TÜRKİYƏ CÜMHURİYYƏTİNİN YARANMASI.
TÜRKİYƏ CÜMHURİYYƏTİ
XX ƏSRİN 20-80-Cİ İLLƏRİNDƏ
1. Milli-azadlıq hərəkatı və Türkiyə Cümhuriyyətinin
yaranması......................................................................
2. Türkiyə Cümhuriyyəti 20-40-cı illərdə.........................
3. Türkiyə Cümhuriyyəti 50-80-ci illərdə.........................
TÜRK XALQLARI SSRİ-nin TƏRKİBİNDƏ
1. SSRİ-nin təşkili. 20-30-cu illərdə türk xalqlarının
sosial-iqtisdi vəziyyəti………………………………....
2. İkinci Dünya müharibəsi və türk xalqları......................
3. Türk xalqları 50-80-ci illərdə.........................................
TÜRK DÖVLƏTLƏRİ XX ƏSRİN 90-cı
İ
LLƏRİ-XXI ƏSRİN ƏVVƏLLƏRİNDƏ
1. Azərbaycan-Türkiyə münasibətləri................................
2. Azərbaycan Respublikasının Orta Asiyanın türk
dövlətləri ilə əlaqələri……………………………….....
3. Türk dövlətləri çoxtərəfli siyasi əlaqələr sistemində.....
Ə
dəbiyyat siyahısı............................................................
5
RUSİ YANIN ORTA ASİ YANI İŞĞ AL ETMƏ Sİ
1. XIX ə srin birinci yarısında Rusiyanın Orta Asiya
xalqları ilə iqtisadi və siyasi ə laqə lə ri
Orta Asiya xalqları ictimai-iqtisadi, siyasi və mədəni in-
kişaf səviyyəsinə görə geridə qalırdılar. Özbəklər, qaraqal-
paqlar oturaq həyat tərzinə keçsələr də onlar hələ də köçəri
maldarlıqdan tamamilə əl çəkməmişdilər. Qazaxlar, qırğızlar
və türkmənlərin çox hissəsi köçəri idilər. Qazaxıstanın təsər-
rüfat həyatında sənətkarlıq və ticarət də mühüm yer tuturdu.
Dəri məmulatı, keçəçilik və yun emalı kimi maldarlıqla bağlı
olan sənət sahələri inkişaf etmişdi. Mübadilə səciyyəsi daşıyan
ticarət, əsasən yay mövsümündə aullar arasında həyata
keçirilirdi. Qazax köçlərinin birliyinə aul deyilirdi. Qazaxıstan
Kokand, Buxara, Xivə xanlıqları ilə ticarət əlaqələri saxlayır,
maldarlıq məhsulları və mal-qara ixrac edir, əkinçilik məh-
sulları idxal edirdi. Ölkə ərazisinin genişliyi və əlverişli yolla-
rın olmaması daxili və xarici ticarətin inkişafına mane olurdu.
Ə
halinin əksəriyyətinin köçəri və yarımköçəri həyat tərzi
keçirməsi, feodal-patriarxal qaydalarının hökmranlığı, juzlar
arasında iqtisadi əlaqələrin zəifliyi Qazaxıstanda vahid və mər-
kəzləşdirilmiş dövlət yaratmağa imkan vermirdi. Qazaxıstan
ə
razisinin bir hissəsi - Kiçik və Orta juz XVIII əsrin 30-40-cı
illərindən Rusiya imperiyasının tərkibinə daxil idi. Qazaxıs-
tanda Kiçik və Orta juz Rusiya tərəfindən işğal edildikdən
sonra bu ölkə ilə iqtisadi-ticarət əlaqələri genişlənməyə başlan-
mışdı.Yerli sənətkarlıq məhsulları Rusiyadan gətirilmiş ucuz
mallarla rəqabət apara bilmirdi. Bu da yerli məhsulların qiy-
mətlərinin aşağı düşməsinə səbəb olurdu. Qazaxıstan tədricən
inkişaf edən rus sənayesi üçün xammal bazasına çevrilirdi.
Qazaxıstanda xalqın mövcud üsul-idarəyə qarşı etirazları
getdikcə geniş miqyas alırdı. Çar hökuməti isə juzlara təsirini
gücləndirirdi. Belə şəraitdə qazaxlar XIX əsrin birinci yarısında
6
rus müstəmləkəçilərinə qarşı mübarizə aparmışdılar. Lakin on-
ların müstəqillik və siyasi birləşmə uğrunda apardıqları mü-
barizə uğursuzluqla nəticələndi. Qazaxıstanın hələ Rusiyaya
tabe edilməmiş cənub hissəsi siyasi cəhətdən Orta Asiya xan-
lıqları ilə bağlı idi. Oturaq əhali məskunlaşan bölgələrdə şə-
hərlər də var idi ki, onlar ticarət və sənət mərkəzləri idi. Oturaq
ə
hali, birinci növbədə özbəklər Orta Asiyanın Buxara, Kokand
və Xivə xanlıqlarından ibarət olan üç əsas dövlət birləşməsi ya-
ratmışdılar. Bunların hər birində özbəklərdən başqa digər
millətlərdən olan çoxlu əhali yaşayırdı.
Orta Asiya xanlıqlarından ən böyüyü Kokand xanlığı idi.
Xanlığın əsas ərazisi Fərqanə hövzəsi idi ki, burada özbək,
tacik və qırğızlar yaşayırdı. Daşkənd bu xanlığın tərkibinə
daxil idi və əlverişli coğrafi mövqedə yerləşirdi. Əkinçilik və
köçəri rayonları birləşdirən nöqtədə yerləşən Daşkəndin coğrafi
mövqeyi qədimdən onun inkişafına əlverişli təsir göstərirdi.
Orta Asiya ilə Rusiyanın iqtisadi əlaqələrinin inkişafı Daş-
kəndin ticarət əhəmiyyətini artırdı. Daşkənd və bir çox sərhəd
məntəqələri uğrunda xanlıqlar arasında uzun sürən müharibələr
gedirdi. Kokand xanlığında Kokand və Daşkənddən başqa
ə
halisi ticarət və sənətkarlıqla məşğul olan Əndican, Naman-
qan, Margilan, Xocənt, Çimkənd kimi şəhərlər var idi.
Buxara xanlığı Kokand xanlığının cənub-qərbində yerlə-
ş
irdi. Buxara xanlığının əsas hissəsini Zərəfşan vadisi təşkil
edirdi ki, burada özbəklər və qismən taciklər yaşayırdılar. Orta
Asiyanın qədim mədəni və iqtisadi mərkəzləri olan Buxara və
Səmərqənd bu xanlığın tərkibinə daxil idi. Buxara xanlığının
ə
razisində olan şəhərlərdə sənətkarlıq yüksək inkişaf etmiş,
pambıq və ipək parçalar toxunur, mis və tuncdan dulusçuluq
məmulatları və soyuq silah hazırlanırdı. Şəhərlərdə sənətkarlar
istehsal sahələri üzrə sexlərdə birləşmişdilər.
Xivə xanlığının torpaqları Amudəryanın aşağı axını bo-
yunda yerləşmişdi. Ərazisinə və əhalisinin sayına görə Xivə
xanlığı digər xanlıqlardan xeyli kiçik idi. Bu xanlıqlardan
7
başqa Orta Asiyanın cənub hissəsində bir neçə xırda feodal
birləşmələri var idi ki, bunlar da gah bu xanlıqların hakimiyyəti
altına düşür, gah da onlardan ayrılırdılar. Xanlıqlarda yaşayan
tayfalar arasında daim hərbi toqquşmalar baş verirdi ki, bu da
xalq kütlələrinin vəziyyətini daha da ağırlaşdırırdı. Vergilərin
bütün ağırlığı kəndlilərin və sənətkarların üzərinə düşürdü.
Vergiləri xanın məmurları toplayırdılar. Onlar əhalinin hesa-
bına yaşayır və olmazın özbaşınalıqlar edirdilər.
XIX əsrin birinci yarısında Orta Asiyanın İran, Əfqanıs-
tan, Çin və Rusiya kimi qonşu ölkələrlə ticarət əlaqələri var idi.
XIX əsrin 20-40-cı illərində Rusiyanın Orta Asiya xalqları ilə
ticarəti daha müvəffəqiyyətlə inkişaf edirdi. Rusiya hökumə-
tinin bir sıra tədbirləri buna kömək edirdi. Karvan yolu ilə
Orenburq və Petropavlovsk, həmçinin karvan və su yolu ilə
Həştərxan vasitəsilə Orta Asiyadan Rusiyaya yun, quru meyvə,
pambıq aparılırdı. Qazaxıstandan Orenburqa mal-qara aparı-
lırdı. Rusiya Orta Asiya ilə ticarət əlaqələrini genişləndirmək
üçün dəmir, polad, mis, çuqun və onlardan hazırlanan məhsul-
ların da xanlıqlara gətirilməsinə icazə vermişdi. Rusiya bazarı
ilə əlaqələrin genişlənməsi xanlıqlar üçün böyük perspektivlər
açırdı.
XIX əsrin birici yarısında Orta Asiya iqtisadi cəhətdən Ru-
siyanın təsiri altına düşmüşdü. Bununla əlaqədar olaraq, tica-
rətin inkişafı və əmtəə-pul münasibətlərinə keçilməsi təsər-
rüfatın natural qapalılığını dağıtmağa başlamışdı. Bu region ilə
ticarət əlaqələrinin inkişaf etdirilməsində marağı olan çar
hökuməti rus tacirlərinə himayəçilik edirdi. Rusiya dövləti Orta
Asiya ilə iqtisadi əlaqələri möhkəmləndirmək və genişlən-
dirmək üçün bir sıra tədbirlər görmüşdü. Belə ki, ticarət yolları
mühafizə olunur, tacirlərə müəyyən imtiyaz və üstünlüklər ve-
rilir, gömrük haqqının minimuma endirilməsi ticarət əlaqə-
lərinə müsbət təsir göstərirdi. Rusiya Orta Asiya bazarında öz
mövqeyini möhkəmləndirməyə çalışırdı. Orta Asiya ilə Rusiya
arasında yerli məhsullarla mal dövriyyəsi getdikcə artırdı.
8
Çarizm Orta Asiyanı zəngin pambıq mənbəyi və rus səna-
yesinin, xüsusilə onun sürətlə inkişaf edən sahələrinin malları
üçün mühüm bazar kimi qiymətləndirirdi. Orta Asiya bazarının
Rusiya iqtisadiyyatı üçün belə böyük əhəmiyyətə malik olması
Rusiyanı Orta Asiyada şəriksiz hökmranlığa can atmağa sövq
edirdi. Orta Asiya Rusiyanın İran, Əfqanıstan, Hindistan və
Çinlə ticarət aparmasına imkan yaradırdı. Orta Asiya ilə iq-
tisadi əlaqələrin inkişafından istifadə edən çarizim bu yerlərdə
müstəmləkə işğallarını genişləndirməyə çalışırdı. Çar Rusi-
yasının hakim dairələri Orta Asiya torpaqları və xalqları
haqqında öz hərbi-müstəmləkə siyasətini hazırlayıb həyata ke-
çirməyə çalışırdılar. Çar Rusiyasının Orta Asiyaya yiyələn-
məsi, onun geniş işğalçı xarici siyasət planlarının həyata keçi-
rilməsini asanlaşdırmalı idi. Nüfuzlu hərbi və məmur dairələri
işğal olunacaq ərazilərdə gəlirli və yüksək vəzifələr tutmağı
arzu edirdilər.
Çar hökuməti bildirirdi ki, Rusiyanın Orta Asiya ilə
ticarət əlaqələrinin genişləndirilməsi və təhlükəsizliyin təmin
edilməsi üçün, ilk növbədə, Xivə xanlığı alınmalıdır. Rusiyanın
Buxara ilə diplomatik münasibətləri Xivəyə nisbətən daha
yaxşı idi. Xanlıqlar arasındakı hərbi toqquşmalar zamanı xivə-
lilər rus karvanlarını Buxaraya buraxmamağa çalışırdılar.
1839-1840-cı illərdə çar I Nikolayın icazəsi ilə Orenburq hərbi
qubernatoru general V.Perovski Xivəyə yürüş etdi. Lakin ruslar
iki ay ərzində bütün canlı qüvvələrinin xeyli hissəsini itirərək
geri qayıtmağa məcbur oldular. Lakin davam etdirilən danı-
ş
ıqlar nəticəsində əldə olunan razılığa əsasən Xivə xanı Ru-
siyaya qarşı düşmənçilik hərəkətlərinə yol verməməyi, ticarət
karvanlarına hücum etməməyi və rus mallarına qoyulan göm-
rüyü 5 faizə qədər azaldılması təəhüdünü öz üzərinə götürdü.
Rusiya XIX əsrin birinci yarısında Orta Asiya məsələ-
sinə böyük maraq göstərirdi. Rus diplomatlarının fəaliyyət-
lərinin genişlənməsi ilə əlaqədar olaraq xanlıqların iqtisadi və
siyasi vəziyyəti, Orta Asiyaya gedən karvan yolları hərtərəfli
9
öyrənilirdi. Bu dövrdə Orta Asiyada mövcud olan vəziyyət çar
Rusiyası üçün əlverişli idi. Xanlıqlar arasında birlik yox idi və
hər bir xanlıq digərinin hesabına öz ərazisini genişləndirməyə
çalışırdı. Kokand xanlığında vəziyyət daha mürəkkəb idi.
Burada yaşayan xalqlar arasında daim münaqişələr olurdu.
Feodallar arasında gedən mübarizələr də xanlıq hakimiyyətini
zəiflədirdi. Rusiya Orta Asiyada mövcud olan xanlıqlar ara-
sındakı daxili çəkişmələrdən istifadə etməklə siyasi əlaqələrini
genişləndirir, gələcək planlarını həyata keçirmək üçün müvafiq
tədbirlər proqramı üzrə hərəkət edirdi.
XIX əsrin ortalarında çar hökuməti Orta Asiyaya doğru
planlı şəkildə irəliləməyə başladı. Bu istiqamətdə çar hökuməti
Sırdərya çayının mənsəbində bir sıra istehkam və qalaların in-
ş
asına başladı. Rusiyanın Orta Asiya xanlıqları ilə XIX əsrin
ə
vvəllərindən genişlənən ticarət əlaqələri, eyni zamanda Rusi-
yanın Orta Asiya xalqlarına güclənən siyasi və mədəni təsiri,
bu ərazini birləşdirməkdə çarizm üçün əlverişli şərait yaratdı.
Orta Asiya geniş yarımdairə şəklində rus sərhədləri ilə əhatə
edilmişdi. Rusiyanın Sırdərya boyunca irəliləməsi Cənubi
Qazaxıstan əhalisi üzərində öz hakimiyyətini itirmək istəməyən
Kokand xanlığının müqavimətinə səbəb oldu. Rusiyanın hərbi
dəstələri Kokand qüvvələrini sıxışdırırdılar. Orenburq general-
qubernatoru Perovskinin dəstəsi 1853-cü ilin yayında Sırdərya
çayı sahilindəki mühüm strateji məntəqə olan Kokand qalasını
aldı. Kokand xanları həmin qalaya arxalanaraq qazaxların xeyli
hissəsini uzun müddət özlərinə tabe vəziyyətində saxlamışdılar.
1854-cü ildə Alma-Ata qəsəbəsinin yerində ruslar tərəfindən
Vernoye istehkamının təməli qoyuldu ki, bu yer sonralar
böyüyüb Vernı (Alma-Ata) şəhərinə çevrildi. Semipalatinskdən
Vernıya qədər Sibir xətti adlanan yeni bir hərbi yol çəkildi.
1854-cü ildə Rusiyanın hakim dairələri Sırdərya ilə Sibir hərbi
xətlərini birləşdirmək qərarına gəldilər. Bu xətlərin birləşdi-
rilməsi bütün Qazaxıstanın Rusiya tərkibinə qatılmasına şərait
yaratmalı idi. Beləliklə, çarizm Orta Asiya xanlıqlarına qarşı
10
həlledici yürüşlərə hazırlaşırdı. Lakin bu planların həyata
keçirilməsi bir müddət təxirə salınmalı oldu. Buna səbəb Ru-
siyanın Krım müharibəsində məğlubiyyəti ilə onun beynəlxalq
vəziyyətinin xeyli zəifləməsi və Rusiyada təhkimçilik hüqu-
qunun ləğv edilməsi ilə bağlı hazırlıq işləri idi.
Dostları ilə paylaş: |