasən, osteoblastlara çevrilir və kollagen matriks əmələ gətirir. Bu, həmin sümüyə kalsifikasiya ola bilir. Qidalanması normal olmayan yara nahiyəsində osteogenetik hüceyrələr qığırdaq forması əmələ gətirir. Diferensasiya olunmayan hüceyrələrin sümük və qığırdaq əmələ gətirməsi üçün daxilində bir neçə faktorların - oksigen təyziqi, pH, kompressiyanın dərəcəsi və gərilmə faktorunun olması vacibdir.
Dostları ilə paylaş: |