1.4. Kommersiya banklarında birbaşa vergilərin hesablanması
xüsusiyyətləri
Vergi münasibətlərinin digər iştirakçılarından fərqli olaraq iqtisadiyyatın bank sektorunun vergituma sisteminin özünəməxsus xüsusiyyətlərə malikdir. Bu səciyyəvi xüsusiyyətlər bankların həyataa keçirdikləri əməliyyatlardan irəli gəlir. Məhz bu səbəbdən banklar digər vergi ödəyicilərindən fərqli olaraq dövlət büdcəsinə az sayda vergi ödəyirlər. Onların ödədikləri vergilər arasında ən çox xüsusi çəkiyə malik olanı isə mənfəət vergisidir. Məhz bu səbəbdən dissertasiyada birbaşa vergilərdən yalnız mənfəət vergisinin ödənilməsi mexanizminin şərh edilməsinə daha çox üstünlük verdik.
İndi isə kommersiya bankarı tərəfindən mənfəət vergisinin vergituma elementləri, onun hesablanması mexanizminin bəzi xüsusiyyətlərini nəzərdən keçirməyə çalışaq.
Mənfəət – müəssisə fəaliyyətinin həllidici səmərəlilik göstəriccilərindən biridir. Mənfəət sahibkarlar, kreditorlar arasında bölüşdürülür və yenidən biznesə investisaiya qoyuluşüna yönəldilir. Mənfəətin olmaması isə həm ödənilən dividendlərin həcminə, həm də səhmlərin məzənnə dəyərinin azalmasına birbaşa təsir edir.
Xalis (bölüşdürülməmiş) mənfəət istehsal potensalının indikatoru kimi və kənar maliyyələşmə mənbəyi cəlb edilmədən yeni investisiyaları məqsədləri üçün xidmət edir. Gəlirlərin alınması və məsrəflərin silinməsi qaydasını müəyyən edən mühasibat üsulları, bir tərəfdən bankın maliyyə nəticələrinin formalaşması, digər tərəfdən isə onun vergituma sistemininilə birbaşa əlaqədardır. Ona görə qanun çərçivəsində uçot siyasətini dəyişərkən, maliyyə vəziyyətini qismən dəyişəcək, yaxud mənfəət vergisini azaltmağa imkan verəcək, daha əlverişli uçot üsulunu seçmək lazımdır.
Balans mənfəəti – müəyyən dərəcədə mühasiblərin yaratdığı subyektiv göstəricidir. Bu göstəricinin həcmi bütün təsərrüfat prosesinin iştirakçılarını fərqli maraqlandırır. Mənfəətin artması vergi orqanlarının timsalında dövlət, uzunmüddətli investisaiyaların cəlb edildiyi halda isə biznes sahibləri üçün sərfəlidir.
Mənfəətin azalmasında, mühasibat hesabatında göstərilən mənfəətin həcmi ilə əlaqədar müxtəlif maliyyə əməliyyatları hesabına mənfəət əldə etmək imkanının olduğu hallarda isə bank rəhbərləri maraqlı ola bilər. Lakin mənfəətin həcmi haqqında qərarın qəbul edilərkən tipik anlardan biri də vergitutmanın minimallaşdırılmasıdır.
Məhz bu səbəbdən uçot siyasətinin formalaşması çox vaxt balans mənfəətinin azalması və vergisinin ödənilməsi müddətinin dəyişməsi nəticəsində vergi qənaətinin əldə edilməsi imkanı ilə əlaqədardır. Belə bir vəziyyət isə hesabatın şəffaf olmasına deyil, əksinə obyektin real maliyyə durumu haqqında uçot məlumatlarının təhrif edilməsinə səbəb olacaq.
Mənfəət kommersiya bankı üçün onun fəaliyyətinin maliyyə nəticəsidir, yəni onun fəaliyyətinin əsas prinsipi kommersiya hesabıdır. Yəni bankın gəlirləri onun bütün cari xərclərini ödəməli və sonrakı fəaliyyəti üçün vəsaitlər yaratmalıdır. Bankların maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri bank tərəfindən qəbul edilmiş qərara əsasən müəyyən edilir.
Təqvim ili ərzində mənfəət (zərər) artan yekunla formalanır və hesabat dövrünün sonunda mənfəət vergisi büdcəyə ödənilir.
Bütün oxşarlıqlarına baxmayaraq “gəlir” və “mənfəət” anlayışları arasında prinsipial fərq var. Belə ki, əgər “mənfəət” təsərrüfat fəaliyyəti çərçivəsində əldə olunmuş gəlirlərlə xərclər arasındakı fərqdən ibarət olan maliyyə nəticəsidirsə, “gəlir” məhsulların (işlərin, xidmətlərin) satışdan olan vəsaitləridir (xərclər nəzərə alınmadan).
Hazırda ölkəmizdə fəaliyyət göstərən bütün kommersiya banklarından mənfəət vergisi tutulur. Mənfəət vergisi birbaşa və proporsional vergi qruplarına aid olan dövlət vergisidir. Bu vergi bedcə gəlirləri mənbəyinin tənzimləyicisidir, yəni daxil olmuş verginin bir hissəsi regional və yerli büdcələrə verilə bilər.
Mənfəət vergisinin əsas funksional təyinatı investisiya proseslərinin effektliyinin və təsərrüfat subyektlərinin kapitalının hüquqi cəhətdən əsaslandırılaraq artırılmasının təmin edilməsidir. Onun fiskal funksiyası isə ikinci dərəcəlidir. Mənfəət vergisi bir sıra ölkələrdə qəbul edilmiş “korporasiya vergisi” anlayışına uyğun gəlir.
Əksər ölkələrdə korporasiya vergisinin fiskal əhəmiyyəti çox deyil və bu vergi əsasən kompaniyanın işgüzar aktivliyini tənzimləmək aləti rolunda şıxış edir. Bu verginin tutulmasından olan daxilolmaların Daxili Milli Məhsuldakı (DMM) payı Almaniyada, ABŞ, Franda və isveçdə 2%, Böyük Britaniyada 4%, Yaponiyada isə 6% çox təşkil etmir. Bu onunla izah edilir ki, xaricdə əsas vergi yükü son istehlakçılar olan vətəndaşların üzərinə düşür.
Son illərdə bank və kredit təşkilatlarına düşün vergi yükü ağır olub. Məhz bu səbədən bank sferası zəif inkişaf edib. Kreditlər üzrə yüksək və fiziki (hüquqi) şəxslərin əmanətləri (depozitləri) üzrə minimal faiz dərəcələrinin olması bank fəaliyyətinin xarakterik cəhətlərinə çevrilmişdir.
Lakin son illərdə bank sektorunda aparılan islahatlar nəticəsində praktiki olaraq banklar öz mənfəətini və müştərilərinin sayını əhəmiyyətli dərəcədə artırmışdır. Qanunvericilikdə edilmiş müvafiq dəyişikliklər sadəcə bankların fəaliyyətinə deyil, hənçinin bütünlükdə ölkə iqtisadiyyatına müsbət təsir etmişdir. Nəticədə kredit təşkilatlarının investisiya proseslərinə olan maraqlarının artmışı iqtisadiyyatın inkişafı üçün çox əhəmiyyətlidir. Bununla yanaşı, bank sistemində nəzərdə tutulmuş investisiya axınını tam mənada effektli hesab etmək olmaz. Ona görə mənfəət vergisinin hesablanması mexanizmində bəzi islahatlar aparılır.
Banklarda maliyyə fəaliyyətindən olan gəlirlər mühasibat uçotunun xüsusiyyətləri nəzərə müəyyən edilir. Belə ki, kommersiya banklarının hesablar planında satışdankənar gəlirlərin uçota alınması üçün ayrıca hesabın nəzərdə tutulmamasıdır. Kommersiya banklarının bütün gəlirləri isə yalnız “Gəlirlər” hesabında uçota alınır.
İndiki yeni şəraitində bankalar kommersiya hesabı ilə işləyir, yəni öz xərclərini əldə etdikləri mənfəət hesabına ödəyirlər. Mənfəət isə həmişə kredit üzrə faiz dərəcəsinin (borca görə ödənilən faizin borca verilən kapitala olan nisbəti) depozit üzrə faiz dərəcəsindən (əmanətçiyə ödənilən faizin onun pul şəklində olan əmanətinə olan nisbəti) çox olması səbəbindən yaranır. Belə ki, bankların ümumi mənfəətinin əsasını bütün faiz gəlirləri ilə depozit faizləri təşkil edir.
Bankların ümumi mənfəətinə onların bütün kommersiya əməliyyatlarından (o cümlədən, valyutanın alış-satışından) olan gəlirlər daxildir. Bank gəlirlərinin bir hissəsi onun xərclərini (bank işçilərinə əmək haqqının ödənişi, binanın saxlanması, dəftərxana xərcləri) ödəyir. Yerdə qalan hissə isə xalis mənfəətdir və bank mənfəəti normasının (xalis mənfəətin bankın öz kapitalına olan nisbəti) hesablanması üçün nəzərdə tutulmuşdur.
Vergitutma məqsədləri üçün vergitutulan dövriyyəyə daxil edilən gəlirlərin tərkibi bankların öz fəaliyyətləri prosesində müştərilərinə göstərdikləri xidmət və əməliyyatların xüsusiyyətləri nəzərə alinmaqla müəyyən edilir.
Vergi bazası mənfəətin pul ifadəsidir. Vergitutma bazasını müəyyən edərkən mənfəət hesabat dövrünün əvvəlindən artan yekunla hesablanır. əgər hesabat (vergi) dövründə vergi ödəyicisi zərər əldə edərsə, vergi bazası sıfıra (o) bərabər olacaq. Vergitutma bazası vergi uçotunun məlumatlarına əsasən hər hesabat dövrünün yekunları banklar tərəfindən müstəqil müəyyən edilir.
Müəyyən dəyərə malik olan qiymətli daşların və metalların uçot dəyəri və satış qiymətləri arasında olan fərqdən ibarət, həmin qiymətlilərin alqı-satqısı üzrə həyata keçirilən əməliyyatların yenidən qiymətləndirilməsi bank gəlirlərinin tərkibinə aid edilir. Əlavə olaraq, məcəllədə bank ehtiyatlarının formalaşması üçün yönəldilən xərclərin, xüsusəndə qəbul edilmə zamanına gəlirlərin alındığı əməliyyatlar üzrə ödəniş həyata keçmiş edilibdir.
Banklar, mənfəət vergisinin digər ödəyiciləri kimi özlərinin gəlir və xərclərinin hesablama və ya kassa metodu ilə aparır.
Banklarda hesablama metodu ilə əməliyyatlar aparılarkən Vergi Məcəlləsinin müddəaları əsas tutulur.
Hesablama metodu əməliyyatları ödəmələrin verildiyi və ya alındığı tarixdə yox, baş verdiyi dövrdə tanınmasını tələb edir.
Hesablama metoduna əsasən mühasibat hesabatları istifadəçiləri ödəmələrin verilməsi və vəsaitlərin alınması barədə nəinki əvvəlki əməliyyatlar haqqında, həmçinin gələcək ödəmələr və alınması gözlənilən pul vəsaitləri haqqında informasiya ilə də təmin edir.
Hesablama metodu zamanı balans hesabatlarında nağd pul və ya digər aktivlərinin alınması hüququ aktiv, pul vəsaitlərinin ödənilməsi isə hüququ öhdəliklər kimi əks olunur.
Müvafiq dövrə aid olan gəlir və xərc hesablarının qalıqları ən azı ayda bir dəfə “cari maliyyə ilinin mənfəəti/zərəri” hesabına aid edilir.
Faizlərin hesablanması qanunvericilikdə digər hallar nəzərdə tutulmayıbsa, faktiki alınmasından və ya verilməsindən asılı olmayaraq gündəlik müvafiq hesablarda əks olunur.
Faizlərin uçotunu aparmaq üçün: vəsaitlərin yerləşdirilməsi (cəlb edilməsi) növü, məbləği, faiz normaları və ödənilmiş faizlərin alınma (ödənilmə) müddətləri və şərtləri kimi informasiyaların olması zəruridir.
Faizlərin hesablanmasının dayandırılması mövcud normativ sənədlərlə aparılır.
Müvafiq dövrə aid olan bütün mənfəət və zərərlər həmin dövrdə mühasibat uçotu (balans) hesabatlarına daxil edilir.
Müvafiq dövrə aid olan bütün maliyyə nəticələrinin mənfəət və ya zərər hesablarında əks olunması məqsədilə hər ay gəlirlərin və xərclərin hesablanması yenidən yoxlanılır və müvafiq düzəlişlər həyata keçirilir.
Hesabat dövrünün bitməsinə qədər müqavilənin fəaliyyətinin (borc öhdəliklərinin ödənilməsinin) dayandırılması halında mənfəət kimi qəbul olunur və müqavilənin fəaliyyətinin (borc öhdəliklərinin ödənilməsi) tarixində uyğun gəlirlərin tərkibinə daxil edilir.
Vergitutulan bütün gəlirlər müəyyənləşdirildikdən sonra onların məbləği vergitutma bazasının hesablanması zamanı nəzərə alınmalı olan xərclərin həcmi qədər azaldılır.
Gəlirlərdə olduğu kimi, bütün bank xərcləri üç qrupa bölünür:
-
satışdan olan gəlirlərə aid edilən xərclər;
-
satışdankənar xərclər;
-
vergitutulan gəlirdən çıxılmayan xərclər.
Bütün xərclərin siyahısı açıqdır. Ona görə banklarda vergitutma bazasının hesablanması məqsədilə xərclərin ayrı-ayrı qruplar üzrə təsnifləşdirilməsi çox vacibdir.
Xərclərin uçota alınması üçün aşağıdakı tələblər yerinə yetirilməlidir:
-
işgüzar dövriyyə və səmərəlilik prinsipini təmin edəcək gəlirlərin əldə ediləsi ilə şərtləndirilən məsrəflər iqtisadi cəhətdən əsaslandırılmalıdır;
-
xərclər iqtisadi cəhətdən əsaslandırılmalı və sənədlərlə təsdiqlənməlidir;
-
xərclər mənfəətin alınmasına yönəldilmiş fəaliyyətin həyata keçirilməsi üçün çəkilməlidir.
Vergitutma bazası hesablanarkən çəkilmiş məsrəflərin xərclərin tərkibində uçota alınması üçün onların müvafiq sintetik hesablarında əks etdirilməsi, bank əməliyyatlarının növləri əhəmiyyət kəsb etmir.
Əgər xərclərə görə normalar təsdiq edilmişsə, onda həmin xərclər müvafiq normalardan artıq olmamaq şərti ilə faktiki məbləğdə uçota alınır. Əgər sözügedən xərclər normadan artıq olarsa, onda həmin məbləğ vergitutulan gəliri azaldan xərclərin tərkibinə daxil edilmir.
Beləliklə, vergitutma bazası müəyyən edilərkən bank xərcləri o halda nəzərə alınır ki, onlar gəlirlərin alınması məqsədilə çəkilmiş olsun, sənədlərlə təsdiqlənsin və onların həcmi bazar qiymətlərinə əsaslansın.
Kredit təşkilatlarının nizamnamə kapitalına ödənişlər kimi daxil olmuş xarici valyuta vəsaitlərinin yenidən qiymətləndirilməsindən olan mənfi fərq xərclərin tərkibinə daxil edilmir.
Valyuta əməliyyatlarının mühasibat uçotunun əsas xüsusiyyəti rəsmi məzənnəyə müvafiq olaraq balansın valyuta maddələrinin ardıcıl olaraq yenidən qiymətləndirilməsidir. Yenidən qiymətləndirmə kommersiya banklarında hər gün aparılır.
Əgər valyuta üzrə xərclər əməliyyatların aparıldığı günə məsrəflərin tərkibinə daxil edilibsə, onda sonradan yenidən qiymətləndirilmir.
Ssudalar üzrə (o cümlədən xarici valyutada verilmiş) ehtimal olunan itkilər üçün yaradılmış ehtiyatlara ayırmaların məbləği satışdankənar xərclərin tərkibinə daxil edilir. Ehtiyatın yaradılması qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.
Kommersiya bankları əldə etdikləri mənfəətdən 20% dərəcəsi ilə vergi ödəyirlər.
Vergi qanunvericiliyində mənfəət vergisi üzrə hesabat dövrü təqvim ili müəyyən edilmişdir. Belə ki, vergi ödəyiciləri hesabat dövründən sonrakı təqvim (vergi) ilinin 01 aprel tarixinədək vergi ödəməli və vergi orqanlarına vergi bəyannaməsi təqdim etməlidir.
Həmçinin Vergi Məcəlləsi hər rübdən sonrakı ayın 15-nə kimi təsərrüfat subyektləri təfəfindən avans vergi ödəmələri aparılmalıdır.
Əvvəllər fəaliyyəti olmayan hüquqi şəxslər tərəfindən cari şəkildə vergi ödəyicilərinin ödəmələri aşağıda kimi həyata keçirilir. Mənfəət vergisi üzrə cari olaraq ödənilən vergi ödəmələri müvafiq təqvim ili ərzində rüblər üzrə müəyyən olunmuş qaydada artan yekunla müvafiq vergi dərəcəsinə əsasən hesablanılır. Vergi məbləğinin 75 faizindən az olmamaq şərtilə cari vergi ödəmələrinin məbləği uyğunlaşdırılmalıdır.
Əvvəlki vaxtlarda fəaliyyət göstərməyən vergi ödəyiciləri rüb yekunlaşıb başa çatdıqdan sonra 15 gün müddətində cari şəkildə vergi ödəmələri aparmalı və rüb ərzində cari vergi ödəmələrinin məbləği barədə müvafiq vergi orqanına arayış verməlidirlər.
Cari vergi ödəmələri vaxtında ödənilmədiyi hallarda, vergi ödəyicisindən ödəmə vaxtından sonrakı hər bir təqvim günü üçün ödənilməmiş vergi məbləğinin 0,1 faizi tutulur. Əgər cari vergi ödəmələrinin vaxtında ödənilməməsi faktı vergi yoxlaması zamanı aşkar edilərsə, onda cari vergi ödəmələrinə münasibətdə faiz yalnız bir il müddətinə tətbiq edilir.Banklar ilin sonunda vergi ili üçün bəyannamənin verilməsi üçün müəyyən edilmiş vaxtadək faktiki əldə etdikləri mənfəət üzrə son hesablamanı apararaq mənfəət vergini hesablayırlar.
Əgər cari vergi ili ərzində hesablanmış və dövlət (bələdiyyə) büdcəsinə köçürülmüş avans vergi ödəmələrinin məbləği faktiki mənfəət üzrə hesablanmış vergi məbləğindən az olarsa, onda yaranmış mənfi fərq büdcəyə köçürülür. Dövlət büdcəsinə köçürülmüş avans vergi ödəmələrinin məbləği hesabat üzrə vergi məbləğindən çox olduqda isə artıq hesablanmış vergi məbləği növbəti vergi ilinin cari vergi ödəmələri kimi uçota alınır və ya vergi verənin vergi orqanına təqdim etdiyi yazılı ərizəsinə əsasən 45 gün ərzində ona qaytarılır.
Ödəmələrin büdcəyə tam və vaxtında daxil olmasını təmin etmək məqsədilə müəssisələr mənfəət vergisinin ödəniş müddəti çatanadək, vergi ödəmələrinin büdcəyə köçürülməsi üçün tərtib etdikləri ödəniş tapşırıqlarını hər rübdən sonrakı ayın 15- dən gec olmayaraq müvəkkil banka təqdim edirlər.
Ödəniş tapşırıqları bank tərəfindən təxirə salınmadan həmin gün icra olunmalıdır. Vergi ödəyicisinin hesablaşma hesabında pul vəsaitlərinin olub-olmamasından asılı olmayaraq ödəniş tapşırığı icra üçün qəbul olunmalıdır.Bank və kredit təşkilatları hesabat ilindən sonrakı təqvim ilinin 31 martdan gec olmayaraq vergi orqanına bəyannamə verməlidir. Əgər vergi ödəyicisi Azərbaycan Respublikasında öz sahibkarlıq fəaliyyətini dayandırarsa, onda 30 gün müddət ərzində vergi orqanına bəyannamə verməlidir.
Banklar ilin sonunda faktiki əldə etdikləri mənfəət üzrə son hesablamanı apararaq mənfəət vergini hesablayırlar. Əgər cari vergi ili ərzində hesablanmış və dövlət (bələdiyyə) büdcəsinə köçürülmüş avans ödənişlərinin məbləği faktiki mənfəətə görə müəyyən edilmiş məbləğdən az olarsa, onda yaranmış mənfi fərq büdcəyə köçürülür. Dövlət büdcəsinə köçürülmüş avans ödnişlərinin məbləği faktiki ödənilməli vergi məbləğindən çox olduqda növbəti vergi ilinin məbləği kimi uçota alınır.
Fəsil 2. Müasir şəraitdə kommersiya banklarında audit yoxlamasının təşkili metodikası
2.1. Auditin ümumi plan və keçiriləcək prosedurların hazırlanması xüsusiyyətləri
Audit təşkilatı ümumi plan və proqramının hazırlamağa başlarkən iqtisadi subyekt haqqında ilkin biliklərə, eləcə də aparılmış analitik prosedurların nəticələrinə əsaslanmalıdır.
Audit təşkilatı aparılmış analitik prosedurlarının köməkliyi ilə audit üçün daha əhəmiyyətli sahələri müəyyən etməlidir. Aparılmış analitik prosedurlarının mürəkkəbliyi, həcm və müddətlərini iqtisadi subyektin mühasibat hesabatının həcm və mürəkkəbliyindən aslı olaraq dəyişdirilir.
Audit təşkilatı ümumi plan və keçiriləcək prosedurların hazırlanması prosesində bankdaxili nəzarətin effekliyini qiymətləndirərək onun risk dərəcəsini (nəzarət riskini) qiymətləndirir. Bankdaxili nəzarətin yalnız düzgün olmayan informasiyanın yaranması, həmçinin aşkar edilməsi haqqında vaxtında xəbərdarlıq edildiyi halda effektiv olur. Audit təşkilatı bankdaxili nəzarətin səmərəliliyini qiymətləndirərkən lazımı sayda dəlil toplamalıdır. Əgər audit təşkilatı mühasibat hesabatının doğruluğuna lazımı dərəcədə güvənmək üçün nəzarət-uçot sisteminə arxayın olmaq qərarına gələrsə, onda bu müvafiq surətdə aparılacaq audit yoxlamasının əhatəsində dəyişikliklər etməlidir [11].
Audit təşkilatının ümumi plan və keçiriləcək prosedurları hazırlanarkən mühasibat hesabatını düzgün olması məqsədilə əhəmiyyətlilik dərəcəsi və audit riski müəyyənləşdirilməlidir. Audit təşkilatı riski planlaşdırarkən, iqtisadi subyektin auditindən aslı olmayaraq, mühasibat hesabatı üçün xarakterik olan və təsərrüfatdaxili risklərini müəyyən edir. Auditor risklərə və əhəmiyyətlilik səviyyəsinə əsasən auditin keçirilməsi mühüm olan sahələri müəyyən edir və lazımı prosedurları planlaşdırır. Audit prosesində mövcud şəraitdən aslı olaraq planlaşdırma zamanı müəyyən edilmiş risk və əhəmiyyətlilik səviyyəsində dəyişikliklər oluna bilər.
Ümumi plan və keçiriləcək prosedurları hazırlanarkən auditora prosedurların həcm və xarakterini dəqiq müəyyən etmək imkanı verdiyi üçün uçot informasiyasının işlənməsinin avtomatlaşdırma səviyyəsi öyrənilməlidir.
Auditor yoxlama bankın rəhbərliyi ilə auditin ümumi planının ayrı-ayrı qaydalarını razılaşdıra bilər. Bununla yanaşı auditor ümumi plan və proqramda əks olunmuş auditin aparılması üsul və metodlarının seçimində sərbəstdir və öz fəaliyyətinə görə tam məsuliyyət daşıyır [11].
Ümumi planlaşdırma zamanı auditorun peşəkar keyfiyyətlərinə böyük fikir verilir. Onlar fəaliyyətlərini yoxlamanın əhəmiyyətlilik və qənaətçilik prinsipləri nəzərə alınmaqla, müəssisədə istifadə olunan uçot və nəzarət sitemini qiymətləndirmək mümükünlü istiqamətində qurmalıdır.
Ümumi planda auditin aparılması müddəti nəzərdə tutulmalı, onun keçirilməsi, hesabatın (iqtisadi subyektin rəhbərliyinə yazılı informasiyanın verilməsi) və audit rəyinin hazırlanması qrafiki tərtin olunmalıdır. Planlaşdırma prosesində həmçinin real əmək məsrəfləri, əhəmiyyətlilik səviyyəsi, audit yoxlamasında risklərin qiymətləndirilməsinin aparılması, əvvəlki dövdə (təkrar audit zamanı) vaxt məsrəfinin hesablanması və onun cari hesablamalarla əlaqəsi nəzərə alınmalıdır.
Audit təşkilatı ümumi planda ilkin təhlilin nəticələrinə, bankdaxili nəzarətin etibarlılığının və audit riskinin qiymətləndirilməsinə əsasən audit yoxlamasının aparılması üsulunu müəyyən edir. Auditor secmə üsulu ilə yoxlama aprdığı hallarda audit fəaliyyəti normalarına uyğun auditor seçimini edir.
Yerinə yetirilən auditin keyfiyyətinə nəzarətin idarə edilməsinin planlaşdırılması üzrə qaydalar ümumi işin tərkibə daxildir. Ümumi planda bunların nəzəerdən keçirilməsi tövsiyyə olunur:
-
audit yoxlamasına cəlb olunmu audit qrupunun, auditorların say və ixtisaslarının formalaşdırılması;
-
peşəkar keyfiyyətlərinə və vəzifə səviyyələrinə görə auditorların konkret audit səviyyələri üzrə bölüşdürülməsi;
-
bütün komanda üzvlərini öz vəzifələri barədə təlimatlandırmaq, həmçinin proqramla tanış etmək;
-
audit qrupunun rəhbərinin fəaliyyətinə və köməkçilərinin işinin keyfiyyətinə, onlar tərəfindən işçi sənədlərinin aparılmasına və audit nəticələrinin lazımı qaydada rəsmiləşdirilməsinə nəzarət etməsi;
-
audit qrupunun rəhbəri tərəfindən audit prosedurlarının realizə olunması ilə əlaqədar metodiki məsələlərin izah olunması;
-
istənilən faktın qiymətləndirilməsində audit qrupunun rəhbəri və onun sıravi üzvləri arasında anlaşılmazlıqlar yarandığı hallarda audit icraçılarının (qrupunun) xüsusi fikirlərinin sənədli rəsmiləşdirilməsi [12].
Hazırlanmış plan aşağıdakı suallara cavab verilməlidir:
-
auditin obyektiv olması üçün hansı konkret sahələrin öyrənilməsi lazımdır;
-
hansı əhəmiyyətli məqamları əhatə etmək lazımdır;
-
hansı seçmə planları işləmək lazımdır;
-
işçi qrupunu hansı staandart, prosedur və ya sənədlərlə tanış etmək lazımdır;
-
yoxlamanın hər mərhələsi üçün iş vaxtının büdcəsi nə qədərdir;
-
qrupun təxmin edilən iş vaxtı nə qədərdir və s.[12].
Audit təşkilatı ümumi planda yoxlamanın keçirilməsi prosesinə ekspertlərin cəlb edilməsinin məqsədəuyğunluğu və rolunu müəyyən edir.
Audit yoxlamasının ümumi planı tərtib edilərkən yoxlama obyektlərinin ümumi siyahısı (planlaşdırılan iş növləri) aşağıdakı kimi tərtib oluna bilər:
-
bank təşkilatının təsisedici və digər sənədləri (nizamnamə, lisenziyalar, əmrlər, sərəncamlar, xidməti yatışmalar, ştat cədvəli);
-
müəssisənin uçot siyasəti;
-
istehsalat ehtiyatları;
-
əməyin ödənişi üzrə hesablaşmalar;
-
alıcılarla, malsatanlarla, büdcə və büdcədənkənar fondlarla hesablaşmalar;
-
kapital və ehtiyatlar;
-
kreditlər və maliyyələşmələr;
-
mühasibat hesabatı və əlavələr.
Hətta yaxşı tərtib edilmiş plan yoxlanılan elementlərə gözlənilməz əmillərin təsiri səbəbinə görə müxtəlif alternativ variantlar nəzərdə tutulmalıdır. Bu isə yalnız yoxlanılan təşkilatda işin real vəziyyəti haqqında informasiya olduğu halda mümkündür.
Auditor planının tərtib edib sənədlərlə rəsmiləşdirirməli, orada audit yoxlamasının təxmin edilən həcmi və aparılması qaydasını əks etdirməlidir. Ümumi plan audit proqramının hazırlanmasında əsas götürülməsi üşün lazımınca müfəssəl olmalıdır.
Audit yoxlamasının proqramına ümumi planında olan mərhələlər daxildir. Proqram ümumi planının genişləndirilmiş forması olmaqla, özündə ümumi planın praktiki realizə olunması üçün prosedurların müfəssəl siyahısını əks etdirir. Proqram audit qrupu daxilində işlərin daha səmərəli bölgüsü və audit firması tərəfindən auditin gedişatı üçün lazımdır [12].
Yoxlamanın gedişatı zamanı alınmış nəticələrdən aslı olaraq proqramda düzəlişlər edilə bilər. Yoxlama geniş həcmdə olduqda proqram vahid sənəd şəklində, yoxlanılan informasiya böyük həcmdə olduqda isə hər bir yoxlama seqmentlərinin proqramlarının icmalından ibarət ola bilər.
Auditor prosedurları proqramı mahiyyətcə özünə hesablar üzrə yazılışların mühasibat uçotunda əks olunmasının düzgünlüyünü müfəssəl yoxlamaq üçün edilən hərəkətlərin siyahısını daxil edir. Auditor yoxlama proqramını yoxlamaya məruz qalacaq mühasibat uçotunun bütün bölməsi üzrə tərtib etməlidir. Yoxlamanın gedişatı şəraitinin dəyişməsindən və audit prosedurlarının nəticəsindən aslı olaraq proqrama yenidən baxıla bilər.
Proqramının bölmələri üzrə işçi sənədlərində əks olunmuş auditor nəticələri auditor hesabatı və rəyinin hazırlanması, iqtisadi subyektin mühasibat hesabatı haqqında auditorun obyektiv fikrinin formalaşması üçün faktiki material hesab olunur.
Audit yoxlamasının plan və proqramının planlaşdırılması prosesinin sonunda o sənədlərlə rəsmiləşdirilməli və təsdiqlənməlidir.
Audit təşkilatı və fərdi auditor öz işini elə planlaşdırmalıdır ki, yoxlama daha səmərəli aparılsın. Və bu tələbə uyğun olaraq auditin daha effeektli aparılması məqsədilə auditin planlaşdırılması həyata keçirilir [12].
Auditor ümumi audit planının icrası üçün planlaşdırılmış audit prosedurlarını tərtib etməli və sənədlərlə rəsmiləşdirməli, iş prosesində özünün işçi sənədlərində onlara istinad etmək üçün aparılmış hər bir audit prosedurunu nömrələməli və ya kodlaşdırmalıdır.
Audit proqramını nəzarət vasitələrinin test proqramı və mahiyyətinə görə audit prosedurlarının siyahısı şəklində hazırlamaq lazımdır. Nəzarət üsullarının test proqramı uçot sisteminin fəaliyyət göstərməsi haqqında məlumatların yığılması üçün ediləcək hərəkərlərin məcmu siyahısıdır. Nəzarət üsulları testinin əsas təyinatı iqtisadi subyektdə nəzarət vasitələrindəki əhəmiyyətli çatışmamazlıqların aşkar olunmasına köməklik etməkdir. Audit prosedirları proqramı mahiyyətcə müxabirləşmələrin mühasibat uçotunda əks olunmasının düzgünlüyünün müfəssəl yoxlanması üçün auditorun edəcəyi hərəkərlərin siyahısından ibarətdir.
Auditor tərəfindən öz işinin planlaşdırılması şəraitin dəyişməsi, yaxud auditin aparılması zamanı alınmış gözlənilməz nəticələrlə əlaqədar auditin icra olunduğu bütün müddət ərzində fasiləsiz həyata keçirilir. Lazım gəldiyi hallarda auditin ümumi plan və proqramında dəyişikliklər edilməsi vvə auditin gedişatı zamanı yenidən nəzərdən keçirilməlidir. Audit planlaşdırılması prosesinin sonunda ümumi audit plan və proqramı sənərlərlə rəsmiləşdirilməsi təsdiqlənməlidir [12].
Dostları ilə paylaş: |